Vətən müharibəsi şəhidi Mehman Qənbərov: Qanının son damlasına qədər vuruşan qəhrəman
Cəmiyyət
Oxunub: 2246
26 May 2024 | 16:36
Vətən müharibəsi şəhidi Mehman Qənbərov: Qanının son damlasına qədər vuruşan qəhrəman
Şəhidi Allah seçir
 
Müharibə böyük bəladır. Anaları gözü yaşlı qoyur, xanımları dul, uşaqları yetim. Bu bəla bütün dünyada özünü ağır şəkildə göstərir. Nəticədə dinc insanlar zərər çəkir, düşmən isə öz iyrənc hərəkətindən əl çəkmir. Bu bəla bitən deyil, çünki qarşıda həyasız, torpaq iddiasında olan şərəfsiz düşmən var. Elə bir düşmən ki, soyu, kökü bəlli olmayan, terrorla hər yerdə başını qatan erməni vandalları!
 
Bəli, erməni vandalları. Xocalıda törətdikləri soyqırımılar, Türkiyənin bir çox şəhərlərində, Adanada törədilən soyqırımılar. Əlbəttə, bütün bunlar ürək parçalayır, unutmaq mümkün deyil, unutsaq, özümüzü unutmuş olarıq.
 
 
Ötən əsrin ən böyük müsibəti, Sovetlər birliyində yaşadığımız dönəmlərdə ermənilərin başımıza nələr gətirdiyi hər kəsə bəllidir. Əslində, bizimlə müharibə edən Rusiya dövləti idi. Sovet ordusu ermənilərə havadar çıxaraq 366-cı motoatıcı alayın sayəsində bütün Qarabağı qana boyadı.
 
Qarabağın ərazisində bir nəfər də olsun azərbaycanlı qalmadı. Ağdam məscidi şəhidlərin qanına boyandı. Hətta günün birində Ağdam da işğal olundu. Xocalı fəryadının üstünə Ağdam da əlavə olundu. Göylərə ucalan ana nalələri, uşaqların fəryadı ürək dağladı. Belə bir zamanda Mehman Qənbərov da o acı anları yaşadı.
 
Ağdamın Maqsudlu kəndində Nəriman kişi ilə Məryəm ana xoşbəxt ailə kimi həyatlarını yaşayırdılar. Onların ailəsinə sevinc bəxş edən övladları vardı. Onlardan biri də Mehman idi. Mehman 1981-ci ilin 27 mayında dünyaya gəlmişdi. Güllü-çiçəkli bir vaxtda, baharın çal-çağırlı bir günündə doğulmuşdu. Ailənin sevincinə səbəb olan oğlanın adını Mehman qoymuşdular. Mehman uşaqlıqdan tay-tuşlarından seçilərdi. Təhsil aldığı məktəbdə də müəllimlərin sevimli şagirdi idi. Ancaq birdən-birə bu xoşbəxt ailə həyatının bütün arzuları puç oldu.
 
Ermənilərin elan olunmamış müharibəsi və böyük Ermənistan yaratmaq iddiası bütün qarabağlıların arzularını yandırıb külə döndərdi. O zaman Mehman 5-ci sinifdə oxuyurdu. Təlatümlü bir gündə ailənin qismətinə qaçqınlıq düşdü. Evinin bütün əşyalarını illərlə qurduğu evin içində atıb yalın ayaqla Bərdəyə qaçdılar. Elə o gündən həyatlarına qaçqın kimi davam etdilər. Ağır da olsa, Bərdədə Türkiyə “Qızılay” Cəmiyyətinin qurduğu “Çadır şəhərciyi”ndə məskunlaşdılar. Mehman yarıda qalan təhsilinə Bərdədə 118 saylı məktəbdə davam etdi. Dostlarından ayrı düşmək, Vətəninin düşmən tapdağında olması onun uşaq qəlbini incidirdi.
 
 
 
Həyat artıq əvvəlki axarında deyildi. Elə ona görə də Mehman həm oxuyur, həm də ailəsinə kömək etmək üçün işləyirdi. O, qohumları ilə bərabər sübh tezdən qalxıb mal bazarına gedib alver edirdi.
1996-cı ildə ailə topladıqları pulların sayəsində, qohum-əqrəbalarının yanında bir ev tikir. Kasıb daxmaya köçəndən sonra Mehman yaşadığı yerə yaxın açılmış Ağdam rayon 132 saylı Köçkün tam orta məktəbində təhsilinə davam edir.
 
Bir gün Mehman yol kənarı ilə evə gələndə yanında bir hərbi maşın dayanır. Maşında olan hərbçi onunla həmsöhbət olur. Biləndə ki, Mehman Ağdamlıdı və XI sinifdə oxuyur, ona belə bir məsləhət verir: “Sənin doğulduğun torpaq düşmən tapdağındadır. Bu gün ölkəmizin ağıllı, savadlı zabitlərə ehtiyacı var. Yaxşı olar ki, hərbçi olasan, torpağını düşməndən təmizləyəsən”. Bu sözdən sonra Mehman hərbçi olacağına söz verir. Nəhayət 1998-ci il təhsilini başa vurandan sonra sənədlərini Bakı Ali Komandirlər Məktəbinə verir və qəbul olur. 2002-ci ildə məktəbi bitirir.
 
 
Lakin o, general mayor Lənkəran Əliyevin etimadını qazanır. Elə ona görə də onu Təlim Tədris Mərkəzində işlə təmin edirlər. Beləliklə, ömrünün beş ilini Təlim Tədris Mərkəzinə həsr edir. Bu müddət ərzində leytenant və baş leytenant rütbəsinə yüksəlir.
 
Mehmanın həyatı enişli-yoxuşlu yollardan keçir. O, 2007-ci ildən 2012-ci ilə kimi Gədəbəy rayonunun Şınıx dağlarında xidmətə başlayır. Beş il ərzində doğulduğu Ağdam gözlərinin önündən çəkilmir. İşğal altında qalan torpaqlar onun köksündə qara yaraya çevrilmişdir. Tək istəyi Ali Baş Komandanın verəcəyi əmr idi. İnanırdı ki, bir gün “irəli” getmək əmri veriləcək. Zaman irəlilədikcə Mehmanın hərbi rütbəsi də artırdı. Kapitan idi. Özünü doğrultduğuna görə bir çox ərazilərdə xidmət etmişdi.
 
2015-ci il həyatının yaddaqalan illərindən biri olur. Onu Türkiyənin İstanbul şəhərində yerləşən Tuzla Akman Kültür Mərkəzinə bir aylıq komandanlıq kursuna göndərirlər. Oradan qayıdandan sonra Ağcabədi tabur qərərgah rəisi kimi fəaliyyətə başlayır. Hərbçi ömrü daim hərəkətdə keçir, bu gün burada, sabah hansı bölgəyə təyin olacağı bəlli olmaz.
 
Mehmanın təlatümlü ömrü belə davam edərək aprel döyüşlərinə qədər gəlib çıxır. Aprel döyüşlərində göstərdiyi igidliyə görə onu “N” saylı hərbi hissəyə Emto Briqada komandiri vəzifəsinə təyin edirlər. Artıq o, çiynində polkovnik-leytenant rütbəsini daşıyırdı.
 
Aprel döyüşləri onun üçün yaddaqalan döyüş oldu. Çox sayda şəhid olan zabit və əsgərlərimizin şəhidliyi onu incidir və düşmənə olan nifrətini günbəgün artırırdı. Ən böyük arzusu anasını Ağdama aparmaq idi. Hər dəfə də anasına söz verib deyirdi: “Ana, lap az qaldı. Ordumuz çox güclüdür. Biz mütləq Qarabağa qayıdacağıq. İgidlərimizin hər biri bu arzu ilə yaşayır”.
 
Ana oğlu Mehmanı bağrına basıb deyərdi: “Boyuna qurban, oğul, kaş o gün mənə nəsib olaydı. Bura da mənə doğmadır. Bərdədən Ağdamın qoxusunu hiss edirəm. Amma onu da hiss edirəm ki, torpağımız mərmi qoxuyur. Kaş o torpağa dönə biləydik. Əyilib o torpağımı öpüb, evimizə sürünə-sürünə gedərəm, oğul. Boyuna qurban olum, oğul, qaytar mənə torpağımı. Heç olmasa, nəvələrim atalarının torpağında rahat nəfəs alsın. Sizin uşaqlığınız puç oldu, arzularınız məhv oldu. Hər gecə yuxuda Ağdama gedirəm. Həyət-bacamı süpürür, evimə qalxıram. Səhər yatağımdan qalxanda özümü Bərdədə görürəm. Oğul, yaman olur Vətən həsrəti. Aç qalmaq olur, amma vətənsiz insan qanadsız quşa bənzəyir”.
 
Mehman anasının bu sözlərinə dərindən köks ötürüb deyərdi: “Ana darıxma, lap az qalıb. Elə bilirsən, mən o yerlər üçün darıxmıram? Darıxıram, ana, həm də çox darıxıram. Mən ömrümün çox vaxtını uşaqlığımın xəyallarını düşünərək yaşayıram”.
 
 
Mehman Qənbərov ailəsinin istəyi ilə ailə qurmuşdur. O, Xuraman xanımla evlənmişdir. Bu izdivacdan onların iki gül balası dünyaya gəlmişdir. İlk oğlu 2006-cı ildə doğulur. Adını Nurlan qoyurlar. Deyirlər ki, yeni doğulan körpəmizin həyatı nura qərq olsun. Ömür yolu çilçıraq olsun. Adını biz verdik, amma ömrünü Allah versin.
 
Mehman ön cəbhədə vətənin keşiyində düşmənə qarşı daim sayıq oldu. Xuraman xanım isə evdə Nurlanın hər gün bir buğda dənəsi boyda böyüdüyünə şahid oldu. Həyat öz axarı ilə davam edirdi. Nəhayət altı ildən sonra 2012-ci il ailənin ikinci oğlu dünyaya gəlir. Adını Ceyhan qoyurlar. Xuraman xanımın daim gözü yollarda qalır, Mehmanın gəlişini gözləyirdi. Hərbçi ömrü daim ön cəbhədə keçir. Bilir ki, xanımı uşaqlara göz bəbəyi kimi baxacaq. 2016-cı ilin Aprel döyüşləri Xuraman xanım üçün heç də asan keçmədi. Yuxusu ərşə çəkildi. Televiziyanın verəcəyi xəbərləri izləyir və bütün əsgər və zabitlərimiz üçün dualar edirdi. Çox şükür, Mehman bu müharibədən sağ çıxdı. Amma gərgin və əsəbi idi. Erməniyə olan nifrəti bir an belə onu tərk etmirdi. O, evdə hərbi sirri açmasa da, Xuraman xanım onun hər halından nələr çəkdiyini hiss edirdi. Nəsə soruşmağa cəsarət etmirdi. Bilirdi ki, yarasının qaysağını qoparacaq. Soruşsa da, sözü yerə düşəcək. Çünki Mehman evdə döyüş haqqında bir kəlmə danışmazdı. Deyirdi, hərbçi hər sözü evdə danışmaz. Hərbçinin ailəsi narahat yaşamasın, onlar arxayın olmalıdır ki, həyat yoldaşı güclüdür.
 
Mehman evə gələndə oğlanları ilə bir neçə gün keçirər və gedərkən onları Xuraman xanıma əmanət edərdi. Ancaq 2020-ci ilin sentyabr ayında Mehman çox sıxıntılı görünürdü. Hiss edilirdi ki, nəsə gözlənilir. Onun sıxıntısı Xuraman xanımı çox qorxudurdu. Bir gün həyəcanla evə gəldi. Heç nə danışmadı. Fikri uşaqlarda idi. Qaşlarını çataraq: “Xuraman, bunlara yaxşı bax, onlar sənə əmanətdir. Hər ikisi gələcəyin əsgəridir”, – deyir. Xuraman xanım Mehmana baxaraq, onun gözlərindəki kədəri əritmək üçün, kiçik oğlunu bağrına basır: “Mehman, biz onları birlikdə böyüdəcəyik. Sağlıq olsun, təqaüdə çıxarsan, onlarla bol-bol vaxt keçirərsən. Hətta onlara idmanın da bəzi sirlərini öyrədərsən. Oğlanlara idmanla məşğul olmaq vacibdir. Mənim üçün onları idmançı kimi yetişdirmək çətindir. Allah sənə ömür versin, Mehman“.
 
Mehman üzünü uşaqlara tutaraq, sanki vəsiyyət edirmiş kimi dedi: “Qulaq asın, mənim igidlərim, mən sizi ananıza əmanət etdim. Bilin ki, ananızı da sizə əmanət edirəm. Ola bilər, bir gün mən olmaram. Bir-birinizin əlindən möhkəm tutun”.
 
Mehman bu sözü deyib hər iki oğlunu bağrına basdı. Xuraman xanım isə gözyaşını gizlətmək üçün otağı tərk etdi. O gün Mehman elə oğlanlarına da Xuraman xanıma da vəsiyyət edirmiş. Bunu sentyabrın 27-də başlayan müharibə bir daha aydın göstərdi.
 
Dünyada ermənilər qədər yaltaq, ikiüzlü, riyakar, terrorçu millət yoxdur. Onlar ayaq basdıqlarə torpağı bir müddət sonra özlərinin hiss edir və özlərini oranın əbədi sakini sanırlar. Sonra da başlayırlar torpaq iddiasına. Necə ki, Qarabağda artıb çoxaldılar və oranı öz doğma torpağı sandılar. Bu inancla da başladılar Qarabağa sahiblənməyə. Sahibləməyinə sahibləndilər, amma müvəqqəti. Daha doğrusu, 30 il müddətinə. Azərbaycan xalqı yurdundan, Qarabağdan, Qərbi Azərbaycandan didərgin düşsə də, vətən həsrəti onların rahatlığını əlindən aldı və doğma yurd yerlərinə dönmək üçün gecə-gündüz xəyallarla yaşadılar. Nəhayət o gün gəlib çatdı. Tarixin yaddaşında qalan o gün, 27 sentyabr 2020-ci il. Azərbaycan Respublikasının Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin hücum əmri nəhayət ki öz həllini tapdı: “Yetər, bizim səbrimiz bitdi. Artıq Ermənistan Respublikasına qəti olaraq bildirirəm, Qarabağ Azərbaycandır!”
 
 
Təbii ki, bu qəti qərar hər kəsin ürəyindən xəbər verdi. Elə o andan xalq səfərbər oldu və ölkə Prezidentinin yanında oldu. Bütün dünyanın gözü II Qarabağ müharibəsində oldu. “Dəmir yumruq” əməliyyatı böyük dövlətlərin də diqqətindən yayınmadı. Müharibənin gedişinə birbaşa Cənab Prezident rəhbərlik etdi. Nə az, nə çox, cəmi 44 gün kifayət etdi ki, ermənilər ağ bayraq qaldırıb yalvarsın. Yenə də Rusiya araya girərək barışıq üçün yollar axtardı.
 
Bu 44 günlük Vətən müharibəsində 3000-dən (üç mindən) çox şəhid verdik. Bu qədər şəhidlərin qanı bahasına torpaqlarımıza sahib çıxa bildik. Yenə də anaların bağrı yarıldı, nalələr göylərə yüksəldi.
 
Bu şəhidlərdən biri də Mehman Qənbərov idi. Məryəm ananın bala deyən naləsi hər kəsi gözyaşlarına boğdu. 30 sentyabr 2020-ci il Mehmanın qanı döyüş meydanında torpağı suladı. Mehmanın ruhu bədəndən çıxarkən çöhrəsindəki təbəssüm aydın göründü. Artıq onun ruhu göylərdə qanad çalır, cəsədi isə torpaq üzərində qalmışdı. Minlərlə şəhid qardaşları onu göydə qarşıladı və cənnətməkan məkanına apardılar. Bu xəbərə fəryad edən anasını, xanımını görən Mehman ruhu ilə gah anasının, gah da xanımının gözyaşını silir, amma onlar bunu hiss etmirdi.
 
“Can bala, bəs biz səninlə Ağdama gedəcəkdik? Niyə verdiyin sözünə əməl etmədin? Qalx, mənə cavab ver”.
 
Ürəkləri titrədən nalələrin içində Xuraman xanım Mehmanın son sözlərini xatırlayır və başa düşürdü ki, Mehman bilərəkdən ona vəsiyyət edirmiş. Vətən torpaqlarının bütövlüyü uğrunda Mehman da şəhid oldu, o da 44 günlük Vətən müharibəsindən övladlarına və gələcək nəsillərə rahat həyat qoydu.
 
Artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır. Bu müharibə bütün dünyada tarix kitablarında yazılacaq və oxunacaq.
 
 
Mehman Qənbərov Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub. Allah rəhmət eləsin.
 
Şəhid Mehman Qənbərovun həyat yoldaşı Xuraman xanımın dediklərindən: “Mehman haqqında saatlarla danışsam, bitməz. O mənim üçün alınmaz qala idi, o mənim həyatımın yarısı idi, o mənim üçün uşaqlarımın atası idi, o mənim şirin xatirələrim idi, o həm də bu Vətənin dəyərli bir zabiti idi. Belə bir oğulla ailə qurduğum üçün özümü xoşbəxt sanırdım.
 
Lakin Mehman şəhid olandan sonra özümü bütöv görə bilmirəm. Çünki o mənim həm yarım, həm də həyatımın yarısı idi. İndi nə yarım var, nə də həyatımın yarısı. O mənə iki oğul bəxş edib bu dünyaya vida etdi. Hərdən öz-özümə düşünürəm, görəsən, müharibələri törədənlərin anası varmı? Axı ana müqəddəs varlıqdır. Analar istəməz ki, kimsənin balası atılan mərmidən qana boyansın. Amma sonradan öz sualıma özüm də cavab verirəm: Erməni hara, mərhəmət hara.
 
Mənim uşaqlıq illərim Xocalıda keçib. Orada qohumlarımız yaşayırdı. Xocalı işğal olanda özümə yer tapa bilmirdim. Elə hey düşünürəm ki, kaş o günlərə qayıda biləydim.
 
Mehmanla ailə quranda özümü güclü sayırdım. Çünki bir zabit xanımı olmaq, günlərlə onun yolunu gözləmək qadın kimi insandan güc istəyir. Evə gələndə onun üçün darıxdığımı hiss edərdi. Mənə təsəlli verərdi. O şəhid olandan sonra həyatda yaşamaq gücümü sanki itirdim. Yoxluğuna alışmaq çətin idi. Bir axşam yuxuma gəldi. Əlləri ilə gözlərimdən süzülən yaşı sildi və dedi: “Xuraman güclü ol, əmanətlərimə yaxşı bax. Onlara elm ver. Sən güclü ol, mənsizliyin öhdəsindən gələ bilərsən. Ətrafına bax, gör nə qədər şəhid xanımları var”. Əllərindən tutub nəsə demək istədim, amma Mehman yox idi. Gördüyüm yuxu idi. O yuxudan sonra hiss etdim ki, Mehman mənə dözüm və güc verdi. İki gül balama sarıldım və onların gələcəyini düşündüm. Böyük oğlum Nurlan ali məktəbə qəbul oldu. Kiçik oğlum isə Yasamal rayon 161 saylı tam orta məktəbdə təhsil alır.
 
İndi hiss edirəm ki, mən güclü qadınam. Öz ayaqlarım üstündə möhkəm dayanıram. Həm övladlarıma ana, həm də ata əvəziyəm. Onları atalarına layiq yetişdirəcəyimə inanıram. Məktəbdə siniflərdən biri Mehman Qənbərovun adını daşıyır. O məktəbdə çalışıram. Onun adını daşıyan sinif məni özünə daha çox cəlb edir. Elə bilirəm, o sinifə girəndə Mehmanı orada tapıram. Onunla dərdimi bölüşürəm. Mehman bizim üçün sağdır. O həm evdə, həm də məktəbdə daim bizimlədir. Axı şəhidlər ölmür. “Ölümlərin şərəflisi şəhidlikdir” sözünü əbəs deməyiblər”.
 
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanovun Mehman Qənbərov haqqında dedikləri: “Torpağa ana demişik. Hər birimizin borcu Ana Torpağı qorumaqdır. Hərbçi olmaq istəyənlərin hər biri özünə inamın, düşmənə qorxu bilmədən cavab verə biləcəyinə güvənən igidlərdir. Onların hər biri düşmənə sərt, dosta arxadır. Döyüş meydanında biz zabitlər hər şeyi unudur, yalnız irəli getməyi düşünürük. Mehman Qənbərov haqqında uzun-uzadı danışmaq olar. Mən onun komandiri idim. Onun zəhmi, cəsarəti, hünəri gözlərimin önündən getmir. Çox diqqətli oğlan idi, əsgərlərə qarşı qayğıkeş olduğuna şahidəm. Hər dəfə atəşkəs pozulanda bir-birimizlə halallaşıb sonra bölünürdük. 2020-ci ilin 27 sentyabrında artıq vəziyyət tamamilə dəyişmişdi. Bir məqsəd var idi, irəli getmək, düşməni məhv etmək, düşmən tapdağında olan ərazilərə Azərbaycan Bayrağını taxmaq. Kimliyindən asılı olmayaraq, hər kəs irəli getməyə və bayrağımızı tapdaqda olan ərazilərimizə taxmağa hazır idi. Mehman da bu arzu ilə yaşayırdı.
 
Dostluqda mərd olan Mehman tez-tez bu sözləri işlədirdi: İgidə ürək, dosta kürək, bayrağa külək yaraşır. Biz bir-birimizə arxa duraraq igidlik göstərib, bayrağımızı öz ərazilərimizdə taxmalıyıq. Gərək Azərbaycan Bayrağı Xocalıda, doğulduğum Ağdamda, Şuşada və eləcə də Qarabağın hər qarışında dalğalansın. “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq uğrunda ölən varsa Vətəndir!” Biz bu torpaq üçün lazım gəlsə, ölməliyik, amma düşmənə yerini bildirib, torpağımıza sahib çıxmalıyıq. Şəhidsiz Vətən olmaz, ona görə gələcək nəsillərə rahat həyat bəxş etməliyik. İtirdiyimiz torpaqların, verdiyimiz şəhidlərin qidasını almalıyıq. Əks halda Ağdamım məni bağışlamaz”.
 
Mehman cəsarəti ilə nümunəvi zabit olduğu kimi, yaxşı oğul, intizamlı ailə başçısı, gözəl ata idi. Arzusu torpağını azad görmək olmuşdu. Amma ona Ağdama getmək nəsib olmasa da, şəhidlik nəsib oldu. Yarıda qalan arzularını dostları tamamladı. Biz heç vaxt Mehmanı unutmuruq. Tez-tez onu yad edir, övladlarına ataları haqqında olan xatirələrimizi xatırladırıq. Biz inanırıq ki, bütün şəhidlərin ruhu şaddır. Ona görə ki, onların qanı tökülən torpaq, torpağın qızıl fondu olsa da, o torpaqda artıq öz xalqımız yaşayacaq. Şəhid qanı ilə suvarılan torpaqda al-qırmızı lalələr bitəcək. O torpaqda toy-nişanlar olacaq. Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi: “Qarabağ Azərbaycandır!” Və o Azərbaycan torpağında quruculuq işləri görüləcək.
 
 
Gülsüm Adilqızı
Moskvada nəşr olunan “Vətən çağırır” qəzetinin baş redaktoru
Oxşar xəbərlər
15:07, Bu gün
ULU ÖNDƏRİN MÜHAFİZƏÇİSİ: “Heydər Əliyevin ən böyük silahı xalq idi” - FOTO + ÖZƏL 
15:01, Bu gün
Polis gücləndirilmiş iş rejimində çalışır - FOTO/VİDEO
14:57, Bu gün
Stalinin əfv etdiyi əsir general – o, haqqı olduğu qəhrəman adını 1993-cü ildə alıb  
14:50, Bu gün
Sahil Babayev Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşdü - FOTO
14:44, Bu gün
Hakan Fidan Azərbaycanı təbrik etdi - FOTO
14:39, Bu gün
Əli Əsədov və Sahibə Qafarova Fəxri xiyabanda - FOTO
14:33, Bu gün
Tezliklə əlinə çoxlu pul gələcək 4 BÜRC açıqlandı
14:28, Bu gün
Qurbanlıq heyvanların qiyməti neçəyədir? Hər kəsə lazım olan REPORTAJ - FOTOLAR
14:21, Bu gün
Azərbaycan və Çin hərbi təhsil sahəsində birgə tədbirlər planlaşdırır
14:14, Bu gün
Gəncədə nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırıldı
14:08, Bu gün
Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçirdi - FOTO
14:01, Bu gün
Aktam Xaitov: "Şuşa Azərbaycanın Qarabağ ərazisini qaytardığını təsdiq edən müqəddəs məkandır"
13:56, Bu gün
“Allah Naxış xalanın şəhidlik tariximizə vurduğu ORİJİNAL NAXIŞA rəhmət eləsin!..”
13:54, Bu gün
Sel və daşqınlarla əlaqədar əhaliyə çağırış edildi
13:48, Bu gün
Nazir: "Dünya İqtisadi Forumu startaplarımızı yüksək qiymətləndirib" - FOTO
13:42, Bu gün
Tarixçi: "Heydər Əliyevin Bakıya dəvət edilməsi mühüm tarixi hadisə idi" - ŞƏRH + FOTO
13:35, Bu gün
Berti Foqts: "Gözüm hər zaman “Qarabağ”ı axtarır" - VİDEO
13:27, Bu gün
Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına başlayıblar
13:24, Bu gün
Azərbaycanın taleyini dəyişən zəfər tarixi
13:20, Bu gün
“Son zəng”lə bağlı təlimatları pozan məktəblər CƏZALANDIRILACAQ
13:14, Bu gün
“Şuşanın dağıdılmış 200-dək abidəsindən 18-i bərpa edilib”
13:08, Bu gün
Şəkidəki dəhşətli qəzanın anbaan görüntüləri ortaya çıxdı - VİDEO
13:02, Bu gün
İsveçrədəki sülh sammitinə kimlər getdi? - FOTO
12:56, Bu gün
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
12:51, Bu gün
Lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanıldı
12:45, Bu gün
Xocalıda aşkarlanan raket kompleksi “Hərbi Qənimətlər Parkı”nda - FOTOLAR
12:41, Bu gün
Ukrayna üçün vacib gün: "Qlobal sülh sammiti" işinə başlayır
12:38, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
20 saylı Vəkil Bürosu Lerik sakinlərinə pulsuz hüquqi yardım aksiyası keçirib - FOTOLAR
12:22, Bu gün
Şuşa Bəyannaməsi müstəqilliyin möhkəmləndirilməsi baxımından tarixi sənəddir - RƏY + FOTO
12:15, Bu gün
Azərbaycanın taleyini dəyişən Milli Qurtuluş Günü - ŞƏRH + FOTO
12:10, Bu gün
“Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib” - Kamaləddin Qafarov
12:05, Bu gün
Qarabağ Universitetinin ilk tələbəsi: "Övladlarınızın istəkləri qarşısında sədd çəkməyin"
12:00, Bu gün
“Qanuni oğru”lar niyə avtomobil sürə bilməzdi?
11:55, Bu gün
Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - SİYAHI
11:50, Bu gün
Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir"  - FOTO
11:45, Bu gün
Bu çaylardan sel keçdi, dağlara qar yağdı - FAKTİKİ HAVA
11:40, Bu gün
Şuşa Bəyannaməsi: qardaşlıq, əməkdaşlıq, müttəfiqliyin simvolu - ANALİZ + FOTO
11:38, Bu gün
Köhnə avtomobillərə əlvida - Bazarda nə gözlənilir?
11:35, Bu gün
İlham Əliyev Böyük Britaniya kralını təbrik etdi
11:30, Bu gün
Varlı ərini aldadıb yaraşıqlı oğlanla yazışan kənd qızının şok əməl – Fəridənin hekayəsi
11:25, Bu gün
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi - FOTO
11:20, Bu gün
Duz qarışqalarla mübarizədə effektivdirmi?
11:15, Bu gün
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi - VİDEO
11:10, Bu gün
Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?
11:05, Bu gün
Bu gündən çimərlik mövsümünə START VERİLDİ
11:00, Bu gün
Azərbaycanda arvadından şübhələnən kişi çarpayının altına diktafon qoydu və ... - ŞOK TƏFƏRRÜAT
10:53, Bu gün
Mobil operatorlar beş ayda 500 mln. manata yaxın gəlir əldə edib
10:50, Bu gün
Dövlət Komitəsi Milli Qurtuluş Günü ilə bağlı fləşmob təşkil etdi - VİDEO
10:45, Bu gün
Xocalı aeroportuna onun adı verilsin – TƏKLİF
10:43, Bu gün
Türkiyə XİN Azərbaycanı təbrik etdi - FOTO
10:35, Bu gün
Cinsi yolla keçən xəstəliklərə yoluxanların sayında artım var - Professor xəbərdarlıq etdi
10:27, Bu gün
Bakıda yataqxanada DƏHŞƏT: Onu yatmağa qoymayan tələbəyə 38 bıçaq zərbəsi vurdu
10:18, Bu gün
Xaos və anarxiya mühitinin yaranması beynəlxalq təhlükəsizliyə təhdiddir - Prezident
10:11, Bu gün
Naqelsmann AÇ-lərin tarixinə düşdü
10:04, Bu gün
Roma Papası süni intellektlə bağlı XƏBƏRDARLIQ
09:57, Bu gün
Xuraman Muradova: "15 iyun Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə Günəş kimi parladığı gündür..."
09:52, Bu gün
Namiq ayrıldıqdan 16 il sonra boşandı
09:42, Bu gün
“Türkiyənin NATO üzvü olmasının “BRİKS”-ə üzvlüyünə mane olacağını demək yanlışlıqdır...”
09:40, Bu gün
Həm keyfiyyətli, həm də ucuz - uşaqları yay istirahəti üçün hara aparmalı...
09:38, Bu gün
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
09:34, Bu gün
Onlar uğur və firavanlıq dünyasını kəşf edəcəklər – 15 iyundan sonra
09:29, Bu gün
“Həyat yoldaşım mənə qardaşımın arvadı ilə xəyanət etdi“ – Aktrisadan efirdə ŞOK AÇIQLAMA
09:21, Bu gün
Yeməkdən dərhal sonra yuxunuz gəlir? - Sizdə bu problem var?
09:14, Bu gün
5 günlük bayram tətili başlayıb
09:03, Bu gün
Tətildə xəstələnməmək üçün nə etməli?
08:56, Bu gün
Qurban kəsirik: nəyi bilməliyik?
08:55, Bu gün
Ukrayna Rusiyanın qırıcıları yerləşən aviabazaya 70-dən çox dronla zərbə endirdi...+VİDEO
08:42, Bu gün
Həkim bağırsaq xərçənginə səbəb olan qidaları AÇIQLADI
08:30, Bu gün
CAR-nın yeni prezidenti kim oldu?
08:20, Bu gün
Qarabağ Universitetinin ilk tələbəsi kim oldu?
08:11, Bu gün
Ən güclü immunitetə ​​malik QAN QRUPLARI
08:00, Bu gün
Bakıda 18 yaşlı gəncin başını kəsdilər: Hadisə yerindən GÖRÜNTÜLƏR
07:49, Bu gün
Latviya paytaxtının hava limanı naməlum drona görə fəaliyyətini dayandırdı...
07:46, Bu gün
Almaniya Şotlandiyanı darmadağın etdi - 5:1
07:31, Bu gün
Azərbaycandan Avropaya viza müraciətlərinin çoxalmasının SƏBƏBİ NƏDİR?
07:20, Bu gün
Xəyanətinin üstü açılan britaniyalı kişi buna görə "Aplle"ı məhkəməyə verdi
07:06, Bu gün
Bakıda müəmmalı hadisə: Axşamlar qapıları döyür, səs gələndə uzaqlaşırlar - İnsanlar təşvişdə - VİDEO
06:54, Bu gün
Yer nüvəsinın fırlanma sürəti azalır
06:43, Bu gün
15 İyun -Azərbaycanın taleyini dəyişən zəfər tarixi
06:31, Bu gün
Dəyişiklik küləyi əsəcək: bu BÜRCLƏR iyunda həyatın yeni səhifəsini açacaq
06:17, Bu gün
ABŞ Qəzzaya yardım karvanlarına hücum edən İsrail qrupuna sanksiya tətbiq etdi...
06:15, Bu gün
Sumqayıtda tanışı ilə mübahisə edən kişinin ÜRƏYİ DAYANDI
05:59, Bu gün
Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına başlayıblar
05:45, Bu gün
Əhval-ruhiyyəni yaxşılaşdıran qidalar hansılardır?
14 Jun 2024 | 23:46
Pentaqon Rusiyanın  Ukrayna müharibəsində itkilərini açıqlayıb
14 Jun 2024 | 23:44
17 yaşlı qız zorla ərə verilir - DİN  isə...
14 Jun 2024 | 23:30
Ceyhunu ermənilər qətlə yetirib?
14 Jun 2024 | 23:21
Vəzifəli şəxs icra başçısının xidməti otağında ona külli miqdarda pul veribmiş - DETALLAR
14 Jun 2024 | 23:11
Sürücülərin nəzərinə: Avtomobillərin texniki müayinəsində YENİLİKLƏR
14 Jun 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: "Həmişə hiss edirdik ki, düşmənlə bir yerdə yaşayırıq" - VİDEO
14 Jun 2024 | 23:01
Məşhur ilahiyyatçı vəfat etdi - VİDEO
14 Jun 2024 | 22:55
Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
14 Jun 2024 | 22:37
Bu şəxslər üçün parklanma pulsuz olacaq - VİDEO
14 Jun 2024 | 22:36
Çin İsveçrədə sülh sammitini "ciddi şəkildə boykot" edir
14 Jun 2024 | 22:30
AFFA 2 məşqçini ömürlük futboldan uzaqlaşdırdı
14 Jun 2024 | 22:20
DİM sədri buraxılış imtahanlarının nəticələrindən danışdı - VİDEO
14 Jun 2024 | 22:15
Bu, sülh deyil, tam kapitulyasiya tələbidir
14 Jun 2024 | 22:08
Putin Ukraynada döyüşən Rusiya hərbçilərinin sayını açıqladı
14 Jun 2024 | 22:05
9 gündə 22 yoluxma, 4 ölüm baş verdi - Şəhər əhalisi təşviş içindədir
GÜNLÜK
14 Jun 2024 | 21:24
Tanınmış jurnalisti maşın vurdu
14 Jun 2024 | 15:45
"Atasının adı ilə adam olub ortaya çıxan qızı əxlaqdan danışır, amma..." - Şəbnəm Tapdığa ŞOK SÖZLƏR + FOTO
14 Jun 2024 | 17:30
Azərbaycanlı zəvvarlar Məkkədə xəsarət aldı
14 Jun 2024 | 17:58
Məktəb direktorundan “Son zəng” tədbirində MARAQLI İFA - VİDEO 
14 Jun 2024 | 15:27
Bu addım cəzasız qalmayacaq – Putin hədələdi
14 Jun 2024 | 17:08
"Putinin planı iflasa uğrayıb" - Olaf Şolts
14 Jun 2024 | 15:30
Gələcək nəsillər üçün mənəvi miras - ŞƏRH
14 Jun 2024 | 16:56
Bakıda SEVGİ DRAMI: Ayrılığa görə bıçağı qarnına sancdı
14 Jun 2024 | 15:37
Rusiyada yüksək sürətlə hərəkət edən avtomobil səkidə piyadaları vurub, 5 nəfər ölüb - HADİSƏ ANI
14 Jun 2024 | 15:40
Metrodan istifadə edənlərə VACİB XƏBƏR: 20 iyundan...
HƏFTƏLİK
08 Jun 2024 | 18:45
"Mənim musiqi istedadım Vəfadan, Nəfəsdən daha çoxdur, amma..."
09 Jun 2024 | 11:58
Qardaşı “İstanbul NS” klinikasında öldürülən şəxs Prezidentə müraciət etdi - Bizə kömək edin!
08 Jun 2024 | 17:56
“Rusiya son baş verənlərlə bağlı Güney Qafqazdan uduzaraq çıxmalıdır, amma...”
08 Jun 2024 | 21:28
Azərbaycan əsilli türkiyəli astronavt kosmosdakı missiyasını başa vurub - YENİLƏNİB
08 Jun 2024 | 17:05
Bərdə sakininin qulağını kəsiblər?
12 Jun 2024 | 15:48
Müharibə iştirakçılarının müavinəti artırılacaqmı?- Millət vəkili AÇIQLADI 
09 Jun 2024 | 07:24
Günəşdən Yerə ağır zərbə: Nadir kosmik hadisə baş verdi
12 Jun 2024 | 09:10
Xuraman Muradovanın “Əsrə bərabər 20 il” kitabı təqdim edildi- FOTOLAR 
08 Jun 2024 | 15:43
Bu bürclər üçün xoşbəxtlik və firavanlıq mərhələsi başlayacaq – İyunun 10-dan sonra...
08 Jun 2024 | 17:28
Rusiya FIDE üzvlüyündən çıxarılıb
AYLIQ
14 Jun 2024 | 21:24
Tanınmış jurnalisti maşın vurdu
14 Jun 2024 | 15:45
"Atasının adı ilə adam olub ortaya çıxan qızı əxlaqdan danışır, amma..." - Şəbnəm Tapdığa ŞOK SÖZLƏR + FOTO
14 Jun 2024 | 17:30
Azərbaycanlı zəvvarlar Məkkədə xəsarət aldı
14 Jun 2024 | 17:58
Məktəb direktorundan “Son zəng” tədbirində MARAQLI İFA - VİDEO 
14 Jun 2024 | 15:27
Bu addım cəzasız qalmayacaq – Putin hədələdi
14 Jun 2024 | 17:08
"Putinin planı iflasa uğrayıb" - Olaf Şolts
14 Jun 2024 | 15:30
Gələcək nəsillər üçün mənəvi miras - ŞƏRH
14 Jun 2024 | 16:56
Bakıda SEVGİ DRAMI: Ayrılığa görə bıçağı qarnına sancdı
14 Jun 2024 | 15:37
Rusiyada yüksək sürətlə hərəkət edən avtomobil səkidə piyadaları vurub, 5 nəfər ölüb - HADİSƏ ANI
14 Jun 2024 | 15:40
Metrodan istifadə edənlərə VACİB XƏBƏR: 20 iyundan...