Azərbaycan–Pakistan münasibətlərində yeni dövrün başlanğıcı
Cəmiyyət
Oxunub: 887
11:46, Bu gün
Azərbaycan–Pakistan münasibətlərində yeni dövrün başlanğıcı
Prezident İlham Əliyevin Pakistanda səfərdə olduğu günlərdə İslamabadda küçələrin Azərbaycanın dövlət bayraqları və Prezident İlham Əliyevin portretləri ilə bəzədilməsi, Bakı və İslamabadın qardaşlaşmış şəhərlər elan olunması Pakistan xalqının ölkəmizə böyük sevgisinin təzahürüdür. Pakistan Müdafiə Nazirliyinin sosial şəbəkə səhifəsində “Üç qardaş, bir ailə! Üç ölkə, bir millət!” paylaşımı da ölkələrimizin birlik və həmrəylik mövqeyinin ən səmimi ifadəsidir.
 
Azərbaycan və Pakistan münasibətlərini səmimiyyət və hörmət, qarşılıqlı əməkdaşlıq üzərində quran və daim möhkəmləndirən dost və qardaş dövlətdir. Bu gün tərəflər bütün sahələrdə – siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəni müstəvidə əlaqələr davamlı olaraq gücləndirilməkdədir. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir.
 
Pakistan İslam aləmində inteqrasiya və dostluq münasibətlərinə xüsusi önəm verən ölkələrin önündə gedir.  1991-ci ilin 12 dekabrında  Azərbaycanın müstəqilliyini tanıyan Pakistanı bu məsələdə  yalnız Türkiyə qabaqlaya bilib. 1993-cü il aprelin 30-da “Dağlıq Qarabağ münaqişəsi” ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Pakistan BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Azərbaycana qarşı hərbi təcavüzə etiraz əlaməti olaraq bu günədək Ermənistanla diplomatik münasibətlər qurmayıb. Azərbaycan da öz növbəsində bütün beynəlxalq platformalarda Kəşmir probleminin ədalətli həlli üçün dəstəyini əsirgəmir. 44 günlük Vətən müharibəsi zamanı Pakistan Azərbaycanın haqq işini daim dəstəkləyib, Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etməsini böyük ruh yüksəkliyi ilə alqışlayıb. Müharibədən az sonra Azərbaycana səfər edən Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacva “Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir” – deməsi, ümumilikdə, Pakistanın Azərbaycana münasibətini tam şəkildə açıqlayır.
 
Vətən savaşından sonra bu münasibətlər daha da yaxınlaşıb. Türkiyə – Pakistan –Azərbaycan formatında ölkə rəhbərləri, parlament, hərbi və diplomatik heyətlər arasında üçtərəfli görüşlər keçirilib və müvafiq sənədlərin imzalanması ilə müttəfiqlik münasibətlərinin yaradılmasına və möhkəmləndirilməsinə başlanılıb. Bu format ilk olaraq 2017-ci ilin noyabrında Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda ilk üçtərəfli görüşü zamanı rəsmiləşib.
 
Dünya miqyasında ədalətli mövqeyin müdafiəsi kontekstində Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. 44 günlük müharibə zamanı üçtərəfli format güc sınağından uğurla çıxaraq özünü həqiqi dostların ittifaqı kimi təsdiqlədi. Bu dəstək müharibədən sonrakı dövrdə də  davam edir. Türkiyə və Pakistan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada genişmiqyaslı bərpa işlərinin aparılması üçün Azərbaycana lazımi kömək göstərir. Bir sözlə, Bakı ilə İslamabad arasında müttəfiqlik əlaqələrinin qurulması, həmrəylik, ikitərəfli səmimi qardaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi hər üç ölkənin həyati maraqlarına cavab verir. İqtisadi sahədə də əlaqələrin inkişafı üçün ciddi potensial var.
 
Hazırda iki ölkə hökumətləri ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və nəqliyyat dəhlizlərinin praktiki məsələləri ilə məşğuldurlar, ikitərəfli ticarətin və birgə investisiyaların genişləndirilməsi istiqamətində planlar ardıcıl şəkildə həyata keçirilir. Pakistan höküməti Azərbaycan şirkətlərinin ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində çox sayda Pakistan şirkətləri qeydiyyatdan keçib. Eyni zamanda, Pakistan şirkətləri azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirak etmək üçün də müraciət ediblər. Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən görüşlərdə vurğulayıb ki, Azərbaycan Pakistanla ticari-iqtisadi əlaqələrin genişləndirilməsini vacib hesab edir.
 
Prezident İlham Əliyevin Pakistan səfəri Azərbaycan diplomatiya tarixində xüsusi iz buraxmaqla yanaşı, həm də iqtisadi, geosiyasi baxımdan müstəsna rol oynadı. Səfərin mahiyyəti və imzalanan sənədlər nüvə dövləti olaraq qlobal arenada xüsusi çəkisi olan Pakistan kimi qüdrətli bir ölkə ilə Azərbaycanın strateji müttəfiqliyini daha yüksək səviyyəyə qaldırdı. Eyni zamanda, bu səfər Prezident İlham Əliyevin dünyada sülhə, barışa, bölgədə inkişafa yönəlik mükəmməl xarici siyasətinin zirvə nöqtəsi kimi yadda qaldı. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin Pakistana budəfəki səfəri uzunmüddətli perspektivdə əməkdaşlığın genişlənməsinə və dərinləşməsinə töhfə verəcək, həm ikitərəfli əsasda, həm də yeni əməkdaşlıq formatları çərçivəsində ölkələrimiz arasında münasibətlərə yeni məzmun və keyfiyyət gətirəcək.
 
Artıq bir neçə gündür ki, Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri bu ölkənin nüfuzlu media orqanlarının diqqət mərkəzindədir. 
 
İngilis dilində nəşr olunan "The Express Tribune" qəzeti "Pakistanla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə dair 15 sənəd imzalanıb"; "Whenewsenenglish" nəşrinin "Azərbaycan Prezidenti İlham Əliyev İslamabada iqtisadi əməkdaşlıq gündəliyi ilə gəlib" və "The İnternational News" qəzetinin "Azərbaycan Prezidenti Pakistanda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir" sərlövhəli məqalələrində vurğulanır ki, iki ölkə energetika, infrastruktur, nəqliyyat daşımaları və bir sıra digər sahələrdə, o cümlədən müdafiə sənayesində bir sıra layihələri nəzərdən keçirib. Hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, kiçik və orta sahibkarlıq və digər sahələr üzrə sazişlər imzalanıb, həmçinin 2024-2029-cu illər üzrə mədəni mübadilə proqramı təsdiqlənib.
 
Səfər çərçivəsində imzalanmış sənədlərin Bakı ilə İslamabad arasında möhkəm dostluq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Bu gün Pakistan – Azərbaycan əlaqələri təbii səbəblərdən inkişaf edir və iki ölkəni yaxınlaşdıran bir çox amillər vardır. Əlbəttə, burada son illərdə Azərbaycanın artan diplomatik fəallığı və siyasi nüfuzunun da ciddi rol oynadığı danılmazdır. Prezident Əliyevin son səfəri ilə Pakistan – Azərbaycan əlaqələri yeni bir mərhələyə qədəm qoyub. Hindistan – Ermənistan yaxınlaşması və son illərdə Qərblə münasibətlərin soyuqlaşması Pakistanı Şərq blokuna daha çox yaxınlaşdırıb. Bu onunla eyni siyasi xətti izləyən Türkiyə və Azərbaycanla müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi üçün əsas yaradır. Bu baxımdan, Azərbaycan Prezidenti Pakistana yalnız dost müsəlman ölkəsinin lideri və ya bir tərəfdaş ölkənın başçısı kimi deyil, həm də Pakistanla eyni geopolitik xətdə hərəkət edən müttəfiq və dost ölkənin rəhbəri kimi səfərə gedib.
 
Bütün bunlarla yanaşı Pakistan və Azərbaycan münasibətləri sadəcə bu günün reallığına əsaslanmır.  Xalqlarımız arasındakı tarixi-mənəvi bağlılıqlar da bu münasibətlərin mahiyyətində özünə yer alır.  Tarixən Qaraqoyunlular, Qızılbaşlar, Əfşarlar və sair türkmən tayfa birlikləri Hind coğrafiyasına İslamı yaymaqla uzun illər bu coğrafiyada müxtəlif dövlətlər quraraq fəaliyyət göstəriblər. Bu gün də Pakistanda bir çox ali rütbəli dövlət xadimləri, generallar, ictimai-siyasi və mədəniyyət xadimləri arasında Azərbaycan əsilli, türkmən tayfalarından olan şəxslər var.
 
Pakistanın 3-cü prezidenti, general Yəhya xan Qızılbaş, Pakistan kəşfiyyat xidmətinin rəhbəri və prezident katibliyin rəisi olmuş Ağa Şövkət Əli, hüquqşünas, insan hüquqları müdafiəçisi və Pakistan Qadın Fəaliyyət Forumunun qurucu üzvü Şahtac xanım Qızılbaş, Hərbi Hava Qüvvələrinin keçmiş rəisi Sayed Babar Əli, general Hüseyn Mehdi, Pakistanın Baş naziri, maliyyə naziri və Fransadakı səfiri işləmiş Müzəffər Əli Qızılbaş və onlarca digər yüksək vəzifələr tutmuş şəxsiyyətlərin bir qismi türkmən-qızılbaş əsilli, bir qismi isə tarixən Azərbaycan torpaqlarından köçmüş ailələrin nümayəndələri olublar. Bu mənada Pakistan – Azərbaycan münasibətlərinin həm də mənəvi kökləri var ki, bu da münasibətlərin doğmalığını təmin edən əsas amillərdən biri hesab oluna bilər.
 
Ümummilli lider Heydər Əliyevin 1996-cı ilin aprelində Pakistana səfəri çərçivəsində  o vaxtkı Baş nazir Bənazir Bhutto ilə görüşü zamanı dostluq və əməkdaşlıq, ticarət, vergi, səhiyyə, turizm haqqında sazişlərin əks olunduğu 9 ikitərəfli sənəd imzalanmışdı. 
 
Prezident İlham Əliyev bu səfərindən öncə  2017-ci ilin aprelində Nəvaz Şərifin hökuməti dövründə Pakistana səfər edib. Bu səfər İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı ilə bağlı olmuşdu. Prezident İlham Əliyevin İslamabada bu günlərdə baş tutan səfəri isə təkcə Azərbaycan və Pakistanın deyil, bütün dünya mətbuatının gündəmində əsas xəbərlərdən birinə çevrildi. Səfər zamanı Prezident İlham Əliyevin təyyarəsinin   Pakistanın Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərəfindən qarşılanması və enənədək müşayiət edilməsi, dövlətimizin başçısının  şərəfinə toplardan yaylım atəşi açılması, Azərbaycana və onun liderinə olan dərin hörmətin və ehtiramın təzahürü idi. 
 
Prezident İlham Əliyevin beynəlxalq səviyyədə geniş maraq doğuran Pakistan səfərini ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün başlanğıcı hesab etmək olar.
 
