"COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq" - Vüqar Rəhimzadə
Cəmiyyət
Oxunub: 1852
01 Jul 2024 | 18:30
"Bu gün ölkə və dünya mətbuatından əsas müzakirə mövzularından biri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olan COP29-a ev sahibliyidir. Konfransın əsas məqsəd və məramının nədən ibarət olduğuna diqqət yetirdikdə belə mötəbər tədbirə Azərbaycanın ev sahibliyini şərtləndirən amillər bəlli olur. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə  beynəlxalq həmrəyliyin gücləndirilməsi hazırkı dövrün əsas çağırışlarındandır". 
 
Bunu Moderator.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə deyib. 
 
Onun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə, həmçinin bu istiqamətdə beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə işıq salır.
 
"Azərbaycan daim dünyaya bu çağırışı edir ki, qlobal problemlərin həllində qlobal birlik, həmrəylik vacibdir. Dövlət başçısı İlham Əliyev bu günlərdə “Euronews” televiziyasına müsahibəsində bu mühüm məqamı da xüsusi qeyd etdi ki,   hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. BP sərmayədarlarımız sırasındadır. Ölkəmizlə əməkdaşlıq etməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin.  Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri  tərəfdaşlarımızla həll etməliyik". 
 
Vüqar Rəhimzadə qeyd edib ki,  COP tədbirləri ən çox dünya liderlərini bir araya gətirən toplantılar kimi tarixə düşüb. 197 ölkəni özündə birləşdirən Tərəflər Konfransına Azərbaycanın  ev sahibliyi  təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın diplomatik  uğurudur. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar və tərəfdaşlar qazanmasında stimulverici amil rolunu oynayır. Ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur və onların zaman-zaman yeni prioritetlər üzrə inkişaf etdirilməsinə səy göstərir.  Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş  kimi dünya dövlətlərinin diqqətində olması, Avropanın enerji təhlükəsizliyinin təminatında həlledici  rol oynaması uğurlu xarici siyasətimizin nəticəsidir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan dünya birliyi ilə əməkdaşlığa regional çərçivədən başlasa da illər keçdikcə  coğrafiyasını daha da genişləndirir. Ən əsası Azərbaycanın dövrün hər bir çağırışını zamanında dəyərləndirməsi uğurlarımızın davamlılığında öz sözünü deyir. Belə ki, Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə önəm verərək tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasına nail oldu.  Dünya təcrübəsinə əsasən bu çağırışı etdi ki,  təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən  heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividend qazandırdı, regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir.  2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi” imzalandı. Bu mühüm saziş Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təsdiqi oldu.   
 
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, tarixən neft ölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan  bu gün qaz və elektrik enerjisi ixracatçısına çevrilib. Ölkəmizin COP29-a  ev sahibliyi onu göstərir ki, Azərbaycan özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanıdıb. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü işlər  daha geniş auditoriyanın diqqətinə çatdırılacaq. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.   Bütün bunların fonunda Azərbaycanın COP29-a ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə  böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional,  qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
 
Vüqar Rəhimzadə vurğulayıb ki, son illər Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından böyük işlər görüb. 2023-cü ildə Azərbaycanda regionun ən böyük bərpaolunan enerji stansiyası istifadəyə verildi. Bu il Bakı Enerji Həftəsi çərçivəsində  Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin birgə iştirakı ilə Neftçala, Biləsuvar Günəş Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməli qoyuldu. Bu stansiyaların işə başlaması yaxın illərdə 10 min meqavat enerji istehsal edilməsinə şərait yaradacaq. Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirdi ki, bu, yalnız başlanğıcdır. Çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq  üzərimizə düşən öhdəlikdir.
 
YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki,  Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsini icra etməkdədir. Bu layihənin uğurlu sonluqla başa çatmasından sonra Azərbaycan Avropanın əsas yaşıl enerji təchizatçılarından birinə çevriləcək. COP29-a ev sahibliyi  bu prosesin davamıdır və ölkəmizin yaşıl enerjiyə keçid və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasına öz töhfəsini verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ev sahibliyi edən ölkə olaraq Azərbaycanın əsas məqsədlərindən  biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
 
YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi tanınması, qlobal məsələlərin ölkəmizdə müzakirə edilərək ümumi mövqeyin ortaya qoyulması onun beynəlxalq nüfuzunun, eyni zamanda, hər bir sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir. COP29 Azərbaycanın beynəlxalq  nüfuzuna yeni əlavələr edəcək, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq.
 
Oxşar xəbərlər
18:38, Bu gün
İctimai nəqliyyatda differensial qiymətlər tətbiq edilə bilərmi? - RƏSMİ CAVAB
18:35, Bu gün
Bu hadisə tanınmışları özündən çıxardı: “Allahdan qorxsunlar!”
18:34, Bu gün
Avropadan meyxanaçılarımıza iş təklifi - Onlar 150 minlik maşını necə alırlar?
18:30, Bu gün
Azərbaycanın ŞƏT Sammitində iştirakı bizə nə qazandırır?- EKSPERT AÇIQLADI
18:26, Bu gün
"Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir" - Vüqar Rəhimzadə
18:20, Bu gün
Nəzrin Mərdanla heç yerdə olmayan görüntülərini paylaşdı - VİDEO
18:15, Bu gün
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu - FOTO
18:10, Bu gün
Astanada Azərbaycanla Çin arasında Birgə Bəyannamə qəbul olundu
18:05, Bu gün
Müstəntiq baş direktorla müavinini üzləşdirdi: Xəstələrdən 5 manat yığılıb - FOTO
18:00, Bu gün
İran vətəndaşından 16 kq narkotik almış şəxslər saxlanıldı
17:56, Bu gün
Məhkəmə "Toplum TV" işi üzrə saxlanılan şəxslər barəsində qərar verib
17:50, Bu gün
Azərbaycan paraatıcısından Serbiyada yüksək nəticə
17:46, Bu gün
“Berqa” bu həftəsonu da konsertləri ilə əhavlınızı xoş edəcək
17:41, Bu gün
KOB-lar üçün iqlim maliyyələşdirilməsi üzrə seminar keçiriləcək
17:36, Bu gün
Bakıda kişi arvadına xəyanət ŞƏRİ ATAN əmisi oğluna 36 bıçaq zərbəsi vurdu - TƏFƏRRÜAT
17:32, Bu gün
İctimai nəqliyyatda elektrikli avtobuslardan niyə istifadə olunmur? - Ekspert
17:28, Bu gün
AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib - FOTO
17:24, Bu gün
Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirdi - FOTOLAR
17:20, Bu gün
Bakıda qəza sıxlığa səbəb oldu
17:17, Bu gün
Bakıda 32 ünvanda istismar müddəti başa çatmış içməli və tullantı su xətləri yenilənir
17:16, Bu gün
Şəmkirdə 7-ci sinif şagirdi vəfat etdi - FOTO
17:12, Bu gün
Azərbaycan və Çin prezidentlərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:07, Bu gün
Prokuror şirkət rəhbərinə 10 il cəza istədi
17:02, Bu gün
Azərbaycanda iki qadın TƏHLÜKƏDƏ: Hamiləyə ÇÖRƏK verilmir, iki uşaqlı ana isə...
16:57, Bu gün
Sus kəndində ilk körpə dünyaya gəldi - FOTOLAR
16:55, Bu gün
İlham Əliyev Putinlə görüşdü  - YENİLƏNİB + FOTO/VİDEO
16:53, Bu gün
Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi
16:48, Bu gün
Qarşıdakı günlərdə bəzi bölgələrə intensiv xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ
16:43, Bu gün
AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlandı
16:39, Bu gün
Ölkəmiz Rusiya Milli Teatrları Konqresində fəxri qonaq qismində təmsil olunub  - FOTOLAR
16:37, Bu gün
“Day-dayım var, sürürəm” deyən qadın saxlanıldı
16:34, Bu gün
Astanada Azərbaycan ilə Qazaxıstan arasında sənəd mübadiləsi olub - FOTO
16:32, Bu gün
Ermənistanda yeni bir AES-in inşası bütün region üçün ciddi təhdiddir
16:27, Bu gün
"Çin liderinin bircə zəngi Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoya bilər" - Finlandiya prezidenti
16:22, Bu gün
Ətin qiyməti ilə bağlı VACİB AÇIQLAMA - Yenidən bahalaşır?
16:17, Bu gün
Məhkəmə kirpikləri tökülən, gözləri əyilən Xalq artistinin iddiasını təmin etmədi
16:12, Bu gün
Paşinyan amerikalı konqresmenlərlə sülh müqaviləsindən DANIŞDI  
16:08, Bu gün
Qarabağ və Kəlbəcərdə bəbir müşahidə olunub
16:04, Bu gün
Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTO
15:58, Bu gün
Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirildi - YENİLƏNİB
15:55, Bu gün
Bakıda istismar müddəti başa çatmış su xətləri yenilənir - VİDEO
15:50, Bu gün
Əhaliyə quduzluqla bağlı xəbərdarlıq edildi - RƏSMİ
15:45, Bu gün
Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyanın Qara dəniz donanmasının logistik mərkəzinə zərbələr endirib
15:40, Bu gün
Zakir Həsənov Minskdə paradı izlədi - FOTO
15:34, Bu gün
Azərkosmos Çinin “Star.vision” şirkəti ilə memorandum imzaladı - FOTO
15:29, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
15:24, Bu gün
"Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək
15:19, Bu gün
Ararat Mirzoyan: "Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması tarixi hadisə olacaq"
15:15, Bu gün
Bakıda qadın 4 uşağını ataraq sevgilisi ilə qaçdı
15:09, Bu gün
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb - FOTOLAR
15:05, Bu gün
“Dövlət Xidmətinin 218 əməkdaşının məsuliyyətə cəlb edilməsi göstərir ki...”
15:04, Bu gün
MDB ölkələrinin hərbi əməkdaşlıq konsepsiyası hazırlanacaq
14:58, Bu gün
“Biznes qurmaq istədim, 70 mini batırdım” - VİDEO
14:54, Bu gün
ABŞ konqresmenləri İrəvana səfər ediblər: Hökumət binasına aparan yollar bağlanıb - VİDEO
14:50, Bu gün
Mirzoyandan SON DƏQİQƏ sülh açıqlaması
14:47, Bu gün
Stalinin avtomobil hədiyyə etdiyi cərrah – həmkarları onu “qızıl əllər” adlandırıb...  
14:43, Bu gün
Xəzərdə suyun səviyyəsi niyə artıb? - SƏBƏB
14:43, Bu gün
Qanunsuz fəaliyyət göstərən avtobuslar artıb - FOTO
14:38, Bu gün
ŞƏT əməkdaşlıq, əlaqələr, təhlükəsizlik üçün yeni imkanlar açır - TƏHLİL + FOTO
14:35, Bu gün
Bakıda uşaq bağçasının direktoru HƏBS OLUNDU
14:32, Bu gün
Azərbaycan XİN Belarusu təbrik etdi
14:29, Bu gün
Muxtar Babayev konqolu nazirlə görüşdü
14:27, Bu gün
Azərbaycanlı turistlər yayda ən çox BU ÖLKƏLƏRƏ GEDİR- MİSİR, TÜRKİYƏ...
14:22, Bu gün
"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 13 % artıb”
14:17, Bu gün
Azərbaycanda şok hadisə: Məmur ofsiantla sevgili oldu, rayon-rayon gəzib... - TƏFƏRRÜAT
14:12, Bu gün
Evlilikdə qohumluq əlaqəsi belə müəyyən olunacaq: Bu şəxsləri isə cəza gözləyir
14:08, Bu gün
Rusiya ATƏT PA-da iştirakını DAYANDIRDI
14:08, Bu gün
Dekoltesinə görə gəlinliyi tənqid olundu - FOTOlar
14:05, Bu gün
Ukrayna müharibəsinə təsir edən üç amil - MKİ-nin sabiq direktoru açıqladı
14:03, Bu gün
İctimai Birliyinin sədri  ÇAĞIRIŞ ETDİ: "ÖVLADLARIMIZA KÖMƏYİNİZ LAZIMDIR"
13:55, Bu gün
“Nə yanğınsöndürən, nə təcili yardım gəlir, taxıl biçilib maşın gəlmir ki, yollar pis gündədir” - Oxud kəndindən ŞİKAYƏT - VİDEO+FOTO
13:50, Bu gün
Türkiyəli aktyor həmcinsi ilə dodaq-dodağa öpüşdü - FOTO
13:50, Bu gün
"Manatlıq" taksi xidməti bahalaşdı - VİDEO
13:46, Bu gün
Metro və avtobuslarda aylıq kartlar - Güzəştlər olunacaq
13:43, Bu gün
FHN "Alov qüllələri”ndə təlim keçirdi - VİDEO
13:42, Bu gün
"O qoldan sonra iliklərimə qədər..." - Demiral "Bozqurd" işarəsindən danışdı - VİDEO
13:40, Bu gün
Azərbaycanın iki idmançısına çempionluq nişanı göndərilib
13:36, Bu gün
Azərbaycanda bu bahalı əməliyyatlar ÖDƏNİŞSİZ OLACAQ - RƏSMİ AÇIQLAMA
13:35, Bu gün
Siyavuş Novruzov və Sevinc Hüseynova deputatlığa namizədliyini irəli sürməyəcək - SƏBƏB
13:31, Bu gün
Azərbaycanda 900 min manata GƏMİ SATILIR
13:29, Bu gün
Lift “terroru”ndan 20 gün sonra “Şərur MTK” HƏRƏKƏTƏ KEÇDİ
13:27, Bu gün
Təranə Musadan ayrılır? - VİDEO
13:23, Bu gün
Dövlət Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edildi - RƏSMİ
13:19, Bu gün
“İranda seçkilərin taleyi də ali dini rəhbərlik tərəfindən həll edilir...”-Ekspert
13:18, Bu gün
Sabahın HAVA PROQNOZU açıqlandı
13:14, Bu gün
Ermənistanda hərbi hissədə əsgərin meyiti tapıldı
13:10, Bu gün
ŞOK: Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən AÇIQLAMA + VİDEO
13:06, Bu gün
Türkçülük tarixinin Mahmud Kaşğari zirvəsi
13:01, Bu gün
Aşığın sözü qurtaranda dalay-dalay deyər
12:57, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı KƏSKİN ARTACAQ - Məbləğ AÇIQLANDI
12:53, Bu gün
Bakıda yeni marşrut xətti istifadəyə verildi
12:49, Bu gün
Tramp Putinlə danışıqlar aparır
12:45, Bu gün
YAP-ın iclası keçirildi: Səlahiyyətli nümayəndələr müəyyənləşdi - YENİLƏNİB
12:42, Bu gün
Qumral: “Hotel əxlaqsızlıq yuvası deyil ki, ora getməyim” - VİDEO
12:37, Bu gün
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə baş verdi - VİDEO
12:35, Bu gün
Seysmoloqdan XƏBƏRDARLIQ: Bakını gözləyən zəlzələnin  vaxtını  AÇIQLADI - "Liftə minməyin, qapını tez açın... "
12:32, Bu gün
Avropa Parlamentində anti-Rusiya sanksiyalarına qarşı yeni fraksiya yaradılır
12:30, Bu gün
"Windows 11" yeniləməsi kompüterin sürətini yavaşladır?
12:26, Bu gün
Türkiyədə turist avtobusu qəzaya uğrayıb, ölən və yaralılar var
12:25, Bu gün
Ucarda üç uşaq anasının faciəli ölümü: "Yoldaşımın başı qapıya dəyib, yarılıb" - VİDEO
GÜNLÜK
02 Jul 2024 | 22:35
Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra ÖLDÜ
02 Jul 2024 | 21:20
Tibb Universitetinin professoru VƏFAT ETDİ
02 Jul 2024 | 20:39
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
02 Jul 2024 | 21:13
Qadını 40 yaşdan sonra qoca göstərən rənglər açıqlandı - Onlardan imtina edin
02 Jul 2024 | 20:46
Çimərlik ərazisinə girib yük maşınlarını dənizdə sürdülər - VİDEO
02 Jul 2024 | 19:25
Qarabağ Universitetində prorektor olmaq istəyənlərin NƏZƏRİNƏ
02 Jul 2024 | 19:41
Evlilik seçimini necə etməli? - Qeyri-adi nəzəriyyə
02 Jul 2024 | 18:53
Xorvatiya millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi təyin olunub
02 Jul 2024 | 19:18
Bakı funikulyorunda da gediş haqqı artıb? - Rəsmi AÇIQLAMA
02 Jul 2024 | 19:50
“Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı – Şərurlu İsfəndiyara ŞOK ittihamlar
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
30 Jun 2024 | 07:40
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
29 Jun 2024 | 10:30
Tərk edilmiş və xarabalığa dönmüş evlər, yolsuz və susuz diyar - Şamaxının bu kəndində hələ də "daş dövrüdür" - ŞİKAYƏT-VİDEOLAR+ÖZƏL
29 Jun 2024 | 19:25
Toyuğu kəsib yeməsəniz,nə qədər yaşayacaq? - Gözlənilməz CAVAB
AYLIQ
02 Jul 2024 | 22:35
Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra ÖLDÜ
02 Jul 2024 | 21:20
Tibb Universitetinin professoru VƏFAT ETDİ
02 Jul 2024 | 20:39
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
02 Jul 2024 | 21:13
Qadını 40 yaşdan sonra qoca göstərən rənglər açıqlandı - Onlardan imtina edin
02 Jul 2024 | 20:46
Çimərlik ərazisinə girib yük maşınlarını dənizdə sürdülər - VİDEO
02 Jul 2024 | 19:25
Qarabağ Universitetində prorektor olmaq istəyənlərin NƏZƏRİNƏ
02 Jul 2024 | 19:41
Evlilik seçimini necə etməli? - Qeyri-adi nəzəriyyə
02 Jul 2024 | 18:53
Xorvatiya millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi təyin olunub
02 Jul 2024 | 19:18
Bakı funikulyorunda da gediş haqqı artıb? - Rəsmi AÇIQLAMA
02 Jul 2024 | 19:50
“Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı – Şərurlu İsfəndiyara ŞOK ittihamlar