Bizi sosial şəbəkələrdən izləyin:
“BakuBus"-a məxsus marşrut avtobusu nasazlıq ucbatında yolda qalıb.
Moderator.az xəbər verir ki, paytaxtın Hüseyn Cavid küçəsində 10 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu sərnişinləri yarı yolda qoyub. Belə ki, avtobusun anidən tüstüləməsi texniki nasazlıq yaradıb.
Yaranan problemdən dolayı sürücü sərnişinləri düşürmək məcburiyyətində qalıb.
İnsanlar digər marşrutdan istifadə etməli olublar.
Sürücünün Moderator.az-a verdiyi məlumata görə isti hava şəraiti və fasiləsiz kondisionerin işləməsi nəqliyyat vasitəsinin zərər görməsinə səbəb olub.
Videonu teleqram kanalımızdan təqdim edirik: