Bizi sosial şəbəkələrdən izləyin:
Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.
Bu barədə Moderator.az -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, buna səbəb vətəndaş və valideyn müraciətləri əsasında aparılan yoxlama-nəzarət tədbirləri zamanı nöqsanların aşkar edilməsi olub.
Həmin nöqsanlar aşağıdakılardır:
- təşkilati-sənədləşmə işlərinin, uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;
- davamiyyətin aşağı olması, prosesə nəzarətin düzgün təşkil edilməməsi;
- uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi.
Qeyd edilib ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.