Kürdə suyun səviyyəsi 5 metrdən yuxarıdır
3560
27 May 2024 | 15:47

Kürdə suyun səviyyəsi 5 metrdən yuxarıdır

Mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağış nəticəsində çaydan güclü sel keçib, Kürün səviyyəsinə təsir edib.
 
Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Debed çayı Kür çayına töküldüyü üçün eyni zamanda qonşu Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışlar nəticəsində çayınTiflis məntəqəsində səviyyənin kəskin artması ilə əlaqədar mayın 26-dan başlayaraq Kür-Qıraqkəsəmən məntəqəsində artım müşahidə olunub.
 
Vurğulanıb ki, qeydə alınan ən yüksək səviyyə 27 may saat 7:00-da 628 sm-ə çatmış, saat 9:00-dan etibarən isə çayda suyun səviyyəsi tədricən azalaraq 598 sm olub.
 
Link kopyalandı!
Son xəbərlər