Bizi sosial şəbəkələrdən izləyin:
İşğaldan azad edilmiş Kəlbəcərdə infrastruktur işləri aparılır.
Baku TV işğaldan azad edilmiş Kəlbəcərdən reportaj hazırlayıb.
Reportajda füsunkar təbiəti, gözoxşayan dağları və tarixi memarlıq abidələri ilə zəngin olan Kəlbəcərdə yenidənqurma işlərinin son vəziyyətindən bəhs olunub.
Qeyd edilib ki, burada yol infrastrukturu ilə bağlı görülən ən böyük işlərdən biri Toğana-Kəlbəcər avtomobil yolu üzərində yerləşən Murovdağ tunelidir.
Uzunluğu 12 km-ə yaxın olan bu tunelin artıq 9 km-lik hissəsində işlər görülərək yekunlaşdırılıb, qalan işlər isə sürətlə davam etdirilir.
O da vurğulanıb ki, yenidənqurma işləri çərçivəsində Kəlbəcərdə görülən əsas işlərdən biri də su elektrik stansiyalarının tikintisidir. Elə bunun məntiqi nəticəsidir ki, artıq altı SES tikilərək istifadəyə verilib, dördündə isə tikinti işləri yekunlaşmaq üzrədir.
Ətraflı reportajı təqdim edirik: