Milli Şuradan anti-Azərbaycan çağırışı...
Cəmiyyət
Oxunub: 432
18:01, Bu gün
Milli Şuradan anti-Azərbaycan çağırışı...
Seçkidə iştirak eləyən partiyalardan sərt reaksiya
 
Özlərini demokratik qüvvələrin Milli Şurası adlandıran qurum Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı beynəlxalq birliyə müraciət edərək seçkinin nəticələrini tanımamağa çağırıb.
 
“Turan” xəbər verir ki, Milli Şura bəyanatında növbədənkənar parlament seçkisinin təyin edilməsini konstitusiyaya zidd addım hesab edib. “Konstitusiyanın 98.1-ci maddəsində hansı hallarda növbədənkənar Məclis seçkilərinin təyin edilməsi çox aydın şəkildə ifadə edilib.
 
Milli Şura hesab edir ki, hazırkı növbədənkənar seçkilərin təyin edilməsi üçün konstitusiyada göstərilən halların heç bir mövcud olmayıb", - deyə bəyanatda bildirilir.
 
Mili Şura Avropa Şurasının və AŞ PA-nın 76 deputatının Azərbaycana girişinə qadağa qoyulduğu seçkilərdə “real müxalifətin qatılmadığı və rəqabətsiz şəraitdə kecirildiyini” iddia edib: “Beynəlxalq müşahidəçi adı altında hakimiyyət özünün seçib dəvət etdiyi ayrı-ayrı xariciləri müşahidəçilərin verdiyi rəylər saxta xarakter daşıyır və bu rəylərin real gerçəkliklə heç bir əlaqəsi yoxdur”.
 
Sonda Milli Şura beynəlxalq birliyi Azərbaycana münasibətdə daha prinsipial və obyektiv olmağa səsləyib.
 
Seçkidə iştirak eləyən və parlament təmsilçiliyi qazanan partiyalar Milli Şuranın iddialarına sərt cavab verib.
 
 
Elman Nəsirov
 
Yeni Azərbaycan Partiyasının təmsilçisi Elman Nəsirov bildirdi ki, özlərinə Milli Şura deyən marionet təşkilatın iddiaları ənənəvi böhtan və danosbazlıqdan başqa bir şey deyil: “Milli Şura adlandırılan qondarma təşkilat əslində AXCP-nin azsaylı üzvlərindən ibarətdir. AXCP-dən başqa ölkədəki bütün digər partiyalar 1 sentyabr parlament seçkilərində iştirak ediblər. Bütövlükdə ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i bu seçkiyə qatıldı. Onların içərisində öz səs saylarını artıran partiyalar da var. Seçkidə iştirak edən partiyalardan 11-i parlament təmsilçiliyi qazandı. Bu bir daha Azərbaycan demokratiyasının göstəricisidir. AXCP özü seçkiyə qatılmayıbsa, bu demək deyil ki, seçki konstitusiyaya zidd, demokratik keçirilməyib. Azərbaycan cəmiyyətində nüfuzu olmayan, süquta uğramış bir təşkilat özünü yeganə müxalifət saymaqla və məlum iddiaları irəli sürməklə özünü gülünc vəziyyətə qoyur”.
 
 
Arzuxan Əlizadə
 
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycanda özünü real, əsas müxalifət kimi təqdim elən qüvvələr əslində bir partiyanın nümayəndələrindən ibarət təşkilatdır: “Zaman-zaman parçalanmalara məruz qalıb, özünün yanlış, lazımsız radikal, qeyri-konstruktiv addımları ilə çoxlarını özündən uzaqlaşdıran bu təşkilat indi də birinciliyə iddialıdır. İmkanları isə iddiasından dəfələrlə kiçikdir. "Mən birinciyəm, mən əsas müxalifətəm", - deyə qabağa çıxmaq istəyən qüvvələr bütövlükdə ölkənin siyasi həyatına ziyan veriblər. İndi də yalnız öz fəaliyyətlərini Azərbaycana düşmən mövqeyi sərgiləyən xarici təşkilatlara şikayət etməklə qururlar. Onların fəaliyyətlərinin əsas xəttini bu təşkil edir. Yalnız şikayətlənmək, Azərbaycanda hər şeyin üzərindən qara xətt çəkmək bunların fəaliyyətidir. Bu gün isə parlament seçkilərinin keçirilməsi qərarının konstitusiyaya uyğun olmadığı fikrini bildirməklə özlərini əslində gülünc vəziyyətə qoyurlar. Növbədənkənar parlament seçkilərinə Konstitusiya Məhkəməsinin rəyi alındıqdan sonra gedilib. Mən özüm də hüquqşünasam və istənilən şəxslə bu məsələni müzakirə etməyə hazıram ki, burada heç bir konstitusiya pozma halı yoxdur".
 
A.Əlizadə qeyd etdi ki, öz dövlətindən digər dövlətlərə, digər beynəlxalq təşkilatlara şikayət etmək öz evində, ailəsinin içində olan məsələləri qonşuya şikayətlənmək kimi bir şeydir: “Ən pisi isə odur ki, dövlətinə, xalqına düşmən olan qüvvələrə öz dövlətindən şikayət edirsənsə, bunun adı başqadır. Biz bu cür mövqeyi qətiyyətlə pisləyirik”.
 
 
Akif Nağı
 
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, 1 sentyabr parlament seçkilərinin nəticələrinə münasibət bildirən hər bir siyasi partiya milli maraqlara uyğun mövqedən çıxış etməlidir: “Bəzi partiyalar, təşkilatlar hay-küy salıb hakimiyyətdən nə isə qopartmaq praktikasına son qoymalıdır. Bəzi partiyaların sosial şəbəkələrdə canfəşanlıq edib siyasi dividentlər qazanmaq cəhdləri də məqbul hesab edilməməlidir. COP29 ərəfəsində siyasi qarşıdurmalardan, Azərbaycana düşmən olan dövlətlərin, bəzi mərkəzlərin istifadə edə biləcəyi əməllərdən hər bir siyasi qüvvə, mətbu-internet qurumu çəkinməlidir”.
 
Ədalət Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, Azərbaycana təzyiq edən bır sıra beynəlxalq təşkilatlar Milli Şuradan hər zaman öz məqsədləri üçün istifadə edir: “Əli Kərimli həmin təşkilatların əlində bir vasitədir. Bizim partiya müxalifət partiyası kimi seçkiyə qatılmışdı. Seçkinin yekunu ilə bağlı bizim partiya - Ədalət, Hüquq, Demokratiya bəyanat qəbul etdi. Bəyanatda seçkiləri ilk dəfə suveren Azərbaycanın bütün ərazisini əhatə etməklə keçirilən seçki kimi qiymətləndirdik. Partiyamız 11 namizədlə iştirak etmiş, namizədlərin hər biri öz dairəsində aktiv seçki kampaniyası aparmış, əhali ilə çoxsaylı kütləvi görüşlər keçirmişdir. Seçici imzalarının toplanmasında, təbliğat işinin aparılması zamanı əhali ilə ünsiyyətdə heç bir maneə ilə rastlaşmayan çoxsaylı partiya üzvlərimiz seçki günü səsverməni də canlı şəkildə izlədilər. ƏHD Partiyasının rəhbərliyi və partiyamızdan olan namizədlər seçkiləri müşahidə edən 7 müxtəlif beynəlxalq və yerli müşahidə missiyalarının təmsilçiləri ilə görüşmüş, seçkilərlə bağlı fikir mübadiləsi aparmışlar. 50-dən çox seçki dairəsinin yüzlərlə məntəqəsində müşahidələr aparan partiya üzvləri proseslə bağlı mütəmadi olaraq partiyanın mərkəzi qərargahını məlumatlandırdılar. Müşahidəçilərin rəylərinə əsasən onların müşahidə apardığı məntəqələrdə yekun nəticələrə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinməyib.
Amma çox təəssüf ki, bəzi namizədlərin müşahidəçiləri bir sıra seçki məntəqələrində səsvermə prosesinə qanunsuz müdaxilə edərək, seçki prosesini pozmağa cəhd göstərib. Bu kimi halları qətiyyətlə pisləyirik.
 
Demokratik, azad və sərbəst şəkildə keçirilən, namizədlərə və seçicilərə yaradılmış imkanlar baxımından yüksək səviyyədə təşkil olunan bu seçkilər partiyamız üçün də uğurlu hesab oluna bilər. Səsvermənin ilkin nəticələrinə əsasən partiyanın iki namizədi öz rəqiblərindən daha çox səs qazanıb".
 
N.Orduxanlı deyib ki, Milli Şura Azərbaycana ən ağır sanksiyalar qoyulması üçün çalışır: “Onlar hətta istəyirlər beynəlxalq şirkətlər, xarici ölkələr neft, qaz kimi enerjidaşıyıcılarını da Azərbaycandan almasınlar. Hesab edirlər ki, bütün bunlar baş verərsə, Azərbaycanda sosial gərginlik arta bilər, hətta sosial partlayışlar baş verər. Milli Şuranın bəyanatında guya seçkilərin keçirilməsinin konstitusiyaya zidd olduğu barədə iddia isə gülüncdür, qanunlardan xəbərsizliyin əlamətidir.”.
Oxşar xəbərlər
21:14, Bu gün
Gürcüstanda YENİ QANUN - LGBT qadağan olundu
21:08, Bu gün
İnsanlar ölməzdən əvvəl nə deyirlər? - Həkimlər DANIŞIR
21:00, Bu gün
Özünə inamı artırmağın yolları
20:54, Bu gün
Gürcüstanda qalmaqal: baş nazir pezidentin qeyri-legitim olduğunu bəyan edib
20:48, Bu gün
Acunun 4-cü evliliyi - FOTO
20:40, Bu gün
“WhatsApp” hücumlarına qarşı görüləcək 5 ehtiyat tədbiri
20:33, Bu gün
Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir
20:26, Bu gün
"Evimi sök, pulumu ver" - Alatavalılar AYAĞA QALXDI- Tikinti şirkətləri necə fırıldaq edir? – VİDEO
20:20, Bu gün
Bəxtini açmaq istəyən bürclər bunu etsin - Sirr açıldı
20:11, Bu gün
"Serbiya Rusiya əleyhinə isteriyaya qoşulmayacaq" - Serbiya baş nazirinin müavini
19:48, Bu gün
Həkim çörəklə bağlı məşhur mifi dağıtdı
19:40, Bu gün
Almaniya Ukraynaya daha 17 ədəd zenit-raket kompleksi verəcək
19:39, Bu gün
Türkiyənin ədliyyə naziri sosial media şirkətlərinə xəbərdarlıq edib
19:36, Bu gün
DİN: Kəlbəcər sakininin Gəncədə əsassız saxlanılaraq döyülməsi həqiqəti əks etdirmir
19:33, Bu gün
Amerikada soyuducuların 98 faizində həmişə bu məhsul olur - Dünyada ən çox yeyilən 10 qida
19:25, Bu gün
Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
19:18, Bu gün
4 günlük iş rejiminə keçildi: Bu, demoqrafik tənəzzülün qarşısını ala bilər
19:10, Bu gün
Qarabağ Universitetinin tələbələri nə vaxt Xankəndiyə aparılacaq?
19:10, Bu gün
Məzahir Pənahov: "Bu, bizi maraqlandırmır"
19:06, Bu gün
Ərdoğan: Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir
18:57, Bu gün
ADA Universitetində üç yeni proqram açılıb
18:52, Bu gün
Reytinq cədvəli açıqlandı: Heydərov birincidir!
18:46, Bu gün
“Nikosayağı” qəzaya düşdüyü maşının nömrəsini satışa çıxardı - FOTO
18:40, Bu gün
“Müştəriləri birinci, işçiləri ikinci, səhmdarlarınızı üçüncü yerə qoyun” - “Alibaba”nın qurucusundan sitatlar
18:34, Bu gün
924-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:28, Bu gün
İlahiyyatçıdan ŞOK açıqlama: Bürclərə inananlar...
18:20, Bu gün
Qazaxıstan və Özbəkistan kosmosa birgə peyklər buraxacaq
18:13, Bu gün
“Azərbaycanın əbədi səadətini Rusiyada” gördü...- Elə o dövlət tərəfindən də güllələndi...
18:13, Bu gün
Toy etmək istəyənlər üçün VACİB XƏBƏR
18:05, Bu gün
Belə qidalar psixoloji asılılıq yaradır
18:01, Bu gün
Milli Şuradan anti-Azərbaycan çağırışı...
18:00, Bu gün
"Orada problem nə avtobus zolağıdır, nə də taksilər..." - Ərşad Hüseynov
17:55, Bu gün
İsmayıllıda əməliyyat keçirildi - Vəzifəli şəxslər saxlanıldı
17:50, Bu gün
BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilib - FOTO
17:45, Bu gün
Muxtar Babayev Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi ilə görüşdü
17:41, Bu gün
DİM 9-cu və 11-ci sinif şagirdləri üçün əlavə imtahan keçirəcək
17:35, Bu gün
Ədliyyə naziri Pakistanın ölkəmizdəki səfiri ilə görüşdü
17:30, Bu gün
Kolleclərə qəbulun nəticələri açıqlandı
17:25, Bu gün
İsraildə ilk dəfə insanın iştirakı olmadan unikal əməliyyat aparıldı
17:21, Bu gün
"Aleph" "TikTok"un Azərbaycanda rəsmi tərəfdaşı oldu
17:17, Bu gün
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
17:12, Bu gün
Lamiyə Vəliyeva: "Medalımı Azərbaycan xalqına həsr edirəm"
17:06, Bu gün
Bu seçki dairəsindəki pozuntular müzakirə edildi
17:00, Bu gün
Xəyanətə görə ayrılıb: "Səhnədən çıxıb AĞLAYIRDIM" - VİDEO
16:55, Bu gün
“Əlimdən möhkəm tutan kişiyə çevrilmisən” - FOTO
16:50, Bu gün
"Məni heç kim susdura bilməz" - Dmitri Qordon
16:46, Bu gün
Ərinə xəyanət edən qadından 5 ALDADICI CÜMLƏ
16:42, Bu gün
Putinin oğulları haqqında ŞOK MƏLUMAT yayıldı
16:36, Bu gün
Kəlbəcərin İstisu qəsəbəsi belə olacaq - FOTO
16:30, Bu gün
Üç ölkədən dəhliz qərarı: İran prosesdən kənarda qaldı - Kritik gəlişmə
16:24, Bu gün
Rəsmi Bakıdan Fransaya CAVAB
16:19, Bu gün
Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti BDU-da - FOTO
16:14, Bu gün
Misir prezidenti 12 ildən sonra Ankarada - FOTO
16:09, Bu gün
Şahramanyanın başı dəmir yumruq, qolu isə dəmir qandal həvəsinə düşüb... - TƏHLİL + FOTO
16:02, Bu gün
Polad Bülbüloğlu Zatulinin bəyanatları ilə bağlı Dövlət Dumasına müraciət edib
15:57, Bu gün
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:52, Bu gün
Bakının bu qəsəbəsində su olmayacaq
15:46, Bu gün
ÇXR-in Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti ADU-nun qonağı olub - FOTOLAR
15:40, Bu gün
"BMT Təhlükəsizlik Şurasının səbri tükənmək üzrədir" - Sloveniyanın xüsusi nümayəndəsi
15:35, Bu gün
Erməni revanşizminin təxribatları məhv olmağa məhkumdur
15:30, Bu gün
UNEC və Ege Universitetinin ikili diplom proqramının tələbələri bu ildən Türkiyədə təhsilə başlayacaqlar
15:25, Bu gün
Hazırlaşaq, yolumuz Qərbi Azərbaycanadır! - “B” planı işə düşə bilər
15:20, Bu gün
ARB-nin efirində QALMAQAL: "Sən heç kimə lazım deyilsən" - VİDEO
15:15, Bu gün
"Pəhrizə başlayandan kökəlmişəm"
15:10, Bu gün
Reanimasiyaya yerləşdirilən məşhur meyxanaçının son durumu AÇIQLANDI
15:05, Bu gün
Bakıda yaşayış binasının damı uçdu - VİDEO
14:59, Bu gün
Yadplanetlilərin yaşaya biləcəyi yer – MARAQLI KƏŞF
14:55, Bu gün
Maşından həmkəndlisinin üstünə tüpürdü - Həbs edildi
14:49, Bu gün
Boy artırmaq üçün olan dərmanlarla bağlı XƏBƏRDARLIQ: "Özbaşına istifadə etsəniz..."
14:43, Bu gün
150 balla tələbə qəbulu edirlər: Format dəyişməlidir...
14:36, Bu gün
Rusiya Lvovun mərkəzinə zərbə endirib, çoxsaylı qurbanlar var
14:36, Bu gün
“Biz Qərbi Azərbaycan məsələsində də tarixi ədaləti bərpa etməliyik”
14:31, Bu gün
Əri Rusiyada olan qadını qayınları iş yoldaşı ilə tutdular: "Təzəcə..." – ŞOK TƏFƏRRÜAT
14:26, Bu gün
Yasamalın bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq
14:20, Bu gün
Azərbaycanda 20-yə yaxın məmurun korrupsiya cinayətlərinin üstü açıldı - ŞOK FAKTLAR + FOTO
14:15, Bu gün
Kürdəmirdə "Toyota" aşdı: Sürücü və sərnişin xəsarət aldı - FOTO
14:09, Bu gün
Ukrayna ordusunun azərbaycanəsilli hərbçisi həlak olub
14:03, Bu gün
Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"
13:57, Bu gün
BDU-nun dosentinə qarşı DƏLƏDUZLUQ: “Uca İnşaat” MMC müəllimin 9 000 manatını MƏNİMSƏDİ – FOTOFAKT
13:54, Bu gün
Türkiyədə benzin və dizelin qiyməti sabahdan ARTIRILIR - YENİ QİYMƏT
13:50, Bu gün
Renkanın səhhəti pisləşdi - FOTO
13:44, Bu gün
Bazarda qiymətlərə belə nəzarət ediləcək - Yeni qaydalar
13:38, Bu gün
"Putin öz niyyətindən heç vaxt əl çəkməyəcək" - "Foreign Policy"
13:32, Bu gün
Kazanda keçiriləcək BRİСS sammitində Ermənistan da iştirak edəcək
13:27, Bu gün
Nigar Camal yaşlı kişilərlə nərd oynadı - VİDEO
13:21, Bu gün
Azərbaycan - İsveç matçına satılan biletlərin sayı açıqlandı
13:15, Bu gün
Qərbi Azərbaycana qayıdışla bağlı yeni həmlə: Addım-addım hədəfə doğru - TƏHLİL + FOTO
13:10, Bu gün
Azərbaycanda hansı dəmiryol dayanacaqlarından ödənişsiz istifadə etmək mümkündür? - FOTO
13:04, Bu gün
Bakıda qız oğlana 30 minlik maşın hədiyyə etdi - VİDEO
13:01, Bu gün
Bu dairələrin nəticələri LƏĞV OLUNA BİLƏR - MSK
13:00, Bu gün
“Su ehtiyatına görə dünya öncüllərindən olan bu ölkədə boş yerə bir damcı da su axdığını görmədim...”
12:55, Bu gün
Ailə qura bilməyən qadın falçıya müraciət etdi, evindən 4 "cadu" tapıldı
12:54, Bu gün
“Onları sobaya atıb yandırmaq istəyirəm”
12:50, Bu gün
UEFA Çempionlar Liqası: "Neftçi" "Sankt-Pölten"lə üz-üzə
12:48, Bu gün
Bəraət almış Füzuli Adıgözəlov yenidən həbs edildi
12:43, Bu gün
Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələrinin dinamik inkişafı davam edir
12:41, Bu gün
“Parlamentdə Qərbi Azərbaycanla bağlı komitənin yaradılması mümkündür”
12:36, Bu gün
Sabah 34 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
"Qurbanla dostam, "Xəzər-Lənkəran" azarkeşiydim, Neftçi"dən uzaqlaşmağım..."
12:25, Bu gün
Apteklərdə yoxlamalar: Nöqsanlar aşkarlandı
GÜNLÜK
03 Sep 2024 | 22:41
"Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa..."
03 Sep 2024 | 23:27
“Deyirdi ki, anamın iyini səndən alıram”- Fədayə Laçın övladlığa uşaq götürüb?-AÇIQLAMA+ÖZƏL
03 Sep 2024 | 22:38
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
03 Sep 2024 | 22:35
Lamiyə REKORD qıraraq olimpiya çempionu oldu - FOTO/VİDEO
03 Sep 2024 | 22:24
“Bu insanlarda xərçəng yarada bilər, çünki...”-Bakıda müşahidə edilən tozla bağlı TÜKÜRPƏDİCİ açıqlama-ÖZƏL
03 Sep 2024 | 22:30
Putinin Monqolustanda belə qarşılanması... - Kreml
03 Sep 2024 | 21:44
Yatdığınız çarpayının tərəfi sizin ŞƏXSİYYƏTİNİZDƏN XƏBƏR VERİR
07:30, Bu gün
“Necə oldu ki, hamı həbs olundu, Şahramanyan isə Rusiya helikopteri ilə Ermənistana gətirildi…”
03 Sep 2024 | 21:58
Borrellin "resepti" AB ilə Rusiyanı toqquşduracaq - Zaxarova
03 Sep 2024 | 22:20
SON DƏQİQƏ - Bu ölkədə müxalifət liderini ÖLDÜRMƏK İSTƏDİLƏR
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
01 Sep 2024 | 10:11
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
01 Sep 2024 | 08:30
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
AYLIQ
03 Sep 2024 | 22:41
"Əgər Ermənistan qısa müddətdə təxribatçı fəaliyyətinə son qoymasa..."
03 Sep 2024 | 23:27
“Deyirdi ki, anamın iyini səndən alıram”- Fədayə Laçın övladlığa uşaq götürüb?-AÇIQLAMA+ÖZƏL
03 Sep 2024 | 22:38
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
03 Sep 2024 | 22:35
Lamiyə REKORD qıraraq olimpiya çempionu oldu - FOTO/VİDEO
03 Sep 2024 | 22:24
“Bu insanlarda xərçəng yarada bilər, çünki...”-Bakıda müşahidə edilən tozla bağlı TÜKÜRPƏDİCİ açıqlama-ÖZƏL
03 Sep 2024 | 22:30
Putinin Monqolustanda belə qarşılanması... - Kreml
03 Sep 2024 | 21:44
Yatdığınız çarpayının tərəfi sizin ŞƏXSİYYƏTİNİZDƏN XƏBƏR VERİR
07:30, Bu gün
“Necə oldu ki, hamı həbs olundu, Şahramanyan isə Rusiya helikopteri ilə Ermənistana gətirildi…”
03 Sep 2024 | 21:58
Borrellin "resepti" AB ilə Rusiyanı toqquşduracaq - Zaxarova
03 Sep 2024 | 22:20
SON DƏQİQƏ - Bu ölkədə müxalifət liderini ÖLDÜRMƏK İSTƏDİLƏR