Deputatlığa namizəd Günay Ağamalı Şorsulu kəndində seçicilərlə növbəti görüşünü keçirdi - VİDEO
Cəmiyyət
1630
13 Aug 2024 | 16:12

Deputatlığa namizəd Günay Ağamalı Şorsulu kəndində seçicilərlə növbəti görüşünü keçirdi - VİDEO

Ana Vətən Partiyasından 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Günay Ağamalı 12 avqust 2024-cü ildə Salyan rayon Şorsulu kəndində seçicilərlə görüşdü.
 
Görüşdə Əməkdar müəllim Fərqanə Cəbrayılova deputatlığa namizəd Günay Ağamalının tərçümeyi-halı barədə ətraflı məlumat verdi.
 
Günay Ağamalı ona göstərilən etimada görə seçicilərinə təşəkkürünü bildirdi, seçki platforması, onun əsas istiqamətləri barədə danışdı.
 
“Çalışacağam ki, sizin səsiniz olum, sizin sözünüz olum, sizin hüquqlarınızın müdafiəçisi olum. Siz bunu mənim fəaliyyətimdə, gördüyüm işlərdə görəcəksiniz” deyən Günay Ağamalı deputat seçiləcəyi təqdirdə onların problemlərinin səlahiyyəti çərçivəsində həll olunması istiqamətində səylə çalışacağını vurğuladı. G.Ağamalı ona etimad göstərən seçicilərə təşəkkürünü bildirdi.
 
Seçicilər Balaş Əhmədov, Şahin Yunusov, Alimə Babayeva, Nizami Hümbətov, Elmira Abiyeva və digər çıxış edənlər problem və qayğılarından danışdılar. Kənd sakinləri sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizəd Günay Ağamalını dəstəkləyəcəklərini bildirərək ona uğurlar arzuladılar.
 
Link kopyalandı!
Son xəbərlər