Azərbaycan Cümhuriyyəti: Daxili işlər naziri Behbud xan Cavanşir - Nəsiman Yaqublunun araşdırması
Cəmiyyət
Oxunub: 3696
24 May 2024 | 10:10
Azərbaycan Cümhuriyyəti: Daxili işlər naziri Behbud xan Cavanşir - Nəsiman Yaqublunun araşdırması
Azərbaycanın görkəmli dövlət xadimi Behbud xan Cavanşir Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğludur. O, 1877-ci ildə Tərtər qəzasının (Sovet dövründə Mirbəşir rayonu adlanırdı - red.) Azad Qaraqoyunlu kəndində anadan olmuşdur. Çar Rusiyası XIX əsrin əvvəllərində Qarabağ xanlığını işğal etdikdən və İbrahim xanın (Pənahəli xanın oğlu) nəslindən olanlara mənfi münasibət göstərdiyindən, onların Şuşada yaşaması da qeyri-mümkün olurdu.
 
B.Cavanşir 1890-cı ildə Tiflisdə alman dili təmayüllü realnı məktəbə daxil olmuşdur. Burada o, sonradan 26 Bakı komissarlarına başçılıq etmiş, 1918-ci ilin 31 mart soyqırımında dinc müsəlman əhaliyə zorakılıqlar törətmiş S.Şaumyanla səkkiz ilə yaxın bir yerdə təhsil almışdır. B.Cavanşir Tiflisdə realnı məktəbi başa vurduqdan sonra Almaniyanın Freyburq şəhərinə getmiş və burada dünyada ilk ali-texniki məktəb sayılan Dağ-Mədən Akademiyasında təhsil almışdır. Qeyd edək ki, o, bu akademiyanın ilk azərbaycanlı məzunu sayılır.
 
Almaniyada təhsilini bitirdikdən sonra B.Cavanşir İngiltərəyə − Londona getmiş, burada ingilis dilində təkmilləşdirmə kursları keçdikdən sonra 1907-ci ildə Bakıya qayıtmışdır.Mükəmməl təhsil alan B.Cavanşirin alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini bilməsi haqqında məlumatlar vardır. 
 
B.Cavanşir Bakıya qayıtdıqdan sonra Şibayevin neft mədənlərində işləməyə başladı. O, bu dövrdə ictimai fəaliyyətini də genişləndirirdi. Milyonçu H.Z.Tağıyevin başçılıq etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərliyinə seçilir, Rusiyada və Avropada təhsil alan bir neçə azərbaycanlı gəncə təqaüd verir, bəzi qəzetlərə də yardımlar edirdi.
 
Qeyd edək ki, B.Cavanşir yüksək savada malik sənaye mütəxəssisi idi. Onun çar Rusiyası dövründə aksiyalara malik olması və bu baxımdan neft sənayeçiləri arasında yaxşı tanındığı qeyd olunmaqdadır. O, dəfələrlə neft sənayeçiləri qurultayının icraiyyə komitəsinin sədri seçilmişdir.
 
B.Cavanşir 1917-ci ilin Fevral-burjua inqilabından sonra yaradılan Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir (10, s. 66).
 
1918-ci ildə Bakıda baş verən Mart soyqırımının qarşısının alınmasında B.Cavanşir böyük səylər göstərmiş və  O, həm də yaradılmış barışıq komitəsinin üzvü idi. 
 
B.Cavanşir 1918-ci ilin iyunun 17-də F.X.Xoyskinin yaratdığı Hökumət kabinəsində Daxili İşlər Naziri vəzifəsini icra etmişdir. O, bu sahədə də ciddi işlər görmüşdür. Həmin dövrdə onun təşəbbüsü ilə neft mədənlərini mühafizə edən Bakı şəhər polisinin maaşları neftdən gələn gəlirin üç faizi hesabına ödənilirdi.
 
Qeyd etdiyimiz kimi, B.Cavanşir Azərbaycan Cümhuriyyətinin Daxili İşlər naziri olarkən ölkədə vəziyyət çox ağır idi. O dövrdə Azərbaycan hökuməti Gəncədə yerləşirdi və Bakıya daxil olmaq qeyri-mümkün idi. Gəncədə yerləşən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə ağır danışıqlar gedirdi. Azərbaycanın istiqlalı M.Ə.Rəsulzadənin fikrincə, sözlə elan edilsə də, reallaşmaq imkanı çox mürəkkəb idi. Əsas problemlərdən biri − Bakının alınması və hökumətin orada fəaliyyətə başlaması idi.
 
