SOCAR-dan “Premium” markalı benzinlə bağlı VACİB AÇIQLAMA
Cəmiyyət
2216
23 Jul 2024 | 07:42

SOCAR-dan “Premium” markalı benzinlə bağlı VACİB AÇIQLAMA

Paytaxtın bir çox yanacaqdoldurma məntəqələrində “Premium” markalı benzin (Aİ-95) yoxa çıxıb.
 
İyulun 15-dən Aİ-95 markalı benzinin bir litrinin qiyməti 40 qəpik ucuzlaşaraq 1,60 manat olub. Sürücülər deyir ki, bundan sonra Aİ-95 markalı benzin əksər yanacaqdoldurma məntəqələrində satışdan itməyə başlayıb, ona görə də onlar Aİ-92 markalı benzin almalı olublar.
 
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bəzi yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzinin müvəqqəti olaraq satılmadığını təsdiqləyib. Şirkətdən verilən məlumata görə, SOCAR-ın yanacaqdoldurma məntəqələrində bu markalı benzinin satışına heç bir məhdudiyyət yoxdur. SOCAR-dan vurğulanıb ki, müəyyən günlərdə ölkəyə bu növ yanacağın gətirilməsində gecikmələr olduğu üçün bəzi yanacaqdoldurma məntəqələrində yanacaq tükənib, lakin problem tezliklə aradan qaldırılıb.
Link kopyalandı!
Son xəbərlər