"Mətbuat millətimizin imzasıdır"
Cəmiyyət
Oxunub: 315
18:31, Bu gün
22 iyul Milli Mətbuat günüdür. İntellektual cəmiyyət üçün söz yaradıcılığının, fikir və düşüncə sənətkarlığının bayramıdır. Sözümüzün tarixi isə özümüz və özülümüz qədər dərindir. Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycanın ictimai fikir tarixi min ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş və söz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Füzuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi. Əşyaların adlandırılmasından başlayıb, milli ideyanı yetişdirməyə qədər yüksələn milli söz XIX əsr maarifçilərimizin fikir və düşüncələrində yetkinləşən milli ideologiyamızı ərsəyə gətirdi və onu ictimai şüurun aparıcı qüvvəsinə çevirə bildi. Sözdən düşüncələrə hoparaq, oradan də əməllərə keçən milli ictimai şüur isə ilk milli dövlətin yaranmasına gətirib çıxarması ilə dahi Füzulinin vəsf etdiyi “Əlahəzrət Söz”ün qüdrətini və təntənəsini nümayiş etdirdi. 149 yaşlı Milli mətbuatımız, sözün və söz sənətkarlığımızın öz funksiyasında ən yüksək əməli nəticələrə gətirib çıxardığı bu uzun yolun yeni dövr mərhələsidir.
 
Milli mətbuatımızın yarandığı dövr tarix üçün də yeni bir dövr idi. Bu, Sözün sentimental və ruhani hissiyatların təsvirindən real həyat düşüncələrinin ifadəçisinə çevrildiyi, mifik qəhrəmanlığı göylərə yüksəldən mücərrəd saray poetikasından insanların düşüncəsinə nüfuz etməklə ictimai şüuru təkmilləşdirən, milli dünyagörüşünü formalaşmağa istiqamətləndirən və bununla da söz yaradıcılığına ictimai-siyasi çalarlar gətirən realist yaradıcılıq mərhələsinə keçdiyi bir dövr idi. Həmin dövrdən bu günümüzə uzanıb gələn yol Söz və fikir tariximizin mübarizə, təkamül və qələbələr yoludur. İlk mətbu orqanımız “Əkinçi”nin işıq üzü görməsindən dərhal sonra bir-birinin ardınca açılan qəzetlərimiz ağır təzyiqlərlə üzləşərək qısa müddətdən sonra bağlanmalı olurdular. Buna baxmayaraq,“Əkinçi”,“Ziya”, “Kəşkül”, “Kaspi” kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdilər, insanların yeni həyat idealları uğrunda mübarizəsinə yol aça bildilər. Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Məmməd Kəngərli kimi milli ideya daşıyıcılarımız milli mətbuatımızın məktəb və ənənəsini yaratmağa nail ola bildilər. Heç təsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşə baxımından jurnalist deyildilər, lakin mətbuat onlar üçün xalqın, millətin şüuruna çatdırmaq istədikləri mütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yeni bir cəmiyyətin yaranmasına nail olmaq üçün istifadə edə biləcəkləri ən müasir və ən kəsərli bir vasitə idi. Ona görə də XIX əsr ziyalılarımızın demək olar ki, hamısının həyatı mətbuatla sıx bağlı idi. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digər ziyalılarımız bu ənənəni davam etdirərək “Şərqi-Rus”, “Həyat”, “Açıq söz”,“Molla Nəsrəddin” və digər məşhur mətbu orqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə olan milli şüuru dövlətçilik şüuruna yüksəldə bildilər. Məhz bu insanların fədakarlığı və əzmkarlığı sayəsində Azərbaycan milli şüuru elə yeni dövrün başlanğıcında özünün intibah mərhələsinə yüksəldi və tarixdə ilk türk cümhuriyyətini – azad insan və demokratik cəmiyyət nümunəsini yarada bildi. Mövcud olduğu qısa zaman kəsiyində “İnsanlara hürriyyət, Millətlərə istiqlal” bəyan etmiş ilk milli Cümhuriyyətimizdə milli mətbuatımız azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıq marafonuna əvəzsiz töhfələr verdi.1920-ci ildə müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın da müstəqilliyinə son qoydu. Imperiya nəzarəti altında yaranan yeni sovet mətbuatı isə yalnız bolşevik ideologiyasının imkan verdiyi özünəməxsus formatda mövcud ola bilərdi. Buna baxmayaraq, milli mətbuatımız mübarizə yolundan dönmədi. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirməyin mümkün olmadığı ən çətin zamanlarda belə milli mətbuatımız öz səylərini əhalinin savadlanması, milli mədəni dəyərlərimizin qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsi işinə yönəltdi. Milli-mədəni sərvətlərimizin, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasında misilsiz xidmətlər göstərdi.
