Bizi sosial şəbəkələrdən izləyin:
Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 6-dan 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Moderator.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilir ki, məhdudiyyətlə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ramiz Quliyev, Cavanşir, Ceyhun Həsənov, Aşıq Ələsgər və Vunqtau küçələri, eləcə də Gəncə prospekti ilə təşkil ediləcək.