Ərmən (Arman) və Arsak sözünün etimologiyası... - Öz damğası
Cəmiyyət
1989
16 Sep 2024 | 22:01

Ərmən (Arman) və Arsak sözünün etimologiyası... - Öz damğası

Bəzən türklərin Öz damğasının almanlar tərəfindən tərəfindən oğurlandığı deyilir. Əslində German tayfaları ərmən tayfaları idi. Ərməniyyə qərbdir və prototürk sözüdür. Yəni, Azərbaycanın qərb hissəsinə Ərmən deyilirdi. Ancaq, sual oluna bilər: Nə üçün deyilirdi?

 
Arman sözünün əslində yazılışı belədir: (Əgər sözlər soldan sağa, sağdan sola, aşağıdan yuxarıya, yuxarıdan aşağıya oxunub məna verirsə, bu şumer sözləridir).                                     
                                        A   a
 
                                        r     R                                       
 
                                        M   m
 
                                         a    a
 
                                         n    N
 
Ar-aşağı və sərtdir (qarğanın kar səsi). Həmin, “sərt” sözündən biz sonralar igid sözü kimi işlətmişik. “Ə” səsinin olması kiçik sərtlikdir. Çünki, “a” səsi ilə deyilsəydi, pis, vəhşi anlamına gələrdi. Ona görədə “arıma gəldi”, “mənə ar gəldi” dedikdə “mənə aşağı, yəni mənə pis gəldi” anlamına gəlir.
 
Man-sıxlaşan deməkdir. Ar  Man – aşağı və sərt sıxlaşan deməkdir.  Əllərimizi qabaq tərəfə uzadıb aşağıya doğru hərəkət etdirməkdir. Bu bir dini ayinin yerinə yetirilməsi idi.Ancaq, sual olunur : Nə? Sözün əksi:- Nam Ra-dır. Nam sözü bu gündə bəzi dialektlərdə, əsasən bizim Qarabağ, Zəngəzur ərazilərndə öpürəm deməkdir. Yəni, nam prototürk sözüdür. Məs. Uşaqlara səslənib – Gəl səni bir nam-nam edim – deyib öpməyə başlayırıq. Həmçinin, yeməyə baxıb “nam, nam” edib, bir şirinlik, həzinlik qatırıq. Yəni, “nam” şirin, həzin öpüşdür. Ra – isə günəşdir. Nam Ra “öpürəm Ra”, “hələlik Ra” əlimizi dodağımıza yaxınlaşdırıb öpüb, günəşə tərəf öpüş göndərməyimiz deməkdir. Ərmən bizim günəşlə vidalaşmağımız idi. Yəni, Günəş qərbdə batdığı üçün Arman (Ərmən) qərb demək idi. Bizim yaşadığımız ərazinin qərb hissəsi idi. Sonradan qərbdən, yəni Ərməndən gələn haylara biz erməni deməyə başladıq. Bizimlə tarixi bir saxtakarlıq edib, hayları bura köçürüb ərmən sözündən istifadə edərək torpaqlarımızda onlara dövlət qurdular. Onların Yunanıstandan gəldiyini tarixi faktlarda təsdiq edir. Yunanıstan isə bizdən qərbdədir. Yəni, bu günkü ermənilər qərblilər deməkdir. Biz onlara erməni – qərblilər, ölkələrinə isə Ermənistan “Qərblilərin ölkəsi”deyirik.  Ərmən tarixçisi dedikdə bu gün “qərb tarixçisi” sözünün mənasını verir. Bütün bunlardan görünür ki, Arman (Namra) qədim türk dilində coğrafi cəhət olan qərb deməkdir. Coğrafi toponim deyil! Biz türklərin dini ibadətindən, günəşlə yəni, Ra ilə vidalaşmasından yaranmış bir sözdür. 
 
Hithitlər  Anadoluda ilk dövlətlərini qurdular. Quruluşundan sonra işğalçı müharibələr aparır və hərbi qənimətləri siyahıya alırdılar. Bunların arasında Nam.Ra olaraq adlandırdıqları insanlarda varıydı. (Savaş sonrasında bir çeşit ganimet olarak alıkonulan kişi. Rüster – Neu 1989: 339, Puhvel 1984: 166, Ünal 2016: 367.).
 
Göstərilən mənbədə “Nam.Ra” adlandırılan əsirlərdən danışılır. Buradan anlaşılır ki, hithitlər tutduğu əsirlər Ar.Man, yəni Nam.Ra-lardır. Yəni, qərblilərdir. Buradan isə anlaşılan odur ki, hithitlərin əsir götürdükləri türklər idilər. Yaranan dövlətin Anadoluda yarandığını nəzərə alsaq, demək Azərbaycandan Anadolu istiqamətində, qərbə doğru işğalçı siyasət yürüdən hithitlər, qərb istiqamətində Nam.Ra-ları (Ar.Man) döyüş zamanı əsir götürürmüşlər. Ar-Man və ya Nam-Ra ümumi anlamda qərb coğrafi cəhəti deməkdir. Bizim Ra ilə vidalaşmağımız arman və ya namra qərb sərhədimizi göstərirdi.
 
Roma dönəmində Germanikopolis adlı bilinən Çankırı ilk dəfə Əmir Danışməndə bağlı komandirlərdən Əmir Qaratəkin tərəfindən 1082-1083-cü ildə fəth edilərək Türk hakimiyyətinə keçmişdir (Turan, O., (1971), Selçuklular zamanında Türkiye, İstanbul, s. 67).
 
Tarixi mənbələrdəndə məlumdur ki, Roma imperiyası zamanında Qalliyadan Armeniyus adlı Roma sərkərdəsi olmuş və daha sonra Roma imperiyasına qarşı çıxmışdır. Bu gündə İtaliyada məşhur modelyer Corcia Armani yaşamaqdadır. Demək, ərmənlərin bir qismi vaxtilə Avropaya getmişlər.
 
Burada bir sual ortaya çıxır ərmən qərb deməkdirsə, arsak nə deməkdir? Sözün yazılışı belədir:
 
                                          A    a
 
                                          r      R      
 
                                          S      s
 
                                          a      a
 
                                          k      K  
 
Ar-aşağı və sərt deməkdir. Qolumuzu qabağa tərəf uzadıb, barmaqlarımızı ovucumuzun içərisinə doğru qatlamağımızdır. Sak-barmaqlarımızın yuxarıya doğru açılması, düzəlməsidir. Sözün əksi: - Kas Ra-dır. Kas-güclü (türk qardaşlarımız bu gündə bu sözü əzələ anlamında işlədirlər), Ra isə günəşdır. “Güclü Ra” deməkdir. Biz nə etdik? Ra-nı qarşıladıq. Sonradan, qeyd etdiyimiz kimi “er” səsindən “el” səsinə keçid baş verdi. Arsak, alsak oldu. Bir zamanlar günəşə al deyilirdi. Al-günəş, sak isə yüksələn və hündürlüyə uzanan deməkdir. Daha sonra alsak sözündən alçaq sözünə keçid baş verdi. Al-günəş, çaq (çak-çax) isə çaxılan deməkdir. Al harada çaxıldı? Alçaqda! Alçaq sözü oradan qaldı. Daha sonra alçaq sözü alcaq sözünə keçdi. Al-Günəş, caq (cak - cağ) – cağlanan, yuxarıya doğru qalxan deməkdir. Həmin dövrdə bu söz alcak kimidə işlənirdi. Dini ibadət kahinlər tərəfindən bu gün əlcək adlandırdığımız geyim vasitəsilə yerinə yetirilirmiş. Yəni, arsak şərq sözünü özündə ehtiva edir. Müəyən bir ərazidə Ranı qarşıladığımız üçün həmin əraziyə arsaklar, yəni Ranı qarşılayanlar deyildi.
 
XII-XIII əsrlər Arsax-Xaçın knyazlığının yüksəliş dövrü oldu. Qədim Qafqaz Albaniyasının bir hissəsi olan bu knyazlığın mərkəzi Xaçınçayın və qismən Tərtər çayının hövzələrində yerləşirdi. Alban Aranoğulları sülaləsinin nümayəndələrindən [ V. Minorsky. Caucasia IV // Bulletin of the School of Oriental and African Studies. — University of London, 1953. — Т. 15, № 3. — С. 508.], xələflərindən biri Həsən-Cəlal (1215-1261) bu knyazlığın hökmdarı idi. Həsən-Cəlal Xaçın və qismən Arranın süveren knyazı olub, gürcü çarlığından asılı deyildi. Bu Arsax-Xaçın hökmdarı erməni, gürcü və fars sinxron (eyni dövrə aid olan) mənbələrdə, habelə epiqrafik yazılarda ali titullarla qeyd olunmuş, "knyazlar knyazı", "əzəmətli, parlaq hökmdar", "Xaçın ölkələrinin knyazı", "Xaçının və Arsax ölkələrinin əzəmətli knyazı", "çar", "Albaniya çarı", "Albaniyanın əzəmətli sahibi", "tacdar" adlandırılmışdır. Həsən-Cəlal özünü "mütləq hökmdar" titulu ilə nəzərə çatdırırdı. Gəncəsər məbədinin daşüstü yazısında oxuyuruq: "Arsax ölkəsinin və Xaçın hüdudlarının təbii mütləq hökmdarı". (Ərəb xilafəti dağıldıqdan sonra (IX əsrin sonlarında) Qarabağ ərazisində (Yuxarı Qarabağda) Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. Albaniya dövlətini bərpa etmək məqsədi ilə alban soylu Həsən Cəlal (1215-1261) bu feodal qurumu inkişaf mərhələsinə çatdırdı. Gəncəsər (Qanzasar) alban xristian məbədi də onun zamanında tikildi (Геюшев Р.Б. Христианство в Кавказской Албании. Баку, 1984). //tarix.gov.az/qarabagh.php Arxivləşdirilib 2017-07-19 at the Wayback Machine. //az.wikipedia.org/wiki/Xaçın_knyazlığı.). Bu gün Rusiyada yaşayan saxa türklərinin soykökü mətnlərində Arsaax adı diqqət çəkir: “Deyirlər onun atası Arsaax tatarlarından törəmədir. Oğlu ilə birgə müharibədən qaçıb bura (Ксенофонтов, 1977,20, №7) gəlmişdi”. V. V. Radlovun qeyd etdiyi Novosibirsk vilayətində baraba türklərinin Arsaklı kəndinin adıda diqqət çəkir. (Радлов, 1989,116).
 
Arsak sözünün əksi “Kas Ra”dır. Şirvanşahlar sülaləsi olan kəsranilər sülaləsinin adının oxunuşunda “Kəs Ra” sözü var. Bu isə Kəsranilər sülaləsinin kahin nəsli olmasına dəlalət edir.
Görünən odur ki, həmin saraylar prototürk kahinlər tərəfindən idarə olunmuşdur. Vaxtilə hakimiyyətə gəlmiş kahinlər, hakimiyyət qurmuş və  sülalə əsası qoymuşlar.
 
Nizami Gəncəvi kahin nəslindən idi. O, öz şeirlərindən birində (3-cü sinif Azərbaycan dili kitabı. Orta məktəb üçün dərslik) deyirdi:
 
                                         Yüz ulduz yansada göylərdə, inan,
 
                                         Bir Günə baş əymək xoşdur onlardan.
 
                                         Göydə parlasa da nə qədər ulduz,
 
                                          Günəşdir nur verən aləmə yalnız.            
 
Sanskrit dilli abidələrdə günəş sözü on üç formada yazıya alınmışdır. Heli, arka, aruna, mariçin, surya, vaykartana, vivasvat, mitra, razi, puşan, sarasvat, savitar, ra (Russk. sanks. sl. 2004. s. 13, 14, 37; Sansk. russk. sl. 2004. s. 28; Russk. sansk. sl. 2007. s. 51). Həmçinin orta əsr mənbələrində Etil kimi göstərilən Volqa çayının eradan qabaq Ra adlanırdı. (İlhami Cəfərsoy “Azərnəşr”, Arilərin Türk mənşəyi, s. 14, 15).
 
Qeyd etdiklərimizdən aydın olur ki, ərmən, ərsaq və ra sözlərinin türklərdə olması Ra kultunun türklərə də aid olmasını göstərir. Türkiyə türklərində Kəsra adlı soydaşlarımız var. Ranı qarşılamaqdan yaranmış söz kimi insan adı kimi bu günümüzə qədər gəlib çıxmışdır.
 
                                Təxtdə Kəsradan üstün, at belində Səncərdən.
 
                                Gözü var onda min-min Kəsranın, Səncərin də.
 
Kəsra (yaxud: Qeysər) Bizantiya imperatorlarının şahlıq titulu. Səncər-“Böyük səlcuqlular” sülaləsinin son böyük sultanı (1118-1157).
 
Qeyd edilən cümlədən aydın olur ki, hətta Bizantiya imperatorları belə türk kahinlərinin Kəsra titulunu daşıyırmışlar. Arsak sözünün əlcək sözü olmasına misal kimi dirsək sözünü göstərə bilərik. Dirsək sözünün kökündə tirsak sözü durur. Qolumuzun yığılması “tir-istiqamətlənib (i səsi olduğuna görə) yığılan”, sak-əksinə qayıtmaqla “uzanan, hündürə qalxan” deməkdir. Bu gündə qolumuzu büküb “mənim qolumu heç kim aça bilməz!” deyirik.
 
Tədqiqatçı: Mirzəyev Zaur Ramiz oğlu
Link kopyalandı!
Son xəbərlər