Bizi sosial şəbəkələrdən izləyin:
65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizəd Günay Ağamalı Neftçala rayonunun Beştalı kəndində Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədovun məzarını ziyarət etdi, ruhuna dualar oxudu.
Moderator.az xəbər verir ki, daha sonra Günay Ağamalı Beştalı kəndində şəhidin ailə üzvləri ilə görüşdü.
Səmimi keçən görüşdə 1995-ci il martın 15-də Qazax-Afstafa bölgəsində dövlət çevrilişinə cəhd göstərən qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olan Xanoğlan Məmmədovun qısa və şərəfli ömür yolundan söz açıldı.
Günay Ağamalı 20 yaşında Şəhadətə ucalan Xanoğlan Məmmədovun Vətən sevgisindən, qəhrəmanlıqlarından söz açdı, onun şərəfli ömür yolunun gənc nəsillər üçün örnək olduğunu söylədi.
G.Ağamalı dövlətimiz tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan da söhbət açdı.
Şəhid Xanoğlan Məmmədovun anası Südabə xanım Günay Ağamalıya qarşıdan gələn növbədənkənar parlament seçkilərində uğurlar arzulayaraq, ona öz xeyir-duasını verdi.