Vətən müharibəsi şəhidi Mehman Qənbərov: Qanının son damlasına qədər vuruşan qəhrəman
Cəmiyyət
Oxunub: 2269
26 May 2024 | 16:36
Vətən müharibəsi şəhidi Mehman Qənbərov: Qanının son damlasına qədər vuruşan qəhrəman
Şəhidi Allah seçir
 
Müharibə böyük bəladır. Anaları gözü yaşlı qoyur, xanımları dul, uşaqları yetim. Bu bəla bütün dünyada özünü ağır şəkildə göstərir. Nəticədə dinc insanlar zərər çəkir, düşmən isə öz iyrənc hərəkətindən əl çəkmir. Bu bəla bitən deyil, çünki qarşıda həyasız, torpaq iddiasında olan şərəfsiz düşmən var. Elə bir düşmən ki, soyu, kökü bəlli olmayan, terrorla hər yerdə başını qatan erməni vandalları!
 
Bəli, erməni vandalları. Xocalıda törətdikləri soyqırımılar, Türkiyənin bir çox şəhərlərində, Adanada törədilən soyqırımılar. Əlbəttə, bütün bunlar ürək parçalayır, unutmaq mümkün deyil, unutsaq, özümüzü unutmuş olarıq.
 
 
Ötən əsrin ən böyük müsibəti, Sovetlər birliyində yaşadığımız dönəmlərdə ermənilərin başımıza nələr gətirdiyi hər kəsə bəllidir. Əslində, bizimlə müharibə edən Rusiya dövləti idi. Sovet ordusu ermənilərə havadar çıxaraq 366-cı motoatıcı alayın sayəsində bütün Qarabağı qana boyadı.
 
Qarabağın ərazisində bir nəfər də olsun azərbaycanlı qalmadı. Ağdam məscidi şəhidlərin qanına boyandı. Hətta günün birində Ağdam da işğal olundu. Xocalı fəryadının üstünə Ağdam da əlavə olundu. Göylərə ucalan ana nalələri, uşaqların fəryadı ürək dağladı. Belə bir zamanda Mehman Qənbərov da o acı anları yaşadı.
 
Ağdamın Maqsudlu kəndində Nəriman kişi ilə Məryəm ana xoşbəxt ailə kimi həyatlarını yaşayırdılar. Onların ailəsinə sevinc bəxş edən övladları vardı. Onlardan biri də Mehman idi. Mehman 1981-ci ilin 27 mayında dünyaya gəlmişdi. Güllü-çiçəkli bir vaxtda, baharın çal-çağırlı bir günündə doğulmuşdu. Ailənin sevincinə səbəb olan oğlanın adını Mehman qoymuşdular. Mehman uşaqlıqdan tay-tuşlarından seçilərdi. Təhsil aldığı məktəbdə də müəllimlərin sevimli şagirdi idi. Ancaq birdən-birə bu xoşbəxt ailə həyatının bütün arzuları puç oldu.
 
Ermənilərin elan olunmamış müharibəsi və böyük Ermənistan yaratmaq iddiası bütün qarabağlıların arzularını yandırıb külə döndərdi. O zaman Mehman 5-ci sinifdə oxuyurdu. Təlatümlü bir gündə ailənin qismətinə qaçqınlıq düşdü. Evinin bütün əşyalarını illərlə qurduğu evin içində atıb yalın ayaqla Bərdəyə qaçdılar. Elə o gündən həyatlarına qaçqın kimi davam etdilər. Ağır da olsa, Bərdədə Türkiyə “Qızılay” Cəmiyyətinin qurduğu “Çadır şəhərciyi”ndə məskunlaşdılar. Mehman yarıda qalan təhsilinə Bərdədə 118 saylı məktəbdə davam etdi. Dostlarından ayrı düşmək, Vətəninin düşmən tapdağında olması onun uşaq qəlbini incidirdi.
 
 
 
Həyat artıq əvvəlki axarında deyildi. Elə ona görə də Mehman həm oxuyur, həm də ailəsinə kömək etmək üçün işləyirdi. O, qohumları ilə bərabər sübh tezdən qalxıb mal bazarına gedib alver edirdi.
1996-cı ildə ailə topladıqları pulların sayəsində, qohum-əqrəbalarının yanında bir ev tikir. Kasıb daxmaya köçəndən sonra Mehman yaşadığı yerə yaxın açılmış Ağdam rayon 132 saylı Köçkün tam orta məktəbində təhsilinə davam edir.
 
Bir gün Mehman yol kənarı ilə evə gələndə yanında bir hərbi maşın dayanır. Maşında olan hərbçi onunla həmsöhbət olur. Biləndə ki, Mehman Ağdamlıdı və XI sinifdə oxuyur, ona belə bir məsləhət verir: “Sənin doğulduğun torpaq düşmən tapdağındadır. Bu gün ölkəmizin ağıllı, savadlı zabitlərə ehtiyacı var. Yaxşı olar ki, hərbçi olasan, torpağını düşməndən təmizləyəsən”. Bu sözdən sonra Mehman hərbçi olacağına söz verir. Nəhayət 1998-ci il təhsilini başa vurandan sonra sənədlərini Bakı Ali Komandirlər Məktəbinə verir və qəbul olur. 2002-ci ildə məktəbi bitirir.
 
 
Lakin o, general mayor Lənkəran Əliyevin etimadını qazanır. Elə ona görə də onu Təlim Tədris Mərkəzində işlə təmin edirlər. Beləliklə, ömrünün beş ilini Təlim Tədris Mərkəzinə həsr edir. Bu müddət ərzində leytenant və baş leytenant rütbəsinə yüksəlir.
 
Mehmanın həyatı enişli-yoxuşlu yollardan keçir. O, 2007-ci ildən 2012-ci ilə kimi Gədəbəy rayonunun Şınıx dağlarında xidmətə başlayır. Beş il ərzində doğulduğu Ağdam gözlərinin önündən çəkilmir. İşğal altında qalan torpaqlar onun köksündə qara yaraya çevrilmişdir. Tək istəyi Ali Baş Komandanın verəcəyi əmr idi. İnanırdı ki, bir gün “irəli” getmək əmri veriləcək. Zaman irəlilədikcə Mehmanın hərbi rütbəsi də artırdı. Kapitan idi. Özünü doğrultduğuna görə bir çox ərazilərdə xidmət etmişdi.
 
2015-ci il həyatının yaddaqalan illərindən biri olur. Onu Türkiyənin İstanbul şəhərində yerləşən Tuzla Akman Kültür Mərkəzinə bir aylıq komandanlıq kursuna göndərirlər. Oradan qayıdandan sonra Ağcabədi tabur qərərgah rəisi kimi fəaliyyətə başlayır. Hərbçi ömrü daim hərəkətdə keçir, bu gün burada, sabah hansı bölgəyə təyin olacağı bəlli olmaz.
 
Mehmanın təlatümlü ömrü belə davam edərək aprel döyüşlərinə qədər gəlib çıxır. Aprel döyüşlərində göstərdiyi igidliyə görə onu “N” saylı hərbi hissəyə Emto Briqada komandiri vəzifəsinə təyin edirlər. Artıq o, çiynində polkovnik-leytenant rütbəsini daşıyırdı.
 
Aprel döyüşləri onun üçün yaddaqalan döyüş oldu. Çox sayda şəhid olan zabit və əsgərlərimizin şəhidliyi onu incidir və düşmənə olan nifrətini günbəgün artırırdı. Ən böyük arzusu anasını Ağdama aparmaq idi. Hər dəfə də anasına söz verib deyirdi: “Ana, lap az qaldı. Ordumuz çox güclüdür. Biz mütləq Qarabağa qayıdacağıq. İgidlərimizin hər biri bu arzu ilə yaşayır”.
 
Ana oğlu Mehmanı bağrına basıb deyərdi: “Boyuna qurban, oğul, kaş o gün mənə nəsib olaydı. Bura da mənə doğmadır. Bərdədən Ağdamın qoxusunu hiss edirəm. Amma onu da hiss edirəm ki, torpağımız mərmi qoxuyur. Kaş o torpağa dönə biləydik. Əyilib o torpağımı öpüb, evimizə sürünə-sürünə gedərəm, oğul. Boyuna qurban olum, oğul, qaytar mənə torpağımı. Heç olmasa, nəvələrim atalarının torpağında rahat nəfəs alsın. Sizin uşaqlığınız puç oldu, arzularınız məhv oldu. Hər gecə yuxuda Ağdama gedirəm. Həyət-bacamı süpürür, evimə qalxıram. Səhər yatağımdan qalxanda özümü Bərdədə görürəm. Oğul, yaman olur Vətən həsrəti. Aç qalmaq olur, amma vətənsiz insan qanadsız quşa bənzəyir”.
 
Mehman anasının bu sözlərinə dərindən köks ötürüb deyərdi: “Ana darıxma, lap az qalıb. Elə bilirsən, mən o yerlər üçün darıxmıram? Darıxıram, ana, həm də çox darıxıram. Mən ömrümün çox vaxtını uşaqlığımın xəyallarını düşünərək yaşayıram”.
 
 
Mehman Qənbərov ailəsinin istəyi ilə ailə qurmuşdur. O, Xuraman xanımla evlənmişdir. Bu izdivacdan onların iki gül balası dünyaya gəlmişdir. İlk oğlu 2006-cı ildə doğulur. Adını Nurlan qoyurlar. Deyirlər ki, yeni doğulan körpəmizin həyatı nura qərq olsun. Ömür yolu çilçıraq olsun. Adını biz verdik, amma ömrünü Allah versin.
 
Mehman ön cəbhədə vətənin keşiyində düşmənə qarşı daim sayıq oldu. Xuraman xanım isə evdə Nurlanın hər gün bir buğda dənəsi boyda böyüdüyünə şahid oldu. Həyat öz axarı ilə davam edirdi. Nəhayət altı ildən sonra 2012-ci il ailənin ikinci oğlu dünyaya gəlir. Adını Ceyhan qoyurlar. Xuraman xanımın daim gözü yollarda qalır, Mehmanın gəlişini gözləyirdi. Hərbçi ömrü daim ön cəbhədə keçir. Bilir ki, xanımı uşaqlara göz bəbəyi kimi baxacaq. 2016-cı ilin Aprel döyüşləri Xuraman xanım üçün heç də asan keçmədi. Yuxusu ərşə çəkildi. Televiziyanın verəcəyi xəbərləri izləyir və bütün əsgər və zabitlərimiz üçün dualar edirdi. Çox şükür, Mehman bu müharibədən sağ çıxdı. Amma gərgin və əsəbi idi. Erməniyə olan nifrəti bir an belə onu tərk etmirdi. O, evdə hərbi sirri açmasa da, Xuraman xanım onun hər halından nələr çəkdiyini hiss edirdi. Nəsə soruşmağa cəsarət etmirdi. Bilirdi ki, yarasının qaysağını qoparacaq. Soruşsa da, sözü yerə düşəcək. Çünki Mehman evdə döyüş haqqında bir kəlmə danışmazdı. Deyirdi, hərbçi hər sözü evdə danışmaz. Hərbçinin ailəsi narahat yaşamasın, onlar arxayın olmalıdır ki, həyat yoldaşı güclüdür.
 
Mehman evə gələndə oğlanları ilə bir neçə gün keçirər və gedərkən onları Xuraman xanıma əmanət edərdi. Ancaq 2020-ci ilin sentyabr ayında Mehman çox sıxıntılı görünürdü. Hiss edilirdi ki, nəsə gözlənilir. Onun sıxıntısı Xuraman xanımı çox qorxudurdu. Bir gün həyəcanla evə gəldi. Heç nə danışmadı. Fikri uşaqlarda idi. Qaşlarını çataraq: “Xuraman, bunlara yaxşı bax, onlar sənə əmanətdir. Hər ikisi gələcəyin əsgəridir”, – deyir. Xuraman xanım Mehmana baxaraq, onun gözlərindəki kədəri əritmək üçün, kiçik oğlunu bağrına basır: “Mehman, biz onları birlikdə böyüdəcəyik. Sağlıq olsun, təqaüdə çıxarsan, onlarla bol-bol vaxt keçirərsən. Hətta onlara idmanın da bəzi sirlərini öyrədərsən. Oğlanlara idmanla məşğul olmaq vacibdir. Mənim üçün onları idmançı kimi yetişdirmək çətindir. Allah sənə ömür versin, Mehman“.
 
Mehman üzünü uşaqlara tutaraq, sanki vəsiyyət edirmiş kimi dedi: “Qulaq asın, mənim igidlərim, mən sizi ananıza əmanət etdim. Bilin ki, ananızı da sizə əmanət edirəm. Ola bilər, bir gün mən olmaram. Bir-birinizin əlindən möhkəm tutun”.
 
Mehman bu sözü deyib hər iki oğlunu bağrına basdı. Xuraman xanım isə gözyaşını gizlətmək üçün otağı tərk etdi. O gün Mehman elə oğlanlarına da Xuraman xanıma da vəsiyyət edirmiş. Bunu sentyabrın 27-də başlayan müharibə bir daha aydın göstərdi.
 
Dünyada ermənilər qədər yaltaq, ikiüzlü, riyakar, terrorçu millət yoxdur. Onlar ayaq basdıqlarə torpağı bir müddət sonra özlərinin hiss edir və özlərini oranın əbədi sakini sanırlar. Sonra da başlayırlar torpaq iddiasına. Necə ki, Qarabağda artıb çoxaldılar və oranı öz doğma torpağı sandılar. Bu inancla da başladılar Qarabağa sahiblənməyə. Sahibləməyinə sahibləndilər, amma müvəqqəti. Daha doğrusu, 30 il müddətinə. Azərbaycan xalqı yurdundan, Qarabağdan, Qərbi Azərbaycandan didərgin düşsə də, vətən həsrəti onların rahatlığını əlindən aldı və doğma yurd yerlərinə dönmək üçün gecə-gündüz xəyallarla yaşadılar. Nəhayət o gün gəlib çatdı. Tarixin yaddaşında qalan o gün, 27 sentyabr 2020-ci il. Azərbaycan Respublikasının Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin hücum əmri nəhayət ki öz həllini tapdı: “Yetər, bizim səbrimiz bitdi. Artıq Ermənistan Respublikasına qəti olaraq bildirirəm, Qarabağ Azərbaycandır!”
 
 
Təbii ki, bu qəti qərar hər kəsin ürəyindən xəbər verdi. Elə o andan xalq səfərbər oldu və ölkə Prezidentinin yanında oldu. Bütün dünyanın gözü II Qarabağ müharibəsində oldu. “Dəmir yumruq” əməliyyatı böyük dövlətlərin də diqqətindən yayınmadı. Müharibənin gedişinə birbaşa Cənab Prezident rəhbərlik etdi. Nə az, nə çox, cəmi 44 gün kifayət etdi ki, ermənilər ağ bayraq qaldırıb yalvarsın. Yenə də Rusiya araya girərək barışıq üçün yollar axtardı.
 
Bu 44 günlük Vətən müharibəsində 3000-dən (üç mindən) çox şəhid verdik. Bu qədər şəhidlərin qanı bahasına torpaqlarımıza sahib çıxa bildik. Yenə də anaların bağrı yarıldı, nalələr göylərə yüksəldi.
 
Bu şəhidlərdən biri də Mehman Qənbərov idi. Məryəm ananın bala deyən naləsi hər kəsi gözyaşlarına boğdu. 30 sentyabr 2020-ci il Mehmanın qanı döyüş meydanında torpağı suladı. Mehmanın ruhu bədəndən çıxarkən çöhrəsindəki təbəssüm aydın göründü. Artıq onun ruhu göylərdə qanad çalır, cəsədi isə torpaq üzərində qalmışdı. Minlərlə şəhid qardaşları onu göydə qarşıladı və cənnətməkan məkanına apardılar. Bu xəbərə fəryad edən anasını, xanımını görən Mehman ruhu ilə gah anasının, gah da xanımının gözyaşını silir, amma onlar bunu hiss etmirdi.
 
“Can bala, bəs biz səninlə Ağdama gedəcəkdik? Niyə verdiyin sözünə əməl etmədin? Qalx, mənə cavab ver”.
 
Ürəkləri titrədən nalələrin içində Xuraman xanım Mehmanın son sözlərini xatırlayır və başa düşürdü ki, Mehman bilərəkdən ona vəsiyyət edirmiş. Vətən torpaqlarının bütövlüyü uğrunda Mehman da şəhid oldu, o da 44 günlük Vətən müharibəsindən övladlarına və gələcək nəsillərə rahat həyat qoydu.
 
Artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır. Bu müharibə bütün dünyada tarix kitablarında yazılacaq və oxunacaq.
 
 
Mehman Qənbərov Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub. Allah rəhmət eləsin.
 
Şəhid Mehman Qənbərovun həyat yoldaşı Xuraman xanımın dediklərindən: “Mehman haqqında saatlarla danışsam, bitməz. O mənim üçün alınmaz qala idi, o mənim həyatımın yarısı idi, o mənim üçün uşaqlarımın atası idi, o mənim şirin xatirələrim idi, o həm də bu Vətənin dəyərli bir zabiti idi. Belə bir oğulla ailə qurduğum üçün özümü xoşbəxt sanırdım.
 
Lakin Mehman şəhid olandan sonra özümü bütöv görə bilmirəm. Çünki o mənim həm yarım, həm də həyatımın yarısı idi. İndi nə yarım var, nə də həyatımın yarısı. O mənə iki oğul bəxş edib bu dünyaya vida etdi. Hərdən öz-özümə düşünürəm, görəsən, müharibələri törədənlərin anası varmı? Axı ana müqəddəs varlıqdır. Analar istəməz ki, kimsənin balası atılan mərmidən qana boyansın. Amma sonradan öz sualıma özüm də cavab verirəm: Erməni hara, mərhəmət hara.
 
Mənim uşaqlıq illərim Xocalıda keçib. Orada qohumlarımız yaşayırdı. Xocalı işğal olanda özümə yer tapa bilmirdim. Elə hey düşünürəm ki, kaş o günlərə qayıda biləydim.
 
Mehmanla ailə quranda özümü güclü sayırdım. Çünki bir zabit xanımı olmaq, günlərlə onun yolunu gözləmək qadın kimi insandan güc istəyir. Evə gələndə onun üçün darıxdığımı hiss edərdi. Mənə təsəlli verərdi. O şəhid olandan sonra həyatda yaşamaq gücümü sanki itirdim. Yoxluğuna alışmaq çətin idi. Bir axşam yuxuma gəldi. Əlləri ilə gözlərimdən süzülən yaşı sildi və dedi: “Xuraman güclü ol, əmanətlərimə yaxşı bax. Onlara elm ver. Sən güclü ol, mənsizliyin öhdəsindən gələ bilərsən. Ətrafına bax, gör nə qədər şəhid xanımları var”. Əllərindən tutub nəsə demək istədim, amma Mehman yox idi. Gördüyüm yuxu idi. O yuxudan sonra hiss etdim ki, Mehman mənə dözüm və güc verdi. İki gül balama sarıldım və onların gələcəyini düşündüm. Böyük oğlum Nurlan ali məktəbə qəbul oldu. Kiçik oğlum isə Yasamal rayon 161 saylı tam orta məktəbdə təhsil alır.
 
İndi hiss edirəm ki, mən güclü qadınam. Öz ayaqlarım üstündə möhkəm dayanıram. Həm övladlarıma ana, həm də ata əvəziyəm. Onları atalarına layiq yetişdirəcəyimə inanıram. Məktəbdə siniflərdən biri Mehman Qənbərovun adını daşıyır. O məktəbdə çalışıram. Onun adını daşıyan sinif məni özünə daha çox cəlb edir. Elə bilirəm, o sinifə girəndə Mehmanı orada tapıram. Onunla dərdimi bölüşürəm. Mehman bizim üçün sağdır. O həm evdə, həm də məktəbdə daim bizimlədir. Axı şəhidlər ölmür. “Ölümlərin şərəflisi şəhidlikdir” sözünü əbəs deməyiblər”.
 
Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanovun Mehman Qənbərov haqqında dedikləri: “Torpağa ana demişik. Hər birimizin borcu Ana Torpağı qorumaqdır. Hərbçi olmaq istəyənlərin hər biri özünə inamın, düşmənə qorxu bilmədən cavab verə biləcəyinə güvənən igidlərdir. Onların hər biri düşmənə sərt, dosta arxadır. Döyüş meydanında biz zabitlər hər şeyi unudur, yalnız irəli getməyi düşünürük. Mehman Qənbərov haqqında uzun-uzadı danışmaq olar. Mən onun komandiri idim. Onun zəhmi, cəsarəti, hünəri gözlərimin önündən getmir. Çox diqqətli oğlan idi, əsgərlərə qarşı qayğıkeş olduğuna şahidəm. Hər dəfə atəşkəs pozulanda bir-birimizlə halallaşıb sonra bölünürdük. 2020-ci ilin 27 sentyabrında artıq vəziyyət tamamilə dəyişmişdi. Bir məqsəd var idi, irəli getmək, düşməni məhv etmək, düşmən tapdağında olan ərazilərə Azərbaycan Bayrağını taxmaq. Kimliyindən asılı olmayaraq, hər kəs irəli getməyə və bayrağımızı tapdaqda olan ərazilərimizə taxmağa hazır idi. Mehman da bu arzu ilə yaşayırdı.
 
Dostluqda mərd olan Mehman tez-tez bu sözləri işlədirdi: İgidə ürək, dosta kürək, bayrağa külək yaraşır. Biz bir-birimizə arxa duraraq igidlik göstərib, bayrağımızı öz ərazilərimizdə taxmalıyıq. Gərək Azərbaycan Bayrağı Xocalıda, doğulduğum Ağdamda, Şuşada və eləcə də Qarabağın hər qarışında dalğalansın. “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq uğrunda ölən varsa Vətəndir!” Biz bu torpaq üçün lazım gəlsə, ölməliyik, amma düşmənə yerini bildirib, torpağımıza sahib çıxmalıyıq. Şəhidsiz Vətən olmaz, ona görə gələcək nəsillərə rahat həyat bəxş etməliyik. İtirdiyimiz torpaqların, verdiyimiz şəhidlərin qidasını almalıyıq. Əks halda Ağdamım məni bağışlamaz”.
 
Mehman cəsarəti ilə nümunəvi zabit olduğu kimi, yaxşı oğul, intizamlı ailə başçısı, gözəl ata idi. Arzusu torpağını azad görmək olmuşdu. Amma ona Ağdama getmək nəsib olmasa da, şəhidlik nəsib oldu. Yarıda qalan arzularını dostları tamamladı. Biz heç vaxt Mehmanı unutmuruq. Tez-tez onu yad edir, övladlarına ataları haqqında olan xatirələrimizi xatırladırıq. Biz inanırıq ki, bütün şəhidlərin ruhu şaddır. Ona görə ki, onların qanı tökülən torpaq, torpağın qızıl fondu olsa da, o torpaqda artıq öz xalqımız yaşayacaq. Şəhid qanı ilə suvarılan torpaqda al-qırmızı lalələr bitəcək. O torpaqda toy-nişanlar olacaq. Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi: “Qarabağ Azərbaycandır!” Və o Azərbaycan torpağında quruculuq işləri görüləcək.
 
 
Gülsüm Adilqızı
Moskvada nəşr olunan “Vətən çağırır” qəzetinin baş redaktoru
Oxşar xəbərlər
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək