Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
Cəmiyyət
Oxunub: 1031
08:55, Bu gün
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
CİNAYƏT İŞİ
 
Qısa arayış...
 
2023-cü il martın 10-u saat 15 radələrində Bakının Nəsimi rayonu Səməd Vurğun küçəsi, 70 ünvanında naməlum şəxslər odlu silahdan atəş açaraq kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürmək istəyiblər. Lakin güllələr təsadüfən həmin ərazidə olan Fəqan Rəhimliyə və Tamerlan Hüseynova dəyib. Bu barədə 21-ci Polis Bölməsindən Nəsimi rayon prokurorluğuna məlumat daxil olub. 
 
Daxil olan məlumatlar əlaqədar polis və prokurorluq əməkdaşları əməliyyat-istintaq tədbirlərinə başlayıblar. Həmin ərazidə, müxtəlif yerlərdən 3 ədəd giliz tapılıb. "VAZ-21099" markalı avtomobilin ön hissəsində 1 ədəd dəlik olması müəyyən edilib. Bakı Dövlət Sirki istiqamətində hərəkət edərkən yerdə topa şəklində qan ləkələri, yolun hərəkət hissəsinin sağ tərəfində "Hyundai Elantra" markalı avtomobilin qarşısında üzərində qanabənzər ləkə olan salfet aşkar olunub. Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları şübhəli şəxslərin hadisə yerindən "Hyundai Elantra" markalı avtomobillə uzaqlaşdıqlarını və maşını Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qoyub qaçdıqlarını bildiriblər.
 
Həmin gün keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Heydər Əliyev adına Beynəlxalq Hava limanında şübhəli şəxs qismində 1995-ci il təvəllüdlü Şahmar İsmayılov və 1998-ci il təvəllüdlü Vüqar Quliyev tutulublar.
 
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qrup halında qəsdən adam öldürməyə cəhd) maddəsi ilə başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötrü Baş Prokurorluğunun İstintaq idarəsinə göndərilib.
 
Şahmar İsmayılova məxsus mobil telefonda, profil şəklinin altında "Zindan və Ölüm bizim üçün son deyil" cümləsi yazılıb. "Whatsapp" tətbiqində yalnız bir mesaj olması müəyyən edilib. Belə ki, "Rovsen Emin" adı ilə qeyd olunmuş profildən Şahmar İsmayılova martın 10-u saat 16:46-da "Ucduz" sözü yazılmış ismarıc göndərilib, lakin həmin mesaj oxunmayıb. Zəng bölməsinə nəzər yetirdikdə müəyyən olunub ki, Şahmar İsmayılov "Vuqar Moskva", "Emin Naxcvan" və "Rovsen Emin" adları qeyd olunmuş şəxslərlə mütəmadı əlaqə saxlayaraq, danışıqlar aparıb.
 
Həmçinin Şahmarla Vüqara bu işdə kömək etməli olan 1982-ci il təvəllüdlü Naxçıvan Muxtar Respublikası sakini Ramal Məmmədov da mayın 5-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən Novxanı qəsəbəsində, Ş.Qurbanov küçəsi, 15 ünvanında saxlanılıb. İdarədə şəxsi axtarış zamanı, onun üzərindən 19 qramdan artıq psixotrop maddə - metamfetamin aşkar edilib. O, 2013-cü ildə Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunub.
 
Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Şahmar İsmayılov "WhatsApp" mobil tətbiqi vasitəsi ilə Azərbaycandan kənarda olan Emin Qasımovla 2023-cü ilin fevral-mart aylarında danışıb. Bu zaman, Emin qardaşının 2022-ci ilin oktyabr ayında Türkiyənin İstanbul şəhərində Nicat Əkbərov tərəfindən öldürüldüyünü və hazırda Nicatın Bakıda yaşamasını bildirib. Həmin şəxsi öldürəcəyi təqdirdə Şahmara maddi dəstək olacağına, öz himayəsi altına alacağına, hadisədən sonra xarici ölkələrin birində yaşamasını təmin edəcəyi vədlərini verib. Həmçinin cinayətin törədilməsində həmyerlisi Ramal Məmmədovun ona köməklik edəcəyini bildirib. Martın 6-da Şahmar İsmayılov Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gələndə, dostu və həməyerlisi Vüqar Quliyev onu qarşılayıb. Quliyevin idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsinə, Nicat Əkbərovun yaşadığı evin yaxınlığına gəliblər. Orda o, həmin maşından çıxıb, Ramal Məmmədovun kənarda saxladığı "Hyundai Elantra" markalı avtomobildə əyləşib. Söhbət zamanı Ramal Nicat Əkbərovun idmanla məşğul olduğu yeri, idarə etdiyi zirehli avtomobilin şəklini, əyləşdikləri nəqliyyat vasitəsini kirayə götürdüyünü söyləyərək, "Ruger" modelli tapançanı Şahmara göstərib. Sifarişçi ilkin olaraq Şahmar İsmayılov və Vüqar Quliyevin bank kartlarına qətlin icrası üçün 950 manat pul göndərib. Martın 6-dan 7-nə keçən gecə Şahmar və Vüqar Xətai prospekti, 39 ünvanında yerləşən hoteldə qalıblar.
 
Ayın 8-i gecə saat 3 radələrində Böyükşor şossesində Şahmar İsmayılov pəncərəni endirib havaya bir dəfə atəş açmaqla tapançanın yararlı olduğuna əmin olub. Martın 10-da Əliəşrəf Əlizadə küçəsinə gedərək, Nicat Əkbərovun yaşadığı evdən çıxmasını gözləyiblər. Bir müddətdən sonra Əkbərov çıxıb, özünə məxsus "Toyota Land Cruiser" markalı avtomobillə Səməd Vurğun küçəsi 70 ünvanında yerləşən idman zalına gəlib. Şahmar və dostları onun arxasınca hərəkət edərək həmin küçədə yerləşən kafenin yanında dayanıb, özlərinə əlverişli yer seçiblər və Nicatın zaldan çıxmasını gözləyiblər. Saat 14:24-də Nicat Əkbərov idman zalından çıxıb yolun kənarında saxladığı maşınına yaxınlaşarkən Şahmar İsmayılov Vüqar Quliyevdən bir qədər irəli keçərək gödəkçəsindən tapançanı çıxarıb və zərərçəkmişin istiqamətində 3-4 dəfə ardıcıl atəşlər açıb. Nicat Əkbərov atəşlərdən yayınıb hadisə yerindən uzaqlaşsa da, həmin küçə ilə piyada hərəkət edən Fəqan Rəhimli və yolun əks istiqamətində "Hundai Elantra" markalı avtomobildə, sükan arxasında əyləşmiş Tamerlan Hüseynov yaralanıblar. Daha sonra Şahmar İsmayılov və Vüqar Quliyev həmin ərazidən uzaqlaşaraq, təhlükəsizlik kameralarında düşməmək və ölkəni dərhal tərk etmək məqsədi ilə Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində avtomobili saxlayıblar. Taksi ilə hava limanı istiqamətində hərəkətlərini davam etdiriblər. Yolda Şahmar İsmayılov Emin Qasımovla əlaqə saxlayıb Nicat Əkbərovu öldürdüklərini və aviabilet almaqdan ötrü, təcili bank kartına pul göndərməsini bildirib. Saat 14:45-də Vüqar Quliyevin adına olan bank kart hesabına, istintaqa məlum olmayan şəxs tərəfindən 2550 manat pul daxil olub. Hava Limanına çatıb, Bakı-İstanbul reysinə biletlər alıblar. Ölkəni tərk etmək istəyərkən, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Şahmar İsmayılov və Vüqar Quliyev saxlanılıblar. Onların tutulduğunu bilən Ramal Məmmədov bir müddət istintaqdan gizlənməyə nail olub.
 
İş üzrə dindirilmiş Şahmar İsmayılov bildirib ki, Vüqar Quliyev onun uşaqlıq dostudur. Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallar üzrə növbə rəisi işləyib, aylıq 800 manat əmək haqqı alıb:
 
"2022-ci ilin mart ayında Günay Məmmədova ilə ailə həyatı qurmuşam. Kirvəm Əşrəf Qasımovun oğlu, "Qardaşoğlu" ləqəbi ilə tanınan Elnur Qasımov 2022-ci ilin oktyabr ayında Türkiyənin İstanbul şəhərində, yaşadığı evin qarşısında naməlum 2 nəfər tərəfindən öldürülüb. Elnurun "Emin Naxçıvanski" ləqəbi ilə tanınan qardaşı Emin Qasımov hadisədən 8-9 ay əvvəl bilmədiyim cinayət əməlinə görə Fransada həbs edilib. 2013-cü ildə Ukraynanın Xarkov şəhərində yaşadığım dövrdə Eminlə aramızda yaxın dostluq münasibəti yaranıb. 2014-cü ildə Emin ordan gedəndən sonra, onu bir daha görmədim. Lakin arabir onunla "Instagram" şəbəkəsində və "Whatsapp" mobil tətbiqi ilə əlaqə saxlamışıq. Elnur Qasımovun ölümündə Nicat Əkbərovun rolunun olmasını sosial şəbəkələr və başqa platformalarda yayılmış məlumatlardan öyrənmişəm. Hadisədən təxminən 2-3 həftə əvvəl öz ərizəm əsasında işdən azad olunmuşam, əməkhaqqı almaq üçün istifadə etdiyi bank kartım martın 6-da bloklanıb. Həmin gün arvadımla Naxçıvandan Bakıya gəlmişik. Nicatı öldürdükdən sonra Azərbaycanı tərk etməli olduğumdan, tək qalmasın deyə yoldaşımı qayınanamın evinə apardım. Arvadıma işləmək məqsədi ilə İstanbula gedəcəyimi dedim. Yoldaşımın planlarım barədə məlumatı yox idi.
 
Nicat Əkbərovun qətlə yetirilməsi sifarişini bilavasitə Emin Qasımovdan almışam. Nicatı hansı qaydada və hansı şəraitdə öldürəcəyimi özüm qərar verdim. Bununla bağlı ancaq Vüqar Quliyevlə məsləhətləşmişəm, başqa heç kimə məlumat verməmişəm. Nicatın yaşadığı ünvanı mənə Ramal göstərib. Hava limanında olanda dostum Vüqar məni qarşılayaraq, otelə apardı. Vüqar maddi ehtiyaclarını qarşılamaq üçün özünə məxsus avtomobillə Bakıda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olurdu. Emin Ramalın nömrəsini göndərərək, Ramalın mənə avtomobil təşkil edəcəyini bildirmişdi. Ramalla görüşəndə Vüqar öz avtomobilinin içərisində əyləşdi, yanımıza gəlmədi. Ayın 7-dən Nicat Əkbərovu izləməyə başladıq. Martın 8-nə keçən gecə bizə verilmiş tapançanı yoxlamaq üçün boş əraziyə gəldik. Bakını tanımadığımdan həmin yerin hara olduğunu bilmədim. Avtomobildə əyləşmiş vəziyyətdə, silahdan bir dəfə havaya atəş açdım.
 
Ayın 10-u saat 12 radələrində Nicat yaşadığı evdən çıxaraq, avtomobili ilə idman zalına yollandı. Bir qədər irəlidə dayandıq. Vüqarla birlikdə avtomobildən düşərək, tapançanı hazır vəziyyətdə çiynimdə olan qara rəngli çantaya qoydum və dostumla həmin binaya doğru getdik. İdman zalının yanında dayanıb, təxminən 2 saat Əkbərovun çıxmasını gözlədik. Vüqar üzünə tibbi maska keçirmişdi. Günorta Nicat zaldan çıxıb, avtomobili istiqamətində getməyə başladı. Arxasınca gedə-gedə, tapançanı çantadan çıxartdım. Atəş açmamışdan əvvəl Nicatın adını çəkərək, onu çağırdım. Nicat mənə tərəf baxandan sonra, 3 və ya 4 dəfə atəş açdım. Daha sonra Vüqarla birlikdə maşınımıza doğru qaçıb hadisə yerindən uzaqlaşdıq. Bir qədər getdikdən sonra maşını yolun kənarında saxlayıb çıxdıq. Taksi ilə Hava Limanına getdik. Nicatı vurmağımız barədə Eminə məlumat verdim və Vüqara məxsus bank kartının fotoşəklini göndərərək təcili pul köçürməsini dedim. Emin Vüqarın kart hesabına 2500 manat pul köçürdü. Əvvəlcədən razılaşdığımız kimi İstanbul şəhərinə 2 ədəd aviabilet alıb təyyarəyə əyləşdik. 2-ci dəfə Eminlə danışan vaxt, təyyarənin içərisində olduğumuzu və narahat olmamasını dedim. Bu zaman polis əməkdaşları içəri daxil olaraq, bizi saxladılar".
 
Ramal Məmmədov bildirib ki, martın 10-da Novxanı qəsəbəsində olanda Emin Qasımov ona zəng edib, Şahmar İsmayılovun tapança ilə Nicat Əkbərovu vurduğunu, lakin öldürə bilmədiyini bildirib:
 
"Evdən çıxıb hava limanına gedərkən, Emin yenidən mənimlə əlaqə saxlayıb təcili geri qayıtmağımı və orda tutulacağımı dedi. Bundan sonra Emin bir də mənimlə əlaqə saxlamadı. Maraqlananda, Fransa Respublikasında həbsdə saxlanıldığı müəssisədə mobil telefondan istifadə etdiyi üçün onun cəzalandırıldığını eşitdim. Bundan 2 ay sonra mayın 5-də Novxanıda saxlanılaraq, əvvəl Bakı Baş Polis İdarəsinə, sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldım".
 
Zərərçəkmiş qismində dindirilmiş Nicat Əkbərov bildirib ki, Lənkəran rayonunda anadan olub. Bizneslə məşğul olduğundan tez-tez Türkiyə Respublikasına gedib-gəlib:
 
"2007-ci ildə boks üzrə Azərbaycan, sonra isə Asiya çempionu olmuşam. Dünya kuboku uğrunda yarışlarda iştirak etmişəm. "Rövşən Lənkəranski" ləqəbli Rövşən Canıyevlə aramızda yaxın dostluq münasibəti vardı. Lakin hər hansı cinayətin törədilməsində iştirak etməmişəm, yalnız 2009-cu ildə xuliqanlıq əməlinə görə 6 ay müddətində azadlıqdan məhrum olunmuşam. Elnur Qasımov və qardaşı Emini 20 ildən çox tanımağıma baxmayaraq, onlarla ədavətim olmayıb. 2022-ci il oktyabr ayında ailəmlə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olanda, Elnur Qasımovun İstanbulda öldürüldüyünü eşitdim. Elnurun kimlər tərəfindən və hansı səbəbə görə qətlə yetirilməsini bilmirəm. Eşitdiyimə görə, onu öldürən şəxslər Türkiyə polisi tərəfindən həbs ediliblər. 2023-cü il yanvar ayından Bakıda yaşamağa başlamışam. Matın 10-da Seymur adlı sürücümün idarə etdiyi avtomobillə fitness zalına gedərək, təxminən 2 saat idmanla məşğul oldum. Binadan çıxıb, avtomobilimə doğru gedərkən, məndən 6-7 metr aralıda dayanan, başında papaq olan bir nəfərin əlindəki tapançanı mənə tuşladığını gördüm. Dərhal avtomobilimin arxa tərəfinə keçdiyimdən, açılan atəşlərdən yayındım. Atəş açan şəxsi ilk dəfə idi görürdüm".
 
Daxili İşlər Nazirliyindən göndərilmiş məktubda göstərilib ki, hazırda Fransa Respublikasında cəza çəkən 1994-cü il təvəllüdlü Emin Qasımovun qardaşı Səbuhi Qasımovun 2020-ci ilin iyun ayında kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifovun bacısı oğlu Məhəmməd Qurbanovu bıçaqlaması, 2022-ci ilin iyul ayında İstanbul şəhərində onun digər qardaşı Elnur Qasımovun öldürülməsi faktları ilə bağlı Türkiyə Respublikasında cinayət işlərinin başlanılması və hazırda istintaq aparılması müəyyən edilib. Məlumata əsasən, Emin Qasımov tanışları Mehrac Zərbəliyev, Rövşən Qocayev və Xəyyam Haqverdiyevlə birlikdə 2021-ci il martın 14-də Fransa Respublikasının Nant şəhərində bir nəfərə bıçaqla ağır xəsarətlər yetirib, hadisə yerindən qaçıblar. Həmin şəxs sağ qaldığından, onu qətlə yetirmək məqsədilə 2022-ci il martın 17-də Emin Qasımov, Sumqayıt şəhər sakini Tural Məmmədli və Bakı şəhər sakini Seymur Eyvazovla birlikdə yenidən Fransaya gedib. Həmin il iyunun 12-də Emin Qasımov orda həbs edilib. Oktyabrın 13-də Mehrac Zərbəliyev Polşa Respublikasında saxlanılaraq, Fransaya ekstradisiya olunub. Rövşən Qocayev və Tural Məmmədli barəsində Azərbaycanda axtarış elan edilib.
 
Məhkəmə iclasında Şahmar İsmayılov və Vüqar Quliyev ittihamlar üzrə üzrə özlərini qismən təqsirli biliblər. Ramal Məmmədov isə özünü təqsirli bilməyib.
 
Son sözündə Şahmar İsmayılov və Vüqar Quliyev hər hansı kriminal qruplaşmanın üzvü olmadığını bildirərək, onlara aşağı həddə cəza təyin edilməsini xahiş ediblər. Zərərçəkmiş Nicat Əkbərov bildirib ki, təqsirləndirilən şəxslərlə barışıb və onlara qarşı şikayəti yoxdur. O, məhkəmədən həmin şəxslərə cəza verilməməsini istəyib. Zərərçəkmiş Tamerlan Hüseynov və Fəqan Rəhimli təqsirləndirilən şəxslərə qanunvericiliyə uyğun olaraq cəza təyin edilməsini xahiş ediblər.
 
Məhkəmə hesab edib ki, Şahmar İsmayılovun, Vüqar Quliyevin və Ramal Məmmədovun əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.5-ci (qrup halında, xüsusi amansızlıqla və sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1-ci (qanunsuz odlu silah əldə  etmə, satma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 127.2.3-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq niyyəti ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 234.1-1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və ya saxlama) maddələri ilə düzgün tövsif edilib.
 
Buna görə də onlar həmin maddələrlə təqsirli bilinməli və cəzalandırılmalıdılar. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay və Ramal Məmmədov 12 il müddətinə azadlıqdan məhrum olunublar.
 
Oxşar xəbərlər
11:03, Bu gün
Putin SSRİ-dən daha böyük bir layihə həyata keçirir?- DETALLAR 
10:59, Bu gün
Samuxda gənclərin davası QANLA BİTDİ
10:56, Bu gün
Rusiyada işləyən azərbaycanlılara PİS XƏBƏR - Ailələri ilə…
10:47, Bu gün
Əli Əsədovdan Səhiyyə Nazirliyi ilə bağlı yeni QƏRAR
10:46, Bu gün
Paris-2024: Paraüzgüçümüz Vəli İsrafilov mübarizəyə start verəcək
10:45, Bu gün
Aeroportda polisə müqavimət göstərən taksi sürücüsü həbs edildi
10:35, Bu gün
İqtisadçı-ekspertdən İDDİA: "Hər 100 dollardan təxminən 50 dollarını İtaliyadan əldə edirik"
10:24, Bu gün
Səməd Vurğun 1930-cu illərdə həbsdə olub?...- BDU rektorunun istintaq işindən...
10:22, Bu gün
Aydın Əliyevin oğlu keçmiş arvadından aliment tələb edir? - Ədliyyə Nazirliyindən CAVAB
10:18, Bu gün
Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır
10:17, Bu gün
Dövlət Agentliyi qanunsuz əməllərlə məşğul olan QHT-lərə çağırış edib
10:15, Bu gün
Ermənilər kəndlərimizin adlarını necə dəyişirlər? - VİDEO
10:14, Bu gün
Kamran Əliyev: "Qarabağ separatçılarının istintaqı yekunlaşıb"
10:12, Bu gün
Putin Bakıda səhər yeməyində İlham Rəhimova nə deyib?
10:11, Bu gün
Azərbaycanda "Meymunçiçəyi" virusunun yayılmasına qarşı tədbirlər müzakirə olunub
10:09, Bu gün
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR
10:08, Bu gün
Məktəblərin tədris planları təsdiqləndi
10:07, Bu gün
Şimşək, yağış, güclü külək - Hava ilə bağlı XƏBƏRDARLIQ
10:04, Bu gün
TƏCİLİ! Belarus Rusiya dronlarını VURDU - VİDEO
09:46, Bu gün
Gözəlliyə aparan yol, yoxsa kor olmaq şansı: "Göz rənginin dəyişdirilməsi qadağan edilməlidir"
09:29, Bu gün
Bu dövrün qorxunc qadınları- Hər kəsi şoka salan fotoların SİRRİ 
09:20, Bu gün
Kiyevə dron hücumu - Paytaxt meri ÇAĞIRIŞ ETDİ
09:19, Bu gün
Zelenski Kulebanın istefasından DANIŞDI: "Bizə yeni enerji lazımdır"
09:17, Bu gün
Rusiyanın heç bir seçimi qalmadı - Putin nüvə sınaqlarına başlayacaqmı?
09:14, Bu gün
Milli Qvardiyanın baş komandan müavini SAXLANILDI
09:01, Bu gün
Qara dənizdə bir gecədə iki pilotsuz qayıq məhv edilib
08:55, Bu gün
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
08:52, Bu gün
Azərbaycanlı tələbə “Apple”dan mükafat qazandı - Gömrük rüsum aldı
08:44, Bu gün
Messi və Ronaldu “Qızıl top”a namizədlər siyahısına daxil edilmədi
08:43, Bu gün
Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir?
08:42, Bu gün
Rusiyanın bu raketlərini vura bilmərik - Ukraynalı zabit
08:31, Bu gün
Ukrayna müharibəsi ŞİDDƏTLƏNİR - Dünya fəlakətlə üz-üzə
08:30, Bu gün
"Ford" avtomobilin salonunda sərnişinləri dinləyəcək
08:09, Bu gün
Qoruyucu mələyi olmayan uğursuz BÜRC HANSIDIR? 
08:00, Bu gün
Boy artırmaq üçün olan dərmanlarla bağlı XƏBƏRDARLIQ: "Özbaşına istifadə etsəniz..."
07:54, Bu gün
Alen Delonun  vəsiyyəti uğrunda GƏRGİN MÜBARİZƏ 
07:51, Bu gün
Arvadının intim görüntülərini yayacağını deyən əmisi oğlunu qətlə yetirdi - Cinayətin DETALLARI
07:46, Bu gün
Avtomobillərin qiyməti süni şəkildə ARTIRILIR - İDDİA
07:40, Bu gün
81 min kadr və dörd günlük zəhmət: Ayın ən təfərrüatlı şəkli çəkildi
07:38, Bu gün
Doğma elinə qayıdan Tamaşa Məmmədova: "Şuşadan çıxanda mənim 6, bacımın isə 7 yaşı var idi"
07:30, Bu gün
Şuşa sakini: Həsrətində olduğum gün gəlib çatıb
07:20, Bu gün
KİV: 80-dən çox deputat Makronun vəzifədən kənarlaşdırılması ilə bağlı qətnamə imzalayıb
07:18, Bu gün
İnfarkt riskini artıran əsas iki səbəb - Səhər tezdən bunları etməyin
07:17, Bu gün
"COP29 toy iqtisadiyyatına necə təsir göstərəcək?" -AÇIQLAMA+ÖZƏL
07:16, Bu gün
Ukrayna Radasına 8 nazir vəzifəsinə namizədlər təqdim olunub
07:14, Bu gün
Netanyahu: İsrail Qəzza razılaşmasının şərtlərini qəbul edib, növbə HƏMAS-dadır
07:12, Bu gün
Keçmiş məcburi köçkün: "30 yaşında çıxdığım Şuşama 65 yaşında qayıdıram"
07:10, Bu gün
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
07:09, Bu gün
Orxan Əfəndiyev vəzifəsindən AZAD EDİLDİ
07:06, Bu gün
Bakıda ATIŞMA: Bir nəfərin məhv edildiyi ərazidən GÖRÜNTÜLƏR
07:01, Bu gün
Makrondan Azərbaycana səyahət qadağası: Səriştəsizliyin növbəti nümunəsi
06:59, Bu gün
Paşinyan problemləri tualetlərdən gələn pullarla həll etmək niyyətindədir
06:58, Bu gün
İrəvan sakinləri havanın çirklənməsi göstəricilərini, ərazinin 3D modelini izləyə biləcəklər...
06:26, Bu gün
“İsgəndər-M”də 27 Amerika detalı tapıldı: Rusiya bu raketlərlə Ukraynanı vurur...
02:13, Bu gün
"Volkswagen"in iflası Avropa avtomobil sənayesinin sonunun başlanğıcıdır
02:12, Bu gün
"BRIKS, yoxsa Avropa Birliyi?" - Türkiyənin "Sabah" qəzeti
02:07, Bu gün
Ümumdünya İmamlar Şurası İran və HƏMAS haqqında bəyanatla çıxış edib
04 Sep 2024 | 23:58
ABŞ Marqarita Simonyana sanksiya tətbiq edib
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
04 Sep 2024 | 23:16
Opera və Balet Teatrının təmiri nə vaxt bitəcək? - Rəsmi açıqlama
04 Sep 2024 | 23:02
Dəfnə yarpağı çayı: Sizi bir çox xəstəliklərdən qoruya bilər
04 Sep 2024 | 22:55
Orqanlarını satmaq üçün görün hara gedirlər - Ürpərdici ARAŞDIRMA
04 Sep 2024 | 22:50
Güləşçimiz dünya üçüncüsü oldu
04 Sep 2024 | 22:32
Aygün Kazımovadan fərqli görünüşdə - FOTOSESSİYA
04 Sep 2024 | 22:24
ABŞ-da məktəbdə atışma: ölənlər və yaralananlar var
04 Sep 2024 | 22:16
Bu məhsulların qiyməti artacaq - XƏBƏRDARLIQ
04 Sep 2024 | 22:08
"Yoruluram, amma güclü olmaq lazımdır"
04 Sep 2024 | 22:00
Görmə qabiliyyətinizə kömək edəcək 5 məhsul
04 Sep 2024 | 21:53
Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
04 Sep 2024 | 21:45
Köpəkbalığına oxşayan kompüterin qiyməti açıqlandı
04 Sep 2024 | 21:38
İtaliyada miqrant qayığı qəzaya uğradı: 20-dən çox adam itkin düşdü
04 Sep 2024 | 21:30
İlham Əliyev İtaliyada səfərdədir
04 Sep 2024 | 21:18
Mehriban Əliyeva Paralimpiya Oyunlarında növbəti dəfə medal qazanan Raman Saleyi təbrik edib
04 Sep 2024 | 21:14
Gürcüstanda YENİ QANUN - LGBT qadağan olundu
04 Sep 2024 | 21:08
İnsanlar ölməzdən əvvəl nə deyirlər? - Həkimlər DANIŞIR
04 Sep 2024 | 21:00
Özünə inamı artırmağın yolları
04 Sep 2024 | 20:54
Gürcüstanda qalmaqal: baş nazir pezidentin qeyri-legitim olduğunu bəyan edib
04 Sep 2024 | 20:48
Acunun 4-cü evliliyi - FOTO
04 Sep 2024 | 20:40
“WhatsApp” hücumlarına qarşı görüləcək 5 ehtiyat tədbiri
04 Sep 2024 | 20:33
Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
04 Sep 2024 | 20:26
"Evimi sök, pulumu ver" - Alatavalılar AYAĞA QALXDI- Tikinti şirkətləri necə fırıldaq edir? – VİDEO
04 Sep 2024 | 20:20
Bəxtini açmaq istəyən bürclər bunu etsin - Sirr açıldı
04 Sep 2024 | 20:11
"Serbiya Rusiya əleyhinə isteriyaya qoşulmayacaq" - Serbiya baş nazirinin müavini
04 Sep 2024 | 19:48
Həkim çörəklə bağlı məşhur mifi dağıtdı
04 Sep 2024 | 19:40
Almaniya Ukraynaya daha 17 ədəd zenit-raket kompleksi verəcək
04 Sep 2024 | 19:39
Türkiyənin ədliyyə naziri sosial media şirkətlərinə xəbərdarlıq edib
04 Sep 2024 | 19:36
DİN: Kəlbəcər sakininin Gəncədə əsassız saxlanılaraq döyülməsi həqiqəti əks etdirmir
04 Sep 2024 | 19:33
Amerikada soyuducuların 98 faizində həmişə bu məhsul olur - Dünyada ən çox yeyilən 10 qida
04 Sep 2024 | 19:25
Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
04 Sep 2024 | 19:18
4 günlük iş rejiminə keçildi: Bu, demoqrafik tənəzzülün qarşısını ala bilər
04 Sep 2024 | 19:10
Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?
04 Sep 2024 | 19:10
Məzahir Pənahov: "Bu, bizi maraqlandırmır"
04 Sep 2024 | 19:06
Ərdoğan: Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir
04 Sep 2024 | 18:57
ADA Universitetində üç yeni proqram açılıb
04 Sep 2024 | 18:52
Reytinq cədvəli açıqlandı: Heydərov birincidir!
04 Sep 2024 | 18:46
“Nikosayağı” qəzaya düşdüyü maşının nömrəsini satışa çıxardı - FOTO
04 Sep 2024 | 18:40
“Müştəriləri birinci, işçiləri ikinci, səhmdarlarınızı üçüncü yerə qoyun” - “Alibaba”nın qurucusundan sitatlar
04 Sep 2024 | 18:34
924-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04 Sep 2024 | 18:28
İlahiyyatçıdan ŞOK açıqlama: Bürclərə inananlar...
04 Sep 2024 | 18:20
Qazaxıstan və Özbəkistan kosmosa birgə peyklər buraxacaq
GÜNLÜK
04 Sep 2024 | 13:54
Türkiyədə benzin və dizelin qiyməti sabahdan ARTIRILIR - YENİ QİYMƏT
04 Sep 2024 | 13:01
Bu dairələrin nəticələri LƏĞV OLUNA BİLƏR - MSK
04 Sep 2024 | 13:00
“Su ehtiyatına görə dünya öncüllərindən olan bu ölkədə boş yerə bir damcı da su axdığını görmədim...”
04 Sep 2024 | 16:30
Üç ölkədən dəhliz qərarı: İran prosesdən kənarda qaldı - Kritik gəlişmə
04 Sep 2024 | 12:41
“Parlamentdə Qərbi Azərbaycanla bağlı komitənin yaradılması mümkündür”
04 Sep 2024 | 17:17
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
04 Sep 2024 | 14:20
Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR + FOTO
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
04 Sep 2024 | 12:19
Sentyabrın 4-dən 4 bürc ciddi çətinliklərlə üzləşəcək
04 Sep 2024 | 13:15
Qərbi Azərbaycana qayıdışla bağlı yeni həmlə: Addım-addım hədəfə doğru - TƏHLİL + FOTO
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
AYLIQ
04 Sep 2024 | 13:54
Türkiyədə benzin və dizelin qiyməti sabahdan ARTIRILIR - YENİ QİYMƏT
04 Sep 2024 | 13:01
Bu dairələrin nəticələri LƏĞV OLUNA BİLƏR - MSK
04 Sep 2024 | 13:00
“Su ehtiyatına görə dünya öncüllərindən olan bu ölkədə boş yerə bir damcı da su axdığını görmədim...”
04 Sep 2024 | 16:30
Üç ölkədən dəhliz qərarı: İran prosesdən kənarda qaldı - Kritik gəlişmə
04 Sep 2024 | 12:41
“Parlamentdə Qərbi Azərbaycanla bağlı komitənin yaradılması mümkündür”
04 Sep 2024 | 17:17
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
04 Sep 2024 | 14:20
Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR + FOTO
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
04 Sep 2024 | 12:19
Sentyabrın 4-dən 4 bürc ciddi çətinliklərlə üzləşəcək
04 Sep 2024 | 13:15
Qərbi Azərbaycana qayıdışla bağlı yeni həmlə: Addım-addım hədəfə doğru - TƏHLİL + FOTO