“Əhməd Kabaklı Türkiyə – Azərbaycan ədəbiyyatşünaslıq elmində təməl cığırları açan abidə şəxsiyyətdir”
Cəmiyyət
Oxunub: 592
10:59, Bu gün
“Əhməd Kabaklı Türkiyə – Azərbaycan ədəbiyyatşünaslıq elmində təməl cığırları açan abidə şəxsiyyətdir”
Türkiyə ilə Azərbaycan arasında ədəbi əlaqələrin yaranması və möhkəmlənməsində böyük xidmətləri olan görkəmli ədəbiyyatşünas alim Əhməd Kabaklının anadan olmasının 100-cü ildönümü həm Türkiyədə, həm də Azərbaycan elmi-ictimai mühitində geniş qeyd olunur. Bu baxımdan, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un və Mahmud Kaşğari adına Beynəlxalq Fondun birgə layihəsi əsasında “İstanbul Post kitab yayın evi”ndə Əhməd Kabaklının “Türkiyəni yoğuranlar” kitabının işıq üzü görməsi mərhum alimin əziz xatirəsinə dəyərli töhfədir. Xatırladaq ki, kitabın rəyçiləri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı xanım Raimkulova və Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidlidir. Layihə rəhbərlərindən olan Türk dünyasının dəyərli alimi, Azərbaycan Milli Məclisinin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev kitaba yazdığı ön sözdə Əhməd Kabaklının yaradıcılığı fonunda Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrini geniş müstəvidə təhlil edir:
Cavanşir Feyziyev
Azərbaycan Milli Məclisinin deputatı
Əhməd Kabaklının “Türkiyəni yoğuranlar” kitabına Ön Söz
Əhməd Kabaklı çağdaş Türkiyə elmi-ədəbi müstəvisində əhəmiyyətli xidmətləri ilə imzasını möhürləyən, ümumtürk milli mədəniyyətinin sütunu olan abidə şəxsiyyətlərdəndir. Görkəmli alimin öz əsərlərini oxumaqla yanaşı, müxtəlif ədəbi qaynaqlar sayəsində, xüsusilə də Bəşir Ayvazoğlunun “Göllübağdan köşə yazarlığına yürüyən yetim Ahmet Kabaklı” yazısı (“Türk ədəbiyyatı” dərgisi, 1997-ci il, ⁸№ 279, s.8-9) ümumtürk ədəbiyyatşünaslığına verdiyi töhfələr baxımından dəyər əmsalı misilsiz bir şəxsiyyətin – Əhməd Kabaklının ədəbi portretini təsəvvürümdə canlandırmış oldu. Bəşir Ayvazoğlunun yazısının işığında yola çıxaraq bir İnsanın necə mərhumiyyətlərdən, məşəqqətlərdən doğulub möhkəmləndiyini, mayası halallıqdan yoğrulan bünyəsini, zəhmətsevərlik və istedadın qovuşuğunda bütün mənalı ömrünü ədəbiyyata, sənətə, Sözə hizmətə – Haqq işinə həsr etdiyini müşahidə etmiş oldum.
 
Yoxluğunda işıqlı əməlləri sayğıyla anılanlar həqiqətən də xoşbəxt insanlardır. Əhməd Kabaklı bütün mənalı ömrünü milli şüurun oyanışına, ədəbiyyatşünaslıq elminin zənginləşməsinə, nəsillərin təlim və tərbiyəsinə həsr etməklə cəmiyyətin gözəl əsərlər, sağlam məfkurə sayəsində bütün naqisliklərdən arınıb doğru bir yola qədəm qoyacağına ürəkdən inanan və inandıran adamdır.
 
Bir elmi-tədqiqat institutunun on illərlə görə bilməyəcəyi işi təkbaşına yerinə yetirən, hər cür maddi-mənəvi çətinliklərə mətanətlə sinə gərən, min beş yüz ildən artıq mürəkkəb, keşməkeşli bir dövrün ədəbi, tarixi materiallarını, əlyazmaları, arxiv sənədlərini incələyib dəyərləndirən Əhməd Kabaklı bu xidmətləri ilə mənsub olduğu türk ədəbiyyatına, mədəniyyətinə misilsiz milli mənəvi töhfələr bəxş etmişdir
 
Milli ruhlu ədəbiyyat tarixçisi kimi Ahmet Kabaklının ərsəyə gətirdiyi beş cildlik “Türk ədəbiyyatı” tarixi bu sahəyə həsr edilən ilk və ən mükəmməl ensiklopediya, türk ədəbi-mədəni mühitinin dolğun və sanballı atlasıdır. Onun “Kültür imperializmi” (1970), “Müsəlman Türkiyə” (1970), “Məbəd və millət” (1970), “Yunus Əmrə” (1971), “Mehmet Akif Ərsoy” (1970), “Mövlana” (1975), “Təməllərin duruşması” (1989), “Güney-doğu yaxından” (1990), “Şeir incələmələri” (1992), “Doğudan doğuş” (1993), “Sultan-üş şüəra Nəcib Fazil” (1995), “Şairi Cahan Nədim” (1996), “Millətə vurulan canlı qandal – bürokratiya” (2002), “İstanbul gül dəstəsi” (2003), “İslamla qaynaşmış türk ədəbiyyatı” (2006), “Aşıq ədəbiyyatı” (2006), “Alpərən” (2007), “Nazim Hikmət” (2007), “Dövlət fəlsəfəmiz” (2007), “Türkiyəni yoğuranlar” (2008), “Çağlara hökm edənlər” (2008), “Fateh və İstanbul” (2011), “Divan ədəbiyyatı” (2011) və başqa kitabları ədəbiyyatşünaslıq elmimizin zənginləşməsində əlahiddə əhəmiyyət kəsb edən mənəvi xəzinədir.
 
Əsərlərində, xüsusilə “Türk ədəbiyyatı”nda xalq yaradıcılığına, “Bozqurd”, “Alp Ər Tonqa”, “Şu”, “Ergenekon”, “Törəyiş”, “Köç” və s. əfsanələrin şərhinə geniş yer ayıran Əhməd Kabaklı 1924-cü ildə Elazığda – əfsanəvi Harputda, Saray Xatun məscidinin müəzzini Ömər əfəndinin ailəsində dünyaya göz açmışdır.
Türkiyənin görkəmli ədəbiyyatşünaslarından olan Bəşir Ayvazoğlunun fikrincə, Əhməd Kabaklının ata-babaları Harputun Daşlıbağında meyvə, özəlliklə kabak yetişdirdikləri üçün onlara kabaklılar deyilirdi. Daha başqa bir dəyərləndirməyə – Sərvət Kabaklının düşüncələrinə görə isə bu nəslin nümayəndələri həmişə zəhmətsevərlikdə, xeyirxahlıqda öndə, irəlidə, qabaqda olduğu üçün xalq onlara Kabaklı adı vermişdir. Sonuncu fikrin dolğunluğunu, doğruluğunu, dürüstlüyünü zaman keçdikcə tarix özü də təsdiqləmiş oldu. Dövrün bütün məhrumiyyətlərinə, məşəqqətlərinə rəğmən zəhmətin və istedadın sayəsində Kabaklılar nəslinin öndə, qabaqda gedənləri bu soyadı qədim və böyük bir xalqın ədəbiyyat, mədəniyyət tarixinə ləyaqətlə həkk etdilər.
 
1926-cı ildə Harputda Kabaklılar ailəsinə ağır itki üz verir. Təsadüfi qəza nəticəsində Ömər əfəndi həlak olur. İki yaş yarımında ikən atasını itirən Əhməd Kabaklı çətinlik, yoxsulluq və ehtiyac içində böyümüş, anası Münirə xanımın himayəsi altında təlim-tərbiyə almış, anasından və xalasından çoxsaylı əfsanələr, nağıllar, atalar sözləri dinləmiş, Elazığda ibtidai məktəbi və liseyi yüksək qiymətlərlə başa vurmuşdur. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin türkologiya bölümündə oxuduğu illərdə Əhməd Cəfəroğlu, Cəmil Meriç, Cahid Okurer, Mehmet Kaplan kimi görkəmli şəxsiyyətlərdən dərs almış Əhməd Kabaklı ilk tənqidi məqalələrini də tələbəlik illərində çap etdirir, 1948-ci ildə bu universiteti bitirdikdən sonra isə Diyarbəkir liseyində pedaqoji fəaliyyətə başlayır. Bu şəhər onun həyatında və taleyində unudulmaz xoş duyğular yaradır, zərif izlər buraxır. Əhməd bəy Diyarbəkir qız liseyində riyaziyyat müəlliməsi işləyən Məşkurə xanımla tanış olur və onunla ailə həyatı qurur. 1950-ci illərdə Milli Təhsil Nazirliyi onu təhsilini davam etdirmək üçün Parisə göndərir, qayıtdıqdan sonra İstanbul Pedaqoji İnstitutunda müəllimliyə başlayır, eləcə də İstanbul Texniki Universitetində ədəbiyyatdan dərs deyir. 70-ci illər Türkiyəsinin mədəniyyət aləmində iki böyük ədəbi hadisə Əhməd Kabaklı ilə birbaşa bağlıdır. Mətbuat ailəsinə 1972-ci ilin yanvarın 15-də ilk uğurlu sayı ilə qədəm qoyan “Türk ədəbiyyatı” dərgisi Əhməd Kabaklının təsisçiliyi və baş redaktorluğu ilə yaranmış və az vaxtda ədəbi qüvvələri ətrafında cəmləyərək milli məfkurəyə, mənəvi dəyərlərə söykənən yeni cərəyanın, çağdaş ədəbi məktəbin təməlini qoymuşdur. Digər əlamətdar hadisə isə dərgidən 6 il conra – 1978-ci ildə dövrün görkəmli siyasət, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirakı ilə Türk Ədəbiyyatı Vəqfinin yaradılması idi. Əhməd Kabaklının öndərliyi ilə vəqfin üzvləri arasında Süleyman Dəmirəl, Alparslan Türkeş, prof. Məhərrəm Ergin, prof. Faruk Kadri Timurtaş, prof. Mehmet Kaplan, prof. Tahsin Banguoğlu, Necip Fazil Qısakürək, qurucuları sırasında Sevinc Çokum, İskender Öksüz, Tahir Kutsi Makal, İrfan Atagün, Halis Akaydın, İsmayıl Gerçəksöz və başqa tanınmış qələm əhli yer almışdır. Bu günədək Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi eyni ideala – türkçülüyə və türk ədəbiyyatına ləyaqətlə xidmət etməkdədir.
 
“Mehmet Akif”, “Mövlana”, “Yunis Əmrə”, “Şeir təhlilləri”, “Divan ədəbiyyatı”, “Aşıq ədəbiyyatı”, “Nazim Hikmət”, “Şairlər sultanı Nəcib Fazil”, “Təsəvvüf, təriqət və ədəbiyyat” adlı kitabları onun ədəbiyyatşünaslıq fəaliyyətinin geniş əhatə dairəsini təsəvvür etməyə imkan verir. Həm də Ankara Universitetinin hüquq fakültəsini bitirmiş Əhməd Kabaklının siyasi mövzularda yazdığı kitablar cəmiyyətdə rəğbətlə qarşılanmışdır. Onun “Təməllərin duruşması”, “Qazi və Atatürkçülər”, “Mədəniyyət imperializmi”, “Məbəd və millət”, “Millətə vurulan canlı qandal: bürokratiya”, “İnsan və irfan”, “Türkiyəni yoğuranlar”, “Sərhədlərin o tayı” kitablarında yaşadığı dövrdə Türkiyədə və ətrafında cərəyan edən hadisələrin təhlili və təqdimatı əsas yer tutur.
 
Ədəbiyyat tarixçiliyinə xüsusi diqqət yetirən professor Əhməd Kabaklının “Türk ədəbiyyatı” adlı 5 cildlik kitabı ali məktəblərdə istifadə üçün əhəmiyyətli olsa da, dərslik deyildir. Əslində, çoxcildliklər adətən akademik nəşr hesab olunur. Əhməd Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyi akademik səviyyədə yazılsa da, kitab geniş oxucu auditoriyası üçün hesablanmışdır. Ona görə də son nəticədə professor Əhməd Kabaklının kitabı elmi-populyar xarakterli akademik nəşr kimi hazırlanmış və daha çox elm və ədəbiyyat adamlarının istifadəsi üçün yazılıb nəşr edilmişdir. Müəllif ali məktəblərdə dərs dediyi üçün türk ədəbiyyatının əsas simalarından hər biri haqqında yığcam oçerklər verməklə, burada yazıçı və şairlərin həyatı və yaradıcılığının ən zəruri məsələlərindən söz açmaqla “Türk ədəbiyyatı”nın universitetlər üçün də faydalı olmasına çalışmışdır. Lakin Əhməd Kabaklı uzun illər ərzində həm də müxtəlif qəzetlərdə çalışdığı, “köşə yazıları” çap etdirdiyinə görə onun qələmindən çıxmış “Türk ədəbiyyatı”nda publisistika da müəyyən dərəcədə özünə yer qazanmışdır. Hətta yeri gəldikcə Əhməd Kabaklı az da olsa müxtəlif portret-oçerklərində yazıçı və şairlərin həyatında baş vermiş hadisələrdən də epizodik şəkildə bəhs etmişdir. Elm ağırlıqlı publisist üslub Kabaklının yazdığı ədəbiyyat tarixinin səciyyəvi xüsusiyyətidir. Lakin üslubdakı publisist üslubi çalarlar kitabın elmiliyini, nəzəri səviyyəsini qətiyyən azaltmamışdır. Ədəbiyyat tarixinin bu formatda təqdimi elmi-nəzəri qənaətləri akademik çevrələrlə yanaşı, geniş oxucu auditoriyasına çatdırmağa uğurla xidmət edir. Əhməd Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyi geniş mənada “Ədəbiyyat maraqlıları üçün Əl kitabı” səviyyəsində qəbul olunur.
 
Bununla belə, Əhməd Kabaklı öz kitabını necə adlandırmaq üçün ciddi axtarışlar aparmışdır. O, “Türk ədəbiyyatı”nı əvvəlcə “Aydınlar üçün ədəbiyyat” adlandırmaq istəmiş, lakin həmin anlayışın kitabdan istifadənin dairəsini məhdudlaşdıra biləcəyini düşünərək bu addan imtina etməli olmuşdur. İnformasiya tutumuna və ədəbi-tarixi məlumatlarla zəngin olduğuna görə nəşrin “Ədəbiyyat ensiklopediyası” adlandırılması da məqbul sayılmamışdır. Sırf ədəbiyyat tarixçiliyi istiqamətində yazılmadığı üçün Əhməd Kabaklı kitabını “Türk ədəbiyatı tarixi” də adlandırmamışdır. “Türk ədəbiyyatı” adı ilə təqdim olunması kitabda Türkiyədə və çevrəsindəkibədəbiyyatın bütün inkişaf mərhələlərini oxuculara çatdırılması mənasını daşıyır.
 
Professor Əhməd Kabaklının “Türk ədəbiyyatı”na yazdığı “Ön söz”də kitabın mahiyyəti aşağıdakı kimi izah olunur: “Türk ədəbiyyatının bilinməyən köşələrini aydınlatmaq üçün hörmətli universitet müəllimlərinin apardıqları tədqiqatlar və incələmələr ancaq “ixtisas etibarı” olan dar bir çevrəyə səslənməkdədir. Bunların mövzuları çox məhdud dairədə olduğu üçün ədəbiyyat maraqlısı olan gənclərə və başqa məslək sahiblərinə maraqlı təəssürat doğuracağını söyləmək çətindir. Yetişən gəncliyə türk ədəbiyyatının bilik və sevgisini verməyə borclu olan lise kitablarına gəlincə, bunların hörmətli müəllifləri bütün ədəbiyyatımızı bir neçə ədib və onlardan seçilmiş iki-üç mətn ilə tanıdıb sevdirmək möcüzəsi göstərməyə məcburdurlar. Yarısı Batı ədəbiyyatına ayrılan kitabların səhifələri onsuz da sınırlıdır… Sənətləri mətnlərlə ortaya qoymaqla onların tarixi, sosial, estetik, iqtisadi düşüncə qaynaqlarını araşdırmaq imkanı yoxdur”.
 
Professor Əhməd Kabaklının ilk dəfə 1965-1972-ci illərdə çap olunmuş “Türk ədəbiyyatı” kitabı Türkiyədə çoxəsrlik ədəbiyyat tarixinin seçilmiş təmsilçilərini deyil, demək olar ki, bütün əsas simalarının həyatı və yaradıcılığını oxuculara çatdıran və bu sahədəki boşluğu dolduran birinci genişhəcmli nəşrdir. Yazıldığı vaxtdan yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, “Türk ədəbiyyatı” kitabı indi də Anadolu türkləri və digər türk xalqları ədəbiyyatının bütöv mənzərəsini tam əhatə edən geniş, ümumiləşdirilmiş və fərqli tədqiqat əsəri kimi qəbul olunur. Təkbaşına yazdığı “Türk ədəbiyyatı” adlı 5 cildlik kitabı ilə Əhməd Kabaklı böyük bir elmi-tədqiqat institutunun işini yerinə yetirmişdir.
 
Əhməd Kabaklının “Türk ədəbiyyatı” çoxcildliyində ədəbiyyat nəzəriyyəsi özünəməxsus yer tutur. Kitabın birinci cildi tam olaraq ədəbiyyat nəzəriyyəsi anlayışlarına həsr edilmişdir. Bu, sonrakı cildlərdə əks etdiriləcək proseslərin mahiyyətini aydın surətdə başa düşmək üçün açar rolunu oynayır. Əhməd Kabaklı “Ədəbiyyat nədir?” sualından başlayaraq, ədəbi növlər və janrlar, bədii təsvir və ifadə vasitələri, ədəbi cərəyanlar və vəznlər haqqında yığcam elmi məlumatları kitaba daxil etmişdir. Ədəbiyyat nəzəriyyəsinə dair anlayışlar şərh edilərkən Qərb ədəbiyyatından, xüsusən fransız elmi-nəzəri fikrindən də misalların gətirilməsi, istinadların verilməsi Əhməd Kabaklının geniş elmi dünyagörüşə, əhatəli bilik və məlumata malik olduğunu göstərir. Analitik təhlil və şərhlər kitabdakı nəzəri materialı elmi səviyyədə çatdırmağa şərait yaradır. Əhməd Kabaklı türk təfəkkürlü və Qərb dünyagörüşlü ədəbiyyat nəzəriyyəçisidir. O, hətta bəzi hallarda Avropa ədəbiyyat terminlərini türkləşdirmək baxımından yeni sözlər icad etmişdir. Əhməd Kabaklı Qərbdə geniş yayılmış Eksiztensializm cərəyanının adını türk ədəbiyyatşünaslığına uyğunlaşdıraraq “varoluşçuluq akını” adlandırmışdır. O, ədəbiyyatın tərifindən bəhs edərkən də Qərbçi baxışlara nəzər salmaqla yanaşı, özünün yaratdığı aşağıdakı tərifi diqqətə çatdırır: “Ədəbiyyat – bilik, ehtimal və müşahidələrə dayanan duyğular, düşüncələr və xəyalların yardımı ilə gözəl söz və yazı əsərləri meydana gətirmə sənətidir”. Digər ədəbiyyat anlayışları haqqında da Əhməd Kabaklının özünəməxsus baxışı vardır. Kitabdakı təriflərin əksəriyyəti Əhməd Kabaklıya məxsusdur. Bunlar Əhməd Kabaklının geniş mənada ədəbiyyatı dərindən qavradığını, hər ədəbi anlayışın mahiyyətinə işıq salmaq imkanlarını və ümumiləşmiş elmi-nəzəri mülahizələr irəli sürmək istedadına malik olduğunu göstərir.
 
Xatirələrini oxuduqca yazdıqlarından bu qənaətə gəlmək olar ki, 1990-cı illərdə Əhməd Kabaklı iki dəfə Bakıda olmuşdur. Sonuncu dəfə Azərbaycana gələrkən Türk xalqları ədəbiyyatının istedadlı araşdırıcısı Əli Şamillə görüşmüş, ona geniş müsahibə vermişdir. Böyük Ustad radio-müsahibəsində düşüncələrini və arzularını dilə gətirərək deyir: “Mən Ahmet Kabaklı olarak, tabii milliyyətçi düşüncələri bəyan edərim, ayrıca “Tərcüman” qazetəsində yazarım, davamlı köşə yazısı yazarım. Azərbaycan oxucusunu bu səfər keçən gəlişimə görə daha ferahlamış, daha kəndinə gəlmiş olaraq gördüm. İnşallah növbəti gəlişimlə daha başqa özəlliklər görəcəm. Mən heç şübhə etmiyorum. İstədiyim bütün məsələm türk insanının bir-birilərini sevmələridir, Türkiyəyi sevmələridir, türk dünyasını sevmələridir və bu şəkildə çox fərahlı günlərə doğru birlik olaraq gedə biləcəyimizə inanıyorum…”
 
Əhməd Kabaklının qəlbində həmişə Azərbaycan sevgisi çağlamışdır. Hələ 1983-cü ilin iyun ayında televiziyada “Dədə Qorqud” filmini seyr etdikdən sonra “Tərcüman” qəzetində fərəh və iftixar hissiylə yazırdı: “21 iyun televiziyada “Dədə Qorqud”u Azərbaycanda yaradılmış film kimi seyr etdik. Hər şeydən öncə bu filmi yaradan azəri qardaşlarımıza təşəkkürümüz var: Nədən? Ən azı bizim görəcəyimiz işi gördükləri üçün və bizə “Dədə Qorqud” kimi bir dastanımızın var olduğunu xatırlatdıqları üçün. Soyumuzun fəzilətlərini, igidliklərini, mərasimlərini, Allaha və dövlətə hörmətlərini, yalana nifrətlərini, cihadlarını, təmiz eşqlərini bir müqəddəs əfsanə mühiti içində bizə anlatdırdıqları üçün. Oğuzların vətən sevgisi, torpaq sevgisi yaxşı göstərildiyi kimi, saf və təmiz dindarlıqları da dilə gətirilə bilərdi. Ancaq azəri soydaşlarımız haqlı olaraq deyə bilər ki: “Biz kiçik qardaşlarıq. Dini və millətləri rədd edən yabançı bir rejimdə, biz bunu edə bildiksə, yenə də böyük hünər və uğur sayılmalıdır. Daha gözəlini, daha yaxşısını biz, əlbəttə, sizdən gözləyirik. Sizin rejissorlarınız, aktyorlarınız, bəstəkarlarınız hardadır?” “Dədə Qorqud”un 12 boyunu bir araya gətirib, dünyanın ən gözəl dastanlarından birini ondan çıxaracaq şairləriniz, ədibləriniz hardadır? Niyə baxmırsınız soyunuz oğuzların o eşsiz dillərinə, mərasimlərinə, inanclarına. Yoxsa sizi də “Əcəl alıb, yer gizləmişdir?”
 
Əhməd Kabaklının bu sətirləri qələmə almasından bu günümüzü 40 ilə yaxın bir zaman məsafəsi ayırır. Yazıldığı dövrlə müqayisədə bu fikirlər adi sözlərdən ibarət deyildir. Hər cümlədə millətinin taleyi üçün döyünən narahat bir qəlbin çırpıntısı, yüz illərlə bir-birindən ayrı düşmüş, parçalanmış türk xalqlarının ortaq keçmişinə sahiblik duyğusunun aşılanması üçün müdrik bir ziyalının atəşin səslənişi duyulmaqdadır. Əhməd Kabaklının bu cəsarətli fikirləri ilk növbədə dəmir pərdəli rejimlərin qadağalarından daha çox içimizdəki biganəliyə, soyuqluğa ünvanlanıb. Oğuzların vətən, torpaq sevgisinin filmdə qabardılmasını Əhməd bəy yüksək dəyərləndirir. Çünki o özü də oğuz ellərinin, türk dünyasının bir Dədə Qorqudu idi.
 
Əhməd Kabaklının türk millətinə namuslu, ləyaqətli xidmətinə görə aldığı çoxsaylı ödüllər, mükafatlar sırasında birinin yeri xüsusilə seçilməkdədir. Aydınlar Ocağının və 55 müstəqil qurumun birgə qərarı ilə ona Atatürk Kültür Mərkəzində 1996-cı ilin dekabr ayında keçirilən və dövlət məmurlarının da qatıldığı yığıncaqda Şeyxül-mühərrir fəxri adı verilmişdir. Bu adı o sanballı əməyinə verilən ən yüksək dəyər kimi qəbul etmiş və ömrünün sonunadək Şeyxül-mühərrir (yazarların mənəvi başqanı) titulunu iftixar hissi ilə daşımışdır.
 
Türk Dil qurumunun həqiqi üzvü olan Əhməd bəyin 1978-ci ildə  yaratdığı və ömrünün sonuna qədər başçılıq etdiyi Türk Ədəbiyyatı Fondu Cumhuriyyət dönəmində Türkiyənin  əsas ədəbiyyatşünaslıq mərkəzlərindən birinə çevrilmişdir. Bu gün isə təkcə Türkiyənin deyil qardaş türk dövlətlərinin də ədəbi birlik ünvanı hesab olunan Türk Ədəbiyyatı Fondu həm də böyük mütəfəkkirin əsərlərinin müzakirə olunduğu elm – sənət məbədidir.
 
Əhməd Kabaklının bizə doğma olan əsərləri kimi, mənəvi mirası olan Türk Ədəbiyyatı Fondu İstanbula gedən hər bir Azərbaycan ziyalısı üçün müqəddəs ocaqdır. Bu, tarixən belə olmuşdur, bu gün də belədir, yarın da belə olacağı mütləqdir…
Oxşar xəbərlər
18:58, Bu gün
Ağadadaş Ağayevin döyüldüyü “MedEra”nın sahibi BU MƏŞHURUN QUDASIDIR – VİDEO
18:50, Bu gün
Ağlasığmaz OLAY: mübahisə etdiyi imamı oxla vurdu - VİDEO
18:50, Bu gün
“Son söz seçicinindir...- Hər şey onun iradəsindən asılıdır...”
18:45, Bu gün
Yayın dadlı trendi - Dondurmaları necə seçək?
18:40, Bu gün
Yıldız tamaşaçıların gözü önündə paltarını yırtdı
18:34, Bu gün
Dadsız qarpızdan dadlı limonad necə hazırlamaq olar?
18:30, Bu gün
9 mərtəbəli binanın damından yıxılan 10 yaşlı qız möcüzəvi şəkildə sağ qaldı
18:24, Bu gün
Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
18:16, Bu gün
Vaşinqtonda ABŞ bayrağını yandırdılar
18:10, Bu gün
Kitab oxumağın uğurlu insan olmağımızda rolu
18:06, Bu gün
DGK "McDonalds"ı nədə ittiham edir?
18:00, Bu gün
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
17:55, Bu gün
Kamran Əliyev ŞƏT ölkələrinin baş prokurorlarını COP29-a dəvət edib - FOTO
17:51, Bu gün
8 Noyabr prospektinin bir hissəsi bağlanır
17:47, Bu gün
İşğaldan azad edilmiş ərazilərə səfər edən şəxslər üçün yaddaş kitabçası hazırlandı - FOTO
17:42, Bu gün
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: "Ermənistan və onun havadarları..."
17:38, Bu gün
"MTV Azərbaycan"da YENİ TƏYİNAT
17:33, Bu gün
Bakının mərkəzi küçələrindən biri üç gün bağlı olacaq - SƏBƏB
17:27, Bu gün
“Gərək yerə yıxardı, qolunu tutardı…” — Manaf Ağayevdən Ağadadaşın döyülməsinə REAKSİYA
17:22, Bu gün
Pəncərəni yumruqlaması ölümünə səbəb oldu
17:18, Bu gün
Siqaretlərin qiyməti BU SƏBƏBDƏN QALXDI- Ekspert AÇIQLADI
17:16, Bu gün
"Rusiya təcavüzünə birbaşa cavab" - Polşa hərbi əməliyyata başlayır
17:10, Bu gün
Naxçıvanbank bu SƏBƏBDƏN BAĞLANDI - DETALLAR
17:05, Bu gün
UEFA Konfrans Liqası: "Makkabi" - "Sabah" oyununa cəmi 300 bilet satılıb -
17:00, Bu gün
Azərbaycan millisi paralimpiadada ilk dəfə 7 idman növündə təmsil olunacaq
16:55, Bu gün
Hərbi liseylərə qəbul imtahanının NƏTİCƏLƏRİ
16:50, Bu gün
“Bunun kimilərə edam cəzası verilməlidir” – ŞOK TƏLƏB
16:46, Bu gün
“Azərbaycan ərazisi ilə daşınan tranzit yüklərin həcmi 14 % artıb” - Cavid Qurbanov
16:41, Bu gün
“Medera”nın sahibi klinikasından imtina etdi
16:36, Bu gün
Xalq artisti geyimi ilə GÖZ OXŞADI - VİDEO
16:30, Bu gün
MSK Polad Bülbüloğlunun namizədliyini təsdiqlədi
16:25, Bu gün
Ermənilər Tovuzda havaya PUA qaldırdılar - RƏSMİ
16:20, Bu gün
Polkovnik rektor təyin edildi
16:15, Bu gün
““Prime mobile” şirkəti qaçaq yolla gətirdikləri telefonu vergilər və gömrükdən qeydiyyatdan keçirmədən mənə satıb” - İDDİA-ŞİKAYƏT
16:09, Bu gün
Xırdalandakı qalmaqallı bağça ilə bağlı daha bir ŞİKAYƏT: “Korrupsiyaya görə direktor çıxarılandan sonra övladımı rus sektoruna götürmürlər...” - ÖZƏL
16:04, Bu gün
Siqaretlərin qiyməti nə qədər artacaq? – İQTİSADÇI AÇIQLADI
15:58, Bu gün
“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib - FOTO
15:52, Bu gün
BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
15:47, Bu gün
Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqləndi
15:42, Bu gün
Ceyhun Bayramov gənc diplomatlar ilə görüşdü
15:37, Bu gün
Azərbaycanda kişini qəbiristanlıqda döyüb öldürdülər - tutulan var
15:32, Bu gün
Mehriban Xanlarovaya AĞIR İTKİ üz verdi
15:27, Bu gün
"Çin özünü "qlobal sülhməramlı" kimi göstərir, lakin kimə dəstək verdiyi barədə seçim edib" - "The Wall Street Journal"
15:21, Bu gün
Yaxın Şərq və ərəb “NATO”su arzuları – qəbul olunmayacaq duaya “amin” deyilməz - TƏHLİL + FOTO
15:15, Bu gün
Dilarə Əliyevadan qızı ilə bağlı paylaşım - FOTO
15:10, Bu gün
Polad Bülbüloğlu namizədliyini verdi - YAP-dan rəqibi...
15:04, Bu gün
Kanalda batan yeniyetmənin axtarışları davam edir
14:59, Bu gün
Canluici Buffon İtaliya millisinin idman direktoru təyin olundu
14:53, Bu gün
"Azərbaycan yaxın gələcəkdə Serbiyaya qaz tədarükünü artıra bilər" - Sahil Babayev
14:47, Bu gün
“Vitse-spiker olacağım barədə indidən nəsə demək doğru deyil” – FAZİL MUSTAFA
14:41, Bu gün
Prezident fərman imzaladı
14:36, Bu gün
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
14:30, Bu gün
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
14:26, Bu gün
Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü - FOTO
14:20, Bu gün
Amerikalı səyyah: "Biz regionun tarixi haqqında çox şey öyrəndik"
14:14, Bu gün
Fermerlərin ucuz məhsullarını əhaliyə baha satan DƏLLALLAR - Ekspert DETALLARI AÇIQLADI
14:08, Bu gün
Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
14:02, Bu gün
Milli Qəhrəman Natiq Qasımovun anasına mənzil verildi - FOTO
13:57, Bu gün
Bakıdakı hotellərdə gecələyənlərin SAYI ARTIB
13:52, Bu gün
Olaf Şolts Rusiya ordusunun Ukraynaya qarşı müharibəsində itkilərini AÇIQLADI
13:47, Bu gün
HDQ kursantları gəmiləri döyüşə hazır vəziyyətə gətirdi - VİDEO
13:41, Bu gün
Əkin sahəsinə görə kəndlini döydülər - saxlanılan var - FOTO
13:35, Bu gün
Nürnberq prosesində nasistlərin güvəndiyi sovet prokuroru – onun müəmmalı ölümündə Stalinin də adı hallanıb
13:29, Bu gün
Avqustun 1-dən QAYDALAR DƏYİŞİR
13:27, Bu gün
Fransa olimpiyadaya yollanan idmançıları qida ilə təmin edə bilmir
13:22, Bu gün
BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalandı
13:17, Bu gün
Azərbaycan dövlətinin İrpendəki akademik Zərifə Əliyeva adına liseyə növbəti yardımı çatdırıldı - FOTO
13:12, Bu gün
Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
13:06, Bu gün
Şuşada zəlzələ sensorları yerləşdirildi - VİDEO
13:00, Bu gün
Xaçmazda eyni yerdə iki ağır yol qəzası: Səkkiz nəfər xəsarət aldı
12:56, Bu gün
Ağadadaş Ağayevin insidentdən sonra ilk fotosu 
12:55, Bu gün
Okeanda 438 gün sağ qalan adam haqqında ŞOK İDDİA-ADAM YEYİB? 
12:51, Bu gün
Kəlbəcərdə yeni tikilən evlərin görüntüsü - FOTO/VİDEO
12:47, Bu gün
Baş nazir qərar imzaladı - Uşaqlara pulsuz oldu
12:42, Bu gün
Bu şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
12:36, Bu gün
Əli Əsədov qərar imzaladı
12:32, Bu gün
Ağadadaş Ağayevin vəkili şok faktlar açıqladı - "Gözətçi əvvəllər..."
12:27, Bu gün
Kəndlərə hücum nəticəsində 20-dən çox adam ölüb: uşaqlar pala ilə öldürülüb, qızlar zorlanıb
12:26, Bu gün
İqbal Əbilovun həbsinin DETALLARI - Ermənistanla gizli sövdələşmələr və…
12:21, Bu gün
Beynəlxalq səyyahlardan ibarət heyət Şuşadadır - YENİLƏNİB + FOTO
12:16, Bu gün
Azərbaycanda vəzifəli şəxs xidməti otağında ÖLDÜ
12:12, Bu gün
Türkiyə Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunacaq
12:07, Bu gün
Təzə gəlin rəfiqəsi ilə birlikdə faciəvi şəkildə öldü - FOTO
12:05, Bu gün
Bakının Parlament prospektində təmir işləri yekunlaşıb - VİDEO
12:02, Bu gün
"Trampa atəş açan Con Kennedinin qətlinin detallarını öyrənib" - ABŞ Federal Təhqiqat Bürosu
11:58, Bu gün
“Əl-Qaidə”nin azərbaycanlı üzvü həbs edildi
11:53, Bu gün
Emin Ağalarov bacısının nişanlısını belə təqdim etdi
11:52, Bu gün
İki ali təhsil müəssisəsində nöqsanlar aşkarlandı
11:48, Bu gün
Minbir dərdə dərman olan yemişan sirkəsini bir də belə hazırlayın
11:45, Bu gün
Tezliklə şans üzünə güləcək 3 bürc: Yeni mülk ala bilərlər...
11:43, Bu gün
Naxçıvanda qadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin işi məhkəməyə göndərilib
11:41, Bu gün
"Deyirdi ki, dünyəvi dövlətə etiraz et..." - "Kərimə" işində şok detallar
11:38, Bu gün
Rusiyada “Instagram”ın fəaliyyəti bərpa olunacaq?
11:33, Bu gün
Abşeronda körpə qızdırmadan öldü
11:32, Bu gün
Səyahət edənlərin nəzərinə! - Bu infeksiyalara yoluxa bilərsiz...
11:28, Bu gün
Bu bankın lisenziyası ləğv edildi - FOTO
11:25, Bu gün
Ev almaq istəyənlər, xəbəriniz olsun: Bazarda gözlənilməz hərəkətlənmə...
11:23, Bu gün
“Zəngəzur boşaldılıb Rusiya “FSB”-sinin nəzarətinə verilməlidir ki, tranzit işləsin...”
11:22, Bu gün
Azərbaycanda altı ayda 42 min abort qeydə alınıb
11:16, Bu gün
Moldovanın maliyyə naziri istefa verib
GÜNLÜK
24 Jul 2024 | 22:10
"Atam olsaydı, ərim tərəf heç vaxt məni əzə bilməzdi" - VİDEO
24 Jul 2024 | 22:45
“Yadplanetli mumiyalarda” barmaq izi analizi! — Nəticə şoka saldı (FOTO)
24 Jul 2024 | 22:03
Kəramətdən Ağadadaşa SƏRT SÖZLƏR: “Ağadadaşın beyni xəstədi…”
24 Jul 2024 | 21:17
Dörd qolu, dörd ayağı və iki üzü olan KÖRPƏ DOĞULUB – FOTO
24 Jul 2024 | 19:40
Bu qidaları təkrar qızdırmayın
24 Jul 2024 | 23:00
Azərbaycanda nağdsız ödənişlərdə PROBLEM
24 Jul 2024 | 20:26
Rusiyada avtomobili partladan şəxs Türkiyədə ələ keçdi
24 Jul 2024 | 20:31
DYP sürücülərə müraciət ETDİ
24 Jul 2024 | 21:30
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” — Mandatını “yeniləməyə” hazırlaşan oliqarx üçün “LABİRİNT”
24 Jul 2024 | 21:24
Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR
HƏFTƏLİK
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:42
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
23 Jul 2024 | 23:00
Xalq artistinin qulağını necə zədələdiyi bilindi - İçkili halda...
21 Jul 2024 | 17:46
Müharibənin qorxunc fəsadları: Rusiyada insan qıtlığı yaranıb - DETALLAR
23 Jul 2024 | 14:46
Ağadadaş Ağayevin törətdiyi hadisənin görüntüləri yayıldı – ŞOK VİDEO
AYLIQ
24 Jul 2024 | 22:10
"Atam olsaydı, ərim tərəf heç vaxt məni əzə bilməzdi" - VİDEO
24 Jul 2024 | 22:45
“Yadplanetli mumiyalarda” barmaq izi analizi! — Nəticə şoka saldı (FOTO)
24 Jul 2024 | 22:03
Kəramətdən Ağadadaşa SƏRT SÖZLƏR: “Ağadadaşın beyni xəstədi…”
24 Jul 2024 | 21:17
Dörd qolu, dörd ayağı və iki üzü olan KÖRPƏ DOĞULUB – FOTO
24 Jul 2024 | 19:40
Bu qidaları təkrar qızdırmayın
24 Jul 2024 | 23:00
Azərbaycanda nağdsız ödənişlərdə PROBLEM
24 Jul 2024 | 20:26
Rusiyada avtomobili partladan şəxs Türkiyədə ələ keçdi
24 Jul 2024 | 20:31
DYP sürücülərə müraciət ETDİ
24 Jul 2024 | 21:30
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” — Mandatını “yeniləməyə” hazırlaşan oliqarx üçün “LABİRİNT”
24 Jul 2024 | 21:24
Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən GÖRÜNTÜLƏR