"Zakir Fərəcovun yalanlarından bezmişik" - Sahibkarlar Prezidentdən və Birinci Vitse-Prezidentdən kömək istəyir
Cəmiyyət
Oxunub: 1100
10:36, Bu gün
Bir qrup iş adamı Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin onlara olan külli miqadarda borclarını qaytarmamaları ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar.
 
Müraciəti olduğu kimi təqdim edirik:
 
"Azərbaycan Respublikasının Prezidenti 
                                                     cənab  İlham Əliyevə 
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti 
                                                     xanım  Mehriban Əliyevaya 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri 
                                                           cənab Samir Nuriyevə
Azərbaycan Respublikası Prezidentinin köməkçisi 
                                                             cənab  Zeynal Nağdəliyevə 
Azərbaycan Respublikası Prezidentinin köməkçisi 
                                                             cənab  Kərəm Həsənova 
Surəti:  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı 
                                                     cənab Zakir Fərəcova 
 
Bir qrup iş adamları tərəfindən 
 
Ə R İ Z Ə
 
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəvəti ilə onun qəbulunda oldum. Mənə Sumqayıt şəhərində yeni bulvarın kompleksinin salınmasının zəruriliyini bildirdi. Söhbət əsasında başçı mənə demişdir ki, Sumqayıtda Yeni Bulvar kompleksinin salınmasını və bulvarın cari ilin sentyabr ayında təhvil verilməsini tapırmışdır. Tapşırılan vaxtda Yeni Bulvar kompleksini keyfiyyətli təhvil verəndən sonra yüksək vəzifəyə təyin ediləcəkdir. Həmçinin, mənə bildirdi ki, əvvəlcədən 6 nəfər iş adamı ilə bu barədə söhbəti olub, lakin onlar bu işi boyunlarına götürməyiblər. İşi görmək üçün arayıb məni tapıb. Bunu ancaq mənim edə biləcəyim qənaətinə gəlmişdir, xahiş etdi ki, bu işi boynuma götürüm. Yeni bulvarın salınması onun üçün olduqca vacibdir. Ona görə ki, bulvarı yüksək keyfiyyətlə salınması barədə Prezidentə söz verib. Xeyli söhbətdən sonra mən yeni bulvar kompleksini yarada biləcəyimi bildirdim. Zakir Fərəcov bildirdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra mənə işləmək üçün hər cür şərait yaradacağına söz də verdi. Bundan sonra, birlikdə yeni bulvar kompleksinin salınacağı yerə getdik. Həmin sahəyə baxış keçirdik, 105 ha torpaq sahəsində yeni bulvar kompleksinin salınmasına və sentyabr ayının axırında tam təhvil vermək barədə razılaşdıq. Həmçinin, Z.Fərəcov mənə şəhərin Bakı-Quba yolundan girişində abadlıq işləri aparılmasını da mənə tapşırdı və bu barədə də razılığa gəldik. Bundan sonra, mən 624 nəfər işçilərimlə və texnikamızla birlikdə mart ayının 10-da işə başladıq. Yeni Bulvar kompleksini 2016-cı ilin sentyabr ayında söz verdiyim kimi, tam təhvil verdim. Lakin, gördüyümüz işlərin dəyəri bu günə qədər rəhbəri olduğum cəmiyyətə tam ödənilməmişdir. 
 
Bildirmək istəyirəm ki, Yeni Bulvar kompleksindən sonra Şəhidlər Xiyabanı və Heydər Əliyev prospekti, Sumqayıt şəhərinin girişində yolun sağ və sol hissəsi (8 km), S.Vurğun, Nizami və C.Cabbarlı küçələri, Sumqayıt şəhərində Muğanbankın qarşısındakı istirahət parkını tam abadlaşdıraraq təhvil verilmişdir. Lakin öhdəmizə götürdüyümüz işləri başa çatdıraraq təhvil verilməyinə baxmayaraq indiyə qədər borclu qaldığı 2.900.000 manat vəsait hələ də ödənilməmişdir. Dəfələrlə etdiyim müraciətlər nəticə verməmişdir. 
 
Möhtərəm Prezidenti Sumqayıt şəhərində Z.Fərəcov təmsil edir. Z.Fərəcova etibar göstərilərək bu vəzifəyə təyin edilmişdir. Mən ölkə rəhbərinin etibar etdiyi şəxsə, onun sözlərinə inanıb etibar etdim. İnana bilməzdim ki, Z.Fərəcov etibarsızlıq edib şəhər üçün, ölkə üçün görülən işlərin pulunu mənimsəyib verməyəcək. 
Biz Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığım iş adamlarına sifariş etdik. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirdik.
 
İşlərin görüldüyü zaman əvvəllər veriləcək pullar bizə şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən mənə məlum olmuşdur ki, verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, mən material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Mən işlərin dayanmamasına görə tanınmış iş adamı olduğum üçün tanışlarımdan nisyə tikinti materialları alırdım. Kompleksin tikintisində çalışan işçilərin əmək haqlarını daxili imkandan və münasibətim olan imkanlı dost-tanışlarımdan pul almaqla ödəyirdim. Çünki, Z.Fərəcov və A.Xudadatov mənə işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödənilməsinə söz verirdilər. Hətta, işin vaxtında təhvil verilməsi üçün yalvarırdı. Qeyd etdiyim kimi, imkanlar daxilində mənə tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdim. Buna görə müəyyən şəxslərdən götürdüyüm tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyüm şəxlərə borcumu hələ də ödəyə bilmirəm.
Sumqayıtda Yeni Bulvar kompleksinin açılışı zamanı möhtərəm Prezident də görülən işlərdən və işin keyfiyyətlə yerinə yetirilməsindən razı qalaraq orada bildirdi ki, tez bir zamanda bu işlərin görülməsi əsl möcüzədir.
 
Prezidentin sözlərilə desək möcüzəni yaradan MMC 6 (altı) ildir ki, gördüyü işlərin dəyərini hələ də ala bilmir. Onu da bildirim ki, Z.Fərəcov deyir ki, kompleksin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamışdır. Bunu öz hesabına tikdirmişdir. Buna görə də bizə görülən işlərin dəyərinin 30 faizini notarial qaydada təsdiq edilməklə ona bağışlamağımızı tələb edir. Yerdə qalan hissəsinin əvəzinə də torpaq sahələri, avtomobillər, yeni tikililərdə mənzillər təklif etmişdir. Bu təklif bizi qane etməsə məcburən razılaşdıq. Lakin, həmin təkliflər də söz olaraq qaldı. Z.Fərəcov ödəniş etmək əvəzinə hələ də bizə hədə-qorxu gəlir, tutdurmaqla hədələyir. Hətta, bir necə şəxsi polisdə günlərlə qeyri-qanuni saxlatdırmışdır.
 
Yeri gəlmişkən görüşlərimiz zamanı bildirir ki, indi ona yuxarıdan öz vəsaiti ilə 6.000.000 manat dəyərində bir məktəb və bir uşaq bağçası tikilməsi tapşırılmışdır. Onların tikilməsi üçün vəsait tapa bilmir. Buna görə də MMC-yə borcunu ödəmək imkanı yoxdur. 
 
Z.Fərəcovun yalanlarından bezmişik. Bilirik ki, Yeni Bulvar kompleksinin tikintisi və şəhərin abadlaşdırılması üçün büdcədən vəsait ayrılmışdır. Lakin, həmin vəsaitlərin hara xərclənməsi naməlumdur. Bizə az da olsa ödənilən vəsait qeyd etdiyim kimi, memar Adil Xudadatov tərəfindən müxtəlif iş adamlarından və təşkilatlardan yığılan pullar hesabına ödənilmişdir. Hazırda Adil Xudadatov da ödəniş etməkdən yayınır, verdikləri sözlərə əməl etmirlər. 
 
Əldə etdiyim məlumatlara əsasən Sumqayıt şəhərində gördüyümüz yenidənqurma və abadlıq işlərini rəhbəri olduğum MMC gördüyü halda həmin işlər başçının göstərişi ilə tamamilə başqa müəsissələrin adına sənədləşdirilmişdir. Əslində gördüyümüz işlərə ayrılan pullar qeyd etdiyimiz kimi mənimsənilmişdir.
 
Bizə boclu olduqları pulların qaytarılması üçün başçı tərəfindən necə illərdir üstümüzə emissarlar göndərilir. Bu danışıqlar bəzən başçı tərəfindən hədələrdən ibarət olur. Bəzən də bizə gözləmək məsləhət olunur. Səbəb kimi də başçının bizə olan borcunu hazırda ödəmək üçün vəsaitinin olmaması göstərilir. Necə deyərlər bizim aramızda olan danışıqlar lap ATƏT-in Minsk qrupunun danışıqları kimi söhbətlərdən və görüşlərdən başqa bir şey deyildir. Nə qədər araçılarla (emissarlarla) görüşmək, danışmaq olar. 
 
Başçının borcunu ödəmək üçün pulunun olmaması isə əsassız dəlildir. Kiminsə imkanlarını, obyektlərini sadalamaq istəmirik. Sadəcə onu bildirirəm ki, başçının pulu yoxdursa Sumqayıt stansiyasında şəxsi ferma kompleksini nə ilə tikdirir? Yəni, ferma tikdirməyə pulu var, ancaq gördürdüyü işlərin zəhmət haqqını ödəməyə imkanı yoxdur. Nə qədər də gülüncdür. Hamı hər şeyi yaxşı görür və yaxşı bilir. Ortada olan və hamıya bəlli həqiqətləri gizlətmək, dəvəquşunun gizlənməsinə bənzəyər. Necə deyərlər görünən dağa bələdçi lazım deyil. 
 
Alacağımız pullar yüzlərlə fəhlənin alın tərinin puludur. İş adamlarının min bir əziyyətlə ərsəyə gətirdiyi və satdığı tikinti materiallarının puludur. Hansı ki həmin pullar yüzlərlə ailənin yeganə dolanışıq mənbəyi olmuşdur. Bizim borclu qaldığımız iş adamları özləri bu səbəbdən borc içində batırlar. Bu qədər insanları belə zillətə salmağa nə ad vermək olar. 
 
İndiyə kimi nə qədər şikayətlər yazmışam, heç bir nəticəsi olmayıb. Ancaq, inanıram ki, axırda bir dəfə kimsə dözməyib bu işə bir nöqtə qoyacaqdır. 
Z.Fərəcov çoxsaylı şikayətlərimizdən sonra borclu olduğu iş adamlarını otağına dəvət etmiş, onları 50.000 manat verərək tutduracağını bildirməklə hədələmişdir. Həmin görüşdə harınlamış Z.Fərəcov iş adamlarına demişdir ki, siz Administrasiyaya şikayətlər yazırsınız, sizin şikayətləri mənə göndərirlər mən də ərizələrinizi ayaqyolunda istifadə edirib atıram. 
 
Z.Fərəcov bizə xəbər göndərir ki, Baş prokurorluq məni çox sıxır, onlarla münasibətim tamamilə korlanıb. Bunun səbəbi də sizin ərizələrinizdir. Ona görə komissiyanın iştirakı ilə siz borcun ödənilməsi barədə notarial qaydada ərizə yazın prokurorluğa verim. Sonra danışaraq sizin borcu hissə-hissə ödəyim. Yəni, Z.Fərəcov yenə də özünü ağıllı hesab edib bizi tələyə salmaq istəyir. 
 
Bizə belə xəbərlər göndərməsinə baxmayaraq özü ayrı-ayrı yerlərdə borcunu tam ödəməsi barədə məlumatlar yayır. Lakin məlum edirəm ki, Zakir Fərəcov və Adil Xudadatov bizə yalvararaq borcların ödənilməsi barədə bizdən ərizə almışlar ki, bizi çox sıxırlar. Siz borcun ödənilməsi barədə ərizə yazın, rahat işləyib sizə borcu tam ödəyək. Çarəsiz qalaraq borc pulun ödənilməsi məqsədilə belə ərizə yazmışıq. Lakin borc hələ də borc ödənilməmiş qalmışdır. Belə hərəkətlərlə həm bizləri və aidiyyəti təşkilatları da aldadırlar. Onların bu hərəkətlərinə ad tapa bilmirəm. 
 
Ona da qeyd edirik ki, ayrı-ayrı vaxtlarda Zakir Fərəcov müəyyən ödənişləri hazırda həbsdə olan və reket jurnalist kimi tanınan, Gündəlik Bakı qəzetinin baş redaktoru Habil Vəliyev vasitəsilə göndərmişdir. Jurnalistin bu işlərə nə aidiyyəti olduğunu hələ də başa düşə bilmirik. 
Sizdən xahiş edirəm ki, gördüyümüz işlərin dəyərinin bizə ödənilməsi üçün müvafiq göstəriş verəsiniz. 
 
 
Qəribov Vüsal Novruz oğlu (AZE 17684540)
 
Məmmədov Miribrahim Qamət oğlu (AA 2707274)
 
Abbaszadə Vüqar Saqi oğlu (AA 1862664)
 
Nəsibov Nəsib Sarı oğlu (AZE 14057040)
 
Cəfərov Rasim Məli oğlu (13066298)
 
Həsənov Elnur Sədulla oğlu (AZE 17109978)
 
Yusifov Aruz Natiq oğlu (AA 1717116)
 
Məmmədov Mirhüseyn Qamət oğlu (AZE 17338878)
 
Qasımov Hümmət Fəxrəddin oğlu (AA0362483)
 
Qasımov Zamiq Hümmət oğlu (AZE 16067987)
 
Nəsibov Murad İntiqam oğlu (AZE 16989218)
 
Əliyev İslam Allahvrdi oğlu (AA 2488911)
 
Məmmədov İlham Musa oğlu (AA 0395263)
 
Seyidov Taleh Arif oğlu (AZE 17091009)
 
Mansurov Çingiz Əfraim oğlu (AA 2499843)
 
Məmmədov Oruc Səfərəli oğlu (AA 3857511)
 
Muradov Emil Vəli oğlu (AA 3135165)
 
Cəfərov Şahin Adil oğlu (AZE 15308992)
 
Abbasov Əkbər Şirin oğlu (AZE 17697973) 
 
Şirinov Abulheseyn Əkbər oğlu (AA 2657131)
 
Şəmiyev Ağamməd Ağadadaş oğlu (AZE 13413541)
 
Abbaszadə Pərviz Xaləddin oğlu 
 
Qacarov Vilayət 
 
Süleymanov Azad 
 
Verdiyev Müqayis Cəmil oğlu "
 
Oxşar xəbərlər
17:31, Bu gün
Qarabağdan hayların köçdüyü günlərdə “daxili işlər naziri”nin köməkçisi onlarla avtomobili və qızıl nömrələri mənimsəyib...-FOTO
17:20, Bu gün
Dövlət qulluğunda inzibati və yardımçı vəzifələrin təsnifatı dəyişdi
17:14, Bu gün
Prezident bu qanunlara dəyişiklikləri təsdiqlədi
17:08, Bu gün
"Bakcell" tətbiqində süni intellekt dəstəkli “Tarif Məsləhətçisi”ni təqdim etdi
17:04, Bu gün
İlham Əliyev Ailə Məcəlləsinə edilən dəyişikliyi təsdiqlədi
16:58, Bu gün
"Nar" qəbul imtahanlarının bitməsi münasibətilə abituriyentləri təbrik edir
16:54, Bu gün
Bakıda Fransa müstəmləkələrindəki Müstəqillik hərəkatlarının birinci qurultayı keçiriləcək
16:48, Bu gün
Yaxın Şərqin Suriya düyünü: Sülh yaxında deyil - TƏHLİL + FOTO
16:42, Bu gün
Bakıda əməliyyat: həbs olunanlar var - FOTO/VİDEO
16:35, Bu gün
Azərbaycanda yük qatarı relsdən çıxdı - YENİLƏNİB
16:30, Bu gün
Masallıda mağazada işləyən satıcıya əxlaqsız təklif: İşdən sonra...
16:27, Bu gün
Xoşbəxt münasibətlər qurmağa kömək edən PRİNSİP
16:23, Bu gün
Havanın temperaturu iqlim normasından yüksək olacaq - PROQNOZ
16:20, Bu gün
Türkiyədən xaricə getmək istəyənlər üçün rüsum artırıldı
16:15, Bu gün
Bayden özünü sionist və Fələstin xalqının böyük dostu hesab edir
16:07, Bu gün
Ronaldu antireytinq siyahısında AVRO-2024-ün lideri oldu: Daha kimlər məyus etdi?..
16:00, Bu gün
Kəlbəcərin neftdən baha sərvəti - termal sular - FOTO
15:53, Bu gün
Oğuzun yeni icra başçısı kimdir? - DOSYE
15:48, Bu gün
Minlərlə manatlıq pərdə və aksesuarlarını oğurlayan şəxslər TUTULDULAR
15:43, Bu gün
Prezident onu “Əmək” ordeni ilə təltif etdi
15:38, Bu gün
“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı
15:33, Bu gün
Elza Seyidcahan namizədliyini verir: "Deputat seçilsəm..."
15:28, Bu gün
Oğuza yeni icra başçısı təyin edildi
15:23, Bu gün
Metsola yenidən Avropa Parlamentinin prezidenti seçildi
15:19, Bu gün
Maaşını istəyən 22 yaşlı gəncə DƏHŞƏTLİ İŞGƏNCƏLƏR verdilər: “Dişlərini kəlbətinlə çıxarıb…” – ŞOK FOTOLAR
15:13, Bu gün
Çin vətəndaşları il ərzində 3 dəfə Azərbaycana vizasız səfər edə biləcəklər
15:08, Bu gün
"ABŞ Rusiya ilə münaqişəyə can atmır, lakin Ukraynanın özünümüdafiə hüququnu tam dəstəkləyir" - Pentaqon nümayəndəsi
15:03, Bu gün
Şahlar Ağayevin cinayət işi: "Öldürdüyüm şəxs ilk olaraq qulağımı kəsdi"
14:57, Bu gün
İngiltərə millisinin baş məqçisi istefa verdi
14:53, Bu gün
“İran prezidentinin 1-ci müavini dedi ki, ölkə əhalisinin 52 faizi Azərbaycan türklərdir...”
14:50, Bu gün
Küləklə bağlı sarı xəbərdarlıq edildi
14:44, Bu gün
Rusiyada tanınmış televiziya aparıcısı döyülüb
14:40, Bu gün
53 yaşlı Teymur Əmrah buna görə ailə qurmur - VİDEO
14:34, Bu gün
Pensiya alanlara ŞAD XƏBƏR
14:28, Bu gün
Qriqorçuk Şeydayevin transferindən danışdı
14:22, Bu gün
Oğlan sevdiyi qızla ayaqyolunda görüşdü, qız hamilə qaldı, ekspertiza isə... – ŞOK
14:17, Bu gün
Tramp qalib gələcək, bəs Ağ Evə sağ-salamat girəcəkmi? - MÜSAHİBƏ
14:12, Bu gün
"Zirə"nin rəqibi Bakıya nə azarkeş, nə də jurnalist gətirəcək
14:08, Bu gün
Azərbaycan və İsrail “yaşıl enerji” layihələrini müzakirə etdi - FOTO
14:04, Bu gün
"Sumqayıt"ın Macarıstan klubu ilə görüşünə 1500 bilet satılıb
14:03, Bu gün
Azərbaycanda gənc ailələrin boşanma sayı durmadan artır - SƏBƏBLƏR
14:00, Bu gün
Zahid Oruc 33 saylı Xətai 1-ci seçki dairəsini seçdi
13:57, Bu gün
Bu çaylardan sel keçəcək
13:54, Bu gün
“Atasının evdə bir qram hörməti yoxdur, adam yerinə qoyulmur...” - QALMAQALLI SÖZLƏR
13:51, Bu gün
Masallıda ölü dölün doğulması ilə bağlı araşdırma başladı - RƏSMİ
13:50, Bu gün
Azərbaycanda turizmin inkişafını əngəlləyən BƏRBAD YOLLAR- NƏ ZAMAN DÜZƏLƏCƏK? 
13:44, Bu gün
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sabahdan...
13:38, Bu gün
Sanura Cəfərovadan açıqlama: "Dediyimin üstündə dururam, əxlaqsızlıq..."
13:35, Bu gün
“Azərsun Holdinq” Mətbuat Gününü jurnalistlərlə birlikdə qeyd edib - FOTO
13:31, Bu gün
Ramil Şeydayev "Neftçi"də
13:26, Bu gün
Sui-qəsddən sonra: Bayden qarşıdurmanın hərarətini azaltmağa, Tramp birliyə çağırış edir  - "BBC News", Rus xidməti
13:22, Bu gün
Kəlbəcər təbiətinin qorunması üçün xüsusi layihə - FOTOLAR
13:18, Bu gün
Ötən gün həlak olan hərbçimizin sonuncu rəqsi - VİDEO
13:14, Bu gün
"Crocus City Hall"da törədilən terror aktı barədə yeni detal məlum olub
13:10, Bu gün
Aşıq Namiq: "İstəyirəm ki, həyat yoldaşım evdə otursun, işləməsin" - VİDEO
13:05, Bu gün
“Onlar güllələnməlidir” - Hərbçilərin ərzaq payına göz dikənlərə Andropovun cəza tələbi...
13:00, Bu gün
44 günlük Zəfəri sülh masasında möhürləmək
12:55, Bu gün
Kəlbəcərdə faciəli şəkildə həlak olan hərbçi dəfn edildi - FOTO
12:50, Bu gün
Qarabağ Universitetində YENİ TƏYİNAT - FOTO
12:45, Bu gün
Hüseynbala Mirələmov oğlundan danışdı: "Hadisənin görünməyən tərəfləri var"
12:40, Bu gün
YAP siyahısını bu tarixdə açıqlayacaq: Elman Nəsirov açıq və QƏZƏBLİ DANIŞDI - VİDEO
12:35, Bu gün
Azərbaycanda 17 yaşlı ananın doğduğu uşaq öldü - YENİLƏNİB
12:30, Bu gün
Naxçıvana maliyyə naziri təyin edildi
12:25, Bu gün
Xəzərdə dəyişmələrin yaratdığı təhdidlər – ARAŞDIRMA + FOTO
12:20, Bu gün
Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ: Bu gün...
12:16, Bu gün
Xəzər niyə insanları “udur”? – Dənizdəki görünməz təhlükə bu imiş...
12:12, Bu gün
Ərdoğan “bozqurd” işarəsi göstərən Azərini alqışladı - FOTO/VİDEO
12:08, Bu gün
III kurs tələbəsinin ölüm səbəbi BİLİNDİ - YENİLƏNİB + FOTO
12:05, Bu gün
Zakir Həsənov Qazaxıstana getdi - FOTO
12:02, Bu gün
"Ceyranları qoruyaq!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:00, Bu gün
Sumqayıtda 66 yaşlı kişi TUTULDU - Çimərlikdə qadınların...
11:55, Bu gün
Niyə başınız şimala tərəf yatmamalısınız? - Dünyadakı xurafatlar
11:50, Bu gün
"Sanuranın qonorarı ödəndi, DİN-ə şikayət olundu..." - Hikmət Rəhimovdan şok addım
11:50, Bu gün
İki gün əvvəl dənizdə batan gəncin meyiti tapılıb
11:47, Bu gün
"Sevgilim deyir ki, sənin kimi müğənni yoxdur" - Hiss iddialı danışdı
11:46, Bu gün
Azərbaycan–Pakistan münasibətlərində yeni dövrün başlanğıcı
11:45, Bu gün
Tələbələr üçün "Media və uşaq hüquqları" adlı dərs vəsaiti təqdim edilib
11:44, Bu gün
Bilgəhdə dənizdə batan 17 yaşlı gəncin meyiti tapılıb
11:43, Bu gün
NİİM sürücülərə müraciət etdi
11:41, Bu gün
Azərbaycan və Ermənistanın Vaşinqton görüşündə irəliləyiş əldə edilib
11:40, Bu gün
Bu kollecə direktor təyin olundu
11:35, Bu gün
Avtomobili saxlayıb video çəkənlərə XƏBƏRDARLIQ
11:33, Bu gün
Günel Tatlısəsin oğlu ilə: "Səni sevirəm" - FOTO
11:30, Bu gün
Hüsniyyənin uçduğu təyyarədə təhlükəli anlar - VİDEO
11:30, Bu gün
Tramp İrəvanda panika yaratdı: Bakı ilə işləyəcək
11:27, Bu gün
Ən qeybətcil 4 bürc - Hər kəsin arxasınca danışırlar...
11:25, Bu gün
İcbari tibbi sığorta ilə son iki ildə aparılan doğuşların sayı açıqlanıb
11:22, Bu gün
"Hikmət, haqqımı ver!" - "Apatiya 2"də qalmaqal - FOTO
11:20, Bu gün
Azərin “bozqurd” işarəsi göstərdi, Ərdoğan alqışladı - VİDEO
11:17, Bu gün
Qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı - VİDEO
11:15, Bu gün
Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb
11:10, Bu gün
AĞIR ƏMƏLİYYAT keçirən İbrahim Tatlısəsin küsülü qaldığı oğlu nələr dedi?
11:05, Bu gün
Növbəyə görə kişinin gözünü çıxardı - 6 il həbs cəzası aldı
11:00, Bu gün
İsti havada sürücülərin qaçmalı olduğu 3 içki - YADDA SAXLA
10:55, Bu gün
Azərbaycanın avarçəkəni dünya çempionatında iştirak edəcək
10:52, Bu gün
66 yaşlı kişi görün nəyə görə TUTULDU - Çimərlikdə qadınların...
10:50, Bu gün
Ana doqquz yaşlı oğlunu öldürdüyünü etiraf etdi - VİDEO
10:45, Bu gün
Azərbaycanın 2 karateçisi Qazaxıstanda medal qazanıb
10:40, Bu gün
Arvadını çəkiclə döyən kişi həbsdə öldü
10:36, Bu gün
"Zakir Fərəcovun yalanlarından bezmişik" - Sahibkarlar Prezidentdən və Birinci Vitse-Prezidentdən kömək istəyir
GÜNLÜK
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
15 Jul 2024 | 18:18
İbrahim Tatlısesin xəstəxanadan buraxılması görüntüləri – VİDEO
15 Jul 2024 | 20:48
Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
15 Jul 2024 | 18:24
İsveçdə pəncərələrə pərdə taxmaq qadağandır – Səbəb təəccübləndirəcək
15 Jul 2024 | 21:33
Otellər kəskin bahalaşdı, yerlər isə bomboşdur…
15 Jul 2024 | 18:42
Qızının adını "onbir" qoydu, peşman oldu
15 Jul 2024 | 18:52
Yataqda siqaret çəkən kişi faciəvi şəkildə öldü
15 Jul 2024 | 18:12
Yuxuda ayrılıq görmək nə deməkdir?
15 Jul 2024 | 18:00
Xəstəxanada vəfat edən Ramiz Taxvelinin məhkəmə prosesi davam etdiriləcək
15 Jul 2024 | 18:07
Qəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti yeriməyə başlayıb
HƏFTƏLİK
11 Jul 2024 | 09:15
“Ronaldo soyunub-geyinmə otağımıza gəldi, mənə dedi ki…”- Arda Gülər
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
09 Jul 2024 | 18:00
Bakı Türk Liseyinin məzunu dünya birincisi oldu
12 Jul 2024 | 14:12
Bakıda ŞOK: Qadından ərinin gözü qarşısından onunla getməyi tələb etdi – TƏFƏRRÜAT
15 Jul 2024 | 11:23
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
11 Jul 2024 | 11:25
Xalq artistinin qızının kirayədə qalmağa pulu yoxdur: “Ev yiyəsi dedi ki, otağı boşalt, borclarım çoxdur”- FOTO + ÖZƏL
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
13 Jul 2024 | 14:32
Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş - YENİLƏNİB
11 Jul 2024 | 10:38
Hava kəskin DƏYİŞİR - Dövlət xidməti xəbərdarlıq etdi
AYLIQ
15 Jul 2024 | 18:47
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
15 Jul 2024 | 18:18
İbrahim Tatlısesin xəstəxanadan buraxılması görüntüləri – VİDEO
15 Jul 2024 | 20:48
Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
15 Jul 2024 | 18:24
İsveçdə pəncərələrə pərdə taxmaq qadağandır – Səbəb təəccübləndirəcək
15 Jul 2024 | 21:33
Otellər kəskin bahalaşdı, yerlər isə bomboşdur…
15 Jul 2024 | 18:42
Qızının adını "onbir" qoydu, peşman oldu
15 Jul 2024 | 18:52
Yataqda siqaret çəkən kişi faciəvi şəkildə öldü
15 Jul 2024 | 18:12
Yuxuda ayrılıq görmək nə deməkdir?
15 Jul 2024 | 18:00
Xəstəxanada vəfat edən Ramiz Taxvelinin məhkəmə prosesi davam etdiriləcək
15 Jul 2024 | 18:07
Qəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti yeriməyə başlayıb