Belə  vəziyyətdə ölkədə ictimai asayişi qorumaq, qayda-qanun, intizam yaratmaq tələb olunurdu. Bu gerçəkliyi əsas götürən F.X.Xoyski hökuməti ciddi qərar qəbul etmək məcburiyyətində qalmışdı. 1918-ci ilin iyunun 23-də Nazirlər Şurasının sədri F.X.Xoyskinin və Daxili İşlər naziri B.Cavanşirin imzaladığı qərarla ölkədə hərbi vəziyyət  elan edildi. Azərbaycanın Daxili İşlər naziri olan B.Cavanşir Nuru Paşa ilə razılaşma əsasında bu qərarı həyata keçirmək məcburiyyətində idi. 
1918-ci ilin sentyabrın 15-də Bakı şəhəri Qafqaz İslam Ordusu tərəfindən azad edildikdə B.Cavanşir  Daxili İşlər naziri vəzifəsini icra edirdi. Bu, çox ağır bir dövr idi. O, qısa bir müddətdə Bakı şəhərində qayda-qanun yaradılmasında, ictimai asayişin qorunmasında mühüm tədbirlər gördü.
 
1918-ci ilin sentyabrın 18-dən Azərbaycan hökuməti Bakıda fəaliyyətə başladı. B.Cavanşirin başçılıq etdiyi Daxili İşlər Nazirliyi “Metropol” mehmanxanasının binasında (indiki Nizami adına Ədəbiyyat Muzeyinin binası) yerləşirdi. O, Daxili İşlər Naziri olarkən İçərişəhərdə Polis müdavimləri hazırlayan məktəb açdırır və burada 1200-ə qədər müdavimin təhsil alacağını planlaşdırır.
 
Behbud xan Cavanşir F.X.Xoyskinin başçılıq etdiyi II Hökumət kabinəsində (17.06.1918 − 07.12.1918) bitərəf olaraq Daxili İşlər naziri vəzifəsində 1918-ci ilin oktyabrın 6-na qədər çalışmaqla yanaşı, eyni zamanda Ticarət, Sənaye və Daxili İşlər naziri olaraq da fəaliyyət göstərmişdir. Yəni əslində iki nazirliyin işini o, 1918-ci ilin 26 dekabrına qədər yerinə yetirmişdir.
 
B.Cavanşir bu vəzifələrdə olarkən Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan sənədlərə imza atmışdır. 
 
1918-ci ilin noyabrın 28-də Azərbaycan Cümhuriyyəti hökuməti ilə Şimali Qafqazın Dağlı Xalqları İttifaqı Respublikası arasında tarixi müqavilə bağlanır. Həmin müqaviləni Azərbaycan hökuməti adından Ticarət və Sənaye naziri Behbud xan Cavanşir və Maliyyə naziri Məhəmməd Həsən Hacınski, Dağlı Xalqları Respublikası tərəfdən Bahadur bəy Molaçixan və İbrahim bəy Heydərov imzalamışdı. 
 
B.Cavanşir öz fəaliyyətində Azərbaycan Cümhuriyyətinin qonşu dövlətlərlə ticarət və sənaye sahəsindəki əlaqələrinə böyük diqqət yetirirdi. Onun  Ticarət və Sənaye Naziri olduğu dövrdə Azərbaycan və Gürcüstan arasında 1918-ci ilin dekabr ayının 26-da çox əhəmiyyətli müqavilə imzalandı. Həmin müqaviləni Azərbaycan hökuməti tərəfindən B.Cavanşir, Gürcüstan hökuməti adından isə Azərbaycanda Gürcüstanın diplomatik nümayəndəsi Nikolay Karcivadze imzalamışdılar. 
 
1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamenti fəaliyyətə başlayır. B.Cavanşir də parlamentin üzvü oldu. O, parlamentdə bitərəflər fraksiyasında təmsil olunurdu. 1919-cu ilin oktyabrında həmin fraksiyada parçalanma olduğundan Behbud xan Cavanşir, Bəhram Axundov və Əbdüləli bəy Əmircanov müstəqil bitərəflər qrupu yaratdılar. 
 
B. Cavanşirin parlamentdəki çıxışlarına ən çox 1919-cu ildəki iclaslarda rast gəlmək mümkündür. Onun 1919-cu ilin 18 oktyabrında parlamentin 85-ci iclasındakı yürütdüyü fikirlər çox önəmlidir.
 
Parlamentdə “Gömrük idarələrindən alınan vergilər barəsində”, Maliyyə Naziri hüququnun genişləndirilməsi haqqında” 11-ci məsələ olaraq müzakirə edilirdi. Bu haqda ilk məlumatı M.Hacınski izah etdikdən sonra Ə.Cövdət bəy əlavə fikrini bildirdi. Sonra söz B.Cavanşirə verildi. 
 
B.Cavanşir izahdan sonra fikrini belə yekunlaşdırdı ki, “idxalata gömrük qoyulmasın ki, mal ucuz olsun və camaat ondan faydalansın”.
 
1919-cu ilin noyabrın 10-da Azərbaycan Parlamentinin 96-cı iclası keçirildi. İclasda dinlənilən məsələlərdən biri də “Etimadnamə Komissiyasının məruzəsi”idi (məruzəçi Rüstəmbəyli − red.). Onun çıxışından sonra Ə.Qarayev, S.M.Qənizadə, M.Ə.Rəsulzadə, Ə.C.Pepinov, Kravçenko, M.Mahmudov, M.Şeyxzamanov çıxış etdilər. Təklif  səsə qoyulsa da, qəbul olunmadı. Belə olduqda B.Cavanşir çıxış edərək dedi: “Əfəndilər, burada Əhməd bəy dedi ki, hərə cürbəcür adam tərəfindən qol çəkilibdir. Orada milli komitə yoxdur, bir cəmiyyət vardı ki, kasıblara kömək edirdi, ondan sonra Şeyxzamanov buyurdu ki, Zəngəzur belə gəldi, belə getdi, əvvəlinci gündən ki, biz Gəncədə idik, Dondarlı və Zəngilan bir yerdə idilər. O vaxt da Dondarlı gəlib iştirak edibdir və öz seçkilərində bir nəfər yüzbaşı Parlament üzvlüyünə qəbul göndərmişlərdi. Buraya gələndə o adam İttihad firqəsinə daxil olmuş və sədrimiz izahat veribdir ki, bu seçki düz deyil, o gərək öz yerində təhqiq olunsun”.
 
Sonra B.Cavanşir belə təklif etdi ki, parlamentə üzvün ya xalq, ya da yerli komitələr tərəfindən seçilməsi aydınlaşmalıdır ki, əziyyət çəkilməsin.
 
Parlamentin 1919-cu ilin 27 noyabrında keçirilən 101-ci iclasında 600 milyonluq “emissiya məsələsi” ilə məsələnin müzakirəsi davam etdirildi. Əsas məruzəçi S.Ağamalıoğlu olmadığından, Y.Əhmədzadə məruzə etdi. Onun məruzəsindən sonra ilk olaraq Q.Qarabəyli, Malxazov, S.Ağamalıoğlu (o, sonradan iclasa gəlib − red.), Ə.Cövdət, M.Əfəndizadə, M.Ə.Rəsulzadə çıxış etdilər. 
 
B.Cavanşir çıxışında ölkənin idarə olunması üçün təcrübəli adamların önə çəkilməsini əsas sayırdı. O, vacib bir məqamı da vurğulayırdı: “Məmləkətin xəzinəsini saxlamaq bir şəxsin öz evini saxlaması kimidir”.
 
B.Cavanşir çıxışında ölkəyə müxtəlif səbəblərdən gəlib məskunlaşmış insanlardan, onların dövlətə fayda verməsi vacibliyindən danışırdı: “Buraya hər tərəfdən qaçıb gələnlər, məsələn Denikindən, bolşevikdən qaçmışlar, ticarət ilə çalışırlar. Onlar nə əskər verirlər, nə də məmləkət ilə bir əlaqələri vardır. Onların fikirləri cürbəcür pisliklər ilə məmləkəti batırmaq və nəticədə əzməkdir. Vaxta ki siz bizim içimizdə olursunuz, bolşevikdən, menşevikdən qaçıb, burada yaşayırsınız, heç olmazsa bizə kömək ediniz. Onun bir azını da bizə veriniz”. 
 
B.Cavanşir hökumətdə tutduğu  vəzifələrdən uzaqlaşdıqdan sonra da əsas fəaliyyətini parlamentdə davam etdirdi. Eyni zamanda o, 1919-cu ilin iyulun 18-də “Dəyanət” kommersiya şirkəti açdı və xarici ticarətlə məşğul oldu.
 
B.Cavanşir təhsil aldığı Almaniyadan yumşaq buğda növləri gətirib Qarabağda əkinçilikdə istifadə etmişdi. Maraqlıdır ki, Qarabağa ilk avtomobili gətirən və bu bölgənin yollarını abadlaşdıran da B.Cavanşir olmuşdur. 
 
1918-1920-ci illərdə Bakıda təntənəli “Azərbaycan gecələri” konsertinin və bir çox cəmiyyətlərin təşkili də onun adı ilə bağlıdır. 
 
Bəzi araşdırmalarda B.Cavanşirin də M.Hacınski ilə birlikdə Sovet Rusiyası ilə yaxınlaşmaq, diplomatik münasibətlər qurmaq cəhdləri qeyd olunur.
 
1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra peşəkar mühəndis kimi tanınan və xariclə güclü əlaqələri olan B.Cavanşir neft sənayesi sahəsində çalışmışdır. Həmin ilin sonunda N.Nərimanov onu müasir neft-mədən avadanlığı almaq üçün Almaniyaya göndərdi. B.Cavanşir yolüstü İstanbulda həmyerlisi Ə.Ağaoğlunun evində qaldı. Bir gecə küçə ilə gedərkən arxadan Daşnaksütun partiyasının üzvü Torlakyan tərəfindən atılan güllə ilə qətlə yetirildi.
 
Tanınmış tədqiqatçı V.Quliyevin “Ağaoğlular” kitabında həmin hadisəni Əhməd bəyin qızı Sürəyya xanım belə təsvir edir: “Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək, atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi. Azərbaycanın Daxili işlər naziri olmuş Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir bəy xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə bağındakı evimizdə beş gün gizli yaşadı. Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən onlar evimizi tərk edib “Pere Palas” mehmanxanasında yerləşdilər. Ertəsi gün səhər tezdən Behbud xanın axşam “Pere Palas” mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik”.
 
B.Cavanşirin qətli ilə bağlı aparılan məhkəmə prosesindən aydın olur ki, o, İstanbula 1921-ci ilin iyun ayının 25-də həyat yoldaşı Tamara Velkonskaya (o, rus xanımı idi), qardaşları Surxay və Cəmşidlə birlikdə gəlmişdir. B.Cavanşirin həyat yoldaşının məhkəmədəki ifadələrindən məlum olur ki, qatili gördükdə bir neçə gün əvvəl onunla Təpəbaşı baxçasında qarşılaşdıqları yadına düşür. Məlum olur ki, erməni terrorçu onları izləyirmiş.
 
Hadisə baş verən günü, 1921-ci ilin iyulun 18-də axşam saat 23-də B.Cavanşir, həyat yoldaşı və qardaşları ilə birlikdə “Təpəbaşı” teatrından çıxıb, “Pere Palas” otelinə gedirmiş. Bu zaman terrorçu Misak Torlakyan arxadan yaxınlaşıb tapança ilə Cavanşirə üç  güllə atıb. B.Cavanşir arxaya dönüb və qatilə doğru irəliləsə də, aldığı yaralardan yerə yıxılıb. B.Cavanşirin qardaşı Cəmşid qatili tutmuş, ona atılan güllə ilə sol qaşını yaralayıb. B.Cavanşirin digər qardaşı Surxay və xanımı qatilin üstünə atılmış, onu zərərsizləşdirmişlər. Sonra qatil güllə səsini eşidib gələn polislərə təhvil verilmişdir.
 
B.Cavanşiri yaxınlıqdakı ingilis xəstəxanasına aparsalar da, onu sağaltmaq mümkün olmayıb və 35 dəqiqə sonra dünyasını dəyişib.
 
Hadisədən sonra ağır məhkəmə prosesi başladı. Bu cinayətə dəstək verən erməni dairələri qəzetlərdə elan verərək şahidlər toplamağa çalışdılar.
 
O dövrdə İstanbul İngilis işğal nəzarəti bölgəsi sayıldığından, məhkəmə prosesini də onlar aparırdı. Prosesdə ingilis prokuroru Rickatson  tərəfsizliyini qoruyub saxlasa da, onu uzaqlaşdırıb yerinə  Çribbonu təyin etdilər.M.Torlakyanın əsas vəkilləri Türkiyə erməniləri olan Xosrovyan və sabiq Sivas vəkili Barsamyan idi. B.Cavanşir ailəsini vəkil Heydər Rifət bəy müdafiə edirdi.
 
Erməni vəkilləri hər üsuldan istifadə edərək, cinayətkara haqq qazandırmağa çalışırdılar. Bir təqdimatda onun bu cinayəti törədərkən “şüurunun yerində olmaması faktı”nı irəli sürsələr də, Doktor Məzhər Osmanın başçılığındakı həkim heyəti bunu təsdiqləmədi.
 
Sonradan həkimlərin rəyini “tərəfkeşlik edilib” adı ilə məhkəmə qəbul etmədi, qatilin müayinəsini ingilis həkiminə tapşırdılar.
 
Bu uydurma rəy əsasında M.Torlakyan İngilis işğal məhkəməsi tərəfindən bəraət aldı. Bundan sonra M.Torlakyan İstanbuldakı bir erməni Patriarxlığına təslim edildi, tez zamanda gəmi ilə Yunanıstanın  Pire şəhərinə göndərildi. Yunanıstandan isə onun ABŞ-a getdiyi qeyd  olunmaqdadır. Araşdırılan sənədlərdən onun Trabzonda doğulduğu və burada Darülmüəllimdə təhsil aldığı, sonra ailəsi ilə Rusiyaya getdiyi, erməni ordusuna da könüllü olaraq yazıldığı bildirilir.
 
Məhkəmədə şahid qismində ilk olaraq B.Cavanşirin qardaşı Cəmşid, sonra xəstəxananın həkimi C.Hil, xanımı Tamara Velkonskaya, Qalatasaray Mərkəz Polis bölməsinə mənsub 250 saylı türk polis məmuru Əli Əfəndi çıxış etdilər. 
 
Şahid qismində məhkəmədə çıxış edən Azərbaycan Parlamentinin sabiq üzvü, “Azərbaycan” qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli bu sözləri dedi: “Rus inqilabından əvvəl Cavanşir məşhur bir mühəndis idi və sırf məsləki ilə məşğul olub siyasi işlərə qarışmazdı. İnqilabdan sonra namuslu bir millətpərvər olaraq Azərbaycan siyasəti və milli məsələlərə qoşuldu. Azərbaycan hökuməti təşəkkül etməzdən öncə özü  Müsavat Partiyasına mənsub idi. Azərbaycan Mərkəzi Komitəsinin üzvü olan Behbud xan Cavanşir Mərkəzi Milli Komitənin də üzvlərindən idi. Müsəlman və ermənilər arasında olan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Cavanşir Müsavat Partiyasının ancaq sıravi bir üzvü idi və zənginliyinə baxmayaraq, bu partiyada çox böyük nüfuz sahibi deyildi. Cavanşir çox sülhpərvər olub, ermənilər və müsəlmanlar tərəfindən təşkil edilən heyət üzvü olaraq Gəncə və Qarabağa getdi və erməni-müsəlman münaqişəsini sülh yolu ilə həll etməyə məmur oldu. Cavanşirin Bakı erməniləri arasında da bir xeyli dostu var idi. İlk təşəkkül edən Azərbaycan hökumətində Daxili İşlər naziri olmuşdur. Nazirliyi dövründə fəal adam olduğundan ermənilər və müsəlmanlar ondan çox razı idilər. Behbud xan Cavanşirin nazirliyi dövründə Ermənistanın heç bir tərəfində milli iğtişaşlar olmamışdır. Azərbaycan və Türk ordusu Bakını aldıqdan və hökumət Gəncədən Bakıya gəldikdən sonra Behbud xanın əmrləri və  tədbirləri sayəsində Bakıda asayiş və intizam bərpa olundu və heç bir nümayiş olmadı”.
 
Məhkəmədə çıxış edən erməni şahidləri isə B.Cavanşirin ünvanına “şər və böhtan” ifadələri işlədir, onu ermənilərin qətlində günahkar sayır, Bakı alınarkən üç minə qədər erməninin öldürülməsində onun əli olduğunu qeyd edirdilər.
 
