Bakıda sərnişin dolu avtobus tüstülədi - ANBAAN VİDEO
Cəmiyyət
2912
21 Jun 2024 | 16:31

Bakıda sərnişin dolu avtobus tüstülədi - ANBAAN VİDEO

“BakuBus"-a məxsus marşrut avtobusu nasazlıq ucbatında yolda qalıb.
 
Moderator.az xəbər verir ki, paytaxtın Hüseyn Cavid küçəsində 10 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu sərnişinləri yarı yolda qoyub. Belə ki, avtobusun anidən tüstüləməsi texniki nasazlıq yaradıb. 
Yaranan problemdən dolayı sürücü sərnişinləri düşürmək məcburiyyətində qalıb. 
 
İnsanlar digər marşrutdan istifadə etməli olublar.
 
Sürücünün Moderator.az-a verdiyi məlumata görə  isti hava şəraiti və fasiləsiz kondisionerin  işləməsi nəqliyyat vasitəsinin zərər görməsinə səbəb olub.
 
Videonu teleqram kanalımızdan təqdim edirik: 
 

 

Link kopyalandı!
Son xəbərlər