Velosiped yollarından qanunsuz istifadə edənlərin NƏZƏRİNƏ
Cəmiyyət
Oxunub: 778
11:04, Bu gün
Velosiped yollarından qanunsuz istifadə edənlərin NƏZƏRİNƏ

Azərbaycanda avtobus zolaqları və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə inzibati tənbeh tədbiri müəyyən edilib.

Moderator.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, bu inzibati xətaların hər biri 100 manat cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.

Həmçinin ilk dəfə olaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və ya ictimai nəqliyyatın dayanacaq yeri yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və yaxud durması ilə əlaqədar bal tətbiq olunur.

Piyada təhlükəsizliyi və rahatlığının artırılması, mikromobillik vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə ilk dəfə olaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir.

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə müəyyən edilib.

İlk dəfə olaraq kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat cərimə müəyyən edilir. Həmçinin kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 150 manata qədər cərimə müəyyən edilir.

Qanunvericilikdə daha bir yenilik kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının sərxoş vəziyyətdə pozulması ilə bağlıdır. Pozuntu alkoqoldan istifadə olunması nəticəsində törədilərsə, 150 manat, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində törədilərsə, 200 manat cərimə müəyyən edilir.

Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları tərəfindən texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə görə 400 manatdan 600 manata qədər cərimə müəyyən edilir. Bu xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə 1 000 manatdan 1 200 manata qədər cərimə müəyyən edilir.

İlk dəfə olaraq velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərindən kənarda parklanmasına görə 10 manat cərimə müəyyən edilir. Bundan əlavə, velosiped yollarında materialların yığılması və predmetlərin saxlanılmasına görə fiziki şəxslər üçün 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər üçün 400 manatdan 500 manata qədər, hüquqi şəxslər üçün 3 000 manatdan 4 000 manata qədər cərimə müəyyən edilir.

Qanunsuz parklanma yerlərinin təşkili və həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilib Ötən ilin avqust ayından parklanma məntəqələri və yerlərinin təşkili üzrə işlərin icrasına başlanılıb. AYNA tərəfindən parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsi, həmçinin fərdi parklanma talonlarının tam elektron şəkildə verilməsi məqsədilə sistem istifadəyə verilib. Bu sistem hazırda geniş istifadə olunur və parklanmanın yeni paradiqmasını yaradıb. Qanunvericiliyə edilmiş dəyişikliklər sistemin daha da təkmilləşdirilməsinə xidmət edəcək.

Parklanma ödənişi ilə bağlı inzibati tənbeh tədbiri təkmilləşdirilir, ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə 20 manat cərimə müəyyən edilir. Sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə müəyyən edilir.

Qanunvericilikdə, həmçinin dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən edilir. Belə ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manata qədər, vəzifəli şəxslər 300 manatdan 500 manata qədər məbləğdə cərimə edilir. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günə qədər müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1 500 manatdan 2 000 manata qədər cərimə edilir.

Şəhərdə inklüzivliyin artırılması məqsədilə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimənin məbləği on manatdan altmış manata qaldırılır. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimənin məbləği 10 manatdan 20 manata qaldırılır.

Elektrik avtomobillərinin istifadəsinin təşviqi məqsədilə ilk dəfə olaraq, enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına görə 20 manat cərimə müəyyən edilir.

Xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının), onların əməkdaşlarının, Azərbaycan Respublikasında yerləşən xarici səfirliklərin, konsul nümayəndəliklərinin və beynəlxalq təşkilatların istifadəsində olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat cərimə edilir.

Nəqliyyat sıxlığının azaldılması məqsədilə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə 80 manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir.

Taksi duracaqlarında taksi olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir.

Oxşar xəbərlər
21:22, Bu gün
İstanbul Hava Limanı dünyanın ən yaxşısı seçildi
21:16, Bu gün
İyul ayında yeyə biləcəyiniz sağlamlığa ən faydalı meyvələr
21:10, Bu gün
"Bu yüzilliyi udmaq Ukraynada qalib gəlmək deməkdir..."
21:06, Bu gün
Türkiyənin Milli Hərbi Dəniz Qüvvələri Şimali Kiprdə parad keçirəcək
21:00, Bu gün
Ayran pəhrizi ilə sağlam arıqlayın
20:56, Bu gün
Sabahdan etibarən II Şuşa Qlobal Media Forumu başlayır
20:55, Bu gün
2021-2023-cü illərdə işğaldan azad torpaqlardakı bərpa işlərinə 7 milyard dollar sərf edildi…-TARİX
20:50, Bu gün
İranda silahlı hücum: 1 polis öldürüldü
20:44, Bu gün
İmtahanda 8 nəfərin nəticəsi ləğv edilib
20:40, Bu gün
"Buna görə də qadınlarla dostluq etmirəm"
20:33, Bu gün
Vyetnamın sabiq prezdenti vəfat etdi
20:25, Bu gün
Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər, "kişi" olduğunu öyrəndi
20:17, Bu gün
II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent məlum oldu
20:11, Bu gün
Dünyanın ən dəyərli 10 markası - Siyahıda hansı adlar var?
20:06, Bu gün
COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib
20:00, Bu gün
Maşını istidə yuyan sürücülərin səhvi – Nəticələr faciəli ola bilər
19:52, Bu gün
"Netflix"in abunəçiləri 8 milyon, qazancı 2,1 milyard artıb
19:47, Bu gün
Kapitan siqaretə görə Olimpiya yığmasından qovuldu
19:40, Bu gün
"Samsung" dünyanın ən nazik qatlana bilən smartfonunu buraxmaq istəyir
19:36, Bu gün
CV-də yanlış məlumat yazanda müsahibədə üzə çıxır?
19:30, Bu gün
Alma sirkəsi xərçəngdən qoruyur? - EKSPERT CAVABI
19:25, Bu gün
Millinin futbolçusu zorlamada şübhəli bilindi: Saxlanıldı
19:20, Bu gün
Dəniz sahilində uşaq meyitinin tapılmasının TƏFƏRRÜATI: Ata azyaşlı övladını suda boğaraq öldürübmüş
19:15, Bu gün
Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü
19:10, Bu gün
Bakıda yaşayış kompleksindən OĞURLUQ: işçilər tutuldu
19:04, Bu gün
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
18:57, Bu gün
56 min dollara təqdim edilən “Caviar” telefonu
18:53, Bu gün
İli varlanmadan başa vurmayacaqlar: Pula pul deməyəcək BÜRCLƏR
18:45, Bu gün
"Cavanşirsiz çox tənhayam" - VİDEO
18:40, Bu gün
“Ermənistan müttəfiqlərinin dəstəyindən məhrum olacaq, səbəb...”
18:39, Bu gün
İş adamının ağacdan asılmış meyiti tapıldı
18:35, Bu gün
Limon suyu mikrodalğalı sobada qızdırın – SƏBƏB
18:33, Bu gün
Zaqatalada siçan əleyhinə dərman içən qızın məktubu tapıldı: "Məni heç kim istəmir"
18:31, Bu gün
Dubay şahzadəsi boşandı - "Sən başqa işlərlə məşğulsan"
18:21, Bu gün
Bakıda ŞOK OLAY: maşını qəsdən aşırdıb qadını öldürdü
18:16, Bu gün
Qatığı dondurun - İsti hava üçün mükəmməl DESERT
18:11, Bu gün
Avqust ayında bürcləri nə gözləyir?
18:10, Bu gün
"Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir"
18:05, Bu gün
Elektron Təhlükəsizlik Xidməti “Windows” əməliyyat sistemini yeniləməməyi tövsiyə edir
18:02, Bu gün
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 tərəfdaşlıq proqramını təqdim etdi - FOTO
17:57, Bu gün
İstirahətə gedən ailə Şabranda qəzaya düşdü
17:52, Bu gün
Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQ
17:47, Bu gün
Böyükşor gölündən gələn üfunətin səbəbi nədir? - Rəsmi AÇIQLAMA
17:41, Bu gün
"Qəzza bölgəsində müharibədən sonra təhlükəsizlik BƏƏ hərbçiləri tərəfindən təmin edilə bilər" - "Financial Times"
17:35, Bu gün
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
17:30, Bu gün
Birinci sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ
17:25, Bu gün
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
17:20, Bu gün
Deputatlığa namizədlik üçün müraciət edənlərin sayı AÇIQLANDI
17:15, Bu gün
Tanışı itələyib yıxdı - Xəstəxanada öldü
17:12, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza - Nənə və nəvəsi öldü
17:10, Bu gün
“Sumqayıt” – “Fehervar” oyununun hakimləri müəyyənləşdi
17:06, Bu gün
Parlament seçkiləri ilə bağlı bu tələblər təsdiqləndi
17:00, Bu gün
Bu partiyaların səlahiyyətli nümayəndələri qeydə alındı
16:54, Bu gün
Taksi xidmətindən kənarlaşdırılan sürücülərlə bağlı RƏSMİ TƏKLİF
16:48, Bu gün
"Qapalı geyindim, amma yenə seksualam" - VİDEO
16:42, Bu gün
“Elit star” Cəmilə efirdə Ruhəngizi PƏRT ETDİ: “Elə bil çimərliyə gəlmisən” - VİDEO
16:37, Bu gün
Kəlbəcərin zəngin meşələri - Qoruyaq, böyüdək! - FOTO
16:30, Bu gün
“Qəbul imtahanları sadələşdirilməlidir”
16:24, Bu gün
Ermənistan riskli ölkəyə çevrilir: İrəvan regional təhlükəsizliyi təhdid edir - TƏHLİL + FOTO
16:18, Bu gün
"Bu gün əmək bazarında böyük sayda ixtisassız işçi qüvvəsi var" - Sahil Babayev
16:12, Bu gün
“Azəriqaz” Zəngilanda qaz tənzimləyici məntəqə qurur
16:06, Bu gün
Ursula fon der Lyayen ikinci müddətə Avropa Komissiyasına başçılıq edəcək
16:00, Bu gün
Qara maskalı şəxs mağazadakı ödəmə terminalından oğurluq etdi - VİDEO
15:55, Bu gün
Bu ölkədə rəsmi namizəd əleyhinə səs vermək xəyanət kimi qəbul edilir və bunu edənlər...
15:53, Bu gün
Bakıda quru və qəzalı ağaclar götürülür - FOTOLAR
15:47, Bu gün
Füzulidə yanğın: Helikopter cəlb olundu - VİDEO
15:41, Bu gün
Baş prokuror Qusarda vətəndaşları qəbul etdi - FOTOLAR
15:35, Bu gün
"Ukrayna bu müharibədə qalib gələ bilməz" - ABŞ vitse-prezidentliyinə namizəd
15:28, Bu gün
Milli Mətbuatın 149 illiyinə həsr olunmuş konfrans keçirildi - FOTO
15:22, Bu gün
Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
15:17, Bu gün
Bu ərazilərə yağış yağacaq - XƏBƏRDARLIQ
15:12, Bu gün
Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
15:07, Bu gün
Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?
15:01, Bu gün
Dünyada xaos: Məşhur türkiyəli astroloq gözlənilməz hadisələr barədə xəbərdarlıq etmişdi…
14:56, Bu gün
Müşviqin verilişi BAĞLANDI
14:50, Bu gün
Bakının BU KÜÇƏSİ təmir olunur - VİDEO
14:46, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edildi - FOTO
14:41, Bu gün
Bütün dünya boyunca IT-nin işində qlobal fasilə yaranıb
14:35, Bu gün
23 yaşlı qadın qocalar evində yaşayan 80 yaşlı kişi ilə evləndi - FOTO
14:28, Bu gün
Paşinyana Əliyevlə görüşə kim imkan vermədi? - Sensasion ŞƏRH
14:22, Bu gün
Analitik Londonda Əliyev-Paşinyan görüşünün baş tutmamasının ilginc səbəbini açıqladı...
14:16, Bu gün
İdman müəllimi ilə dostlarından dəhşətli əməl: Kişini dəniz qırağına aparıb... – ŞOK
14:09, Bu gün
Yayda çay və kofe içərkən bunlara DİQQƏT EDİN
14:05, Bu gün
"Güclü parlament islahatların aparılmasına töhfə verə bilər”
14:03, Bu gün
Azərbaycandakı işsizlərin sayı açıqlandı
13:57, Bu gün
XİN rəhbərlərinin "3+3" formatında növbəti görüşünün məkanı açıqlandı
13:51, Bu gün
Bakıda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alındı
13:45, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdən hamı ucuz ev ala biləcək
13:38, Bu gün
22 nəfərə professor elmi adı verildi
13:32, Bu gün
Ofeliya Şabanova ağır xəstəliyə tutuldu - "İki körpəm var"
13:26, Bu gün
"CineMastercard" kinoteatrında Milli Mətbuat Günü
13:20, Bu gün
"Qızıl top"un qapıçılar arasında yeganə qalibi futbol tarixinin ən yaxşısı seçildi - SİYAHI
13:14, Bu gün
Tikinti obyektlərinin istismarına icazə verilməsi üçün xidmət haqları müəyyən edildi - FOTO
13:07, Bu gün
“Qarabağ”ın bütün potensial rəqibləri
13:00, Bu gün
Makron azərbaycanlı jurnalistin sualına qərəzli cavab verdi - VİDEO
12:54, Bu gün
Bir qrup jurnalist mükafatlandırılacaq
12:48, Bu gün
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
12:42, Bu gün
“Sadə profilaktika tədbirlərinə əməl edərək, osteoxondroz xəstəliyinin yaranmasının qarşısını almaq olar”
12:36, Bu gün
Bu müəllimlərin əmək haqlarına dəyişiklik ediləcək
12:30, Bu gün
Prezident İlham Əliyev Böyük Britaniya kralı ilə görüşdü - FOTO
GÜNLÜK
11:24, Bu gün
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
18 Jul 2024 | 21:43
Paşinyan geri addım atdı: Rusiyanı Zəngəzura buraxmır
18 Jul 2024 | 22:21
Taleh Yüzbəyova ağır itki üz verdi
18 Jul 2024 | 23:07
Nadir Türkiyədəki qiymətlərdən şikayətləndi - "Tövbə edirəm"
07:00, Bu gün
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor VƏFAT ETDİ
18 Jul 2024 | 22:33
Xoşbəxt olmaq istəyənlər bunları etsin
18 Jul 2024 | 22:27
Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!
18 Jul 2024 | 22:40
Geyim mağazasında İNTİHARA CƏHD: 20 yaşlı satıcı məktub yazıb canına qıymaq istədi
18 Jul 2024 | 22:07
Aytən Səfərova düşdüyü ağır qəzadan sonra ilk dəfə görüntüləndi - FOTO
18 Jul 2024 | 21:36
Müğənni matçda himni sərxoş halda oxudu - VIDEO
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
AYLIQ
11:24, Bu gün
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
18 Jul 2024 | 21:43
Paşinyan geri addım atdı: Rusiyanı Zəngəzura buraxmır
18 Jul 2024 | 22:21
Taleh Yüzbəyova ağır itki üz verdi
18 Jul 2024 | 23:07
Nadir Türkiyədəki qiymətlərdən şikayətləndi - "Tövbə edirəm"
07:00, Bu gün
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor VƏFAT ETDİ
18 Jul 2024 | 22:33
Xoşbəxt olmaq istəyənlər bunları etsin
18 Jul 2024 | 22:27
Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!
18 Jul 2024 | 22:40
Geyim mağazasında İNTİHARA CƏHD: 20 yaşlı satıcı məktub yazıb canına qıymaq istədi
18 Jul 2024 | 22:07
Aytən Səfərova düşdüyü ağır qəzadan sonra ilk dəfə görüntüləndi - FOTO
18 Jul 2024 | 21:36
Müğənni matçda himni sərxoş halda oxudu - VIDEO