"Mətbuatımız 149 yaşını ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda bütün ölkə ərazisində qeyd edir" - Vüqar Rəhimzadə
Cəmiyyət
Oxunub: 753
11:02, Bu gün
Mediamız Azərbaycanın hər bir uğurunun, Zəfərlərinin təbliğatçısıdır
 
Milli mətbuatımızın yaranmasının 149-cu ildönümü ərəfəsindəyik. 149 illik tarix mətbuatın dünənini, bugününü ehtiva etməklə yanaşı, gələcəyə böyük inamla addımlaması, yeni dövrün yeni çağırışlarını yüksək səviyyədə  yerinə yetirməsi üçün böyük stimuldur. Təbii ki, 149 illik yolu bir yazıda əhatə etmək qeyri-mümkündür. Mətbuatımız Zərdabi ənənələrinə söykənib  hər dövrün tələblərini uğurla yerinə yetirməklə hazırkı inkişaf səviyyəsinə gəlib çatıb. Bu gün qalib, bütövləşən Azərbaycanın mətbuatının dünənindən və bu günündən bəhs etməyimiz hər birimizdə böyük qürur hissi yaradır. Dövrün, zamanın çağırışları müxtəlif olsa da mətbuatın prinsipləri dəyişməzdir. Qərəzsizlik, obyektivlik, vətənpərvərlik prinsiplərini fəaliyyətində mühüm dəyərlər kimi hər zaman öndə saxlayan müstəqil mətbuatımız çətin və şərəfli yol keçərək daim dövrün reallıqlarının güzgüsü və təbliğatçısı olub.  1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Dəbistan”, “İrşad”, “Tazə həyat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb”, “Açıq söz” kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. Azərbaycan mətbuatı Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də,  milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə  iştirak edib.
 
Moderator.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor, Əməkdar jurnalist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə qeyd edib ki, mətbuatın inkişaf tarixindən bəhs edərkən müstəqilliyimizin bərpasından sonrakı dövr xüsusi diqqət çəkir. Müstəqilliyimizin bərpasının ilk illərində yaşanan çətin dövr digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığından söhbət belə gedə bilməzdi. Jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahənin inkişafı istiqamətində davamlı addımlar atdı. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı Fərman və sərəncamlarla ölkədə  informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi təmin edildi, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu. Ümummilli Lider Heydər Əliyev jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir. Ümumilikdə Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı xeyli sayda Fərman və  sərəncamlar imzalayıb. 2001-ci ildə  ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edərək onların həlli istiqamətində mühüm addımlar atdı. Bunlardan ən  önəmlisi   qəzetlərin əlavə dəyər və mənfəət vergisindən azad edilməsi oldu.
 
Baş redaktor vurğulayıb ki, 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuata diqqət və qayğıda da  özünün aydın ifadəsini tapıb. 2008-ci ildə  “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın qəbul edilməsi mətbuatın inkişafına göstərilən diqqət və qayğının ən bariz nümunəsidir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında Sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən dövlət qayğısına nümunədir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə MEDİA Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.  Azərbaycanda  daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Milli mətbuatımızın inkişafına xidmət edən bu addımlar tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarıdır.
 
Vüqar Rəhimzadə onu da əlavə edib ki,  Şanlı Qələbəmiz bütün sahələrdə, o cümlədən mətbuatda yeniliklərə, təkmilləşməyə yol açdı. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu reallığı ortaya qoydu ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Bu sənədə uyğun olaraq Medianın İnkişafı Agentliyi yaradıldı. Medianın İnkişafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə geniş imkanlar yaratması sağlam rəqabət mühitinin formalaşmasını, iqtisadi müstəqilliyin təmin olunmasını təmin edir.  Azərbaycanda Vahid Media Reyestri yaradıldı, MEDİA tərəfindən jurnalistlərə vəsiqə verildi. Mətbuatla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlar sırasında yeni “Media haqqında” Qanunun qəbul edilməsini də xüsusi qeyd etməliyik. Atılan hər bir addım qalib, bütövləşən Azərbaycanın reallıqlarının güzgüsü olan mətbuatın inkişafına, fəaliyyət istiqamətlərini genişləndirməsinə xidmət edir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Eyni zamanda,  müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməyib. Bu gün yüzlərlə azərbaycanlı jurnalist təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edir. Jurnalist peşəkarlığının artırılması bütün dövrlər üçün öz aktuallığını qoruyur.
 
Baş redaktor  bildirib ki, bu çağırışlar hər zaman fəaliyyətimizin önündə dayanmalıdır: Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.
 
Vüqar Rəhimzadə  diqqəti Azərbaycan mətbuatının  həqiqətlərimizin, xüsusilə  Birinci və  İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarının təbliği istiqamətində göstərdiyi səylərə yönəldib. Qeyd edib ki, media orqanları üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Son bir ildə qalib Azərbaycanın yeni Zəfərləri mətbuat səhifələrində geniş işıqlandırılır. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.
 
Baş redaktor  tarixi Zəfərimizin yol açdığı yeniliklər sırasında iki dost, qardaş ölkənin -Azərbaycan və Türkiyənin mətbuat sahəsində də əməkdaşlığa xüsusi önəm verərək bu sahədə birgə addımların atılması üçün imzalanan  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu qeyd edib. Razılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Ortaq  Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir.
 
Vüqar Rəhimzadə artıq ənənə halını alacaq Şuşa Qlobal Media Forumundan da bəhs edib. Bildirib ki,  hazırda mühüm beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi  diqqətdə olan Şuşa ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirdi. 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun, həmçinin  60 yerli media rəhbəri və nümayəndəsinin iştirak etdiyi Forumda dövlət başçısı İlham Əliyev üç saata yaxın vaxt ərzində istər işğal, istər 44 günlük İkinci Qarabağ, istərsə də hazırkı dövrün reallıqları barədə əsaslı şəkildə  tədbir iştirakçılarını məlumatlandırdı. Dövlət başçısı İlham Əliyev Forumun sonunda  “Müzakirələr sayəsində ölkələrinizə çox yaxşı nəticələrlə qayıdacaqsınız.  Bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaqdır” əminliyini ifadə etməklə yanaşı,  bu təklifi də irəli sürdü ki, bu forum müntəzəm olaraq keçirilsin və buna Birinci Şuşa Qlobal Media Forumu adı verilsin.
 
Baş redaktor qeyd edib ki, bu gün Azərbaycan mətbuatı 149 yaşını ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda bütün ölkə ərazisində qeyd edir. Ötən ilin 20 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etdi. Hazırda bərpa-quruculuq işləri bütün Qarabağı, Şərqi Zəngəzuru əhatə edib. Xankəndi, Xocalı qısa zamanda böyük quruculuq meydanına çevrilib. Azad edilmiş torpaqlarımızın bərpası, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri mətbuatda geniş işıqlandırılır. Heydər Əliyev Fondunun bu torpaqlarda tarixi və dini abidələrimizin bərpasına yönələn layihələrinin uğurlu nəticələri mətbuat vasitəsilə ölkə və dünya ictimaiyyətinə çatdırılır. Azərbaycanın hər bir uğurunun, Zəfərinin təbliğatçısı olan  mətbuatımız tezliklə “Biz Qərbi Azərbaycana qayıtdıq” müjdəsini də  xalqımıza çatdırmaq arzusu ilə 150 yaşına qədəm qoyur. Yeni dövrün yeni hədəflərinin həyata keçirilməsində üzərimizə düşən vəzifəni yerinə yetirmək üçün səylərimizi daha da artırmalı, hücum diplomatiyamızı uğurla davam etdirərək  qalib, bütövləşən Azərbaycana qarşı aparılan əsassız təbliğatları real faktlar, tarixi həqiqətlərimiz əsasında cavablandırmalıyıq. Tarixi ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
Oxşar xəbərlər
21:10, Bu gün
"Bu yüzilliyi udmaq Ukraynada qalib gəlmək deməkdir..."
21:06, Bu gün
Türkiyənin Milli Hərbi Dəniz Qüvvələri Şimali Kiprdə parad keçirəcək
21:00, Bu gün
Ayran pəhrizi ilə sağlam arıqlayın
20:56, Bu gün
Sabahdan etibarən II Şuşa Qlobal Media Forumu başlayır
20:55, Bu gün
2021-2023-cü illərdə işğaldan azad torpaqlardakı bərpa işlərinə 7 milyard dollar sərf edildi…-TARİX
20:50, Bu gün
İranda silahlı hücum: 1 polis öldürüldü
20:44, Bu gün
İmtahanda 8 nəfərin nəticəsi ləğv edilib
20:40, Bu gün
"Buna görə də qadınlarla dostluq etmirəm"
20:33, Bu gün
Vyetnamın sabiq prezdenti vəfat etdi
20:25, Bu gün
Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər, "kişi" olduğunu öyrəndi
20:17, Bu gün
II ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent məlum oldu
20:11, Bu gün
Dünyanın ən dəyərli 10 markası - Siyahıda hansı adlar var?
20:06, Bu gün
COP29 Akademiyasının rəsmi açılış mərasimi keçirilib
20:00, Bu gün
Maşını istidə yuyan sürücülərin səhvi – Nəticələr faciəli ola bilər
19:52, Bu gün
"Netflix"in abunəçiləri 8 milyon, qazancı 2,1 milyard artıb
19:47, Bu gün
Kapitan siqaretə görə Olimpiya yığmasından qovuldu
19:40, Bu gün
"Samsung" dünyanın ən nazik qatlana bilən smartfonunu buraxmaq istəyir
19:36, Bu gün
CV-də yanlış məlumat yazanda müsahibədə üzə çıxır?
19:30, Bu gün
Alma sirkəsi xərçəngdən qoruyur? - EKSPERT CAVABI
19:25, Bu gün
Millinin futbolçusu zorlamada şübhəli bilindi: Saxlanıldı
19:20, Bu gün
Dəniz sahilində uşaq meyitinin tapılmasının TƏFƏRRÜATI: Ata azyaşlı övladını suda boğaraq öldürübmüş
19:15, Bu gün
Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü
19:10, Bu gün
Bakıda yaşayış kompleksindən OĞURLUQ: işçilər tutuldu
19:04, Bu gün
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
18:57, Bu gün
56 min dollara təqdim edilən “Caviar” telefonu
18:53, Bu gün
İli varlanmadan başa vurmayacaqlar: Pula pul deməyəcək BÜRCLƏR
18:45, Bu gün
"Cavanşirsiz çox tənhayam" - VİDEO
18:40, Bu gün
“Ermənistan müttəfiqlərinin dəstəyindən məhrum olacaq, səbəb...”
18:39, Bu gün
İş adamının ağacdan asılmış meyiti tapıldı
18:35, Bu gün
Limon suyu mikrodalğalı sobada qızdırın – SƏBƏB
18:33, Bu gün
Zaqatalada siçan əleyhinə dərman içən qızın məktubu tapıldı: "Məni heç kim istəmir"
18:31, Bu gün
Dubay şahzadəsi boşandı - "Sən başqa işlərlə məşğulsan"
18:21, Bu gün
Bakıda ŞOK OLAY: maşını qəsdən aşırdıb qadını öldürdü
18:16, Bu gün
Qatığı dondurun - İsti hava üçün mükəmməl DESERT
18:11, Bu gün
Avqust ayında bürcləri nə gözləyir?
18:10, Bu gün
"Xarici siyasət uğurlarımız Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzunun ifadəsidir"
18:05, Bu gün
Elektron Təhlükəsizlik Xidməti “Windows” əməliyyat sistemini yeniləməməyi tövsiyə edir
18:02, Bu gün
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 tərəfdaşlıq proqramını təqdim etdi - FOTO
17:57, Bu gün
İstirahətə gedən ailə Şabranda qəzaya düşdü
17:52, Bu gün
Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQ
17:47, Bu gün
Böyükşor gölündən gələn üfunətin səbəbi nədir? - Rəsmi AÇIQLAMA
17:41, Bu gün
"Qəzza bölgəsində müharibədən sonra təhlükəsizlik BƏƏ hərbçiləri tərəfindən təmin edilə bilər" - "Financial Times"
17:35, Bu gün
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
17:30, Bu gün
Birinci sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ
17:25, Bu gün
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
17:20, Bu gün
Deputatlığa namizədlik üçün müraciət edənlərin sayı AÇIQLANDI
17:15, Bu gün
Tanışı itələyib yıxdı - Xəstəxanada öldü
17:12, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza - Nənə və nəvəsi öldü
17:10, Bu gün
“Sumqayıt” – “Fehervar” oyununun hakimləri müəyyənləşdi
17:06, Bu gün
Parlament seçkiləri ilə bağlı bu tələblər təsdiqləndi
17:00, Bu gün
Bu partiyaların səlahiyyətli nümayəndələri qeydə alındı
16:54, Bu gün
Taksi xidmətindən kənarlaşdırılan sürücülərlə bağlı RƏSMİ TƏKLİF
16:48, Bu gün
"Qapalı geyindim, amma yenə seksualam" - VİDEO
16:42, Bu gün
“Elit star” Cəmilə efirdə Ruhəngizi PƏRT ETDİ: “Elə bil çimərliyə gəlmisən” - VİDEO
16:37, Bu gün
Kəlbəcərin zəngin meşələri - Qoruyaq, böyüdək! - FOTO
16:30, Bu gün
“Qəbul imtahanları sadələşdirilməlidir”
16:24, Bu gün
Ermənistan riskli ölkəyə çevrilir: İrəvan regional təhlükəsizliyi təhdid edir - TƏHLİL + FOTO
16:18, Bu gün
"Bu gün əmək bazarında böyük sayda ixtisassız işçi qüvvəsi var" - Sahil Babayev
16:12, Bu gün
“Azəriqaz” Zəngilanda qaz tənzimləyici məntəqə qurur
16:06, Bu gün
Ursula fon der Lyayen ikinci müddətə Avropa Komissiyasına başçılıq edəcək
16:00, Bu gün
Qara maskalı şəxs mağazadakı ödəmə terminalından oğurluq etdi - VİDEO
15:55, Bu gün
Bu ölkədə rəsmi namizəd əleyhinə səs vermək xəyanət kimi qəbul edilir və bunu edənlər...
15:53, Bu gün
Bakıda quru və qəzalı ağaclar götürülür - FOTOLAR
15:47, Bu gün
Füzulidə yanğın: Helikopter cəlb olundu - VİDEO
15:41, Bu gün
Baş prokuror Qusarda vətəndaşları qəbul etdi - FOTOLAR
15:35, Bu gün
"Ukrayna bu müharibədə qalib gələ bilməz" - ABŞ vitse-prezidentliyinə namizəd
15:28, Bu gün
Milli Mətbuatın 149 illiyinə həsr olunmuş konfrans keçirildi - FOTO
15:22, Bu gün
Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
15:17, Bu gün
Bu ərazilərə yağış yağacaq - XƏBƏRDARLIQ
15:12, Bu gün
Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
15:07, Bu gün
Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?
15:01, Bu gün
Dünyada xaos: Məşhur türkiyəli astroloq gözlənilməz hadisələr barədə xəbərdarlıq etmişdi…
14:56, Bu gün
Müşviqin verilişi BAĞLANDI
14:50, Bu gün
Bakının BU KÜÇƏSİ təmir olunur - VİDEO
14:46, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi Bəxtiyar Hümbətov dəfn edildi - FOTO
14:41, Bu gün
Bütün dünya boyunca IT-nin işində qlobal fasilə yaranıb
14:35, Bu gün
23 yaşlı qadın qocalar evində yaşayan 80 yaşlı kişi ilə evləndi - FOTO
14:28, Bu gün
Paşinyana Əliyevlə görüşə kim imkan vermədi? - Sensasion ŞƏRH
14:22, Bu gün
Analitik Londonda Əliyev-Paşinyan görüşünün baş tutmamasının ilginc səbəbini açıqladı...
14:16, Bu gün
İdman müəllimi ilə dostlarından dəhşətli əməl: Kişini dəniz qırağına aparıb... – ŞOK
14:09, Bu gün
Yayda çay və kofe içərkən bunlara DİQQƏT EDİN
14:05, Bu gün
"Güclü parlament islahatların aparılmasına töhfə verə bilər”
14:03, Bu gün
Azərbaycandakı işsizlərin sayı açıqlandı
13:57, Bu gün
XİN rəhbərlərinin "3+3" formatında növbəti görüşünün məkanı açıqlandı
13:51, Bu gün
Bakıda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alındı
13:45, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdən hamı ucuz ev ala biləcək
13:38, Bu gün
22 nəfərə professor elmi adı verildi
13:32, Bu gün
Ofeliya Şabanova ağır xəstəliyə tutuldu - "İki körpəm var"
13:26, Bu gün
"CineMastercard" kinoteatrında Milli Mətbuat Günü
13:20, Bu gün
"Qızıl top"un qapıçılar arasında yeganə qalibi futbol tarixinin ən yaxşısı seçildi - SİYAHI
13:14, Bu gün
Tikinti obyektlərinin istismarına icazə verilməsi üçün xidmət haqları müəyyən edildi - FOTO
13:07, Bu gün
“Qarabağ”ın bütün potensial rəqibləri
13:00, Bu gün
Makron azərbaycanlı jurnalistin sualına qərəzli cavab verdi - VİDEO
12:54, Bu gün
Bir qrup jurnalist mükafatlandırılacaq
12:48, Bu gün
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
12:42, Bu gün
“Sadə profilaktika tədbirlərinə əməl edərək, osteoxondroz xəstəliyinin yaranmasının qarşısını almaq olar”
12:36, Bu gün
Bu müəllimlərin əmək haqlarına dəyişiklik ediləcək
12:30, Bu gün
Prezident İlham Əliyev Böyük Britaniya kralı ilə görüşdü - FOTO
12:26, Bu gün
Üzdə səpki və ləkələrin yaranmağına səbəb nədir? - Dermatoloq AÇIQLADI
12:20, Bu gün
Azərbaycan Hakimlər İttifaqı COP29-la bağlı konfrans keçirəcək
GÜNLÜK
11:24, Bu gün
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
18 Jul 2024 | 21:43
Paşinyan geri addım atdı: Rusiyanı Zəngəzura buraxmır
18 Jul 2024 | 22:21
Taleh Yüzbəyova ağır itki üz verdi
18 Jul 2024 | 23:07
Nadir Türkiyədəki qiymətlərdən şikayətləndi - "Tövbə edirəm"
07:00, Bu gün
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor VƏFAT ETDİ
18 Jul 2024 | 22:33
Xoşbəxt olmaq istəyənlər bunları etsin
18 Jul 2024 | 22:27
Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!
18 Jul 2024 | 22:40
Geyim mağazasında İNTİHARA CƏHD: 20 yaşlı satıcı məktub yazıb canına qıymaq istədi
18 Jul 2024 | 22:07
Aytən Səfərova düşdüyü ağır qəzadan sonra ilk dəfə görüntüləndi - FOTO
18 Jul 2024 | 21:36
Müğənni matçda himni sərxoş halda oxudu - VIDEO
HƏFTƏLİK
16 Jul 2024 | 07:34
Separatçı rejimin ləğvindən sonra Qarabağda qalmış bahalı avtomobil kimə hədiyyə edildi?..- “333 OD 33” nömrəli- FOTO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
16 Jul 2024 | 12:12
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
16 Jul 2024 | 00:09
Aşıq Ələsgərin 10 aydır hazır olan heykəli niyə ucaldılmır?- “Ailəsi olaraq bizə məlum deyil”-Nazirlikdən AÇIQLAMA-ÖZƏL
17 Jul 2024 | 08:34
Taksilərdə sui-istifadə artdı: Bu sürücülər artıq pul alır
18 Jul 2024 | 13:58
“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki, məndən gödəkçə alıb, amma”-Telman Adıgözəlovun oğlu-ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
16 Jul 2024 | 08:30
Təhsilimizdə ciddi çatışmazlıq Yararsız diplomların yaranma səbəbləri-TƏHLİL
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
AYLIQ
11:24, Bu gün
Daha bir Azərbaycan jurnalisti Makronu "şillə"lədi - Oksfordda hesab günü - VİDEO
18 Jul 2024 | 21:43
Paşinyan geri addım atdı: Rusiyanı Zəngəzura buraxmır
18 Jul 2024 | 22:21
Taleh Yüzbəyova ağır itki üz verdi
18 Jul 2024 | 23:07
Nadir Türkiyədəki qiymətlərdən şikayətləndi - "Tövbə edirəm"
07:00, Bu gün
Xəstəlikdən əziyyət çəkən məşhur aktyor VƏFAT ETDİ
18 Jul 2024 | 22:33
Xoşbəxt olmaq istəyənlər bunları etsin
18 Jul 2024 | 22:27
Zaxarova Ermənistanı təhqir etdi: İstifadə edib, atırlar!
18 Jul 2024 | 22:40
Geyim mağazasında İNTİHARA CƏHD: 20 yaşlı satıcı məktub yazıb canına qıymaq istədi
18 Jul 2024 | 22:07
Aytən Səfərova düşdüyü ağır qəzadan sonra ilk dəfə görüntüləndi - FOTO
18 Jul 2024 | 21:36
Müğənni matçda himni sərxoş halda oxudu - VIDEO