Rusiyanın Qara dəniz donanmasının daha bir hərbi gəmisi batırılıb
Cəmiyyət
1846
11 Aug 2024 | 17:14

Rusiyanın Qara dəniz donanmasının daha bir hərbi gəmisi batırılıb

"Ukrayna Silahlı Qüvvələri hərbi əməliyyatların gedişində Rusiyanın Qara dəniz donanmasının üçdə bir hissəsini sıradan çıxarmağa nail olub..."
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi Rusiyanın Qara dəniz donanmasının növbəti hərbi gəmisinin məhv edilməsi barədə məlumat verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "ukrainianwall.com" nəşri məlumat yayıb.
 
Kəşfiyyatçılar məlumat verib ki, avqustun 8-dən 9-na keçən gecə Krımın Çernomorskoye qəsəbəsi yaxınlığında "Maqura" dəniz dronu ilə KS 701 tipli "Tunets" katerinə zərbə endirilib.
 
Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi bölmələri tərəfindən həyata keçirilən bu hücum nəticəsində Rusiyanın daha üç üzən vasitəsi zərər çəkib. Hal-hazırda onların tipi müəyyən edilir.
 
Bu, Ukrayna Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində zərər çəkən "Tunets" tipli ilk kater deyil.
 
Bu ilin may ayında ukraynalı hərbçilərin həyata keçirdiyi zərbə nəticəsində bu tipdən olan iki gəmi məhv edilib, bir o qədəri də zədələnib.
 
"Tunets" tipli katerin uzunluğu 8, 8 metrdir, bortunda altı nəfər yerləşir.
 
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, KS 701 layihədən olan sürətli nəqliyyat-desant katerləri Krımda akvatoriyanın və logistikanın patrul xidməti üçün istifadə edilib.
 
Hərbi əməliyyatların gedişində Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasının üçdə birini sıradan çıxarmağa nail olub, o cümlədən flaqman hesab edilən "Moskva" raket kreyserini batırıb.
Link kopyalandı!
Son xəbərlər