Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq
Cəmiyyət
Oxunub: 2623
30 Jun 2024 | 16:30
Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq

"Biz Azərbaycanda qaldığımız dövrdən Vlad mənə ev işlərində kömək edir. Ümumiyyətlə, evdə yeməkləri o bişirir. Hətta şirniyyatlar da hazırlayır".

Bu sözləri "Kaspi" qəzetinin "Ailə" rubrikasının qonağı olan azərbaycanlı Günay Rəhimova deyib.

Belə bir deyim var ki, insanların qisməti hələ onlar doğulmamışdan yazılır. Nə etsələr də, qisməti dəyişmək mümkün olmur. Elə azərbaycanlı Günay Rəhimova və rumıniyalı Vlad Mitoc kimi. Özləri cavan olsalar da, sevgiləri uzun mübarizələrdən keçib. Kənardan müxtəlif müdaxilələr edilsə də, onlar bir-birilərini heç bir zaman buraxmayıblar. Bütün çətinliklərə bərabər sinə gərdikləri üçün də hazırda xoşbəxt ailələri var.

Cütlüyü tanış edən onların dil öyrənmək istəyi olub. Vlad və Günay 2020-ci ildən tanış olsalar da, yeni ailə qurublar.

Günay: "Tanışlığımız sosial şəbəkə üzərindən olub. Mən 2020-ci ildə - koronovirus dövründə Azərbaycan Dillər Universitetində Norveçşünaslıq ixtisasında təhsil alırdım. Dil öyrənməli idim, çünki Norveçə getməyi planlaşdırırdım. İngilis dilini öyrənmək istəyirdim. Bir-birimizi dil öyrənərək tanımağa başlamışıq. Tanışlığımızın birinci ilində cəmi bir ay danışmışdıq. Sonra əlaqələrimiz kəsildi. Bir il sonra çox qəribə şəkildə tanımadığım rumıniyalı vasitəsilə yenidən Vladı tapdım".

Vlad isə deyir ki, Günay onu yenidən axtarıb tapdıqda, bunun bir işarə olduğunu anlayıb: "Bir il sonra yenidən yazması məni çox təəccübləndirmişdi. Düşündüm, görəsən hansı xüsusiyyətim onun xoşuna gəlib ki, bir il sonra məni yenidən tapıb. Halbuki unuda da bilərdi".

İlk başda fərqli millətlərdən olduqları üçün onlar da alınmayacağını düşünüblər, amma... Hətta ilk sevgi etirafını da Günay edib: "Yenidən danışmağa başladıq. Lakin münasibətimiz bu dəfə də yarımçıq qaldı. Dinlərimiz fərqli olduğu üçün düşüncələrimizin uyğun gəlmədiyini düşünmüşdüm. Fikirləşdim ki, bizdə alınmaz. Yarım il sonra yenidən danışmağa başladıqda ilk sevgi etirafını mən etdim. Dost olduğumuz zaman mənə dinini əsla dəyişməyəcəyini bildirmişdi. Amma sevgili olduqdan sonra özü müsəlmanlığı qəbul etdi, şəhadət gətirdi. Hətta bizim dini nikahımız da oldu".

Günayın sevgisini etiraf etməyi Vladı da çox təəccübləndirib. Həm də hisslərində əmin olmasına kömək olub: "Günayın mənə qarşı hissləri olduğunu əvvəldən duymuşdum. Uzun müddət davam edən dostluğumuz, bir-birimizi mükəmməl şəkildə anlamağımız onu seçməyimə səbəb oldu. Artıq hiss etdim ki, axtardığımı tapmışam".

Dostluqdan sevgili dönəminə keçid Vladın Azərbaycana gəlişi ilə nəticələnib. Günay həmin anları belə xatırlayır: "Bir il internet üzərindən danışırdıq. Sonra Vlad Azərbaycana gəldi. İlk görüşdə özümü bir az qəribə hiss edirdim, canlı görüşə uyğunlaşmağa çalışırdım. Həmişə mənə sual verirdi ki, "bir-birimizi realda bəyənməsək, necə olacaq?" Vladın məni görəndə ilk cümləsi "realda qat-qat gözəlsən" olmuşdu. Görüşəndən sonra sevgi bağlarımız daha da gücləndi".

Vlad isə bildirir ki, Rumıniyadan Azərbaycana gəlmək üçün iki gün yol qət etməli olub: "Azərbaycana ilk dəfə 2022-ci il dekabrın 24-ü gəlmişdim. Günayı görmək üçün iki gün yol qət etmişdim. Sevdiyim xanımı görəndə yol yorğunluğunu, çətinliyi, həyəcanı unutdum".

Bir tərəfdən sevdiyindən uzaqda olmaq, digər tərəfdən kənardan insanların müdaxiləsi gənclərin yükünü daha da ağırlaşdırıb. Günay üzləşdikləri çətinliklərdən danışır: "Çalışırdım, ətrafdakıların fikirlərini nəzərə almayım. Amma istər-istəməz təsir edirdi. İnsanlar xarici vətəndaş olduğu üçün güvənmirdilər. Uzaq məsafədən münasibət bizim üçün çətin gəlirdi. Görüşə bilmirdik, darıxırdıq. İlk dəfə gəldikdən sonra yenidən qayıtdı. Vlad yol boyu ağlamışdı...".

Vladın sözlərinə görə, əgər sevgi varsa, həyatda heç nə çətin deyil: "Günaydan ötrü çox darıxırdım, amma müsbət düşünməyə çalışırdım ki, əvvəl-axır görüşəcəyik. Şükürlər olsun ki, hazırda bir yerdəyik. Uzaq məsafədən münasibət çətindir, amma mümkünsüz deyil. Əgər həqiqətən istəyirsinizsə, onu mümkün hala gətirə bilərsiniz".

Azərbaycana sevdiyini görmək üçün gələn rumıniyalı kürəkən sən demə, əliboş gəlməyib. Günay deyir, Vlad yeni ilə tək daxil olmaq istəməyib: "İlk görüşümüzün üzərindən bir həftə keçdi. Yeni il günü fişənglər partladıqdan sonra Ağ şəhərdə hər kəsin içərisində diz çökərək evlənmə təklifi etdi. Mənim üçün çox böyük sürpriz oldu, çünki heç gözləmirdim. İstədim ki, o, geri qayıtmadan öncə münasibətimizi rəsmiləşdirək və nişanımız oldu".

Vlad özü də etiraf edir ki, ölkəmizə gəlişinin məqsədi sevdiyi xanımı həyat yoldaşı etmək idi: "Münasibətimizin əvvəldən ciddi olacağını düşündüyümüzə görə evlilik təklifi edəcəyimi bilirdim. Azərbaycana gəldikdə də artıq Günayla ailə qurmaq istəyirdim".

Günayın sözlərinə görə, münasibətlərindəki maneələrdən biri onun anası olub, lakin sonradan Vladı oğlu kimi çox sevib: "Atam münasibətimizi normal qarşılamışdı. Mənə demişdi ki, əsas sənin sevməyindir. Xeyir-dua da vermişdi. Anamın reaksiyası isə daha sərt olmuşdu. Xarici vətəndaşa güvənmədiyi üçün münasibətimizə qarşı çıxmışdı. Vlad Azərbaycana gələnə qədər anama münasibətimizin ciddiliyini izah etməyə çalışırdım. Nəhayət, o da şans verdi. Dedi ki, gəlsin görüm necə biridir. Amma Vladın ilk gəlişi zamanı onu tanıyanda hətta məndən də çox istədi. Anam və Vlad bir-birilərinə çox bağlıdırlar. Vlad anama Azərbaycan dilində "ana" deyir".

Vladın ailəsi isə ilk gündən Günayı çox bəyənib: "İlk dəfə anasından utanırdım. Amma onun çox xoş xarakteri olduğunu gördükdən sonra özümü daha rahat hiss etməyə başladım. Amma mənim valideynlərim heç bir problem yaratmadı. Onlara bəhs etdikdən sonra görüntülü zənglə danışdıq. Günayı çox bəyənmişdilər və münasibətimizi dəstəkləmişdilər".

Günay deyir ki, həm Vlad, həm də ailəsi toy adətlərimizi çox bəyənirlər: "2023-cü ilin sentyabrın 29-dan martın 29-a kimi ölkəmizdə qaldı. Bu müddət ərzində nikahımız oldu. Sentyabrda Vladla bərabər ailəsi də gəlmişdi. Oktyabr ayında toyumuz oldu. Yavaş-yavaş ailəsi ilə qaynayıb-qarışmağa başladıq. Qayınanam və qayınatam da toyumuzu çox bəyənmişdilər. Deyirdilər, hər şey çox sadədir. Rumıniyada gəlin və bəy çılğınlıq edir, amma bizdə hər şey daha çərçivəli idi. Qonaqlar Vladı Azərbaycan mahnılarına oynadırdılar. O da birtəhər oynamağa çalışırdı. Mən onu utancaq biri kimi tanıyırdım. Amma toyda deyirdi ki, çox əylənir."

Vlad isə Azərbaycan toylarının daha sakit və maraqlı keçdiyini təsdiqləyir: "Toy adətlərimiz bir qədər oxşardır. Amma mən Azərbaycan toylarını daha çox bəyənirəm. Rumıniyadakı toylarda özümü bir az yorğun hiss edirdim. Amma sizdə elə deyil. Toylarınız daha sakitdir. Düşünməzdim ki, nə vaxtsa toy edərəm. Amma Azərbaycanda toy etmək çox xoş oldu".

Rumıniyalı kürəkən Azərbaycana ilk dəfə gəlsə də, ölkəmizi çox bəyənib: "Ölkəniz haqqında heç bir təsəvvürümüz yox idi. Hələ ki Bakıdan başqa heç yerə getməmişik. Amma Bakının görünüşünü, tikililəri, küçələri, insanlarını çox bəyənirəm. İnsanlarınız xoşrəftar, qonaqpərvərdirlər. Məni Azərbaycanda qonaq çağırırdılar. Sizdə hər şey çox səliqəlidir. Binalarınızın quruluşu, düzülüşü sırayladır. Bulvarı, Dağüstü parkı çox bəyənirəm. Dağüstü parkın pilləkənlərini çıxmaqdan yorulmuram. "Alov qüllələri" də çox xoşuma gəlir. Biz yoldaşımla Qız qalasına çıxmışdıq. Qız qalasının tarixi ilə maraqlanırdım".

Vlad hətta musiqilərimiz və dilimizlə də maraqlanırmış. Günayın sözlərinə görə, o, dilimizdə müxtəlif ifadələrdən də istifadə edir: "Musiqilərimizdən dinləyir. Daha çox keçmiş musiqilərə üstünlük verir. Dilimizi də Azərbaycanda qaldığı dövrdə az-çox öyrəndi. Gündəlik istifadə olunan sözlərlə danışa bilir. Hər dəfə anamı gördükdə "Sabahınız xeyir", "Axşamınız xeyir", "Gecəniz xeyrə" deyir".

Günay deyir ki, ölkəmizi bəyənən tək Vlad deyil: "Qayınanam və qayınatam Azərbaycanı, şəhərimizi, yeməklərimizi, adətlərimizi Vladdan da çox bəyənirlər. Azərbaycana gəlmək üçün planlar qururlar. Mən onları bizdə olan kilsəyə aparmışdım və xoşlarına gəlmişdi. Bayramlarımıza hörmət edirlər. Novruz Bayramında Rumıniyaya gəldikdə özümlə şəkərbura və paxlava gətirmişdim. Çox bəyənmişdilər".

Günay bildirir ki, özünü yaxşı hiss etmədiyi zamanlarda, süfrəyə əyləşmədikdə, Vladın anası ona ayrıca yemək gətirir. Atası meyvə doğrayır: "Məni qızları olaraq görürlər. Ailələrimiz bir-birinə çox düşkündürlər. Qayınanam və anam bir-birilərini çox sevirlər".

Günayın sözlərinə görə, ölkəmizin yeməkləri də dillərə dastandır. Elə Vlad da mətbəximizə aşiq olanlardandır: "Plovumuzu, üzərinə qoyduğumuz kişmişli qaranı çox bəyənir. Paytaxt salatımızı çox sevir. Yeməyin yanında kompot içməyi sevir. Bir də ən çox bəyəndiyi lavaşımızdır. Vlad mürəbbə hazırlamağı çox sevir. O vaxt mənə hazırladığı mürəbbələri göstərirdi. Amma onlarda mürəbbə fərqlidir. Biz çay ilə içirik, onlar isə çörəyin üzərinə yaxıb yeyirlər. Anamdan mürəbbəmizi bişirməyin yolunu öyrəndim və Vlada izah etdim. Birlikdə bişirdik, qayınanamgil də çox bəyəndi. Artıq çayı mürəbbə ilə içirlər. İki həftə Azərbaycanda olduqda çaya öyrəşmişdilər. İndi burada da hər axşam çay içmək istəyirlər".

Vlad isə deyir ki, yeməklərimizi o qədər bəyənir ki, hətta özü də hazırlayıb təqdim etmək istəyir: "Amma hələ vaxt tapıb hazırlaya bilməmişəm. Gələcəkdə plov bişirmək istəyərdim. Hətta düyü də almışıq ki, plov bişirək".

Günay Vladın yemək bişirməklə bağlı məharətlərindən də bəhs etdi: "Biz Azərbaycanda qaldığımız dövrdən Vlad mənə ev işlərində kömək edir. İndi də eynidir. Ümumiyyətlə, evdə yeməkləri o bişirir. Hətta şirniyyatlar da hazırlayır. Yeməkləri də çox dadlıdır. Hətta qonaqlar belə onun yeməklərini çox sevirlər. Ən dadlısı isə şirniyyatlarıdır".

Elə Günaya da onu sevdirən məhz bu xasiyyəti olub: "Vladın bəyəndiyim özəlliklərindən ən birincisi qadın azadlığına dəyər verməsidir. Mənim üçün qadının təhsil alması önəmlidir. İlk təsirləndiyim də elə məhz bu idi. Hiss etmişdim ki, ailə qursaq da, bu bərabərlik bizim aramızda olacaq. Bütün qərarlarımı dəstəkləyir, mən ondan ilham alıram, özgüvənim artır".

Vlad isə Günayda bir neçə fərqli xüsusiyyətin eyni anda toplandığı üçün onu həyat yoldaşı olaraq seçib: "Sadə və eleqant olmağı bir arada bacardığı üçün ona aşiq oldum. Həm də əyləncəlidir. Bir insanda bu qədər xüsusiyyəti bir arada tapdığım üçün bildim ki, o, mənim yarımdır".

Oxşar xəbərlər
15:10, Bu gün
Azərbaycanda bu bank əmanət faizlərini azaltdı
15:07, Bu gün
Pensiya artımları kimlərə şamil olunacaq?
15:05, Bu gün
Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb, pilot həlak olub
15:03, Bu gün
Bağ evlərinin kirayə qiymətləri ARTDI
14:59, Bu gün
"Donald Tramp hüquqi təqibdən qismən immunitetə malikdir" - ABŞ Ali Məhkəməsi
14:55, Bu gün
Pakistan səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatdı - FOTO
14:50, Bu gün
Bu il Azərbaycandan Avropaya qaz tədarükünün 79 %-i İtaliyanın payına düşür
14:45, Bu gün
Tələbələrin köçürülməsi (transferi) ilə bağlı vacib məqam
14:40, Bu gün
BDU ilə Türkiyənin Üsküdar Universiteti arasında əməkdaşlıq genişləndirilir - FOTO
14:35, Bu gün
Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı olub - FOTOLAR
14:30, Bu gün
Fəzail Ağamalı polisləri peşə bayramı münasibəti ilə təbrik etdi
14:24, Bu gün
"Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla bitirənlərin 7-si BDU-nun tələbə və məzunudur - FOTO
14:19, Bu gün
Avtomobil bazarında ucuzlaşma olacaq - VİDEO
14:15, Bu gün
İyul ayında bu bürclər sevincdən göylərə uçacaq - Evlilik, toy, sevgi...
14:12, Bu gün
Azay Quliyev yenidən ATƏT PA-da mühüm komitənin sədri seçildi
14:10, Bu gün
Azərbaycanın Tailanddakı səfiri dəyişdi - SƏRƏNCAM
14:08, Bu gün
Günəş və xərçəng: Sağlamlığa zərər vermədən günəşdə nə qədər qalmaq olar?
14:06, Bu gün
Los-Ancelesdəki baş konsulumuz geri çağırıldı
14:04, Bu gün
Tanınmış aparıcı ərini döyüb? - “Bir də gördüm divara dəyib, yerə yapışdı...”
14:00, Bu gün
Qan xəstəsi olan uşaqların valideynlərindən alınan 1 milyonu kim “yeyib”...
13:56, Bu gün
Son sutkada 64 yanğına çıxış olub - FHN
13:52, Bu gün
Doğuma görə "şirinlik" istəyən həkimlərin maaşları azdır?
13:47, Bu gün
Məktəblərdə proses başladılır: Repetitorlar sıradan çıxarılacaq - "İlin sonuna kimi..."
13:43, Bu gün
Bakıda bəzi təhsil müəssisələrində tibb xidməti yoxdur - RƏSMİ
13:38, Bu gün
Uşaqlar üçün ən maraqlı 10 nağıl kitabı - FOTO
13:34, Bu gün
Bu insanları təyyarədən qovmaq olar – Stüardessa açıqladı
13:30, Bu gün
Qadınların xarici görünüşündə kişilərin bəyəndiyi 3 QÜSUR
13:30, Bu gün
Qubada plastik və polietilen məmulatlarının istifadəsi ilə bağlı tədbir keçirildi - FOTO
13:24, Bu gün
"NATO Trampın qalib gələcəyi təqdirdə Ukraynaya hərbi yardımla bağlı yeni tədbirlər hazırlayır" - "The Wall Street Journal"
13:18, Bu gün
“Finex Kredit”də SOYĞUNÇULUQ: Dələduz əməkdaşın mənimsədiyi vəsait müştərinin “belinə yüklənib” – ŞİKAYƏT + FOTOLAR
13:14, Bu gün
Sabahın havası: Yağış yağacaq
13:10, Bu gün
Azərbaycanda 15 yaşlı oğlan bıçaqla dəhşət saçdı: İki yaralı var - VİDEO
13:06, Bu gün
Rəşad Əhmədov vəzifəsindən ayrıldı
13:02, Bu gün
Andropovun əfv etmədiyi polkovnik – milyonlarla yeyintinin arxasında ölkənin birinci şəxsi dayanıb...
12:57, Bu gün
Müharibə riskinə qarşı son şərt: Bakı bu tələbi masadan çəkməyəcək
12:54, Bu gün
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO
12:52, Bu gün
Moskva metrosunda qadın sərnişin bıçaqla hicablı həmcinsinə hücum etdi - VİDEO
12:48, Bu gün
Rusiya Estoniyaya etiraz notası göndərdi
12:44, Bu gün
“Azəriqaz” rəhbərliyi Masallıda vətəndaşları qəbul edəcək
12:40, Bu gün
Polis Gününə və tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib - FOTO/VİDEO
12:36, Bu gün
PFL prezidentinin son durumu AÇIQLANDI
12:32, Bu gün
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
12:28, Bu gün
Məktəb direktoru və müavinlərinə XƏBƏRDARLIQ EDİLDİ
12:25, Bu gün
“Azərsilah” dövlət qeydiyyatına alınıb
12:22, Bu gün
Azərbaycan İsveçrə ilə bank sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib - FOTO
12:20, Bu gün
Yuliya Navalnaya “Human Rights” İnsan Haqları Fonduna rəhbər seçildi...-Kasparovun yerinə...
12:19, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Gələn həftədən məktəbəhazırlıq qruplarına qəbul başlayır
12:18, Bu gün
“Qala Həyat” Sığorta Şirkətinin yığımlarında 600 min manata yaxın azalma
12:14, Bu gün
Azərbaycan tamaşaçısı xarici telekanallara niyə üstünlük verir? - RƏY + FOTO
12:10, Bu gün
Aktyorla xanəndə arasında efirdə GƏRGİNLİK - VİDEO
12:08, Bu gün
Gözə işıq, dəriyə cavanlıq, ürəyə güc verən - çiyələk 
12:04, Bu gün
"Azərişıq", "Azərsu" və "Azəriqaz" kartlarını smartfona yaxınlaşdırmaqla ödəniş etmək mümkündür
12:00, Bu gün
Bakıda gün vuranların sayı açıqlandı
11:57, Bu gün
“Ən böyük arzularımdan biri Türkiyə Prezidentini Şuşada bu şeirlə salamlamaqdır”
11:56, Bu gün
"Qarabağ" yeni mövsüm üçün formalarını təqdim etdi - VİDEO
11:53, Bu gün
"Camaatın ərini əlindən alıb, evi göstərib acıq verir" - VİDEO
11:50, Bu gün
Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik var?
11:48, Bu gün
Hazırda nişanlı olan qohumların taleyi necə olacaq?
11:45, Bu gün
Ehtiram Hüseynov xəstəliyindən danışdı: "Hər iki əlimin barmaqları..."
11:40, Bu gün
İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak etdi - YENİLƏNİB + FOTO
11:38, Bu gün
3 ildən bir iş yerini dəyişmək - Azərbaycanda bunu tətbiq etmək olar?
11:35, Bu gün
Afət Fərmanqızının əri GÖRÜN KİMDİR? - VİDEO
11:30, Bu gün
Avro-2024-ün həyəcanlı anı - Türkiyənin tamam, ya da davam savaşı
11:26, Bu gün
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
11:23, Bu gün
MİQ müsabiqəsinin test imtahanı mərhələsinə başlanılıb
11:19, Bu gün
"TikTok"da tanış oldu, qısqandığı üçün ayrıldı: Küçədə 14 bıçaq vuraraq öldürdü
11:15, Bu gün
Sənədsiz əmlakı olanlara VACİB XƏBƏR – Tezliklə bu evlər… 
11:10, Bu gün
Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - FOTO/VIDEO
11:07, Bu gün
Xərçəng xəstəsi qadın lotereyadan 5 milyon dollar QAZANDI
11:05, Bu gün
Xocalıda xeyli sayda döyüş sursatı aşkarlandı - FOTO/VIDEO
11:04, Bu gün
Yaponiya sahillərində güclü zəlzələ oldu
11:00, Bu gün
Hansı bitərəf deputatlar yenidən seçilmək istəyir? - SORĞU
10:55, Bu gün
“Prezident tələblərində tamamilə haqlıdır”
10:53, Bu gün
Zaur, Xoşqədəm, Lalə və Elgizlə bağlı qərar verildi: “Yeni mövsümdən…”
10:50, Bu gün
İlkin sülh sənədi belə olacaq: Əsas məsələ bu cür qeyd edilir – Detallar açıqlandı
10:45, Bu gün
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?
10:41, Bu gün
İstanbuldakı məşhur Topkapı Saray Muzeyi, yeni təcrübə - Dijital Deneyim Müzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq müzakirə olunub
10:38, Bu gün
Ermənistanda hava limanında bomba xəbərdarlığı edilib
10:31, Bu gün
Kollektivlə işləməyi bacarmayan şəxslərin gördüyü işin kefiyyəti necə olur?
10:26, Bu gün
“Azercell” bu tarifin də xidmət haqqını artırdı
10:21, Bu gün
Soyuqdəymənin çarəsi tapıldı - Bu cür yatmaqla xəstəlikdən qurtulacaqsınız
10:21, Bu gün
“O, utanmadan yalan danışan siyasətçilərdəndir…” 
10:16, Bu gün
Quranda olan bu adları uşaqlara QOYMAQ OLMAZ
10:07, Bu gün
İyulun əvvəlində bəxti üzünə güləcək BÜRCLƏR
10:03, Bu gün
Azərbaycanda 12 vəkil intizam pozuntusuna yol verib
10:00, Bu gün
Azərbaycanda kənd palçıq altında qaldı - Sakinlər köçürülür
09:53, Bu gün
Taksilər bahalaşdı, metroya axın artdı: İnterval azalacaqmı?
09:48, Bu gün
BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib
09:43, Bu gün
"İraq İslam Müqaviməti" "Hizbullah"a dəstək verəcəyi və İsrailə hücumların güclənəcəyi ilə təhdid edib
09:41, Bu gün
Misirdə bina çökdü: ölənlər var
09:35, Bu gün
Neft yenidən bahalaşdı
09:30, Bu gün
UNEC rektoru abituriyentlərlə görüşəcək
09:22, Bu gün
Məktəblər yeni sistemə keçir: Adambaşı maliyyələşmə nədir?
09:16, Bu gün
Anna nə deyib ki, Paşinyan ruh  düşkünlüyündən qurtulub?..
09:09, Bu gün
Böyük Qayıdışın ikinci dalğası: Qarabağdan İrəvana doğru...
09:08, Bu gün
Əlimizdəki bu əlamət uzunömürlülüyün sirridir- ALİMLƏR AÇIQLADI 
08:52, Bu gün
Hovuzda bunları etmək olmaz - XƏBƏRDARLIQ
08:40, Bu gün
Yay fəslinin vazkeçilməzi yemiş və onun faydaları
08:32, Bu gün
Şəkidə kişini ilan sancdı - vəziyyəti ağırdır
08:29, Bu gün
Xəzərdə suyun səviyyəsi ARTDI
GÜNLÜK
01 Jul 2024 | 16:17
“3 ildən, 5 ildən bir ailə qururam” – Müğənnidən ŞOK AÇIQLAMA
01 Jul 2024 | 17:37
Prezident Kanada səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
01 Jul 2024 | 17:50
İlham Əliyev Filippin səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
01 Jul 2024 | 16:42
"Bu bəlanın adı Cəmil Həsənlidir" - Cavanşir Feyziyev
01 Jul 2024 | 16:10
Bakıda küçəyə Azərbaycanın Milli Qəhrəmanının adı verildi - FOTO
01 Jul 2024 | 17:46
Kamran Əliyev iki prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ - FOTO
01 Jul 2024 | 15:50
"ABŞ-ın Avropadakı hərbi bazalarında son 10 ildə ilk dəfə olaraq "Çarli" səviyyəli təhlükə tətbiq edilib" - CNN
01 Jul 2024 | 17:42
İşğaldan azad olunan ərazilərə bu günə qədər ayrılan vəsaitin həcmi AÇIQLANDI
01 Jul 2024 | 16:30
Prezidentin yüksək vəzifə verdiyi Bəşir Hacıyev kimdir? - DOSYE
01 Jul 2024 | 20:20
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu - FOTOLAR
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
26 Jun 2024 | 09:07
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
26 Jun 2024 | 08:18
Yay bu BÜRCLƏR üçün UĞURLU olacaq: ŞANS, PUL...
26 Jun 2024 | 10:00
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
26 Jun 2024 | 13:55
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor
26 Jun 2024 | 15:33
İyulun 1-dən bu şüşəli eyvanlara QADAĞA QOYULACAQ
25 Jun 2024 | 18:49
Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO
AYLIQ
01 Jul 2024 | 16:17
“3 ildən, 5 ildən bir ailə qururam” – Müğənnidən ŞOK AÇIQLAMA
01 Jul 2024 | 17:37
Prezident Kanada səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
01 Jul 2024 | 17:50
İlham Əliyev Filippin səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
01 Jul 2024 | 16:42
"Bu bəlanın adı Cəmil Həsənlidir" - Cavanşir Feyziyev
01 Jul 2024 | 16:10
Bakıda küçəyə Azərbaycanın Milli Qəhrəmanının adı verildi - FOTO
01 Jul 2024 | 17:46
Kamran Əliyev iki prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ - FOTO
01 Jul 2024 | 15:50
"ABŞ-ın Avropadakı hərbi bazalarında son 10 ildə ilk dəfə olaraq "Çarli" səviyyəli təhlükə tətbiq edilib" - CNN
01 Jul 2024 | 17:42
İşğaldan azad olunan ərazilərə bu günə qədər ayrılan vəsaitin həcmi AÇIQLANDI
01 Jul 2024 | 16:30
Prezidentin yüksək vəzifə verdiyi Bəşir Hacıyev kimdir? - DOSYE
01 Jul 2024 | 20:20
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu - FOTOLAR