Cəmiyyət
2376
29 May 2024 | 20:59

"Turan" etno-folklor ansamlından Azərbaycanın Müstəqillik gününə töhfə... -VİDEO

Mayın 28-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın dünya şöhrətli "Turan" etno-folklor ansamblının möhtəşəm konsert proqramı keçirildi.
 
Türk Mədəniyyəti və İrsi Fondunun və Qazaxıstanın Roza Bağlanova adına "Qazaxkonsert" Dövlət Akademik Konsert Təşkilatının dəstəyi ilə gerçəkləşən konsert Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuşdu.
 
Konsertdə "Türk mədəniyyətinin təmsilçisi" fəxri titulunu daşıyan "Turan" ansamblının repertuarından kompozisiyalar, eyni zamanda təqdimatı bu ilin fevral ayında keçirilən “Tamyr” beşinci yubiley albomundan əsərlər təqdim olundu. 
 
Konsertin xüsusi dəvətlisi olan, Milli Məclisin deputatı Cavanşir Feyziyevin qeyd etdiyi kimi, "Repertuarına  türklük ruhunu, Turan sevdasını əks etdirən əsrarəngiz mahnılar daxil etməsi və konserti Azərbaycanın Müstəqillik gününə ərməğan etməsi ansamblın çıxışının konsertdə iştirak edən bütün izləyicilər tərəfindən olduqca böyük rəğbət və coşqu ilə qarşılanmasına səbəb oldu. Sevindirici haldır ki, professor Aktotı xanım Raimkulovanın əsasını qoyduğu, yaradıcı bədii rəhbəri olduğu "Turan" etno-folklor ansamblı bu gün qeyri-adi səs tembrinə və ecazkar istedada malik qazax gəncləri - Serik Nurmoldayev, Abzal Arıkbayev, Ərjiqit Əliyev, Bauırjan Bekmuxanbetov, Maksat Medubekin timsalında  Türklüyün səsini bütün dünyaya çatdırırlar, - deyə millət vəkili vurğulayıb.
 

 

Link kopyalandı!
Son xəbərlər