![](https://moderator.az/cphoto/670x420/2024/05/29/1716985805_68.jpg)
Ənənəvi olaraq, sərfəli operator kimi tanınan "Nar" sosial layihələri ilə də cəmiyyətə töhfə verməyə davam edir. Bu layihələr sırasında inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülən jestdili.az elektron jest dili lüğəti xüsusi önəm daşıyır.
"Nar"ın dəstəyi ilə ADA Universitetinin tələbələrinin bu ilin əvvəlində yenilədiyi saytda son üç ayın nəticələrinə əsasən istifadəçi sayı ikiqat artıb. Daha bir statistik göstəriciyə görə isə saytda ən çox axtarılan ifadələr "salam", "ata" və "ana" sözləridir. Sayta marağın artmasının səbəblərindən biri universitetin tələbələrinin təşəbbüsü ilə istifadəçi rahatlığını təmin etmək üçün saytın interfeysinin, dizaynının və axtarış sisteminin təkmilləşdirilməsi və bir çox digər funksiyalarla zənginləşdirilməsidir.
Layihənin digər tərəfdaşı olan "Karlara Dəstək" İctimai Birliyinin sədri Kamran Abasov Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verən resursun yalnız eşitmə və nitq məhdudiyyətli şəxslər üçün olmadığını bildirib:
"Dörd ildir, fəaliyyət göstərən jestdili.az saytına maraq gündən-günə artmaqdadır. Bu sayt təkcə nitq və eşitmə məhdudiyyətlilər üçün olmadığından hər kəs buradan tam ödənişsiz olaraq faydalana bilər. Hesab edirəm ki, biz bir-birimizi daha yaxşı anlamaqla məhdudiyyətləri aşa və inklüziv cəmiyyət qura bilərik".
Qeyd edək ki, daim təkmilləşdirilən elektron lüğət hazırda 4000 sözün və 500 çox işlənən cümlələrin video izahını təqdim edir. 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosasiyası (IPRA) jestdili.az layihəsini əsas götürərək "Nar"ı ən yaxşı korporativ məsuliyyət nominasiyasında birinci yerə layiq görüb.
"Nar" hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)