Erməni şahidləri məhkəmə prosesində bütün şantaj vasitələrindən istifadə edirdilər. Onlar 1918-ci ilin sentyabrın 15-də Bakı azad edilərkən F.X.Xoyski və B.Cavanşirin əhaliyə müraciətlə yazdıqları bəyannaməni sanki ermənilərin qətlinə başlanması sənədi kimi təqdim edirdilər. Həmin sənədin qəzetdə yayımlanan bir müraciət olduğunu çıxışında bildirən Ş.Rüstəmbəyli belə izahat vermişdi: “Bu əmrnamədə bəzi məsuliyyətsiz şəxslərin soyqun və qəsblərə yol verdiyini, onların hərbi məhkəmələrdə cəzalandırılmasını bildirirdi”.
 
Digər erməni şahidi (Təhməzyan) isə əslən Trabzonlu olduğunu, 1916-cı ildə Bakıya getdiyini, Bakı azad olunarkən B.Cavanşirin və F.X.Xoyskinin verdiyi bəyannamədə ermənilərdən başqa “hər kəsin işi-gücü ilə” məşğul ola biləcəyinin qeyd olunduğunu, ermənilərin bundan qorxub küçələrə çıxa bilmədiyini söylədi.
 
Məhkəmədə ifadə verən Kirkor Əmiryan da 1918-ci ilin sentyabrın 15-də Bakının azad olunmasından sonra ermənilərin F.X.Xoyski və B.Cavanşirin göstərişi ilə qətl edildiyini söylədi və həqiqətə uyğun olmayan ifadələr verdi.
 
Pavel Teyğan adlı bir erməni (özünü həm də rusiyalı zabit kimi təqdim edir) də 1918-ci ildə Bakıda olduğunu, Behbud xanın “qətliamlar”da məsuliyyət daşıdığını bildirdi.
 
Digər şahid olaraq ifadə verən xanım Arus Xandanyan isə “yetimlərinin” B.Cavanşir tərəfindən qətl edildiyini, ondan bunun cavabını soruşduqda, köməkçilərindən birinə onu döyməyi əmr etdiyini söylədi.
 
Erməni şahidlərin bu yalan ifadələrinə baxmayaraq, B.Cavanşirin rus millətindən olan həyat yoldaşı Tamara Velkonskayanın məhkəmədə bu sözləri də eşidildi: “Həyat yoldaşım daima Azərbaycan müsəlmanları ilə ermənilər arasında sülh və barışığın təmin və təsisinə çalışırdı. Həyat yoldaşım heç bir zaman nə erməni qətliamlarında iştirak etmiş, nə də bu kimi qətliamlarda məsul olmuşdur. 1918-ci ilin martından, yəni Bakıdan çıxdıqdan sonra həyat yoldaşım təhlükədə olduğunu, erməni qətliamlarından məsul və ya qeyri-məsul  olması dolayısı ilə deyil, fəqət müsəlman olduğu cəhəti ilə ermənilər tərəfindən haqqında nifrət yarandığını bilirdi”.
 
Həmin məhkəmədə Ə.Ağaoğlunun qızı, məhkəmədə vəkillik edən Heydər Rifət bəyin katibəsi, sonradan Türkiyədə tanınmış hüquqşünas −vəkil olan Sürəyya Ağaoğlu da iştirak edirdi. Şahidlərdən Qacar nəslindən olan Ziba xanım, Qara Ağazadə, Əhməd Həmdi Qarağazadə, Yusif bəy Qasımov ifadələrində ermənilərin müsəlmanlara qarşı törətdikləri vəhşilikləri qeyd etdilər.
 
B.Cavanşirin ölümündən sonra qardaşları  Cəmşid və Surxay Türkiyədə qalıb yaşadılar, Azərbaycana qayıtmadılar. Həyat yoldaşı Tamara Velkonskaya isə Rusiyaya qayıdıb, ömrünün sonunadək ailə qurmadan Moskvada tənha yaşayırdı.
 
Sovet rejimi dövründə B.Cavanşirin Azərbaycanda yaşayan qohumlarını təqib etdilər, sürgünə göndərdilər. Onun bacısı oğlu Ənvər Cavanşir 1948-ci ildə sürgündən qayıdarkən Moskvada yaşayan B.Cavanşirin həyat yoldaşı Tamara xanımla görüşdü. Ondan “Nə üçün yenidən ailə qurub yaşamadınız?” sualına Tamara xanım belə cavab vermişdi: “Behbud xan kimi bir insanı tapmaq qeyri-mümkündür”.
 
Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib