Qanun pozuntusu, yoxsa müştəriyə dəstək?
Cəmiyyət
Oxunub: 2224
29 Jun 2024 | 15:20
Qanun pozuntusu, yoxsa müştəriyə dəstək?
“POS-terminal işləmir”, “POS-terminalın enerjisi bitib”, “Texniki nasazlıq yaranıb”... Bunlar kartla ödənişi qəbul etməyən sahibkarların öz işçilərinə əzbərlətdirdikləri cümlələrdir. Sanki bütün obyektlər sözləşib eyni fikri deyirlər. “Nağd pulum yoxdur, necə edim” deyə soruşanda isə, kartdan karta köçürməyimizi istəyirlər.
 
Hətta bəzi kiçik sahibkarlar, xüsusilə də meyvə-tərəvəz dükanları bu metodu bir az da inkişaf etdirib, mağazanın divarına A4 vərəqində kartlarının nömrəsini açıq yazırlar və qeyd edirlər: “Kartla ödəniş yalnız kartdan karta köçürməklə mümkündür”.
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) də məlumat yayıb ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. DVX vətəndaşları öz hüquqlarını qorumaq üçün bu metodlardan çəkinməyə çağırır. 
 
Maraqlıdır, əgər bu üsul qanunsuzdursa, sahibkarlar necə açıq şəkildə bundan istifadə edirlər? Bu halların qarşısı necə alınmalıdır? Ən əsası, müştərinin hüquqları necə pozulur, müştəri bu əməliyyatı həyata keçirərkən hansı imtiyazlardan məhrum olur?
 
Vergi mütəxəssisi Anar Bayramov “Kaspi” qəzetinə açıqlamasında deyir ki, ölkə siyasətinin əsas prioritet istiqamətlərindən biri iqtisadiyyatın şəffaflaşması, real dövriyyələrin öz əksini tapmasıdır. Bunun üçün də qanunvericilik bazası təkmilləşdirilir, sərt intizam, tənbeh növləri gətirilir və stimullaşdırıcı tədbirlər həyata keçirilir: “Bunlardan biri də nağdsız hesablaşmalara marağın artırılmasıdır. Məsələn, “ƏDV geri al” kimi kampaniyadan istifadə edilir, hətta bəzi banklar ƏDV-ni ikiqat qaytarmağı təklif edirlər ki, müştərilər özləri POS-terminalla ödəməyə maraqlı olsunlar. Burada məqsəd nağdsız hesablaşmaların çəkisinin artırılmasıdır. Müştəri tələb etdikdə, sahibkar dövriyyəsini gizlədə bilmir, vergilərini real şəkildə ödəyir. Lakin müştərilər kartla ödəniş etmək istəyəndə, sahibkarlar dövriyyələrini az göstərmək imkanı əldə edirlər. Əgər müştəri kartdan karta köçürməkdən imtina etsə və nağd pulunun olmadığını desə, bu zaman “nasaz” POS-terminal işləməyə başlayır”.
 
Mütəxəssis qeyd edir ki, bu hallar qanunsuzdur və aşkarlandıqda, şikayət olunduqda sahibkar məsuliyyətə cəlb edilir: “Müştəri kartdan karta köçürmələr edərkən onun üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilmir. Məsələn, bu zaman “ƏDV geri al” hüququndan məhrum olur. Bundan əlavə, kartdan karta əməliyyatları zamanı vətəndaş çətin vəziyyətdə qala bilər. Alıcı, yaxud istifadəçi kartdan karta köçürmə etdikdə, pul onun hesabından çıxır, lakin bir çox hallarda satıcının hesabına köçmür. Burada texniki səbəb də ola bilər. Rəqəmi səhv yazanda məbləğin başqasının hesabına oturması da mümkündür. Bu zaman ciddi problemlər yaranır. Alıcı pulu ödəyir, satıcı isə deyir ki, pul çatmayıb”.
 
Həmsöhbətimizin sözlərinə görə, Dövlət Vergi Xidmətinin çağırışları ilə yanaşı, müştərilərə POS-terminaldan ödənişlər zamanı verilən fürsətlər bu metoddan istifadənin azalmasında mühüm rol oynayır: “Ölkədə sahibkarlar, ictimai iaşə obyektləri, ticarət mərkəzləri, restoranlar kifayət qədər çoxdur, amma vergi orqanı əməkdaşlarının sayı azdır. Bütün ölkəyə nəzarət etmək imkanları məhduddur. Məhz bu səbəbdən cərimələrin və stimullaşdırıcı alətlərin tətbiqi ilə sahibkarları belə hallardan çəkindirməyə çalışırlar”.
 
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Murad Mirzəzadə deyir ki, bu akt qanunsuzdur və vergidən yayınmaq məqsədi daşıyır: “İki şəxs arasında kartdan karta əməliyyatların aparılmasında qanuni baxımından heç bir problem yoxdur. Hər kəs bu hüququndan yararlana bilər. Lakin bir tərəf vergi ödəyicisidirsə və köçürmə sahibkarlıq fəaliyyətindən irəli gəlirsə, bu zaman kartdan karta əməliyyatından söhbət gedə bilməz”. 
 
Vəkilin sözlərinə görə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 17-ci maddəsində qeyd edilib ki, ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır: “Bu qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Təbii ki, qanunvericiliyin tələbinə riayət etməyənlər məsuliyyətə cəlb olunurlar. Vergi orqanları tərəfindən bu cür neqativ qarşı mütəmadi olaraq əməliyyatlar həyata keçirilir. Əgər qanunsuzluq aşkar olunarsa, obyektə ilk dəfə olduqda min manat, təqvim ili ərzində ikinci dəfə aşkarlandıqda üç min manat, iki və daha artıq qanun pozuntusu olduqda isə altı min manat cərimə tətbiq edilir. Bu, Vergilər Məcəlləsinin tələbidir”. 
Oxşar xəbərlər
17:50, Bu gün
İlham Əliyev Filippin səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
17:46, Bu gün
Kamran Əliyev iki prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ - FOTO
17:42, Bu gün
İşğaldan azad olunan ərazilərə bu günə qədər ayrılan vəsaitin həcmi AÇIQLANDI
17:40, Bu gün
Prezidentdən sülh müqaviləsi ilə bağlı MÜHÜM AÇIQLAMA
17:37, Bu gün
Prezident Kanada səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
17:34, Bu gün
"Qarabağ" Kadidən əlini üzdümü? - SON DURUM
17:30, Bu gün
UNEC-in “Gələcəyin tədqiqatçıları” adlı qrant layihəsi uğurla yekunlaşıb - FOTOLAR
17:26, Bu gün
Ötən ay 549 mina zərərsizləşdirilib
17:22, Bu gün
DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı
17:18, Bu gün
"Macarıstan Avropa Parlamentində rusiyayönümlü koalisiya yaradır" - "Bloomberg"
17:16, Bu gün
Parlament və Atatürk prospektlərində aparılan təmir işləri yekunlaşmaq üzrədir - VİDEO
17:12, Bu gün
Muxtar Babayev Efiopiyanın inkişaf naziri ilə görüşdü - FOTO
17:08, Bu gün
Nar-ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinə direktor təyin olunub
17:04, Bu gün
Rəşad Nəbiyev Ağsuda vətəndaşları qəbul etdi - FOTO
17:00, Bu gün
ABŞ və SSRİ rəhbərlərinin oxşarlığı - təngənəfəs Çernenko və huşsuz Bayden - ŞƏRH
16:57, Bu gün
Masallıda keçmiş məhkumda narkotik aşkarlandı
16:54, Bu gün
İSF-nin 2024-cü il büdcəsinə dəyişikliklər təsdiqləndi
16:51, Bu gün
Dilşad Musa: “Qadın özü xoşbəxt olarsa, iş yeri, ətrafı, ailəsi, dostları xoşbəxt olar” - MÜSAHİBƏ
16:48, Bu gün
DSMF-nin 2024-cü il büdcəsinə dəyişikliklər təsdiqləndi
16:45, Bu gün
Prezident 2024-cü ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi
16:42, Bu gün
"Bu bəlanın adı Cəmil Həsənlidir" - Cavanşir Feyziyev
16:38, Bu gün
Azərbaycanlı avarçəkənlər "Vyana Reqatası"nda 5 medal qazanıblar - FOTO
16:34, Bu gün
“Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib
16:30, Bu gün
Prezidentin yüksək vəzifə verdiyi Bəşir Hacıyev kimdir? - DOSYE
16:25, Bu gün
Amerika Kuboku: 1/8 final mərhələsinə adlayan növbəti komandalar bəlli olacaq
16:20, Bu gün
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sel və daşqınlara qarşı mühafizə tədbirləri görür - FOTO
16:17, Bu gün
“3 ildən, 5 ildən bir ailə qururam” – Müğənnidən ŞOK AÇIQLAMA
16:15, Bu gün
KİV: Türkiyə və Ermənistan nümayəndələrinin növbəti görüşü keçiriləcək
16:12, Bu gün
"Nar" komandası "Breyn Rinq" yarışının qalibi oldu - FOTO
16:10, Bu gün
Bakıda küçəyə Azərbaycanın Milli Qəhrəmanının adı verildi - FOTO
16:08, Bu gün
SON DƏQİQƏ! Delimitasiya prosesi ilə bağlı YENİ DURUM AÇIQLANDI- RƏSMİ
16:05, Bu gün
Kəlbəcərə Prezidentin xüsusi nümayəndəsi təyin edildi
16:00, Bu gün
Ucarda ağır yol qəzası: Ölən var
15:55, Bu gün
MİQ müsabiqəsinin test imtahanı mərhələsinə başlanılır
15:50, Bu gün
"ABŞ-ın Avropadakı hərbi bazalarında son 10 ildə ilk dəfə olaraq "Çarli" səviyyəli təhlükə tətbiq edilib" - CNN
15:45, Bu gün
Günay bunun üçün dəniz kənarında dekor qurdu - FOTOLAR
15:40, Bu gün
Cəlil Nəzərov azadlığını qorusa da, istirahət mərkəzini itirdi - FOTO
15:35, Bu gün
TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi sammitinin vaxtı açıqlandı
15:30, Bu gün
İdarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?
15:25, Bu gün
KİV: Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi gözlənilir
15:20, Bu gün
Nazir: “COP29-a sədrlik Azərbaycanın dünyada təhlükəsiz və ədalətli enerji keçidindəki rolunu gücləndirir”
15:15, Bu gün
Məşhur aktrisadan etiraf: “Ondan ayrılanda artıq hamilə idim” - FOTO
15:10, Bu gün
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi
15:05, Bu gün
Rusiyanın Ukraynaya qarşı hərəkətləri beynəlxalq səviyyədə soyqırım kimi tanınıb
14:59, Bu gün
Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
14:53, Bu gün
Tanınmış jurnalistə yüksək vəzifə verildi - FOTO
14:47, Bu gün
BDU-nun müəllimi ABŞ-də akademik tədqiqat proqramında iştirak edir - FOTO
14:41, Bu gün
Azərbaycanda daşıma şirkətlərinə GÖSTƏRİŞ VERİLDİ - FOTO
14:35, Bu gün
Bakıda ad günündən sonra dəhşətli qətl: Anasını söydüyü üçün ögey atasını... - Şok təfərrüat
14:29, Bu gün
Ötən ay Bakıda 198 ağac və kol kəsilib, təbiətə 413 min manatdan artıq ziyan vurulub
14:23, Bu gün
“Hicran” tamaşasının Orxanı İLLƏR SONRA danışdı: “O direktora görə Kübra da, Siyavuş da, mən də teatrdan getdik” - ÖZƏL+FOTO
14:19, Bu gün
“Əhali taksi azlığına görə maşın almalı olacaq”
14:14, Bu gün
7-ci mərtəbədən yıxılan uşaq öldü
14:10, Bu gün
Həbib Nurməhəmmədovun hesablarına həbs qoyuldu
14:06, Bu gün
"Rüşvətin kökünü kəsmək istəyiriksə, vəzifə-filan üçün rüşvət verənlər niyə  tutulmur?.."
14:05, Bu gün
Sülhlə bağlı son şərt: Dəhliz məsələsi masaya qoyuldu - Kritik gəlişmə
14:03, Bu gün
İlham Əliyev Qırğız Respublikasının səfirini qəbul edib - YENİLƏNİB + FOTO
14:00, Bu gün
Edamdan əvvəl lüt soyundurulan admiral – bu “cəza” Hitlerin şəxsi göstərişi olub...
13:56, Bu gün
Ermənistanın iqtisadi maxinasiyalarından bəhs edən film təqdim edilib - VİDEO
13:52, Bu gün
"Faiq Ağayev mənim qeyrətimi çəkib" - VİDEO
13:48, Bu gün
Türkiyə gəmilər üçün Bosfor və Çanaqqala boğazlarından keçid haqqını artırıb
13:45, Bu gün
Azərbaycanlı alim YÜKSƏK MÜKAFATA layiq görüldü - FOTO
13:42, Bu gün
Bu qızı görənlər polisə xəbər versin
13:40, Bu gün
Mehinlə Elçin sevgilidir? - FOTO
13:36, Bu gün
Taksilərlə bağlı qərardan sonra maşın bazarında son vəziyyət: "Prius"lar sıradan çıxır"
13:35, Bu gün
Arda Gülerdən vida mesajı - FOTO
13:33, Bu gün
Xızıda 18 yaşlı qız itkin düşüb - FOTO
13:31, Bu gün
ABŞ regionda sabitlik istəyirsə, Azərbaycanın maraqlarına uyğun davranmalıdır - TƏHLİL
13:29, Bu gün
Hərbi xidmətlə bağlı yekun tibbi müayinə bu qaydada aparılır - Nazirlik açıqladı
13:28, Bu gün
Paşinyan: Ermənistanda demokratiyanın keyfiyyətindən narazıyıq
13:26, Bu gün
Azərbaycan XİN Kanada və Somalini Milli Gün münasibətilə təbrik etdi - FOTO
13:25, Bu gün
“NATO Çini rəqib hesab etmir, lakin alyans Pekinin onun dəyərlərinə və maraqlarına meydan oxuduğuna inanır”
13:22, Bu gün
"Səni bundan sonra heç kim sevməyəcək, evini istəyəcək"
13:21, Bu gün
Nazir: “Bolqarıstan Azərbaycandan “yaşıl enerji”nin ixracında mühüm rol oynayacaq”
13:16, Bu gün
Kəsilmiş qarpızı xarab olmaması üçün BELƏ SAXLAYIN - MƏTBƏX SİRRİ
13:13, Bu gün
ƏHD Partiyasının İdarə Heyəti Ali Məclisin çağırılması barədə qərar qəbul edib
13:09, Bu gün
Ağcabədi Peşə Məktəbində məzun günü keçirildi - FOTOLAR
13:03, Bu gün
Əli Kərimli də Novruz ağanın qohumudur? – AXCP sədri yenə nokauta düşəcək
12:57, Bu gün
Sabah 32 dərəcə isti olacaq
12:52, Bu gün
"Həmcinslərim ömrü boyu kürəyimdən vurublar" - Aktrisa
12:47, Bu gün
İranda prezident seçkilərinin ikinci turunda namizədlərin debatı başlayır
12:42, Bu gün
Neçə taksi sürücüsü icazə alıb?
12:37, Bu gün
ADY-dən gediş haqqı AÇIQLAMASI
12:32, Bu gün
Övladlığa götürmə hansı qaydada həyata keçirilir? – Hakimdən açıqlama  
12:27, Bu gün
Tanınmış vəkil deputatlığa namizəd olacaq
12:23, Bu gün
"Ukrayna və Rusiyanı "ölümcül yay" gözləyir, lakin tərəflərdən heç biri üstünlük əldə etməyəcək" - "The Wall Street Journal"
12:19, Bu gün
Pensiyanın yenidən hesablanması necə aparılır? - CAVAB
12:14, Bu gün
Hərbi xidmətə çağırılanların diqqətinə: Tibbi müayinə bu qaydada aparılır
12:10, Bu gün
Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanıldı - FOTO
12:07, Bu gün
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib
12:03, Bu gün
Bakının bəzi qəsəbələrinə yeni marşrutlar istifadəyə verilib
12:00, Bu gün
DİM sədri: "İbtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər başa düşmür"
11:53, Bu gün
Zəvvarların Həcc ziyarəti başa çatıb, sonuncu qrup Vətənə qayıdır
11:47, Bu gün
Məktəblər ilin sonunadək adambaşı maliyyələşmə sisteminə keçəcək
11:44, Bu gün
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
11:42, Bu gün
Faciəli şəkildə ölən gömrük əməkdaşının FOTOSU
11:36, Bu gün
UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir
11:32, Bu gün
BDU-nun həmtəsisçisi olduğu jurnal 489 beynəlxalq nəşr arasında 6-cı yerdə
11:28, Bu gün
Günel "Mənim" yazıb, bu FOTOnu paylaşdı
11:24, Bu gün
Əliheydər Kazımov: “Ağız boşluğu və dişlərin sağlamlığı ümumi sağlamlığın bir hissəsidir” - MÜSAHİBƏ
GÜNLÜK
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
11:44, Bu gün
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
30 Jun 2024 | 18:43
Türkiyədə restoranda partlayış zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb - YENİLƏNİB
30 Jun 2024 | 21:01
Avtobus və metroda sərnişindaşımanın qiyməti DƏYİŞDİ
30 Jun 2024 | 19:16
Maşın almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq
30 Jun 2024 | 18:08
Bu 3 ifadəni valideyniniz sizə desə də, SİZ ÖVLADINIZA DEMƏYİN!
30 Jun 2024 | 18:19
Dünyanın 10 ən yaxşı qapıçısı - SİYAHI
30 Jun 2024 | 20:31
Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq
30 Jun 2024 | 19:21
5,5 milyardlıq LAYİHƏ! Dünyanın ən böyük əyləncə şəhəri TİKİLİR
30 Jun 2024 | 18:23
"Təhlükəli eskalasiya: Rusiya Ukraynada hücumunu gücləndirir və Qərbi təhdid edir" - "Politico"
HƏFTƏLİK
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
26 Jun 2024 | 09:07
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
26 Jun 2024 | 08:18
Yay bu BÜRCLƏR üçün UĞURLU olacaq: ŞANS, PUL...
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
26 Jun 2024 | 10:00
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
26 Jun 2024 | 13:55
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor
26 Jun 2024 | 15:33
İyulun 1-dən bu şüşəli eyvanlara QADAĞA QOYULACAQ
25 Jun 2024 | 18:49
Ötən gün polislər belə GÜLLƏLƏNİB - ANBAAN VİDEO
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
AYLIQ
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
11:44, Bu gün
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
30 Jun 2024 | 18:43
Türkiyədə restoranda partlayış zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb - YENİLƏNİB
30 Jun 2024 | 21:01
Avtobus və metroda sərnişindaşımanın qiyməti DƏYİŞDİ
30 Jun 2024 | 19:16
Maşın almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq
30 Jun 2024 | 18:08
Bu 3 ifadəni valideyniniz sizə desə də, SİZ ÖVLADINIZA DEMƏYİN!
30 Jun 2024 | 18:19
Dünyanın 10 ən yaxşı qapıçısı - SİYAHI
30 Jun 2024 | 20:31
Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq
30 Jun 2024 | 19:21
5,5 milyardlıq LAYİHƏ! Dünyanın ən böyük əyləncə şəhəri TİKİLİR
30 Jun 2024 | 18:23
"Təhlükəli eskalasiya: Rusiya Ukraynada hücumunu gücləndirir və Qərbi təhdid edir" - "Politico"