Geomaqnit qasırğası ilə bağlı açıqlama: Davam edəcək... - FOTO
Cəmiyyət
1597
17 Sep 2024 | 12:20

Geomaqnit qasırğası ilə bağlı açıqlama: Davam edəcək... - FOTO

Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək.
 
Bu barədə Moderator.az-a BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
 
Qeyd olunub ki, Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb.
 
Günəşdə baş vermiş tac kütlə atılmaları hesabına sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib. Gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günota saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək.
 
Geomaqnit qasırğa yüksək coğrafi enliklərdə G2-G3 səviyyəsində, orta coğrafi enlıiklərdə G1 səviyyəsində hiss olunur.
 
Link kopyalandı!
Son xəbərlər