 
Mətbuat nümayəndəsi olaraq cəmiyyətin nəzərlərini, diqqətini özünə cəlb edə bilmək nə qədər şərəfli bir yaradıcıq işi olsa da, bir o qədər də məsuliyyətli və bütünlüklə cəmiyyətin və dövlətin inkişafı üçün zəruri və məsuliyyətli bir missiyadır. Bu missiyanın öhdəsindən layiqincə gələnlər bütün dövrlərdə söz və fikir səltənətinin inciləri kimi parlayıb və millətin tarixinə parlaq səhifələr yazıblar. Elə parlaq səhifələr ki, onların şüası bütöv bir xalqın inkişaf və tərəqqi yoluna gur işıq saçıb, onun indisini və gələcəyini böyük bəlalardan xilas edib, xalqların taleyində həlledici rol oynayıblar. Məhz buna görə də milli mətbuatımızdan danışanda tarixi söz ustadlarımızın nurlu simaları gözlərimiz önündə canlanır, onların tarix yaradan söz və fikir yaradıcılığı parlaq bir örnək kimi nəsillərdən-nəsillərə ötürülür. Bu əbədi və ədəbi missiyanın daşıyıcıları fədakar insanlardır. Onlar sözün qüdrətini anlayan, o qüdrəti öz fəaliyyəti ilə nümayiş etdirən və özünün mətbuat sahəsindəki xidməti ilə mənsub olduğu xalqı da yetişdirən, şərəfləndirən və qüdrətləndirən dahilərdir. 149 yaşlı milli mətbuatımızın tarixi belə dühalarla zəngindir.
 
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Həsən bəy Zərdabidən gələn keşməkeşli milli mətbuat yolunu yenidən işıqlandırdı və artıq onlarla deyil, yüzlərlə mətbu orqanı millətin azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşuldular. 1998-ci ilin avqustunda ümummilli liderimiz Heydər Əliyevin mətbuat üzərində senzuranın ləğv olunması haqqında tarixi Fərmanı isə milli mətbuatımızı əbədi azadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasız üfüqlər açdı. Prezident Heydər Əliyevin mətbuata özəl münasibəti, mətbuat nümayəndələrinə qarşı sonsuz səmimiyyəti və qayğıkeşliyi elan olunmuş müstəqilliyin hələ kifayət qədər möhkəmlənmədiyi bir dövrdə milli mətbuatımızı dövlət quruculuğu işlərinə töhfələr verməyə sövq edirdi. Lakin bir tərəfdən, ölkədə hökm sürən müharibə şəraiti və digər tərəfdən, yaranmaqda olan yeni iqtisadi münasibətlər çərçivəsində maddi vəsait çatışmazlığı milli mətbuatımızın sərbəst inkişafını mümkünsüz edirdi. Cari istehsal fəaliyyəti üçün mətbu orqanlarının dövlət qurumlarına yaranmış külli miqdarda borcları çoxsaylı qəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısında qoymuşdu. Ən çətin zamanlarda milli mətbuatımıza xüsusi təəssübkeşliklə yanaşan Heydər Əliyev o zaman da milli mətbuata dövlət qayğısının unikal nümunəsini yaratdı. Dövlət başçısının bu borcların silinməsi haqqında sərəncamı mətbu orqanlarına öz fəaliyyətini davam etdirmək üçün yeni və daha geniş fürsətlər yaratdı.
 
Bu günkü dövrümüzdə isə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və mətbuat nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin olunduğu bir məkandır. Əhalinin 75%-nin internet istifadəçisi olduğu bir cəmiyyətdə yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya vasitələrinin inkişafı mətbuatın daha çevik, daha operativ fəaliyyət göstərməsi üçün ideal şəraiti təmin edir.
 
Bu gün Azərbaycanda dövlət-mətbuat-cəmiyyət üçbucağının elə bir konstruktiv konfiqurasiyası formalaşmışdır ki, bu qarşılıqlı münasibətlər sistemində Azərbaycanın müstəqilliyinin qorunması, Azərbaycan xalqının mənafeyinin və milli maraqlarının müdafiə edilməsi bütün tərəflər üçün prioritet hesab olunur. Mövcud münasibətlər sistemi hər bir vətəndaşın fərdi maraqlarından, hüquq və vəzifələrindən başlayaraq dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrində qarşılıqlı etimadı özündə ehtiva edir. Məhz belə bir münasibətlər sistemi dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil edir. Dövlətlə xalq arasında hökm sürən vəhdət isə öz növbəsində Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət və güclü dövlət tandeminin doğurduğu bu vəhdətin daha da möhkəmlənməsində milli mətbuatımızın rolu həlledicidir.
 
Son 10 ildə KİV təmsilçilərinin həyat və yaradıcılıq imkanları ilə yanaşı peşəkarlıq səviyyəsinin də artdığını görməmək və qeyd etməmək olmaz. Bu günkü müasir jurnalist cəmiyyətin ən fəal, ən mübariz və ən vətənpərvər nümayəndəsidir. Bu gün milli yazarlarımızın yaradıcılığı, onların ölkə və dünya hadislərinə baxışı, çevik və obyektiv münasibəti yalnız milli mətbuatımızda deyil, beynəlxalq mətbuatda da özünə yer almaqdadır. Xarici ölkələrdə, xarici dillərdə dərc olunan dərgilərdə jurnalistlərimizin imzası millətimizin imzasıdır. Bu imzaların sayı nə qədər artırsa, millətimiz də bir o qədər böyüyür. 1990-2000-ci illər arasında jurnalist fəaliyyətinin nə yolla olur-olsun öz maddi ehtiyaclarını ödəmək və ya özünün subyektiv siyasi iddialarını qabartmaq vasitəsindən son 10 ildə dövlət və cəmiyyət üçün faydalı olmaq uğrunda intelektual rəqabət meydanına daxil olmasına doğru sürətli keçidi bu nəcib və məsuliyyətli peşəyə olan marağı və bu peşə sahiblərinin nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldə bilib. Bu gün Azərbaycan jurnalistikasını təmsil edən gənclər daha savadlı, daha məntiqli, daha faydalı yaradıcılığı ilə mətbuatı cəmiyyətin güzgüsü və mənəvi qidası statusuna yüksəldə bilir. Bu günkü jurnalistikamız siyasi, iqtisadi, sosial və mənəvi həyatımızın hər üzünü olduğu kimi təqdim etməyə, oxucuları hərtərəfli düşünməyə və düşündürməyə yönəldən söz və fikir plüralizmini ortaya qoymağa, sadə dillə desək, ağa ağ, qaraya qara deməyə qadir olan, dövrümüzün sürətlə yeniləşən tendensiyalarını ictimai-siyasi şüura aşılamaq gücünə sahib olan fəaliyyət növüdür. Yeni dövr milli mətbuatımız və onun təmsilçiləri qarşısında yeni tələblər qoyur. Dünya qloballaşır, bu həm də o deməkdir ki, dünya kiçilir. Dünyanın istənilən guşəsində baş verən, bu və ya digər dərəcədə əhəmiyyət kəsb edən hadisələr bir an içində dünyanın hər tərəfinə yayılır. Yayılanların nə dərəcədə obyektiv və faydalı olmasından bəzən dövlətlərin və xalqların taleyi asılı olur. Beləliklə, mətbuatın işi dünyanın işi olur, – desək yanılmarıq. Milli mətbuatımız da dünya mətbuatının bir parçası kimi bu sürətli hərəkətlər trayektoriyasında öz izini açır. Bu gün belə bir məsuliyyətli fəaliyyətlə məşğul olmaq üçün sadəcə dəftər və qələm kifayət deyil. Sadəcə deməyə sözü olmaq da kifayət deyil. Sözünü vicdanla demək, millətin mənafeyinə və tərəqqisinə xidmət edən söz demək, demək istədiyini xalqa məhəbbətlə, dövlətə sədaqətlə, hər bir insana sevgi ilə demək hər bir qələm sahibinin mənəvi borcuna çevrilir. Bu milli mətbuatımızın yeni dövrə uyğun, xalqımızın və dövlətimizin tərəqqisi istiqamətində açılan geniş perspektivlərə hədəflənmiş yeni inkişaf mərhələsidir. Bu borcun öhdəsindən layiqincə gəlmək jurnalist peşəsini özünə həyat kredosu seçmiş insanlar üçün şərəf işidir.
 
Bu şərəfli işdə – vətəndaş, xalq, dövlət və dünya qarşısında öz borcunu layiqincə yerinə yetirmək kimi məsuliyyətli missiyasında 149 yaşlı qocaman milli mətbuatımızın çağdaş nümayəndələrinə möhtəşəm uğurlar arzusu ilə,
 
Cavanşir Feyziyev
Fəlsəfə doktoru
Oxşar xəbərlər
20:53, Bu gün
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
20:37, Bu gün
Ermənistan Gorus hava limanını işə sala bilmir
20:14, Bu gün
ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib
20:11, Bu gün
Paytaxtda xırda pul problemi: Satıcılar qəpikləri niyə qəbul etmirlər?
19:26, Bu gün
"Prezident İlham Əliyev Şuşada Azərbaycanın hazırkı gündəliyini və qlobal missiyasını açıqladı"
19:23, Bu gün
Bakıda ticarət mərkəzində YANĞIN
19:12, Bu gün
"Ölkəmizə qarşı dezinformasiyalar geniş şəkildə ifşa edilir"
19:00, Bu gün
Nüfuzlu şəxslərin adından saxta məlumatlar yayılır - AÇIQLAMA
18:59, Bu gün
Qusman: "Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin zəruriliyi ilə bağlı mövqe düzgündür"
18:50, Bu gün
Xoşməramlı jest: Bakı İrəvanı COP29-a dəvət etdi
18:33, Bu gün
"Moskvaya qarşı "qamçı və kökə" siyasəti yeritmək gərəkdir" - Boris Conson 
18:31, Bu gün
"Mətbuat millətimizin imzasıdır"
18:06, Bu gün
ABŞ-də ziyafətdə atışma olub, ölənlər var
18:06, Bu gün
İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqət mərkəzindədir
18:01, Bu gün
Rusiyada sanatoriyada 25 uşaq zəhərləndi
17:56, Bu gün
Hollivudun iki nəhəngi bir-birinə nifrət edi
17:51, Bu gün
92 yaşlı kişi faciəli şəkildə öldü
17:46, Bu gün
Müharibənin qorxunc fəsadları: Rusiyada insan qıtlığı yaranıb - DETALLAR
17:40, Bu gün
Bu məhsullarla çay içmək olmaz
17:34, Bu gün
Həzmi yaxşılaşdıran və bağırsaqları sağaldan ÇAY
17:28, Bu gün
Baydenin yerinə namizəd Klinton olacaq - Puşkov
17:22, Bu gün
Cəlilabadda yaşayış evi yanaraq kül olub
17:19, Bu gün
Ərdoğan nazir və deputatlarla basketbol oynadı
17:17, Bu gün
Sumqayıtda mənzildə 59 yaşlı kişinin meyiti aşkarlanıb
17:12, Bu gün
Yedditəpə kurqanlarınından yaştəyini üçün nümunələr götürülüb
17:06, Bu gün
Ayda mağaralar kompleksi tapıldı: Baza qurulacaq
17:01, Bu gün
Türkiyə dəhşətli istilər: Asfalt əriyir...
16:56, Bu gün
İsti havada linza taxmağa icazə verilirmi?
16:51, Bu gün
II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib
16:44, Bu gün
İsraildən Yəmənə HAVA ZƏRBƏSİ: ölənlər var
16:38, Bu gün
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
16:32, Bu gün
II Şuşa Qlobal Media Forumu dezinformasiyalara qarşı mübarizədə yeni mərhələnin başlanğıcı olacaq
16:31, Bu gün
Təhlükəli virusa qarşı peyvəndə başlanıldı
16:26, Bu gün
Faktiki hava açıqlandı
16:20, Bu gün
Şuşada ATNA-nın İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib
16:15, Bu gün
Parlaq və güclü saçların sirri açıqlandı - FOTO
15:38, Bu gün
"O, təkcə yaxşı namizəd deyil, həm də ən səriştəli siyasətçilərdən biridir..."
15:17, Bu gün
Ərdoğan Ersin Tatarın Zirvə görüşünə qatılmasından DANIŞDI
15:14, Bu gün
Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var
15:10, Bu gün
Ayətullah Xamnəi Pezeşkiana xeyir-dua verdi: Prezidentin uğuru hamımızın uğurudur
15:09, Bu gün
ABŞ F-35 qırıcılarının istehsalını çatdırmır
14:27, Bu gün
6 lotereya bileti aldı, hamısını uddu
14:24, Bu gün
Kliçko: "Ukraynada referendum keçirilməlidir"
14:16, Bu gün
"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə BAĞLADI
14:04, Bu gün
Blogerləri jurnalist saymıram - Mixail Qusman
13:48, Bu gün
Hərbi liseylərə qəbul imtahanı başa çatıb
13:47, Bu gün
Husilər İsrailə hücum etdilər
13:15, Bu gün
Hikmət Hacıyev: "İlham Əliyev peşəkar medianın rolunu həmişə yüksək qiymətləndirib"
13:01, Bu gün
Şuşadakı seysmik stansiyadan məlumatların ötürülməsinə BAŞLANILDI
12:56, Bu gün
BŞDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
12:46, Bu gün
İyulun 22-nə gözlənilən hava proqnozu açıqlanıb
12:44, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
12:30, Bu gün
Tramp Putinə sadiqdir, güzəştə gedəcək - Bolton
12:28, Bu gün
Minimum əməkhaqqı nə zaman artırılacaq?
12:18, Bu gün
Rusiyanın ən müasir qırıcıları necə hazırlanır? - VİDEO
12:13, Bu gün
B-52H Rusiya sərhədinə yaxınlaşdı, MiQ-lər qaldırıldı
12:11, Bu gün
Türkiyəli məşhur aktyor vəfat etdi
12:03, Bu gün
Sülh müqaviləsi bağlamamışdan əvvəl Azərbaycanın Ermənistana təklifi nədir? - RƏSMİ AÇIQLAMA
12:01, Bu gün
Ukrayna səmasında 35 “Şahid” məhv edildi
11:50, Bu gün
"İnter Mayami" Messinin 45-ci titulunu təmtəraqla qeyd etdi
11:42, Bu gün
"Azərbaycan COP29 ərəfəsində dezinformasiya dalğası ilə üzləşsə də, bu bizə mane olmayacaq"
11:20, Bu gün
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
11:18, Bu gün
Şəkidə QƏZA: Bir ailənin üç üzvü olmaqla beş nəfər xəsarət aldı
11:16, Bu gün
Hikmət Hacıyev: "Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır"
10:57, Bu gün
Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi
10:43, Bu gün
“Kəlbəcərdəki hərbi insident Londonda baş verənlərə cavabdır”
10:41, Bu gün
Prezidentin köməkçisi: "Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub"
10:37, Bu gün
Paşinyan azərbaycanlı jurnalisti belə salamladı - FOTO
10:34, Bu gün
Basketbolçularımız bu gün Ermənistanla QARŞILAŞACAQ
10:32, Bu gün
Hikmət Hacıyev: "Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir"
10:16, Bu gün
Ata son anda iki oğlunun xilaskarına çevrildi
10:13, Bu gün
“İndi bir adamın 4-5 evi var”
10:09, Bu gün
ABŞ Rusiya və Çin peyklərini sıradan çıxaracaq
10:07, Bu gün
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
10:05, Bu gün
"Fransa mediadan istifadə edərək bizi onların daxili işlərinə qarışmaqda ittiham edir"
10:04, Bu gün
İtkin düşən Şirvan sakini Bakıda tapıldı
09:51, Bu gün
Şuşada II Qlobal Media Forumunun ikinci iş günü başlayıb
09:49, Bu gün
Bu gün hərbi liseylərə qəbul imtahanı keçiriləcək
09:47, Bu gün
Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub
09:25, Bu gün
İranda zəlzələ baş verdi
09:00, Bu gün
Qvatemalada güclü zəlzələ qeydə alınıb
08:42, Bu gün
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
08:40, Bu gün
"Rusiya döyüşə son tanklarını atır..."-EKSPERT
08:39, Bu gün
İtlər niyə öz sahiblərinə bənzəyirlər?
08:23, Bu gün
Azərbaycanlı modeldən 18 + FOTOLAR - "Əsas yerim bağlıdır" 
08:11, Bu gün
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
08:05, Bu gün
Doğru qarpızı necə seçək? -FOTO İLƏ İZAHI 
07:54, Bu gün
Məhərrəmlikdə toy edən ailələrin uşaqları şikəst doğulur?..- SUAL-CAVAB
07:45, Bu gün
Səhər yumurta yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ
07:33, Bu gün
“Onlarla məcburi əl sıxışırdım” - Prezident o görüşlərdən DANIŞDI
07:22, Bu gün
İsrail qırıcıları “Hizbullah”ın silah anbarlarını bombalayıb
00:17, Bu gün
Bakıda iki nəfər dənizdə bataraq ölüb
20 Jul 2024 | 23:25
Bodrumda +45 dərəcə: Asfalt əridi
20 Jul 2024 | 23:19
Çinli kişi dron sayəsində həyat yoldaşının öz rəisi ilə ona xəyanət etdiyini üzə çıxarıb
20 Jul 2024 | 23:15
Ərdoğan: "Şimali Kipr Türkiyənin göz bəbəyidir"
20 Jul 2024 | 23:10
Arıqlamağa kömək edəcək 3 gündəlik vərdiş
20 Jul 2024 | 23:05
Evləri külə dönən ailə 16 gündür çöldə gecələyir
20 Jul 2024 | 22:58
Şuşada qonaqlara maraqlı sürpriz
20 Jul 2024 | 22:50
Stres keçirən hər kəs xərçəngə tutulur? – ARAŞDIRMA
20 Jul 2024 | 22:44
"Qlobal xəta bütün dünyanın həssas olduğunu göstərib" - "Bloomberg"
GÜNLÜK
20 Jul 2024 | 22:50
Stres keçirən hər kəs xərçəngə tutulur? – ARAŞDIRMA
20 Jul 2024 | 23:10
Arıqlamağa kömək edəcək 3 gündəlik vərdiş
20 Jul 2024 | 22:25
Aysel Şükür üçüncü dəfə ərə getdi - FOTO
20 Jul 2024 | 21:30
Dünyanın ən faydalı bitkisi - Xərçəngin dərmanı
20 Jul 2024 | 22:18
Dünyanın ən yaxşı baş məşqçiləri - Qurban Qurbanov neçənci yerdədir?
20 Jul 2024 | 22:30
Qocalmanı gecikdirmək üçün yay mövsümündən yararlanın! - Alimlərdən məsləhət
20 Jul 2024 | 22:11
Kolera: 1 milyard insanı gözləyən TƏHLÜKƏ
20 Jul 2024 | 22:44
"Qlobal xəta bütün dünyanın həssas olduğunu göstərib" - "Bloomberg"
08:42, Bu gün
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
20 Jul 2024 | 23:19
Çinli kişi dron sayəsində həyat yoldaşının öz rəisi ilə ona xəyanət etdiyini üzə çıxarıb
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
19 Jul 2024 | 11:24
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
16 Jul 2024 | 08:14
Paşinyan buna görə İlham Əliyevdən daha iki il vaxt istədi...-O da razılaşdı?..-İDDİA
AYLIQ
20 Jul 2024 | 22:50
Stres keçirən hər kəs xərçəngə tutulur? – ARAŞDIRMA
20 Jul 2024 | 23:10
Arıqlamağa kömək edəcək 3 gündəlik vərdiş
20 Jul 2024 | 22:25
Aysel Şükür üçüncü dəfə ərə getdi - FOTO
20 Jul 2024 | 21:30
Dünyanın ən faydalı bitkisi - Xərçəngin dərmanı
20 Jul 2024 | 22:18
Dünyanın ən yaxşı baş məşqçiləri - Qurban Qurbanov neçənci yerdədir?
20 Jul 2024 | 22:30
Qocalmanı gecikdirmək üçün yay mövsümündən yararlanın! - Alimlərdən məsləhət
20 Jul 2024 | 22:11
Kolera: 1 milyard insanı gözləyən TƏHLÜKƏ
20 Jul 2024 | 22:44
"Qlobal xəta bütün dünyanın həssas olduğunu göstərib" - "Bloomberg"
08:42, Bu gün
Bunu hər gün edin - Görmə qabiliyyətiniz 99 yaşında da mükəmməl olacaq
20 Jul 2024 | 23:19
Çinli kişi dron sayəsində həyat yoldaşının öz rəisi ilə ona xəyanət etdiyini üzə çıxarıb