Əmək və sosial siyasət komitəsinin iclasında bu məsələlər müzakirə olundu - DETALLAR + FOTO
Cəmiyyət
Oxunub: 3383
03 Jun 2024 | 18:05
Əmək və sosial siyasət komitəsinin iclasında bu məsələlər müzakirə olundu - DETALLAR + FOTO
İyunun 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.
 
Moderator.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.
 
Komitənin sədri Musa Quliyev diqqətə çatdırıb ki, gündəliyə 2 məsələ daxil edilib.
 
İclasda, əvvəlcə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb. Qanun layihəsinin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu diqqətə çatdıran Komitə sədri deyib ki, bu gün yeni rəqəmsal texnologiyaların, xüsusilə süni intellektin surətlə inkişafı fonunda bir sıra peşələrin sıradan çıxması, yenilərinin əmək bazarına daxil olması, həmçinin əhalinin məşğulluğu və işsizlik problemləri bütün dövlətlərin və cəmiyyətlərin qarşısında duran əsas problemlərdəndir.
 
Untitled (3)-39.jpg (296 KB)
 
Ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsinin sosial müdafiə siyasətinin tərkib hissəsi kimi daim ölkə Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayan Musa Quliyev, təklif olunan dəyişikliklər barədə məlumat verib, bu dəyişikliklərin sosial müdafiəyə ən çox ehtiyacı olan şəxslərin məşğulluq imkanlarının daha da genişləndirilməsi, bu sahədə mövcud olan hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıdığını bildirib. Həmçinin qeyd olunub ki, dəyişikliklər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədilə vəsaitlərin ayrılmasını da nəzərdə tutur.
 
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. O, 2018-ci ilin iyun ayında qəbul edilmiş “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun məşğulluq sahəsində bir sıra mütərəqqi və zamanın təxirəsalınmaz sosial tələblərindən irəli gələn normaları təsbit etdiyini, ötən 6 il ərzində bütövlükdə 56 adda dəyişikliyi özündə ehtiva edən 14 qanun layihəsinin müntəzəm ardıcıllıqla parlament tərəfindən qəbul edildiyini bildirib.
 
Təqdim olunan qanun layihəsində 2 maddə üzrə nəzərdə tutulan mahiyyət xarakterli dəyişikliklər barədə danışan şöbə müdiri bildirib ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə hər il üçün təsdiqlənən İşsizlikdən Sığorta Fondunun büdcəsində məqsədli proqramların həyata keçirilməsi, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədi ilə vəsaitlər ayrılır. Bununla belə, “Məşğulluq haqqında” Qanunda sözügedən tədbirlərin təşkili qaydaları ilə bağlı müvafiq tənzimləmə yoxdur.
 
Untitled (2)-42.jpg (279 KB)
 
Qeyd olunub ki, təqdim edilən qanun layihəsində də məhz sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi ilə bağlı müddəalar öz əksini tapmışdır.
 
Əhalinin məşğulluğu ilə bağlı görülən işlərdən danışan Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkə başçısı tərəfindən təsdiq olunmuş Məşğulluq və Sosial-iqtisadi inkişaf Strategiyalarının icrasından söz açıb, bu sahədə həyata keçirilən müxtəlif proqramların əhəmiyyətini qeyd edib. O, son illər ərzində qəbul olunmuş “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” mühüm qanunların işsizlikdən sığorta mexanizmlərinin tətbiqini, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılmasını, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizmlərinin formalaşdırılmasını, həmçinin məşğulluq xidmətlərinin yeni modelinin tətbiq edilməsini təmin etdiyini deyib.
 
Nazir müavini bildirib ki, nazirliyin Mərkəzləşmiş Elektron İnformasiya sistemində Məşğulluq altsistemi və Vakansiya bankı fəaliyyət göstərir və bu sahədə göstərilən bütün xidmətlər elektronlaşdırılıb.
 
Diqqətə çatdırılıb ki, son altı ildə həyata keçirilmiş islahatlar nəticəsində 545 min şəxs işlə təmin olunub, 131 mindən artıq şəxsin haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluğuna nail olunub, 80 minə yaxın şəxsin özünüməşğulluq proqramlarına cəlb olunması təmin edilib.
 
Untitled (1)-46.jpg (255 KB)
 
İndiyədək 27 mindən çox şəxsin peşə hazırlığı keçdiyini deyən nazir müavini, bu gün 130-a yaxın peşə hazırlığı mərkəzləri ilə əməkdaşlığın həyata keçirildiyini, həmçinin ölkə üzrə nazirliyin tabeliyində olan mərkəzlərin sayının 10-a çatdırılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd olunub ki, təqaüd xərclərinin optimallaşdırılması hər il əlavə 10 min şəxsin peşə hazırlığına cəlb olunmasına şərait yaradacaq.
 
Diqqətə çatdırılıb ki, hər iki dəyişiklik sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək bazarına çıxışını artırmaq məqsədi daşıyır. Təqdim olunan dəyişikliklər qəbul olunacağı təqdirdə il ərzində əlavə olaraq 15 minə yaxın işsiz və iş axtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması təmin edilə bilər.
 
Sonra gündəlikdə duran növbəti məsələ barədə danışan Komitə sədri Musa Quliyev bildirib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda komitənin müzakirəsinə çıxarılıb. Qanun layihəsinin Milli Məclisdə səsə qoyularaq ikinci oxunuşda qəbul edildiyi diqqətə çatdıran Komitə sədri deyib ki, qanun layihəsi ilə bağlı Komitəyə heç bir təklif daxil olmamışdır.
 
Müzakirələrdə komitənin sədr müavini Məlahət İbrahimqizi, üzvləri Vüqar Bayramov, Aqil Məmmədov, Jalə Əliyeva, Ziyad Səmədzadə, Sevinc Hüseynova, Əziz Ələkbərov və Rauf Əliyev təqdim olunan qanun layihələri ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.
 
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, sualları cavablandırıblar.
 
Müzakirəyə çıxarılan qanun layihələrinin hər ikisi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
 
Tədbirdə komitənin üzvü İlham Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev iştirak ediblər.​
 
Oxşar xəbərlər
16:12, Bu gün
Sərnişinlərin NƏZƏRİNƏ! 300-dən çox avtobus bu prospektə daxil olmayacaq
16:06, Bu gün
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi - Həbs olundu
15:59, Bu gün
"Dünya alovunu söndürmək hələ ki, mümkündür..."
15:56, Bu gün
Dünya Universitetləri sıralamasında Azərbaycanın adı niyə yoxdu? -DETALLAR
15:51, Bu gün
Bərdədə yaşayan kəlbəcərlilər təbiətin qorunması layihəsinə cəlb edildi - FOTO
15:46, Bu gün
TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək
15:39, Bu gün
“Atlant” sahibinin həbsi üçün zərərçəkənlər AYAĞA QALXDI
15:33, Bu gün
Hidayətin xanımı tanınmış sima imiş - FOTO
15:28, Bu gün
Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşdü - YENİLƏNİB
15:22, Bu gün
“Ermənistan üçüncü müharibəyə hazırlaşır” - Polkovnikdən XƏBƏRDARLIQ
15:16, Bu gün
"Mehriban Əliyeva 3 geyimini mənə bağışladı"
15:11, Bu gün
Daşınmaz əmlak sektorunda kəskin bahalaşmanın SƏBƏBLƏRİ AÇIQLANDI
15:06, Bu gün
Dilənçilərə qarşı əməliyyat: Gündəlik qazancları heyrətə gətirdi - FOTO
15:00, Bu gün
"Bayden ABŞ prezidentləri üçün immunitetləri məhdudlaşdırmağı planlaşdırır" - "The Washington Post"
14:54, Bu gün
SON DƏQİQƏ! Bakıda TOYLAR TƏXİRƏ SALINIR – Bu tarixdən…
14:47, Bu gün
“Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək
14:41, Bu gün
Mir Cəlal Paşayevin adını daşıyan məktəbdə QALMAQAL: Direktor müəllimi işdən niyə çıxarıb? – ŞİKAYƏT + FOTOLAR
14:34, Bu gün
Şuşaya köçən ailələrə yeni mənzillərinin açarları təqdim olundu
14:28, Bu gün
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
14:22, Bu gün
Qatardan istifadə edənlərin NƏZƏRİNƏ! - 3-4 avqust tarixlərində... 
14:16, Bu gün
Gənc oğlan sevdiyi qıza yuxu dərmanı verdi, cinsi əlaqədə oldu, sonra isə... – TƏFƏRRÜAT
14:14, Bu gün
Millət vəkili, yoxsa zillət vəkili?..
14:10, Bu gün
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olundu - FOTO
14:07, Bu gün
İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu - FOTOLAR
14:01, Bu gün
Bu 3 bürc sevgilisindən ayrılacaq: Özləri də nə baş verdiyini anlamayacaqlar
13:56, Bu gün
Roza Zərgərli: "Kişilər var ki, ona münasibət..."
13:50, Bu gün
Əli Əsədov İrana getdi - FOTO
13:46, Bu gün
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
13:42, Bu gün
Qalibdən ilk paylaşım - FOTO
13:39, Bu gün
"Sevgili olsaydıq, heç olmasa birotaqlı ev alardı mənə..."
13:33, Bu gün
"Makron İranın yeni prezidenti qarşısında beş tələb irəli sürüb" - "Reuters"
13:28, Bu gün
Elnur Məmmədli: “Həmin vaxtdan sonra ilk dəfə ağladım”
13:24, Bu gün
Sovet liderinin almanlara əsir düşən oğlu – Xruşov nə onu, nə də ailəsini qoruya bilib
13:18, Bu gün
Azərbaycanda Torpaq Məcəlləsi DƏYİŞDİ
13:13, Bu gün
Qusarda ata oğlunu güllələdi - YENİLƏNİB
13:08, Bu gün
Sabah 35 dərəcə isti olacaq
13:03, Bu gün
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
12:58, Bu gün
Peşəkar Futbol Liqasının yeni himni hazırlandı - VİDEO
12:53, Bu gün
Ermənistan ilk dəfə bu ölkəyə səfir təyin etdi - FOTO
12:47, Bu gün
Aqil Abbas geri çəkildi? - Özü açıqladı
12:40, Bu gün
Paris-2024: Azərbaycan avarçəkəni 1/4 final mərhələsində mübarizəni dayandırdı - FOTO
12:27, Bu gün
Gövhər Rzayevanın qoluna mil taxılıb
12:21, Bu gün
Rasim Balayev: "Şortik geyinmək istəyərəm, amma..." - VİDEO
12:15, Bu gün
Dişlərini yumayan kişilərə XƏBƏRDARLIQ: Arvada bu qədər cərimə ödəyəcəksiniz
12:10, Bu gün
Hidayət Heydərovdan Elnur Məmmədli ilə bağlı paylaşım – VİDEO
12:05, Bu gün
“Sevincdən ağladım, Hidayəti gələndə də təbrik edəcəyəm” - İlk Olimpiya çempionu Zemfira Meftahətdinova - ÖZƏL+FOTO
12:00, Bu gün
Fransanın daha bir RƏZİLLİYİ: Məktəblərdən başlayan SƏRXOŞLUQ... - ŞOK DETALLAR
11:56, Bu gün
Qərbi Azərbaycan İcması BƏYANAT yaydı
11:52, Bu gün
"Babadağ" ziyarətgahında itkin düşənlər tapıldı
11:48, Bu gün
Binəqədidə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO
11:44, Bu gün
İlham Əliyev Mərakeş Kralını təbrik etdi
11:40, Bu gün
Ağadadaş Ağayevin balta ilə hücum etdiyi mühafizəçi: "Mənə dedi ki, ermənidən əmələ gələn..." - VİDEO
11:36, Bu gün
Hər hansı bir bəyanat imzalamaqla yox, icra etməklə nəticə əldə etməliyik - COP29-un prezidenti
11:31, Bu gün
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
11:28, Bu gün
“Evinin yanıdır da, bəlkə elə baltanı ağacı budamaq üçün götürüb?”-Sənətkarın qohumu-ÖZƏL
11:20, Bu gün
Boğulmaların artmasına səbəb Xəzərdəki zəlzələlərdir?-baş seysmoloq AÇIQLADI+ÖZƏL
11:14, Bu gün
Müdafiə Nazirliyinin bölmə müdiri HƏBS OLUNDU
11:08, Bu gün
Ağadadaş Ağayevin balta atdığı gözətçi CANLI YAYNDA VİDEO
11:00, Bu gün
Xızıda istirahət mərkəzində yanğın olub
10:55, Bu gün
Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb
10:52, Bu gün
İsveçrədə qatarların 92,5%-i, Almaniyada isə cəmi 64%-i təyinat yerinə vaxtında çatır...
10:50, Bu gün
Hidayət Heydərov Olimpiya kəndində belə qarşılandı - VİDEO
10:47, Bu gün
“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutdu - FOTO
10:45, Bu gün
Tramp Paris 2024-ün açılış mərasimini biabırçılıq adlandırdı
10:40, Bu gün
Bakıda gənc oğlan 2 nəfəri bıçaqladı
10:35, Bu gün
Bakının bağlanan məşhur bazarı açılır
10:30, Bu gün
“Can dərmanı” adlandırılan qarpızın 1001 faydası
10:29, Bu gün
TƏBİB “Sağlam həyat - sağlam həyət” layihəsinə başlayıb
10:25, Bu gün
İlk dəfə iyulun 29-da: 2931 gündən sonra
10:20, Bu gün
Qaxda azyaşlı cüclərin suyunu içib zəhərləndi
10:15, Bu gün
Ən çox sevilən bürclər - Hamı onlara heyran olur
10:10, Bu gün
Çay içməyin MƏNFİ TƏSİRLƏRİ: Bunu çox az adam bilir
10:05, Bu gün
Paris-2024: Azərbaycan idmançısının iştirak edəcəyi yarış təxirə salınıb
10:00, Bu gün
Paşinyan İrana gedir
09:55, Bu gün
Kənd sakini özünü asdı
09:51, Bu gün
Hidayət Heydərov Bakıda belə qarşılandı - VİDEO
09:50, Bu gün
Şuşanın 10 yaşlı sakini: Valideynlərim deyirdilər ki, biz mütləq yurdumuza qayıdacağıq
09:45, Bu gün
Bakının mərkəzi qazsız qalacaq
09:40, Bu gün
Bakıda FACİƏ: 17 yaşlı gənci “tok” vurub öldürdü
09:35, Bu gün
Sumqayıt Tibb Mərkəzində yeni təyinat olub
09:30, Bu gün
Paris-2024: Dördüncü günün GÜNDƏLİYİ
09:25, Bu gün
Rus ekspert: Ərdoğanın İsrailə bağlı dedikləri...
09:20, Bu gün
“Dünyanın ən xoşbəxt bacısıyam”
09:15, Bu gün
Fransızlar himnimizi ayaqüstə alqışladılar - Hüseynzadə
09:10, Bu gün
Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
09:05, Bu gün
Yuxu üçün "qızıl saat": Nə vaxt yatmalıyıq?
09:00, Bu gün
Ali təhsili olmayan milyarderlər
08:57, Bu gün
Rusiyada miqrantlar hərbi müqavilə imzalamaq üçün ac saxlanılır və döyülür...-"ISW"
08:55, Bu gün
"Bütün bunların Fransada baş verməsi tamam fərqli və qürurverici anlar idi"
08:45, Bu gün
Kişilər hansı qadınları əsla tərk etmir- Özünü sevən, baxımlı...
08:39, Bu gün
Bİr insanı daha yaxşı tanımaq üçün verə biləcəyiniz 30 sual 
08:30, Bu gün
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:25, Bu gün
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
08:18, Bu gün
Hidayət Heydərovun yeni yaşındakı ilk uğuru – VİDEO
08:12, Bu gün
Tikinti materialları bahalaşıb – VİDEO
08:06, Bu gün
YouTube reklam bloklayıcılarını belə cəzalandırır
08:00, Bu gün
Avropaya səyahət üçün ən ucuz 10 ölkə
07:51, Bu gün
Hidayət Heydərov ustadına təşəkkür etdi: “Biz tarixik!”
07:46, Bu gün
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
07:44, Bu gün
"İsrailin müdafiə dairələri Ərdoğanın təhdidlərini ciddi qəbul edirlər..."-"İsrael Hayom"
GÜNLÜK
06:45, Bu gün
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
29 Jul 2024 | 16:42
Payız vaxtından əvvəl gələcək: GƏLƏN HƏFTƏ...
29 Jul 2024 | 20:25
“1 dənə qaldı...”- Hidayətin ailəsinin sevinci
29 Jul 2024 | 16:39
Bu şampunlar saçınızı məhv edir- Pantene, Clean Line, Schuma... - ŞOK İDDİA 
29 Jul 2024 | 19:16
Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..
29 Jul 2024 | 17:30
Qıt payız gəlir - Bu məhsullar bahalaşacaq
29 Jul 2024 | 16:30
Ekspert DYP-yə müraciət etdi: " Hansı vətəndaş texniki baxışın vaxtını xatırlayır?"
29 Jul 2024 | 20:46
Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu oldu! - VİDEO
29 Jul 2024 | 17:10
“Badminton Federasiyası Paris-2024-ə "turist" aparıb”- ŞOK İDDİA
29 Jul 2024 | 20:14
Kapital bank niyə susur?
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
AYLIQ
06:45, Bu gün
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
29 Jul 2024 | 16:42
Payız vaxtından əvvəl gələcək: GƏLƏN HƏFTƏ...
29 Jul 2024 | 20:25
“1 dənə qaldı...”- Hidayətin ailəsinin sevinci
29 Jul 2024 | 16:39
Bu şampunlar saçınızı məhv edir- Pantene, Clean Line, Schuma... - ŞOK İDDİA 
29 Jul 2024 | 19:16
Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..
29 Jul 2024 | 17:30
Qıt payız gəlir - Bu məhsullar bahalaşacaq
29 Jul 2024 | 16:30
Ekspert DYP-yə müraciət etdi: " Hansı vətəndaş texniki baxışın vaxtını xatırlayır?"
29 Jul 2024 | 20:46
Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu oldu! - VİDEO
29 Jul 2024 | 17:10
“Badminton Federasiyası Paris-2024-ə "turist" aparıb”- ŞOK İDDİA
29 Jul 2024 | 20:14
Kapital bank niyə susur?