Müdafiə Nazirliyinin iki hərbçisi HƏBS EDİLDİ
Cəmiyyət
4647
03 Jun 2024 | 11:20

Müdafiə Nazirliyinin iki hərbçisi HƏBS EDİLDİ

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəməyə görə daha iki hərbçi həbs edilib.
 
N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu və Cəbrayıl Orucov dövlətə dəymiş ziyanı ödəmədikləri üçün barələrində tədbir görülüb.
 
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında C.Orucov və V.Novruzlu haqda həbs qətimkan tədbiri seçilib.
 
Təqsirləndirilən kapitanın işi üzrə dövlətə 300 min manat ziyan dəyib.
 
Qeyd edək ki, Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəməyə görə nazirliyin Maliyyə-Büdcə İdarəsinin rəisi general-mayor Nixami Məmmədov və daha bir neçə zabit həbs edilib.
Link kopyalandı!
Son xəbərlər