Vəkil İlhamə Həsənova ilə həbs olunan şəxslərin  valideynləri və yaxınları üçün vəkili məsləhəti
Cəmiyyət
1831
10 Aug 2024 | 16:19

Vəkil İlhamə Həsənova ilə həbs olunan şəxslərin  valideynləri və yaxınları üçün vəkili məsləhəti

Moderator.az "Vəkil İlhamə Həsənova ilə vəkil məsləhəti" rubrikasının  dördüncü hissəsini  təqdim edir. Budəfəki mövzu belədir: "Saxlanılan,tutulan,həbs olunan şəxslərin  valideynləri və yaxınları üçün vəkili məsləhəti"

1. Yaxınınızın  saxlanması barədə məlumat alan kimi dərhal vəkillə əlaqə saxlamalısınız. Əgər öz vəkiliniz yoxdursa, Vəkillər Kollegiyasının saytına daxil olaraq bu saytdan istədiyiniz vəkili seçib onunla əlaqə saxlaya bilərsiniz.(//barassociation.az/lawyersregister) Hər hansı bir şəxs saxlanıldıqda,tutulduqda vəkil işə nə qədər tez cəlb olunsa,o qədər yaxşıdır.
 
2. Özünüzü nəqliyyatla təmin etməli və zəruri  ehtiyacları ödəmək üçün müəyyən miqdarda pul vəsaitinə malik olmalısınız. Xüsusilə, şəhərdə sürətlə hərəkət etmək (müstəntiqlə, vəkillə görüşmək, məhkəməyə getmək,ictimaiyyəti cəlb etmək və s.) ehtiyacı  yaranacaq.
 
3. Saxlanılan,tutulan,həbs edilən şəxsin şəxsiyyətini xarakterizə edən  materialların sürətlə toplanmasını təmin edin (aşağıda 10-cu bəndə bax). Bunun üçün dostların və qohumların, fəalların dəstəyinə müraciət etmək məsləhətdir.
 
4. Həbsin şahidləri haqqında məlumat toplamağa, şəxsin hansı şəraitdə saxlandığını və həbsin baş verdiyi hadisələrdə iştirak etmiş şəxslərin hamısını müstəqil şəkildə aşkar etməyə çalışın. Bu halda potensial şahidlərin tam adını ,soyadını, ata adını, ünvanını telefon nömrələrini öyrənməyə çalışın.
 
5. Şəxsin saxlanmasını həyata keçirən şəxslər haqqında nə məlum olduğunu, onların təsvirini, nə geyindiyini, hansı avtomobildə olduqlarını,saxlanılan şəxsin hara aparıldığını şahidlərdən öyrənin.
 
6. Özünüzü toparlamalı və vəkilinizlə əməkdaşlığa diqqət etməlisiniz. Qohumlar və dostlar cinayət prosesinə aid olan, olmayan hər şeyi müzakirə edəcəklər. Ancaq siz vəkilə yalnız işə aid olan hər şeyi çatdırmalı, onun məsləhət və göstərişlərinə qulaq asmalı, qiymətli vaxtını əlindən alaraq ona emosiyalar yükləməməlisiniz.
 
7. Saxlanılan,tutulan,həbs edilən şəxslə ünsiyyət qurarkən, emosiyaları bir kənara qoymalı və bir sıra vacib suallara aydınlıq gətirməlisiniz:
 
- Bu  şəxsin tibbi yardıma ehtiyacı varmı, zəruri hallarda onun  tibbi yardım tələb etmək hüququ olduğunu bildirin;
 
- Saxlanma  hansı şəraitdə baş verib, video və ya foto ola bilərmi, kimdə var;
 
- Saxlamanı  kim həyata keçirib (formanın təsviri və ya vəzifəli şəxslərin ümumi təsviri, yaxud tam adı və ya vəzifəsi);
 
- Saxlanmanın  və ya saxlanma  ilə nəticələnən hadisələrin şahidi olan, başqasının saxlanılıb-saxlanılmaması;
 
- Saxlanmanın səbəbləri barədə məlumat verilib-verilməməsi;
 
- Həbs olunarkən hüquqlarınız izah edilibmi?
 
- Axtarış aparılıbmı və nə ələ keçirilib?
 
- Saxlanma,tutma  protokolu tərtib edilibmi və saxlanılan şəxs hər hansı sənədləri imzalayıbmı, hansı sənədlərin imzalandığını və protokolun surətinin saxlanılan şəxsə təqdim edilib-edilmədiyini öyrənin;
 
- Dindirmə aparılıbmı, saxlanılan şəxs sualları cavablandırıbmı, dindirmə zamanı vəkil iştirak edibmi?
 
- Həbs edilmiş şəxsə ifadə verməyi qadağan etmək və ona özünə qarşı ifadə  verməkdən imtina etmək hüququnu və vəkilin iştirakını tələb etmək hüququnu izah edin;
 
- Saxlanılan şəxsi sakitləşdirin və ona özünü nəzakətli aparmağın, münaqişələrə qarışmamağın, vəkilsiz heç bir sənədə imza atmamağın vacibliyini izah edin: 
Siz dərhal müstəntiqlə münaqişəyə girməməlisiniz, Unutmayın ,  onunla əlaqə qurmaqvə ondan birbaşa məlumat almağa çalışmaq daha yaxşıdır. Müstəntiqin düşmən olması fikrini atmaq lazımdır. Yalnız aşkar qəsdən qərəzli davranış hallarında  müstəntiqdən  şikayət  edin.Hər halda, istintaq və məhkəmə ilə münasibətləri vəkilinizin məsləhəti ilə qurmaq daha yaxşıdır.
 
8 . Saxlanmanı,tutmanı,həbsi həyata keçirən şəxslər çox vaxt bir sıra qanun pozuntularına yol verirlər. Saxlanmanın,tutmanın,həbsin qanunsuzluğu aşkar olarsa siz vəkillə bu hərəkətlərin qanunzuzluğu ilə  bağlı məbkəmə nəzarəti  qaydasında  və ya istintaqa nəzarəti həyata keçirən prokurora şikayət verməlisiniz.
 
9. Vəkilin göstərişini gözləmədən  toplanaraq vəkilə təhvil verilməli olan sənədlər və məlumatlar:
 
- Saxlanmanın şahidlərinin və saxlanılan şəxsin məlumatları, həbsin və ya saxlanılan şəxslə bağlı hadisələrin foto və ya video materialları (4.5 və 7-ci bəndlər);
 
- Saxlanılan,tutulan və ya həbs edilən şəxsin xüsusi qayğıya, müalicəyə, pəhrizə və s. ehtiyacı olmasını, həmin şəxsin yaşı və sağlamlıq vəziyyətini əks etdirən müvafiq tibbi sənədlər;
 
- Məhbusun yaşayış yeri üzrə sosial əlaqələrinin möhkəmliyi, ailəsinin, yaxınının, dostlarının, təhsil müəssisəsinin, yaşayış yeri üzrə işinin olması və yaşayış yerini tərk etmək üçün obyektiv imkanın olmadığını göstərən digər hallar barədə məlumatlar;
 
- Şəxsin daimi iş və ya təhsil yeri haqqında sənədlər;
 
- Şəxsin reputasiyası, qonşularından, işçilərindən, sinif yoldaşlarından (sərbəst yazılı formada) rəylər, diplomların, tərifnamələrin və həbs edilmiş şəxsin nüfuzunu göstərən digər sənədlər;
 
- Saxlanılan şəxsin və onun ailəsinin ağır əmlak vəziyyəti haqqında məlumat (qaçıb gizlənmə  və istintaqa mane olma imkanının olmamasının sübutu kimi);
 
-Cinayət qeydlərinin olmaması, inzibati xətaların , məsələn,əgər saxlanılan sürücüdürsə - inzibati yol hərəkəti qaydalarının pozulmasının olmaması  barədə arayış alın.
 
- Tutulan şəxsi zaminə götürə biləcək şəxslər haqqında məlumat (tanınmış şəxsiyyətlər və ya etibarlı şəxslər - iş adamları, dövlət məmurları, idman məşqçiləri, müəllimlər və s.);
 
- Əmlak vəziyyətiniz buna imkan verirsə, girov ,depozit qoymağa hazır olduğunuz barədə məlumat;
 
- Şəxsin ailə vəziyyəti,himayəsində olan şəxslər barədə məlumatlar.
 
 
Link kopyalandı!
Son xəbərlər