Azərbaycanda universitet üçün bina tikiləcək
2374
30 May 2024 | 12:28

Azərbaycanda universitet üçün bina tikiləcək

Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binası inşa olunacaq.
 
Moderator.az xəbər verir ki, inşası planlaşdırılan yeni bina H.Z.Tağıyev küçəsi, 118 ünvanında yerləşəcək.
 
LDU-nun həmin ünvanda yerləşən yataqxana və tədris binasının həyətində tikiləcək 5 mərtəbəli yeni tədris binasının layihə smeta sənədlərinin hazırlanmasına başlanılıb.
 
Qeyd edək ki, ali məktəbin H.Aslanov 50 ünvanında da əlavə binasının tikintisi ilə bağlı hazırlıq işləri paralel olaraq davam etdirilir. Tikintisi planlaşdırılan bu bina isə 2 mərtəbəli olacaq. /İqtisadiyyat.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər