Təbiəti yandırmayın - ekosistemin pozulmasının fəsadları ağır olur
Cəmiyyət
Oxunub: 1769
15 Jul 2024 | 15:52
Təbiəti yandırmayın - ekosistemin pozulmasının fəsadları ağır olur
İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir.
 
XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra onu fəlakət gözləyir.
 
XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü. XX əsrin əvvəlində Yer üzərində əhalinin sayı cəmi bir milyarda yaxın idi, əsrin sonunda isə, yəni bir əsr ərzində bu rəqəm 6 dəfə artaraq 6 milyarda çatdı. Ekoloqların əksəriyyəti belə hesab edirlər ki, təbii resursların tükənməməsi və texnogen fəaliyyət nəticəsində dəyən ziyanın təbii yolla bərpa olunması üçün yer üzərində əhalinin sayı 1-1,5 milyard nəfər hüdudunda olmalıdır.
 
 
Elmi-texniki inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı: aviasiya və avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. Bu və digər sahələr təbiət üçün zərərli olmaqla yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və enerjidən istifadə XX əsrdə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Enerjidən istifadə 10 dəfə, materiallardan istifadə isə 9 dəfə çoxaldı. İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin həyat şəraitinin dəyişməsinə səbəb oldu. Bir tərəfdən isə müharibələr ekologiyaya, ətraf mühitə, təbiətə amansız zərərlər vurdu və bu zərbələrin açdığı yaraları sağaltmaq elə də asan deyil. Kəlbəcər rayonunun da təbiəti Ermənistanın Azərbaycana qarşı 30 il ərzində həyata keçirdiyi işğalçılıq müharibəsi zamanı sarsıdıcı yaralar alıb.  Meşələrin məhv edilməsi, yandırılması, çəmənlik ərazilərin yandırılması, həyətlərdəki meyvə bağlarındakı ağacların mebel sənayesində istifadə üçün və yandırmaq üçün kütləvi kəsildiyi Kəlbəcər azad ediləndə üzləşdiyimiz acı ekocinayət aktları buunun müharibənin təbiətə gətirdiyi bəlaların əyani sübutlarıdır. Bütün bunların nəticəsində landşaftda dəyişiklik baş verdiyi göz önündədir, mütəxəssislərin gəldiyi nəticəyə görə, təbii ekosistemlərin sahəsi azalıb. Ekosistemin pozulması nəticəsində səhralaşma, torpağın deqradasiyası, torpaqda, suda, havada zərərli maddələr toplanır, kütləvi xəstəliklərin artması, quraqlıq, torpağın məhsuldarlıq keyfiyyətinin aşağı düşməsi və sair fəsadlar özünü göstərir. Bu fəsadlar isə son nəticədə ilk növbədə həmin ərazilərdə yaşayan, fəaliyyət göstərən insanların həyatında öz mənfi izlərini buraxır, iqtisadi durumlarına, sağlamlıqlarına ziyanlar vurur. 
 
 
Bitki və heyvanların bilavasitə məhv edilməsi isə ekosistemin pozulması üçün əlavə münbit şərait yaradır. Təbiətdə ekoloji tarazılığı saxlamağın yollarından biri təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı (davamlı) halda saxlamaqdır. 
 
Uzun illər işğal nəticəsində təbiəti ağır zərbələr alımış bölgələrimiz, o cümlədən Kəlbəcər və onun kəndlərinə bu məsələdə xüsusi diqqət ayrılmalıdır. Məsələn, yay fəslində, havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır. Aidiyyəti qurumlar tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq meşə və kənd təsərrüfatı sahələrində baş vermiş yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər. Bir ərazidə baş verən yanğın təkcə o ərazinin bitki örtüyünün məhv olması demək deyil, eyni zamanda torpağın üst qatının deqradasiyaya uğraması, ərazidə özünə yuva salmış, ərazidə qidalanan fauna növlərinin, quşların məhv olması deməkdir. 
 
 
Elə bu səbəbdəndir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırıb. Ölkəmizə, həmçinin insanların həyat və sağlamlığına zərər vurmamaq üçün biçin yerlərində və meşələrdə açıq alovdan istifadə etməyin, bu ərazilərdə tonqal qalamayın, tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın. Bir parça şüşə qırığı üzərinə günəş şüasının davamlı düşməsi nəticəsində yanğın mənbəyinə çevrilə bilir.  Küləkli havada xüsusilə diqqətli olmaq tövsiyə olunur. Kiçik yanğın ocağı görərsinizsə, su, torpaq və ya qum ilə onu söndürməyə çalışmaq lazım. Yanğın, yaxud onun əlamətlərini aşkarlasanız bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilməlidir.
 
Qeyd: “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təbiətin qorunması üçün icmalarla iş” layihəsi çərçivəsində hazırlanıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
Xalid Kazımov 
 
 
 
 
 
 
Oxşar xəbərlər
19:23, Bu gün
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
19:22, Bu gün
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
18:50, Bu gün
Moskva ətrafında rusiyalı zabit qətlə yetirildi
18:38, Bu gün
İran XİN İsraili təhdid etdi: "Qisas alınacaq"
18:34, Bu gün
Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı
18:24, Bu gün
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
18:05, Bu gün
Yeni qarğıdalının fayda və zərərləri nələrdir?
18:05, Bu gün
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
18:00, Bu gün
Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
17:52, Bu gün
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
17:51, Bu gün
Tərtər sakinləri erməni vandallığından danışdılar: "Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb" (VİDEO)
17:46, Bu gün
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
17:45, Bu gün
Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı
17:40, Bu gün
Məşhur aparıcının sümükləri əriyir
17:35, Bu gün
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
17:30, Bu gün
İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!
17:26, Bu gün
Nəsrullahı İran casusu satıb - ŞOK İDDİA
17:23, Bu gün
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
17:20, Bu gün
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
17:00, Bu gün
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
16:53, Bu gün
Siqaretdən daha təhlükəli 5 qida
16:45, Bu gün
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
16:36, Bu gün
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
16:28, Bu gün
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
16:20, Bu gün
THY Brüsselə uçuşlarını təxirə salır
16:13, Bu gün
Qulaqlarınızı bunlarla təmizləməyin
16:05, Bu gün
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
15:45, Bu gün
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
15:36, Bu gün
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
15:28, Bu gün
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
15:20, Bu gün
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
15:08, Bu gün
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
15:00, Bu gün
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
14:50, Bu gün
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
14:43, Bu gün
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
14:35, Bu gün
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
14:34, Bu gün
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
14:28, Bu gün
Hamilə qadınlar bu qidaları yesin
14:20, Bu gün
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
14:16, Bu gün
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
14:08, Bu gün
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
14:00, Bu gün
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
13:54, Bu gün
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
13:45, Bu gün
Renkanın tədbirdə paltarı yandı - FOTO
13:37, Bu gün
Sürücülərə XƏBƏRDARLIQ
13:29, Bu gün
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
13:18, Bu gün
İsrail Livanda quru əməliyyatına hazırlaşır
13:10, Bu gün
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
13:02, Bu gün
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
12:56, Bu gün
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
12:48, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
12:40, Bu gün
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
12:33, Bu gün
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
12:25, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:18, Bu gün
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
12:10, Bu gün
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
12:00, Bu gün
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
11:46, Bu gün
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
11:39, Bu gün
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
11:39, Bu gün
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
11:38, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
11:35, Bu gün
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
11:30, Bu gün
Mövqelərimiz yenidən atəşə tutuldu
11:23, Bu gün
9 nəfəri daşqın apardı
11:15, Bu gün
İsrailin növbəti planı məlum oldu
11:08, Bu gün
Tualetdə meyit tapıldı, təyyarə təcili eniş etdi
10:57, Bu gün
Ronaldo işçi axtarır, vakansiya elan etdi - Bu qədər məvacib verəcək
10:50, Bu gün
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
10:46, Bu gün
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
10:39, Bu gün
Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
10:35, Bu gün
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
10:25, Bu gün
İtlər hansı yuxuları görür? - Yatmış iti...
10:16, Bu gün
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
10:09, Bu gün
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
09:54, Bu gün
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
09:45, Bu gün
Premyer Liqa: "Qarabağ" "Sabah"la üz-üzə gələcək
09:38, Bu gün
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
09:30, Bu gün
Markov: Hiyləgər plan, yoxsa İran rüsvayçılığa üstünlük verir?
09:22, Bu gün
Gözlər Tehranda: İranın cavabı necə olacaq?
09:15, Bu gün
"Onlar qanun qarşısında cavab verməlidirlər!"
09:10, Bu gün
Bu qidalar ömrünüzü uzadacaq
08:59, Bu gün
Səidə bu həmkarlarını biabır etdi - VİDEO
08:51, Bu gün
Banklar bu dollarları qəbul etməkdən kütləvi şəkildə imtina edir - Nə baş verir?
08:40, Bu gün
Dondurulmuş xəmir yeməkləri ZƏHƏRLİDİR - HƏKİMLƏR HƏYƏCAN TƏBİLİ ÇALDI 
08:31, Bu gün
ABŞ-ın bu ölkədəki bazası atəşə tutuldu
08:17, Bu gün
Ceyhun Bayramov: Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda tamamilə yeni şərait yaradıb
08:08, Bu gün
Oktyabr bu bürclər üçün uğursuz gəlir: İş mühitində problemlər, maliyyə itkisi...
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
07:20, Bu gün
Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
06:47, Bu gün
Kompüterdə işləyərkən gözləri belə qorumaq lazımdır
00:27, Bu gün
"TOST" dağıdıldı, rəhbəri saxlanıldı - FOTO
28 Sep 2024 | 23:51
Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda
28 Sep 2024 | 23:10
Botoks sizi daha gənc göstərir - Bunun insana xeyiri varmı?
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 22:55
Millət vəkili şəhidin ildönümü mərasiminə qatıldı
28 Sep 2024 | 22:54
İran Livana könüllü qoşun göndərməyə hazırlaşır
28 Sep 2024 | 22:44
Xarkova PUA hücumu: Ali Məhkəmənin hakimi öldü
28 Sep 2024 | 22:36
Hərbi əməliyyatlar dərhal dayandırılmalıdır - BMT
28 Sep 2024 | 22:28
Arıqlamaq üçün yumurtanı BU VAXT YEYİN
28 Sep 2024 | 22:20
Fidan: Blinkenlə Bakı-İrəvan sülhündən danışdım
GÜNLÜK
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 19:48
Arzu Niftalıyeva vəfat etdi
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 20:49
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
28 Sep 2024 | 19:26
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
28 Sep 2024 | 20:45
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
28 Sep 2024 | 20:37
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
28 Sep 2024 | 19:52
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
08:00, Bu gün
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
28 Sep 2024 | 21:38
Nəsrullahın öldürülməsi ədalətlidir - Bayden
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
28 Sep 2024 | 19:48
Arzu Niftalıyeva vəfat etdi
28 Sep 2024 | 21:00
Bu gedişlə İsrail Xameneini də aradan götürə bilərmi? - GƏRGİNLİK
28 Sep 2024 | 20:49
Fransadan Ermənistana HÖRMƏTSİZLİK 
28 Sep 2024 | 19:26
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
28 Sep 2024 | 20:45
Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn görün kim imiş - FOTO
28 Sep 2024 | 20:37
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
28 Sep 2024 | 19:52
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı