"Təməlində mədəniyyətin dayandığı bu əlaqələr ölkələrimiz arasında birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcək""
Cəmiyyət
Oxunub: 5054
08 Jun 2024 | 14:45
Uzun tarixi bir dövrü əhatə edən Azərbaycan-qazax ədəbi əlaqələri hər iki xalqın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan və Qazaxıstanın dövlət başçılarının qardaşlığa, dostluğa, əməkdaşlığa söykənən münasibətləri təkcə ölkələrimizin sosial-iqtisadi həyatı üçün deyil, o cümlədən ədəbi-mədəni əlaqələrin yüksələn xətlə daha dinamik inkişafı üçün möhkəm bünövrə oldu.
 
Tarixə nəzərə salsaq görərik ki, Qazax və Azərbaycan xalqları arasında ictimai-siyasi müstəvidə birliyin, o cümlədən mədəni-ədəbi əlaqələrin tarixi elə bu xalqların tarixi qədər qədimdir. Bu ilişgilər əsrlərin sınağından çıxaraq bugünümüzdə daha da sıx və qapsamlı şəkildə davam etdirilir. Xalqlarımızı dərin mənəvi tellərlə bir-birinə bağlayan "Kitabi Dədə Qorqud" dastanımızı, qazaxların  “Qorqud” nəğmələrini, böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin dahi Azərbaycan klassikləri Nizami və Füzulinin yaradıcılığından faydalanmasını bu  əlaqələrin təməl daşı saymaq olar. 
 
Azərbaycanın Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Həsən bəy Zərdabi kimi maarifçi ziyalılarının yaradıcılığı ilə böyük qazax maarifçiləri Çolkan Valixanovun, İbray Altınsarinin, Abay Kunanbayevin ədəbi-bədii düşüncəsində və fəaliyyətlərində, maarifçilik baxışlarında yaxınlıqların olması ədəbi əlaqələrimizin daha dərin keçmişə söykənməsindən xəbər verir.
 
Dövlət müstəqilliyini bərpa etmiş ölkələrimiz arasında birbaşa diplomatik əlaqələr yaradıldıqdan sonra xalqlarımızın mənəvi, ədəbi ilişgiləri daha da intensiv şəkil almışdır.
 
Hazırda Qazaxıstanda iki yüz mindən çox  azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, ədəbiyyat, incəsənət, kənd təsərrüfatı və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
 
Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Sevindirici bir hadisədir ki, ərazi bütövlüyünü tamamlayan Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilmiş və qardaş ölkənin bu addımı  Azərbaycan Prezidenti və xalqı tərəfindən olduqca yüksək qiymətləndirilmişdir.
 
İki ölkənin dostluq, doğmalıq, qardaşlıq münasibətlərini sərgiləyən məqamlardan biri də Qazaxıstanda paytaxt Astananın mərkəzi küçələrindən birinin Ulu Öndər Heydər Əliyevin adını daşımasıdır. O cümlədən, Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində Ümummilli Lider Heydər Əliyevin adına Mədəniyyət Mərkəzinin açılışı bu qardaşlığın bariz nümunəsidir.
 
Azərbaycan-qazax əlaqələrinin ümumi mənzərəsini əks etdirən toplunun nəşri, Abay Kunanbayevin yeganə nəsrlə yazdığı “Əqliyyələr” əsərinin tərcüməsi, Bakı Dövlət Universitetində "Abay Kunanbayev  adına Qazax dili, tarixi və mədəniyyəti Mərkəzi"nin fəaliyyət göstərməsi,  Muxtar Auezovun "Abay" romanının,  Rollan Seysenbayevin "Dünyanın çökdüyü gün" romanınım,  Oljas Süleymenovun "Az Ya" əsərlərinin, o cümlədən "Koblandı batır" qazax xalq dastanının Ana türkcəmizə tərcüməsi və Rollan Seysenbayevin, Jambul Jabayevin, Oljas Suleymanovun,  A.Alimjanovun yubileylərinin Azərbaycanda dövlət  səviyyəsində qeyd edilməsi, onların yaradıcılığına həsr edilmiş elmi sessiyaların keçirilməsi, kitablarının nəşr edilib Azərbaycan oxucusuna çatdırılması bu bağların get-gedə daha da möhkəmləndirilməsindən xəbər verir.
 
Ötən əsrin 90-cı illərindən başlayaraq, hər iki ölkənin mədəni siyasətinin tərkib hissəsi kimi diqqət yetirilən ədəbi əlaqələr bu günümüzdə yüksələn xətlə inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstanın əvvəki prezidenti Nursultan Nazarbayevin, hazırkı prezident Qasım Comərd Tokayevin, eləcə də hər iki dost ölkəni təmsil edən yüksək tərkibli nümayəndə heyətlərinin dövlətlərarası bütün müttəfiqliklərlə yanaşı qarşılıqlı olaraq Azərbaycan və qazax ədəbiyyatına da diqqət göstərdikləri ürəkaçan bir həqiqətdir. Ümummilli lider Heydər Əliyevin “Oljas təkcə qazaxlara deyil, bütün türk xalqlarının ədəbiyyatına gərəkli şəxsiyyətdir” kəlamı bu gün Qazaxıstanda böyük fəxrlə səsləndirilir. Oljas Süleymenov isə ulu öndərlə dostluq əlaqələrinin olduğunu daima xatırlayaraq “Bu dostluğu indi də öz qəlbimdə daşıyıram” - deyə, mərhum prezidenti rəhmətlə yad edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə görkəmli qazax mütəfəkkiri Oljas Süleymenovun “Şöhrət” ordeni, daha sonra “Dostluq” ordeni ilə təltif edilməsi,  Qazax ədiblərinin Azərbaycan türkcəsinə tərcümə olunması ilə bağlı dövlət sərəncamının verilməsi, Astanada keçirilən "Böyük çöl" Beynəlxalq Humanitar Forumunun nəticələrinin bu günümüzdə xalqlarımız arasında ədəbi münasibətlərin inkişafına təkan verdiyini müşahidə etməkdəyik. 
 
Günümüzdə hər iki ölkədə fəaliyyət göstərən diplomatik qurumların - səfirliklərin mədəni-ictimai münasibətlərə qazandırdığı dəyər ölçüyəgəlməz dərəcədə böyükdür.
Bu mənada, Qazax səfirliyinin Azərbaycandakı fəaliyyətini, mədəni tərəqqiyə yönəlik istiqamətdə gördüyü işləri,  xüsusilə hörmətli səfir Alim Bayelin Azərbaycan türkcəsini dərindən mənimsəməsi və  qatıldığı toplantılarda  Azərbaycan dilində danışmasını, səfirliyin rəsmi yazışmalarını Azərbaycan türkcəsində aparmasını yüksək dəyərləndiririk.
 
Prof.dr.  Aktotı xanım Raimkulovanın rəhbərliyi ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərin ölkələrimizin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, musiqisi arasında mənəvi körpü olduğunu hər zaman böyük rəğbətlə təqdirəlayiq qiymətləndiririk. 
 
Bu günlərdə biz də  "Mahmud Kaşğarlı adına Beynəlxalq Fond"un layihəsi olaraq çağdaş  Qazax ədəbiyyatının görkəmli nümayəndələrindən olan, istedadlı şair,  Qazaxıstan Dövlət Mükafatı laureatı Uluqbəy Esdövlətin  və Qazaxıstanın əməkdar mədəniyyət xadimi, Uluslararası "Alaş" mükafatı laureatı Dövlətgərəy Kapoğlunun şeirlər kitablarını nəşrə hazırlamaqla ölkələrimiz, xalqlarımız və ədəbiyyatlarımız arasındakı mədəni əlaqələrə öz töhfəmizi verməyə çalışdıq. Ümidvarıq ki, təməlində mədəniyyətin dayandığı bu əlaqələr ölkələrimiz arasında qardaşlıq, birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
 
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, fəlsəfə doktoru
Oxşar xəbərlər
08 Sep 2024 | 23:39
Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
08 Sep 2024 | 23:37
Toya getmişdi, cənazəsi gəldi - FOTO
08 Sep 2024 | 23:26
Nigeriyada azı 48 nəfər yol qəzasında yanaraq ölüb
08 Sep 2024 | 23:22
Azərbaycanda küçədə bıçaqlanma: ANBAAN GÖRÜNTÜLƏR
08 Sep 2024 | 23:21
Bu şəhərdə göyərçinlərə dən atanlar 12,8 min dollar CƏRİMƏLƏNİR
08 Sep 2024 | 23:20
İnterpol niyə bu azərbaycanlıları axtarışa verib: Qətl, oğurluq, terror, zorlama - Aralarında qadın da var
08 Sep 2024 | 23:14
"Mən ikinci Vaqif Gərayzadəyəm" - Müğənnidən ŞOK SÖZLƏR
08 Sep 2024 | 23:01
"Avropa İttifaqı və ABŞ imperiyasının sonu çatıb" - "Haber7"
08 Sep 2024 | 22:57
Türkiyədə FACİƏ! 4 hərbçi HƏLAK OLDU
08 Sep 2024 | 21:45
Tələbələr ən çox bu səbəblərdən universitetdən xaric olunur
08 Sep 2024 | 21:40
Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı - VİDEO
08 Sep 2024 | 21:00
“Türkiyədə amerikalıların başına torba keçirilməsinin səbəbi...” - SENSASİON İDDİALAR
08 Sep 2024 | 20:43
"Ukrayna və Yaxın Şərqdə müharibələrin günahkarı kollektiv Qərbdir" - İranın Rusiyadakı səfiri
08 Sep 2024 | 20:16
KVN-nin əfsanəvi aparıcısı Aleksandr Maslyakov vəfat edib
08 Sep 2024 | 20:15
"Putini kim devirə bilər?" - ABŞ ordusunun sabiq komandanı
08 Sep 2024 | 20:09
Sabunçu Tibb Mərkəzinin yaxınlığında YANĞIN: Yolda tıxac yarandı
08 Sep 2024 | 19:34
Paris 2024: Azərbaycan medal sıralamasında neçənci yeri tutub?
08 Sep 2024 | 19:16
İranda avtobus qəzası: Azı 55 nəfər xəsarət alıb
08 Sep 2024 | 19:12
"Bu vərdişlər həyatınızı 24 il uzadacaq" - Araşdırma
08 Sep 2024 | 18:53
Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI
08 Sep 2024 | 18:52
Kəlbəcər sakini təzyiqə məruz qalıb? - RƏSMİ AÇIQLAMA
08 Sep 2024 | 18:48
Sosial şəbəkələri boykot edə bilərikmi?
08 Sep 2024 | 18:46
Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək
08 Sep 2024 | 18:35
"Almaniyanın vasitəçiliyi ilə Putinlə danışıqlara getmək olar" - ukraynalı diplomat
08 Sep 2024 | 18:28
SON DƏQİQƏ: Tanınmış ürək cərrahı vəfat etdi - FOTO
08 Sep 2024 | 18:22
"Ukraynalı hərbçilər yeni "əjdaha-dronlar"dan istifadə etməyə başlayıb" - CNN
08 Sep 2024 | 18:07
AzTV- də dəyişiklik - VİDEO
08 Sep 2024 | 17:41
Dəhşətli istilərlə bağlı xəbərdarlıq: Dağıdıcı olacaq...
08 Sep 2024 | 17:35
Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki
08 Sep 2024 | 17:32
Ermənistan Ukraynaya silah-sursat satır - İddia
08 Sep 2024 | 17:27
Qəzzada ölənlərin sayı 40 mini keçdi
08 Sep 2024 | 17:23
"Putin Ukraynanın suverenliyi və müstəqilliyini məhv edə bilməyəcək" - ABŞ və Britaniya kəşfiyyatı
08 Sep 2024 | 17:18
Dünyanın ilk trilyoneri peyda ola bilər
08 Sep 2024 | 17:18
Güzəştli ipoteka hərbçilərə necə və hansı şəkildə veriləcək?-DETALLAR 
08 Sep 2024 | 17:16
Azərbaycanda EVDƏ YANĞIN: azyaşlı xəsarət alıb
08 Sep 2024 | 17:15
İranlı deputat Rusiyaya ballistik raketlər və PUA-ların tədarükünü təsdiqlədi - SENSASİYA
08 Sep 2024 | 17:12
İranlı diplomatdan MÜHARİBƏ AÇIQLAMASI: “Qərb dövlətləri Ermənistana kömək edəcək və...”
08 Sep 2024 | 17:10
Məşhur idmançı faciəvi şəkildə vəfat etdi - FOTO
08 Sep 2024 | 17:08
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
08 Sep 2024 | 16:55
Sabahdan Bakının mərkəzi 9 günlük BAĞLANIR
08 Sep 2024 | 16:54
İrana getmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar SƏRTLƏŞDİRİLDİ
08 Sep 2024 | 16:52
Bayden hakimiyyəti dövrünün 40 faizini tətillərdə keçirib
08 Sep 2024 | 16:50
Üzüm yığarkən ölən ər və arvadın FOTOSU
08 Sep 2024 | 15:47
Dondurulmuş ətlərə möhtac qala bilərik: İstehsalın azalma səbəbləri
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 15:21
"İsrailin dövlət terrorçuluğuna müqavimət milli məsələdir" - Ərdoğan
08 Sep 2024 | 14:58
“Çılğın itləri insanları, səbirliləri isə mina axtarmağa göndəririk” -Sektor müdiri xüsusi təyinatlı hərbi hissədən danışdı
08 Sep 2024 | 14:57
Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb
08 Sep 2024 | 14:52
Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib
08 Sep 2024 | 14:51
İsrail HƏMAS-ın təhlükəsizlik qüvvələrinin rəis müavinini məhv etdi
08 Sep 2024 | 14:35
KTMT-nin kəşfiyyat təlimi başladı, Ermənistan qatılmadı
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 13:16
“Yaşayış şəraitimin yaxşılaşdırılması ilə bağlı müraciət etmişəm...” - Əməkdar artist-müsahibə+özəl
08 Sep 2024 | 12:53
"Azərbaycanın savadlılıq səviyyəsi bir çox ölkələrdən xeyli yuxarıdır" - Kamran Əsədov
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 12:44
Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
08 Sep 2024 | 12:37
"O, heç vaxt könüllü olaraq öz postunu tərk etməyəcək" - Tixanovskaya
08 Sep 2024 | 12:34
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
08 Sep 2024 | 12:26
Klintondan Kamalaya qeyri-adi məsləhət: "Trampı debatda belə çaşdıra bilərsən..."
08 Sep 2024 | 12:16
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış yağacaq
08 Sep 2024 | 12:10
“Qazancım haqda soruşmayın..”- Amerikada biznesi batan Elariz Məmmədoğlu yeni işə başlayır?-AÇIQLAMA+ÖZƏL
08 Sep 2024 | 12:05
Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?
08 Sep 2024 | 11:54
ABŞ-də atışma zamanı beş nəfər yaralanıb
08 Sep 2024 | 11:44
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
08 Sep 2024 | 11:28
"Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır"- Prezident
08 Sep 2024 | 11:23
Hansı müğənninin başında bit var? – QALMAQAL
08 Sep 2024 | 11:15
SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
08 Sep 2024 | 11:00
Uğurlu bir dövr başlayır - Yaxın gələcəkdə bu bürclərin bəxti gətirəcək
08 Sep 2024 | 10:52
Aeroportdan şəhərə hərəkət istiqaməti dəyişdiriləcək
08 Sep 2024 | 10:41
Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
08 Sep 2024 | 10:33
Bakıda şadlıq evində yanğın olub
08 Sep 2024 | 10:22
Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülüb
08 Sep 2024 | 10:10
Bu gün 500-dək şagird üçün əlavə imtahan keçiriləcək
08 Sep 2024 | 10:02
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinal görüşünə çıxacaq
08 Sep 2024 | 09:54
Ermənistanda bir polisi öldürən, digərini yaralayan şəxs yaxalanıb
08 Sep 2024 | 09:43
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08 Sep 2024 | 09:35
Bəzi dağlıq ərazilərdə yağış yağıb – FAKTİKİ HAVA
08 Sep 2024 | 09:23
Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək
08 Sep 2024 | 09:16
Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
08 Sep 2024 | 09:08
Bakıda 14 yaşlı qızı avtomobil vuraraq ağır xəsarət yetirib
08 Sep 2024 | 08:58
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 08:04
Ekspert ölüm qorxusu ilə mübarizə aparmağın yollarını AÇIQLADI 
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 07:35
“Titanik”in məşhur mahnısının müəllifi VƏFAT ETDİ
08 Sep 2024 | 07:21
Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
07 Sep 2024 | 23:20
ABŞ Rusiyaya zərbə endirməyə icazə vermədi
07 Sep 2024 | 23:12
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
07 Sep 2024 | 23:11
Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir
07 Sep 2024 | 22:56
Həmin parkinq qanunsuz imiş - Rəsmi açıqlama
07 Sep 2024 | 22:48
Zelenski Ukrayna ilə bağlı yeni plan hazırlayır
07 Sep 2024 | 22:40
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb
07 Sep 2024 | 22:32
Masanın üstündəki xərçəngin iki mənbəyi
07 Sep 2024 | 22:26
Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı
07 Sep 2024 | 22:18
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq - VİDEO
GÜNLÜK
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
HƏFTƏLİK
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
03 Sep 2024 | 01:58
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
AYLIQ
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI