Kasıbların şərikli interneti - qiymət artımından çıxış yolu...
Cəmiyyət
Oxunub: 247
11:53, Bu gün
Kasıbların şərikli interneti - qiymət artımından çıxış yolu...
Osman Gündüz: “Antiinhisar Agentliyi açıqlayıb ki, provayderlərin bu tip qərarlarının hüquqi qüvvəsi yoxdur”
 
Avqustun 15-dən etibarən ölkədə internet bahalaşıb. Dünya ölkələri ilə müqayisədə son bahalaşmadan öncə belə Azərbaycanda internet tarifləri yüksək, xidmət səviyyəsi isə qaneedici deyildi. 
 
Srağagündən isə Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğində dəyişiklik edilib. GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.
 
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s-yə üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib.
 
Belə ki, abunəçilərə 100 Mbit/s-yə internet üçün 25 AZN, 150 Mbit/s-yə internet üçün 30 AZN, 250 Mbit/s-yə internet üçün isə 36 AZN təklif edilir.
 
Maraqlıdır, provayderlər niyə hamısı standart qiymətə keçir və insanlara seçim buraxmırlar? Rəqabət niyə yoxdur? İnterneti ucuzlaşdırmaq mümkündürmü? 
 
Məsələ ondadır ki, rayonlarda əhalinin minimum 25 manata internet alması onların büdcəsinə daha pis təsir edəcək. Xeyli adamın internetdən istifadəsi məhdudlaşacaq. 
 
Belə bir fikir səsləndirilir ki, 3-4 qonşu yığışıb bir internet alacaq. Bu, bina evlərində mümkündür, ancaq rayonlarda, kəndlərdə həyət evlərində mümkünsüzdür. Çünki əhatə dairəsinin uzaqlığı qoşulmaya imkan verməyəcək. Belə olan halda hökumət məsələyə müdaxilə etməlidirmi? 
 
Elvin Abbasov: “Kibertəhlükəsizliklə bağlı məsələyə kompleks yanaşma  olmalıdır” | 1news.az | Xəbərlər
 
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, internetin qiymətində qalxmaların olması zərurətdən irəli gəlir: “Ötən gündən etibarən Azərbaycanda kiçik həcmli internet paketləri ləğv olundu və yerinə 100 Mbit-lik internet paketləri təyin olundu. Ümumiyyətlə, bir neçə ildir ki, Azərbaycanda yüksək sürətli internet məsələsi gündəmdədir. İnsanlar internetin donmasından və yaxşı işləməməsindən şikayətçi idilər. Bir neçə ildir ki, bu proses davam edir. Simli, yəni ADSL dövründən  başlayaraq simli xətlər üzərində internet yarandığı vaxtdan etibarən bu problemlər var.  Daha sonra GPON infrastrukturu Azərbaycanda qurulmağa  başladı. Bu ilin sonuna kimi proses tamamlanmalıdır. 
 
Hazırda bu proses davam edir. Ümumiyyətlə, genişzolaqlı internet infrastrukturunun qurulması ölkədə internet problemini həll edəcəkmi? Bu, dövrə görə dəyişir. Məsələn, Avropa  artıq 1 Gbit-dən və ya 500 Mbit-dən danışır. Ancaq Azərbaycanda genişzolaqlı internet infrastrukturu olduğu halda kiçik limitli paketlərdən danışırıq. Burada texniki tələblər bizə nəyi göstərir? Ümumiyyətlə, internet infrastrukturunun inkişafı zərurəti haradan yaranır? 
 
İnkişaf edən internet resursları, yəni onlayn oyunlar, konfranslar, məsafəli iş rejimləri və baxdığımız sosial şəbəkələr, digər videokontentlər - bunların hər birində daim yeniliklər gedir. YouTube-a 4ka, 8ka və daha yüksək keyfiyyətli videolar yerləşdirilə bilər. Konfrans proqramları daha kefiyyətli görüntü əldə etmək üçün öz həlləri üzərində işləyirlər. Bütün internet resursları, xidmətləri daha yaxşı keyfiyyət vermək üçün öz imkanlarını genişləndirirlər. Daha yaxşı keyfiyyəti əldə etmək üçün bizə sürətli internet lazımdır. Rəqəmsallaşmanın hər bir çalarında sürətli internetə ehtiyac var. Azərbaycanda əksər aztəminatlı insanlar ən kiçik sürətli paketə yönəlirlər. Təbii  ki, büdcə baxımından aşağı limitli paketlər insanlar üçün daha sərfəlidir. Amma bu, öz-özlüyündə keyfiyyəti verəcəkmi? Genişzolaqlı internet infrastrukturunun olduğu halda kiçik limitli paketlər bizim üçün nə dərəcədə faydalı olacaq? 
 
Doğrudur, büdcə faktoru çox önəmlidir. Provayderlər qiymətləri hansı meyarlar əsasında təyin ediblər? Əsas meyarlar budur ki, Azərbaycanda genişzolaqlı internet infrastrukturunu özəl və dövlət provayder şirkətlərinin özləri öz büdcələri hesabına  investisiya ediblər. Ona görə də qiymətlər bu provayderlərin iqtisadi göstəriciləri hesabına təyin olunub. Bu yanaşmadan baxanda  təbii ki, onlar korporativ, qazanc məqsədli cəmiyyət və bizneslərdir.  Qoyduqları investisiyaları nə vaxt çıxaracaqları barədə proqnozlar, hesabatlar hazırlayırlar.  Bunun əsasında internet qiymətləri tənzimlənir.  Hər iki göstərici - vətəndaşa xidmət göstəricilərinin yüksəldilməsi, qoyulan investisiyanın çıxarılması barədə qayğılar və digər hesabat yönümlü statistikalar qiymət və kefiyyətin artmasına dəlalət edir". 
 
Osman Gündüz — Vikipediya
 
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz  deyir ki, dövlət provayderləri, regionlarda üstünlük təşkil edən "Aztelekom" qiymət artımında israrlıdır: “Belə olan halda özəl provayderlərdən hər hansı yumşalma gözləntisi doğru olmaz. "Antiinhisar Dövlət Xidməti baş verənləri “kartel sövdələşməsi”, “seçim imkanlarının məhdudlaşdırılması” kimi dəyərləndirib, araşdırma gedir. Qurum açıqlayıb ki, provayderlərin bu tip qərarlarının hüquqi qüvvəsi yoxdur. Güman ki, Antiinhisar bununla bağlı yenidən rəsmi açıqlama verəcək. Sektorun tənzimləyici qurumu İKTA hələlik baş verənlərə münasibət sərgiləməyib.
 
AİF hökumətə təklif edib ki, regionlarda əvvəlki tarif 18 manat (40 Mbit/s) saxlanılsın, yaxud da 100 Mbit/s sürət üçün də regionlarda bəlli bir dövr üçün 18 manat təklif edilsin. 
 
Regionlardan daxil olan məlumatlar isə onu göstərir ki, istifadəçilərin bəziləri xidmətdən imtina, yaxud da “şərikli internet” üzərində düşünür.
 
“Şərikli internet” yaxın qonşuların ortaq internet bağlantısından (kabel və ya WiFi texnologiya ilə) istifadəni nəzərdə tutur. İndi məlum olur ki, nəinki kəndlərdə, elə şəhərdə də bu metoddan istifadə edənlər varmış.
 
Burada qanunvericiliyə zidd nəsə olmasa da informasiya təhlükəsizliyi ilə bağlı risklər ola bilər". /Musavat.com/
 
Oxşar xəbərlər
13:58, Bu gün
Meksika COP29-da iştirak edəcək - FOTO
13:51, Bu gün
İran prezidenti: "Bu gün xalq bizdən narazıdır, günahkarıq!" - VİDEO
13:44, Bu gün
COP29-da iştirak edəcək nümayəndə heyətləri üçün tarif portalı istifadəyə verildi - FOTO
13:37, Bu gün
ABŞ-də müstəntiqləri şoka salan hadisə: İllərlə axtarışda olan cinayətkar bu müddətdə polis işləyib - FOTO
13:32, Bu gün
Xalq artistinə şillə vuran, məşhur aktrisaya görə az qala ailəsi dağılan aktyorumuz: "Türkan Şoray başıma elə oyun açdı ki..."-ÖZƏL+FOTOLAR
13:29, Bu gün
Xalq artistinin makiyajsız halı diqqət çəkdi - FOTO
13:25, Bu gün
"Ən xoş, kədərli günümdə də Afaq xanım böyüyüm, dəstəkçim olub, o hamı kimi deyil"- Xatun-FOTO-ÖZƏL-VİDEO
13:23, Bu gün
Rusiya XİN Xəzər dənizi üzrə danışıqların əsas məqsədini açıqlayıb
13:18, Bu gün
İtaliya səfiri Rusiya XİN-ə çağırılıb
13:12, Bu gün
Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir?
13:06, Bu gün
Bakının bütün ərazilərinə su veriləcək - SON DƏQİQƏ
12:59, Bu gün
Sabah Bakıda 33 dərəcə isti olacaq - PROQNOZ
12:56, Bu gün
Bu kənddə Paşinyanı xaşlama və kababa qonaq etdilər...-FOTOLAR+VİDEO
12:49, Bu gün
Hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirildi - VİDEO
12:44, Bu gün
Amma yazmayacam mən, Sənə olan sevgimdən... - ŞEİRLƏR
12:41, Bu gün
"Dinamo Zaqreb"in "Qarabağ"la görüşdə iştirak edəcəyi heyəti bəlli oldu
12:34, Bu gün
"Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində irəliyə gedərək körpüləri dağıdıb" - ISW
12:28, Bu gün
Sərhədsiz səlahiyyətləri olan DTK generalı – o, Kreml məmurları üçün arzuolunmaz şəxs sayılıb
12:22, Bu gün
Xaçmazda ata və oğul bıçaqlandı - Ölən var
12:17, Bu gün
Qohum-əqrəbanı sevməyən bürclər - Bu insanlara nifrət edirlər
12:15, Bu gün
Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti: Mülki prosesdə şahidin hüquq və vəzifələri.
12:10, Bu gün
“Azadlığı təmin edilmiş torpaqlarımızda seçkilərin keçirilməsi dövlətimizin qüdrətini göstərir”
12:05, Bu gün
Televizor qarşısında yatmağın gözlənilməz fəsadı
12:02, Bu gün
Liftdə köməksiz qalan şəxs xilas edildi - VİDEO
12:01, Bu gün
“Rusiya Kursku azad etmək üçün Qərbi Ukraynaya taktiki atom bombası atacaq...”
12:00, Bu gün
Prezident onlara "general-mayor" ali hərbi rütbəsi verdi
11:55, Bu gün
Qəzzada vəziyyət kritik həddə çatıb, suyun təmizlənməsi ilə bağlı vasitələr tükənir
11:53, Bu gün
Kasıbların şərikli interneti - qiymət artımından çıxış yolu...
11:50, Bu gün
Rəqibi tərəfindən zəhərlənən şahmatçı DANIŞDI
11:45, Bu gün
Bakıda qadınların yaşadığı evə gecə saatlarında basqın edilib
11:42, Bu gün
Alim Qasımov nəvəsi ilə muğam oxudu - VİDEO
11:40, Bu gün
DSX-nin hərbi qulluqçuları təltif edildi
11:35, Bu gün
Məşhur türkiyəli aktyor vəfat etdi
11:34, Bu gün
"Biz ukraynalıları lazımınca dəyərləndirməmişik" - Boris Conson
11:30, Bu gün
İdman və gənclər siyasətinin növbəti uğuru
11:25, Bu gün
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Qüdrət Həsənquliyev
11:25, Bu gün
Qadın ərini güldanla ÖLDÜRDÜ
11:20, Bu gün
Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib
11:14, Bu gün
"Qarabağ" yeni qapıçısını "Dinamo" ilə oyunlar üçün iştirak ərizəsinə daxil edib
11:08, Bu gün
“İsrailə hücum Tehran üçün fəlakətli olacaq”
11:04, Bu gün
Soss!..- Ermənistanda ilk dəfə həşəratlardan keçən bu virus yayıldı...-1 nəfər öldü...
11:02, Bu gün
Şuşada COP 29 -la bağlı beynəlxaq konfrans keçiriləcək
10:55, Bu gün
Şarj cihazını “rozetka”dan ayırmasanız nə olar? – Diqqətli olun
10:47, Bu gün
Həyatınızı dəyişdirmək şansı: Qərar avqustun 17-də verilməlidir
10:39, Bu gün
Gəncədə kişi qadını dəhrə ilə vurdu
10:31, Bu gün
Paşinyan Moskvanın əsəbi ilə oynayır
10:23, Bu gün
“ Məncə, otaqda bomba olması ilə bağlı...” - Haniyənin oğlu sui-qəsddən danışdı
10:17, Bu gün
Xarici görünüş ömür uzunluğuna təsir edir - ARAŞDIRMA
10:11, Bu gün
Avtobus sürücüləri öz aralarında sərnişin "satırlar?" - Rəsmi qurumların "sübut" tələbi
10:03, Bu gün
Küçə itlərini niyə yemləmək olmaz?
09:57, Bu gün
Tramp İncil sataraq yüz minlərlə dollar qazanıb
09:52, Bu gün
Ruben Vardanyanın Xankəndidəki iş otağından “Naxçıvan atlası” tapılıb
09:43, Bu gün
Öldürücü xəstəlik sürətlə yayılır: Necə qorunaq?
09:35, Bu gün
Alimlər günəş sistemində Yerə yaxın ən soyuq yeri aşkarlayıblar
09:28, Bu gün
Salyanda 44 yaşlı kişi bıçaqlanıb
09:20, Bu gün
Aktyorun ölümü ilə bağlı 4 nəfər həbs edildi
09:12, Bu gün
Şimali Koreya sərhədləri açır - Turist qəbul edəcək
09:04, Bu gün
Abşeronda restoran yanıb
09:02, Bu gün
“Savadsızlıq günü-gündən irəliləyir, həm də iri addımlarla...”
08:56, Bu gün
Meymunçiçəyi ilə bağlı karantin olacaq? - ÜST-dən açıqlama
08:48, Bu gün
İlanı paltaryuyanda belə yudular - VİDEO
08:40, Bu gün
Hansı yuyucu vasitə paltarları daha yaxşı yuyur? - Maye yoxsa toz?
08:32, Bu gün
Qadınların xəyanətinin 5 əsas SƏBƏBİ
08:24, Bu gün
Alimlər pəhrizlə bağlı məşhur mifi təkzib ediblər
08:21, Bu gün
İran İsrailə hücum edəcəkmi?..- Üç variant...- "BİLD"
08:16, Bu gün
Mirşahin ONLARI İTTİHAM ETDİ: “Başınız çıxmırsa, toyuq beyninizin…”
08:08, Bu gün
Qonşu ölkədə güclü zəlzələ oldu
07:21, Bu gün
Ukrayna ordusunun Kurskda strateji körpünü vurma anı nümayiş etdirildi...-VİDEO
16 Aug 2024 | 23:10
Gecələr kivi yesəniz, nə olar
16 Aug 2024 | 23:04
Sırski Zelenskiyə məruzə etdi: Kurskda irəliləyirik!
16 Aug 2024 | 22:56
İtalyan səfir Rusiya XİN-ə çağırıldı
16 Aug 2024 | 22:48
Ürəyi cavanlaşdıran qidalar
16 Aug 2024 | 22:36
"Qarabağ" və "Zirə"nin matçının vaxtı açıqlandı
16 Aug 2024 | 22:28
Doha danışıqları: İsrail yeni tələb və şərt irəli sürdü - HƏMAS
16 Aug 2024 | 22:20
Rusiyada Aleksey Navalnının vəkilləri və daha 40 nəfər terrorçu elan edilib
16 Aug 2024 | 22:16
Hadisə “Qalatasaray”ın baş məqşçisi ilə sevgilidir?
16 Aug 2024 | 22:00
Böyük Vətən müharibəsinin Masallıdan olan sonuncu iştirakçısı vəfat edib
16 Aug 2024 | 21:48
Bayden: İsrail və HƏMAS Qəzzada atəşkəs əldə etməyə yaxındır
16 Aug 2024 | 21:40
"Atamdan sonra dost və qohumların 80 faizindən qopdum"
16 Aug 2024 | 21:32
Yemək yeyərkən GÜZGÜYƏ BAXMAYIN - NİYƏ?
16 Aug 2024 | 21:24
Fransada təyyarə dənizə düşdü
16 Aug 2024 | 21:16
"Harris seçkilərdə qalib gələrsə, İsrail yox olacaq" - Tramp
16 Aug 2024 | 21:10
Əgər ABŞ dəstək verməsəydi, Ukrayna ordusu... - Patruşev
16 Aug 2024 | 21:01
Rusiyanın ümidi ölümə pulsuz gedən çağırışçıyadır -  Əsgər anaları petitsiyalar hazırlayır
16 Aug 2024 | 20:55
Suşi rollar ilə YOLUXMA RİSKİ VAR
16 Aug 2024 | 20:47
İsrail XİN rəhbəri Böyük Britaniya və Fransadan İrana hücum etməyi tələb edib
16 Aug 2024 | 20:46
Bu şirə qanda xolesterinin səviyyəsini aşağı salır
16 Aug 2024 | 20:38
Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi...
16 Aug 2024 | 20:30
Çiy ətin yuyulması niyə təhlükəlidir?
16 Aug 2024 | 20:18
48 ildən sonra bəraət aldı, milyonlar qazandı
16 Aug 2024 | 20:10
Yaponiyada Qara Qarayevin piano üçün əsərləri iki dildə nəşr olunub
16 Aug 2024 | 20:01
Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Aug 2024 | 19:53
Avqustun ikinci yarısı şanslı olacaq 4 BÜRC
16 Aug 2024 | 19:45
Tutulmamaq üçün cinsini dəyişdirdi
16 Aug 2024 | 19:37
Ukrayna daha bir şəhəri təxliyə edir
16 Aug 2024 | 19:30
ÜST-dən meymunçiçəyi ilə bağlı xəbərdarlıq: Ölüm nisbəti...
16 Aug 2024 | 19:25
"Rus alçası"nın bilmədiyiniz faydaları
16 Aug 2024 | 19:21
Mingəçevirdə Kəlbəcərli seçicilərlə görüş keçirildi
16 Aug 2024 | 19:17
CV necə hazırlanmalıdır? - Bütün sualların izahı
16 Aug 2024 | 19:09
Daha bir ŞOK İNTİHAR: boğazını kəsdi - FOTO - YENİLƏNİB
GÜNLÜK
16 Aug 2024 | 21:01
Rusiyanın ümidi ölümə pulsuz gedən çağırışçıyadır -  Əsgər anaları petitsiyalar hazırlayır
16 Aug 2024 | 17:14
"Putin "Qisas" əməliyyatına başlayıb" - "Bild" nəşri
16 Aug 2024 | 16:14
Tarixin ən uzun və ən qısa müharibələri: Biri 335 il, digəri 38 dəqiqə...
16 Aug 2024 | 14:56
Gizlədilən POS-terminallar, kartdan-karta ödəmə və vergidən kütləvi yayınma: Qurumlar niyə susur? - AÇIQLAMA
16 Aug 2024 | 17:00
Hər şeyin dəyişdiyi iki yaş: 40 və 60 yaşlıların nəzərinə...
16 Aug 2024 | 16:36
Türkiyədə meymunçiçəyinə yoluxma qeydə alındı
16 Aug 2024 | 17:52
HƏMAS lideri necə qətlə yetirilib? - İsmayıl Haniyənin oğlundan AÇIQLAMA
16 Aug 2024 | 15:33
Elektromobillərin üstünlükləri - Ekspert AÇIQLADI
16 Aug 2024 | 15:02
"Rusiyalılar Kursk vilayətində kütləvi şəkildə təslim olur" - "Sky News"
16 Aug 2024 | 16:24
Putin bu tarixdə Azərbaycana gələcək
HƏFTƏLİK
14 Aug 2024 | 20:14
İdman və Olimpiadanı rüsvay etdi- BÜTÜN DÜNYA ONA GÜLÜR - VİDEO
12 Aug 2024 | 17:19
"Anam məndən gizli fəxri ad üçün müraciət etmişdi, Aygün Kazımova ilə münasibətim heç vaxt olmayacaq" - ELARİZDƏN ÖZƏL AÇIQLAMALAR 
12 Aug 2024 | 17:33
""Bayatı-şiraz"-dan danışmaq sənin başın üçün deyil, hamısı məni yamsılayır" - Tacir Şahmalıoğlu əsəbləşdi - FOTO+ÖZƏL
13 Aug 2024 | 09:36
Sarımsağın qoxusunu yox edir: Ekspertlər son nöqtəni qoydular
12 Aug 2024 | 20:03
Bir stəkan su, sirkə və duz - MÖCÜZƏ YARADIR!
11 Aug 2024 | 16:28
"Kreml təlaşdan çəkinərək Kursk hadisələrinin miqyasını azaltmağa cəhd edir" - ISW
13 Aug 2024 | 21:16
Diyetoloq bu bitkinin heyrətamiz sağlamlıq faydalarını açıqladı
12 Aug 2024 | 14:21
Müavinət və təqaüdlərlə bağlı MÜHÜM XƏBƏR
12 Aug 2024 | 00:56
Yer kürəsində maqnit qasırğası başlayıb
14 Aug 2024 | 17:28
Limon qabığını zibil qutusuna atmaq əvəzinə təkrar istifadə edin. Çox dadlıdır...
AYLIQ
16 Aug 2024 | 21:01
Rusiyanın ümidi ölümə pulsuz gedən çağırışçıyadır -  Əsgər anaları petitsiyalar hazırlayır
16 Aug 2024 | 17:14
"Putin "Qisas" əməliyyatına başlayıb" - "Bild" nəşri
16 Aug 2024 | 16:14
Tarixin ən uzun və ən qısa müharibələri: Biri 335 il, digəri 38 dəqiqə...
16 Aug 2024 | 14:56
Gizlədilən POS-terminallar, kartdan-karta ödəmə və vergidən kütləvi yayınma: Qurumlar niyə susur? - AÇIQLAMA
16 Aug 2024 | 17:00
Hər şeyin dəyişdiyi iki yaş: 40 və 60 yaşlıların nəzərinə...
16 Aug 2024 | 16:36
Türkiyədə meymunçiçəyinə yoluxma qeydə alındı
16 Aug 2024 | 17:52
HƏMAS lideri necə qətlə yetirilib? - İsmayıl Haniyənin oğlundan AÇIQLAMA
16 Aug 2024 | 15:33
Elektromobillərin üstünlükləri - Ekspert AÇIQLADI
16 Aug 2024 | 15:02
"Rusiyalılar Kursk vilayətində kütləvi şəkildə təslim olur" - "Sky News"
16 Aug 2024 | 16:24
Putin bu tarixdə Azərbaycana gələcək