![Tərk edilmiş və xarabalığa dönmüş evlər, yolsuz və susuz diyar - Şamaxının bu kəndində hələ də](https://moderator.az/cphoto/670x420/2024/06/29/1719642155_c31a6ed2-3037-4824-a728-ae1003ca37a2.jpg)
“Kərkənc kəndi Şamaxının ən baxımsız 3-4 kəndlərindən biridir. Kənddə heç bir şərait yoxdur, diqqətdənkənar qalıb. Dəfələrlə bu kənddə çəkilişlər aparılsa da, nəticəsi olmayıb. 1990-cı ildən qaz çəkilib, işıq da ki bir neçə ildir bərpa olunub. Su və yol problemi ümumiyyətlə həll olunmayıb. Sakinlər illərdir bu zülmü çəkir. 37-ci ildir ki, Qərbi Azərbaycandan əhali bu kəndə köçürülüb. Su həftədə 1 dəfə verilir. 1 saat ərzində kim nə qədər su doldura bildisə, doldurur. Böyük növbələr yaranır. İnsanlar bunu nə içməyə, nə yeməyə, nə təmizliyə, nə də təsərrüfatına istifadə etməyə çatdırır. Quraqlıq yerdə suyun həftədə 1 dəfə verilməyi nə deməkdir?! İnsanlar yağış suyuna möhtacdırlar. Yağış yağan kimi kənd sakinləri balon və bankaları su ilə doldurur”.
Bunları Moderator.az-a açıqlamasında əslən Kərkənc kəndindən olan Zaur Qurbanov deyib.
O bildirib ki, kəndin problemləri bitib-tükənməzdir.
“Kənddə ümumiyyətlə yol yoxdur. Yolun “y” hərfinə belə burada rast gəlmək olmaz. Qışda bataqlıqlar olur, yayda isə ümumiyyətlə toz-torpaq əlindən hərəkət etmək çətinləşir. İlanları, digər zəhərli həşəratları hələ demirəm. Siz bir bilsəniz kənd camaatı bu yollarla necə əzab-əziyyətlə su daşıyır?! Bu boyda kənddə bir su maşını var. O su maşınının çənini də mənim babam, atam hədiyyə edib o şəxsə ki, gedib kəndi su ilə təmin etsin. O şəxs də əziyyət çəkir. 21-ci əsrin 2024-cü ilində insanlar hələ də bu zülmlərlə yaşayırlar. Dəfələrlə artezian quyusu qazmaq üçün kəndimizə gəliblər. Amma nə bələdiyyə, nə də ki bir başqa aidiyyəti üzrə şəxs çıxıb onları qarşılamayıb ki, gəlib qazsınlar. Onlar da çıxıb gedib başqa kəndlərdə artezian quyuları qazıblar. Kəndimiz xarabalığı xatırladır. Kənddə 170 yaşayış evi var idi, indi 40-50 ev ancaq qalıb. Çünki şəraitsizlikdən hamı bu kəndi tərk edir. Kənddə sanki bir boşluq var. Təkcə yaşlı, ahıl insanlar qalıb. Bilmirəm kimin marağı var ki, bu kənd inkişaf etməsin, hər şeydən geri qalsın?! Nə qəbiristanlığa gedə bilirik, nə də toya. Qəbiristanlıqda ancaq ilanlar mələşir. Normal yol olsaydı, ayağımızın altını görərdik. Heç kim ölüsünü dəfn edib, doyunca ağlaya, dərdi ilə baş-başa qala bilmir. Yol probleminə görə kəndə avtobus da gəlmir. Problemlər bunlarla bitmir. Kənddə elementar poçt və tibb məntəqəsi, market, aptek, bankomat, ödəmə terminalı belə yoxdur. İnsanlar sanki daş dövründə yaşayırlar”, - deyə sakin bildirib.
![“Əhali taksi azlığına görə maşın almalı olacaq”](https://moderator.az/photo/213x120/2024/07/01/1719829283_44.jpg)
![7-ci mərtəbədən yıxılan uşaq öldü](https://moderator.az/photo/213x120/2024/07/01/1719829181_43.jpg)
![Həbib Nurməhəmmədovun hesablarına həbs qoyuldu](https://moderator.az/photo/213x120/2024/07/01/1719828931_42.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/01/1719828786_rsvet.jpg)
![Sülhlə bağlı son şərt: Dəhliz məsələsi masaya qoyuldu - Kritik gəlişmə](https://moderator.az/photo/213x120/2024/07/01/1719828762_41.png)
![Edamdan əvvəl lüt soyundurulan admiral – bu “cəza” Hitlerin şəxsi göstərişi olub...](https://moderator.az/photo/213x120/2024/07/01/1719828568_40.jpg)
![Ermənistanın iqtisadi maxinasiyalarından bəhs edən film təqdim edilib - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/01/1719828296_39.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/01/1719828007_38.jpg)
![Türkiyə gəmilər üçün Bosfor və Çanaqqala boğazlarından keçid haqqını artırıb](https://moderator.az/photo/213x120/2024/07/01/1719827913_37.jpg)
![Azərbaycanlı alim YÜKSƏK MÜKAFATA layiq görüldü - FOTO](https://moderator.az/photo/213x120/2024/07/01/1719827677_36.jpg)
![Bu qızı görənlər polisə xəbər versin](https://moderator.az/photo/213x120/2024/07/01/1719827058_1215229.jpg)
![Mehinlə Elçin sevgilidir? - FOTO](https://moderator.az/photo/213x120/2024/07/01/1719826489_1215227.png)
![Taksilərlə bağlı qərardan sonra maşın bazarında son vəziyyət:](https://moderator.az/photo/213x120/2024/07/01/1719827039_34.jpg)
![Arda Gülerdən vida mesajı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/01/1719826795_arda_guler_1199861.jpg)
![Xızıda 18 yaşlı qız itkin düşüb - FOTO](https://moderator.az/photo/213x120/2024/07/01/1719827210_35.jpg)
![ABŞ regionda sabitlik istəyirsə, Azərbaycanın maraqlarına uyğun davranmalıdır - TƏHLİL](https://moderator.az/photo/213x120/2024/07/01/1719826372_33.jpg)
![Hərbi xidmətlə bağlı yekun tibbi müayinə bu qaydada aparılır - Nazirlik açıqladı](https://moderator.az/photo/213x120/2024/07/01/1719826332_59d5f03048f0eec13f1eae0fbbcbee18.jpg)
![Paşinyan: Ermənistanda demokratiyanın keyfiyyətindən narazıyıq](https://moderator.az/photo/213x120/2024/07/01/1719825879_f65f068d-6059-3641-ac92-39b7ab153182_850.jpg)
![“NATO Çini rəqib hesab etmir, lakin alyans Pekinin onun dəyərlərinə və maraqlarına meydan oxuduğuna inanır”](https://moderator.az/photo/213x120/2024/07/01/1719826079_b588e07b734db40b026c5eebda8e2941.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/01/1719826045_31.jpg)
![Nazir: “Bolqarıstan Azərbaycandan “yaşıl enerji”nin ixracında mühüm rol oynayacaq”](https://moderator.az/photo/213x120/2024/07/01/1719825746_f93ae743-5c44-3705-9a72-0d0a00c035c1_850.jpg)
![Kəsilmiş qarpızı xarab olmaması üçün BELƏ SAXLAYIN - MƏTBƏX SİRRİ](https://moderator.az/photo/213x120/2024/07/01/1719825707_668245018a51b668245018a51c1719813377668245018a517668245018a519.jpg)
![ƏHD Partiyasının İdarə Heyəti Ali Məclisin çağırılması barədə qərar qəbul edib](https://moderator.az/photo/213x120/2024/07/01/1719825702_30.jpg)
![Ağcabədi Peşə Məktəbində məzun günü keçirildi - FOTOLAR](https://moderator.az/photo/213x120/2024/07/01/1719825622_29.jpg)
![Əli Kərimli də Novruz ağanın qohumudur? – AXCP sədri yenə nokauta düşəcək](https://moderator.az/photo/213x120/2024/07/01/1719824850_28.jpg)
![Sabah 32 dərəcə isti olacaq](https://moderator.az/photo/213x120/2024/07/01/1719824592_27.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/01/1719824253_26.jpg)
![İranda prezident seçkilərinin ikinci turunda namizədlərin debatı başlayır](https://moderator.az/photo/213x120/2024/07/01/1719823979_25.jpg)