Cavanşir FEYZİYEV,  
Milli Məclisin deputatı,  
fəlsəfə doktoru
Oxşar xəbərlər
17:35, Bu gün
Qiyməti qaldıran onlardır - Eyyub Hüseynov ad çəkdi
17:31, Bu gün
Qarabağdan hayların köçdüyü günlərdə “daxili işlər naziri”nin köməkçisi onlarla avtomobili və qızıl nömrələri mənimsəyib...-FOTO
17:26, Bu gün
Şəhid ailələrinə ŞAD XƏBƏR - Prezident TƏSDİQLƏDİ
17:20, Bu gün
Dövlət qulluğunda inzibati və yardımçı vəzifələrin təsnifatı dəyişdi
17:14, Bu gün
Prezident bu qanunlara dəyişiklikləri təsdiqlədi
17:08, Bu gün
"Bakcell" tətbiqində süni intellekt dəstəkli “Tarif Məsləhətçisi”ni təqdim etdi
17:04, Bu gün
İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqlədi
16:58, Bu gün
"Nar" qəbul imtahanlarının bitməsi münasibətilə abituriyentləri təbrik edir
16:54, Bu gün
Bakıda Fransa müstəmləkələrindəki Müstəqillik hərəkatlarının birinci qurultayı keçiriləcək
16:48, Bu gün
Yaxın Şərqin Suriya düyünü: Sülh yaxında deyil - TƏHLİL + FOTO
16:42, Bu gün
Bakıda əməliyyat: həbs olunanlar var - FOTO/VİDEO
16:35, Bu gün
Azərbaycanda yük qatarı relsdən çıxdı - YENİLƏNİB
16:30, Bu gün
Masallıda mağazada işləyən satıcıya əxlaqsız təklif: İşdən sonra...
16:27, Bu gün
Xoşbəxt münasibətlər qurmağa kömək edən PRİNSİP
16:23, Bu gün
Havanın temperaturu iqlim normasından yüksək olacaq - PROQNOZ
16:20, Bu gün
Türkiyədən xaricə getmək istəyənlər üçün rüsum artırıldı
16:15, Bu gün
Bayden özünü sionist və Fələstin xalqının böyük dostu hesab edir
16:07, Bu gün
Ronaldu antireytinq siyahısında AVRO-2024-ün lideri oldu: Daha kimlər məyus etdi?..
16:00, Bu gün
Kəlbəcərin neftdən baha sərvəti - termal sular - FOTO
15:53, Bu gün
Oğuzun yeni icra başçısı kimdir? - DOSYE
15:48, Bu gün
Minlərlə manatlıq pərdə və aksesuarlarını oğurlayan şəxslər TUTULDULAR
15:43, Bu gün
Prezident onu “Əmək” ordeni ilə təltif etdi
15:38, Bu gün
“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı
15:33, Bu gün
Elza Seyidcahan namizədliyini verir: "Deputat seçilsəm..."
15:28, Bu gün
Oğuza yeni icra başçısı təyin edildi
15:23, Bu gün
Metsola yenidən Avropa Parlamentinin prezidenti seçildi
15:19, Bu gün
Maaşını istəyən 22 yaşlı gəncə DƏHŞƏTLİ İŞGƏNCƏLƏR verdilər: “Dişlərini kəlbətinlə çıxarıb…” – ŞOK FOTOLAR
15:13, Bu gün
Çin vətəndaşları il ərzində 3 dəfə Azərbaycana vizasız səfər edə biləcəklər
15:08, Bu gün
"ABŞ Rusiya ilə münaqişəyə can atmır, lakin Ukraynanın özünümüdafiə hüququnu tam dəstəkləyir" - Pentaqon nümayəndəsi
15:03, Bu gün
Şahlar Ağayevin cinayət işi: "Öldürdüyüm şəxs ilk olaraq qulağımı kəsdi"
14:57, Bu gün
İngiltərə millisinin baş məqçisi istefa verdi
14:53, Bu gün
“İran prezidentinin 1-ci müavini dedi ki, ölkə əhalisinin 52 faizi Azərbaycan türklərdir...”
14:50, Bu gün
Küləklə bağlı sarı xəbərdarlıq edildi
14:44, Bu gün
Rusiyada tanınmış televiziya aparıcısı döyülüb
14:40, Bu gün
53 yaşlı Teymur Əmrah buna görə ailə qurmur - VİDEO
14:34, Bu gün
Pensiya alanlara ŞAD XƏBƏR
14:28, Bu gün
Qriqorçuk Şeydayevin transferindən danışdı
14:22, Bu gün
Oğlan sevdiyi qızla ayaqyolunda görüşdü, qız hamilə qaldı, ekspertiza isə... – ŞOK
14:17, Bu gün
Tramp qalib gələcək, bəs Ağ Evə sağ-salamat girəcəkmi? - MÜSAHİBƏ
14:12, Bu gün
"Zirə"nin rəqibi Bakıya nə azarkeş, nə də jurnalist gətirəcək
14:08, Bu gün
Azərbaycan və İsrail “yaşıl enerji” layihələrini müzakirə etdi - FOTO
14:04, Bu gün
"Sumqayıt"ın Macarıstan klubu ilə görüşünə 1500 bilet satılıb
14:03, Bu gün
Azərbaycanda gənc ailələrin boşanma sayı durmadan artır - SƏBƏBLƏR
14:00, Bu gün
Zahid Oruc 33 saylı Xətai 1-ci seçki dairəsini seçdi
13:57, Bu gün
Bu çaylardan sel keçəcək
13:54, Bu gün
“Atasının evdə bir qram hörməti yoxdur, adam yerinə qoyulmur...” - QALMAQALLI SÖZLƏR
13:51, Bu gün
Masallıda ölü dölün doğulması ilə bağlı araşdırma başladı - RƏSMİ
13:50, Bu gün
Azərbaycanda turizmin inkişafını əngəlləyən BƏRBAD YOLLAR- NƏ ZAMAN DÜZƏLƏCƏK? 
13:44, Bu gün
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sabahdan...
13:38, Bu gün
Sanura Cəfərovadan açıqlama: "Dediyimin üstündə dururam, əxlaqsızlıq..."
13:35, Bu gün
“Azərsun Holdinq” Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd edib - FOTO
13:31, Bu gün
Ramil Şeydayev "Neftçi"də
13:26, Bu gün
Sui-qəsddən sonra: Bayden qarşıdurmanın hərarətini azaltmağa, Tramp birliyə çağırış edir  - "BBC News", Rus xidməti
13:22, Bu gün
Kəlbəcər təbiətinin qorunması üçün xüsusi layihə - FOTOLAR
13:18, Bu gün
Ötən gün həlak olan hərbçimizin sonuncu rəqsi - VİDEO
13:14, Bu gün
"Crocus City Hall"da törədilən terror aktı barədə yeni detal məlum olub
13:10, Bu gün
Aşıq Namiq: "İstəyirəm ki, həyat yoldaşım evdə otursun, işləməsin" - VİDEO
13:05, Bu gün
“Onlar güllələnməlidir” - Hərbçilərin ərzaq payına göz dikənlərə Andropovun cəza tələbi...
13:00, Bu gün
44 günlük Zəfəri sülh masasında möhürləmək
12:55, Bu gün
Kəlbəcərdə faciəli şəkildə həlak olan hərbçi dəfn edildi - FOTO
12:50, Bu gün
Qarabağ Universitetində YENİ TƏYİNAT - FOTO
12:45, Bu gün
Hüseynbala Mirələmov oğlundan danışdı: "Hadisənin görünməyən tərəfləri var"
12:40, Bu gün
YAP siyahısını bu tarixdə açıqlayacaq: Elman Nəsirov açıq və QƏZƏBLİ DANIŞDI - VİDEO
12:35, Bu gün
Azərbaycanda 17 yaşlı ananın doğduğu uşaq öldü - YENİLƏNİB
12:30, Bu gün
Naxçıvana maliyyə naziri təyin edildi
12:25, Bu gün
Xəzərdə dəyişmələrin yaratdığı təhdidlər – ARAŞDIRMA + FOTO
12:20, Bu gün
Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ: Bu gün...
12:16, Bu gün
Xəzər niyə insanları “udur”? – Dənizdəki görünməz təhlükə bu imiş...
12:12, Bu gün
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
12:08, Bu gün
III kurs tələbəsinin ölüm səbəbi BİLİNDİ - YENİLƏNİB + FOTO
12:05, Bu gün
Zakir Həsənov Qazaxıstana getdi - FOTO
12:02, Bu gün
"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:00, Bu gün
Sumqayıtda 66 yaşlı kişi TUTULDU - Çimərlikdə qadınların...
11:55, Bu gün
Niyə başınız şimala tərəf yatmamalısınız? - Dünyadakı xurafatlar
11:50, Bu gün
"Sanuranın qonorarı ödəndi, DİN-ə şikayət olundu..." - Hikmət Rəhimovdan şok addım
11:50, Bu gün
İki gün əvvəl dənizdə batan gəncin meyiti tapılıb
11:47, Bu gün
"Sevgilim deyir ki, sənin kimi müğənni yoxdur" - Hiss iddialı danışdı
11:46, Bu gün
Azərbaycan–Pakistan münasibətlərində yeni dövrün başlanğıcı
11:45, Bu gün
Tələbələr üçün "Media və uşaq hüquqları" adlı dərs vəsaiti təqdim edilib
11:44, Bu gün
Bilgəhdə dənizdə batan 17 yaşlı gəncin meyiti tapılıb
11:43, Bu gün
NİİM sürücülərə müraciət etdi
11:41, Bu gün
Azərbaycan və Ermənistanın Vaşinqton görüşündə irəliləyiş əldə edilib
11:40, Bu gün
Bu kollecə direktor təyin olundu
11:35, Bu gün
Avtomobili saxlayıb video çəkənlərə XƏBƏRDARLIQ
11:33, Bu gün
Günel Tatlısəsin oğlu ilə: "Səni sevirəm" - FOTO
11:30, Bu gün
Hüsniyyənin uçduğu təyyarədə təhlükəli anlar - VİDEO
11:30, Bu gün
Tramp İrəvanda panika yaratdı: Bakı ilə işləyəcək
11:27, Bu gün
Ən qeybətcil 4 bürc - Hər kəsin arxasınca danışırlar...
11:25, Bu gün
İcbari tibbi sığorta ilə son iki ildə aparılan doğuşların sayı açıqlanıb
11:22, Bu gün
"Hikmət, haqqımı ver!" - "Apatiya 2"də qalmaqal - FOTO
11:20, Bu gün
Azərin “bozqurd” işarəsi göstərdi, Ərdoğan alqışladı - VİDEO
11:17, Bu gün
Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı - VİDEO
11:15, Bu gün
Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb
11:10, Bu gün
AĞIR ƏMƏLİYYAT keçirən İbrahim Tatlısəsin küsülü qaldığı oğlu nələr dedi?
11:05, Bu gün
Növbəyə görə kişinin gözünü çıxardı - 6 il həbs cəzası aldı
11:00, Bu gün
İsti havada sürücülərin qaçmalı olduğu 3 içki - YADDA SAXLA
10:55, Bu gün
Azərbaycanın avarçəkəni dünya çempionatında iştirak edəcək
10:52, Bu gün
66 yaşlı kişi görün nəyə görə TUTULDU - Çimərlikdə qadınların...
10:50, Bu gün
Ana doqquz yaşlı oğlunu öldürdüyünü etiraf etdi - VİDEO
10:45, Bu gün
Azərbaycanın 2 karateçisi Qazaxıstanda medal qazanıb
GÜNLÜK
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
15 Jul 2024 | 18:18
İbrahim Tatlısesin xəstəxanadan buraxılması görüntüləri – VİDEO
15 Jul 2024 | 20:48
Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
15 Jul 2024 | 18:24
İsveçdə pəncərələrə pərdə taxmaq qadağandır – Səbəb təəccübləndirəcək
15 Jul 2024 | 18:42
Qızının adını "onbir" qoydu, peşman oldu
15 Jul 2024 | 21:33
Otellər kəskin bahalaşdı, yerlər isə bomboşdur…
15 Jul 2024 | 18:52
Yataqda siqaret çəkən kişi faciəvi şəkildə öldü
15 Jul 2024 | 18:12
Yuxuda ayrılıq görmək nə deməkdir?
15 Jul 2024 | 18:07
Qəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti yeriməyə başlayıb
15 Jul 2024 | 18:31
Zelenski: Ukraynada uzaqmənzilli raketlər hazırlanır
HƏFTƏLİK
11 Jul 2024 | 09:15
“Ronaldo soyunub-geyinmə otağımıza gəldi, mənə dedi ki…”- Arda Gülər
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
12 Jul 2024 | 14:12
Bakıda ŞOK: Qadından ərinin gözü qarşısından onunla getməyi tələb etdi – TƏFƏRRÜAT
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
11 Jul 2024 | 11:25
Xalq artistinin qızının kirayədə qalmağa pulu yoxdur: “Ev yiyəsi dedi ki, otağı boşalt, borclarım çoxdur”- FOTO + ÖZƏL
13 Jul 2024 | 14:32
Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş - YENİLƏNİB
11 Jul 2024 | 10:38
Hava kəskin DƏYİŞİR - Dövlət xidməti xəbərdarlıq etdi
14 Jul 2024 | 12:09
Xalq artisti ETİRAZ ETDİ:  “Muğam müsabiqələrindən çıxan gənclər toya, biznesə qulluq edir, sənətkarlar isə...”
AYLIQ
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
15 Jul 2024 | 18:18
İbrahim Tatlısesin xəstəxanadan buraxılması görüntüləri – VİDEO
15 Jul 2024 | 20:48
Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
15 Jul 2024 | 18:24
İsveçdə pəncərələrə pərdə taxmaq qadağandır – Səbəb təəccübləndirəcək
15 Jul 2024 | 18:42
Qızının adını "onbir" qoydu, peşman oldu
15 Jul 2024 | 21:33
Otellər kəskin bahalaşdı, yerlər isə bomboşdur…
15 Jul 2024 | 18:52
Yataqda siqaret çəkən kişi faciəvi şəkildə öldü
15 Jul 2024 | 18:12
Yuxuda ayrılıq görmək nə deməkdir?
15 Jul 2024 | 18:07
Qəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti yeriməyə başlayıb
15 Jul 2024 | 18:31
Zelenski: Ukraynada uzaqmənzilli raketlər hazırlanır