Zahid Oruc:” Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyi"nin salınmasını arzu edirik”
Cəmiyyət
Oxunub: 3263
15 May 2024 | 10:39
Zahid Oruc:” Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyi
 
2024-cü il BMT tərəfindən təsis edilən “Beynəlxalq Ailə İli”nin 30-cu ildönümüdür. Əlbəttə, yubiley qarşısında hər bir dövlət dünyaya ən qiymətli resursu-ailə institutu ilə birgə çıxır. Çoxmillətli, çoxdinli və mədəni müxtəlifliyi ilə öyünən, daim fərqli sivilizasiyaların uzlaşma məkanı kimi çıxış edən Azərbaycan özünün ən böyük sərvəti-milli varlığını, tarixini, ənənələrini və min illərdir dünya siyasi xəritəsində mövcudluğunu qoruyub saxlayan milyonlarla ailələnin vahid Vətəni kimi çıxış edir.
 
Böyük mənəvi-ideoloji əhəmiyyəti olan “Ailə  Günü”, eləcə də əksər dünya ölkələrində təntənə ilə keçirilən “Analar Günü” və “Atalar Günü"  mahiyyət etibarilə bir məqsədə-millətin özülünü, nüvəsini təşkil edən, onun müqəddəs ideallarını fiziki, mənəvi və siyasi cəhətdən gerçəkləşdirməyə qadir olan ailə institutunu inşa etməyə, onu qorumağa və fasiləsiz, arasıkəsilməz vəhdətdə nəsillərarası bağların təminatına xidmət edir. Min illik arzularını gerçəkləşdirən, milli azadlığına qovuşan xalqımızın 90-cı illərdən sonra məruz qaldığı ağır işğal və humanitar böhranın ən böyük zərbəsi məhz Azərbaycan ailəsinə dəymişdi. 
 
30 ildən sonra qazandığımız parlaq Qarabağ Zəfəri ilk növbədə, “qaçqın və məcburi köçkün ailələr” məfhumunu tarixə qovuşdurmaqla, gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən, öz isti evini, ocağını və şəxsi həyatını qurub-yaradan, bir daha o yurdları tərk etməyən azərbaycanlı ailələr deməkdir. 
 
Əslində Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz “Milli Ailə günü” olmalıdır. Çünki hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir. Ölkəmizin müdafiə qabiliyyətini formalaşdıran, müasir hərbi texnologiyaları hərəkətə gətirən və sosial rifahı təmin edən qüvvə məhz ailə təsisatıdır. Onun sarsılmazlığı, bütövlüyü və müqəddəsliyi sərhədlərinin qorunması qədər vacibdir. Gəlin, bütün virtual şəbəkələrdə paylaşılan və 44 günlük müharibədə azərbaycanlı ailəsinin bənzərsiz mənzərələrini, qəhrəmanlıq tablolarını əks etdirən bir sətirlik hekəyələri yenidən xatırlayaq:
 
Həyat yoldaşının cansız cismini zərif çiyinlərində daşıyan qadın,
Əli, qolu olmaya- olmaya “mən Vətən üçün heç nə edə bilmədim”, deyən qəhrəman,
Ürəyində qəlpə ola-ola “canım qurban bu Vətənə”, deyən əsgər,
Oğlunun məzarında “Xocalının qisasını almısan, buna görə ağlamıram” deyən ana,
Can verəndə “qızım üçün darıxıram”, deyən əsgər,
Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana,
Hospitalda can verərkən “axı niyə Şuşanı görmədim”, deyib Suqovuşanda yaralanan döyüşçü, 
Oğlunun cənazəsi gələn yolu əyilib öpən və "südüm sənə halal olsun oğul", deyən ana,
 Hər qızının bir oģlunu,  2  şəhid nəvəsini Vətən sag olsun deyərək, dəfn edən nənə və Baba,  
44 günlük müharibədə iştirak etdiyini yalnız müharibə bitdikdən sonra valideynlərinə xəbər verən oğul,
Şəhid övladını dəfn edərkən  məzarlıqda ikinci oglunun da ölüm xəbərini alan, “yeganə təsəllim Qarabagın büsbütün ermənilərdən azad olunması ola bilər” deyən , eyni gündə iki oglunu şəhid verib tək qalan ana,
Evini itirən, oğlunu, gəlinini, iki nəvəsindən birinin cəsədini dağıntılar altından çıxaran və digərini axtara-axtara "Vətən sağ olsun", deyən gəncəli Ana və sair.
 
Gördüyünüz kimi, bir cümləyə yerləşən, lakin bir ölkəyə sığmayan qəhrəmanlıq hekəyələrini yaradan ata və oğullar, ana və qızların hamısı vahid bir ailənin övladlarıdır! Dünyada bərabəri görünməyən azərbaycanlı ailələrin səlnaməyə çevrilən müharibə tarixidir. Lakin müasir kommunaksiya əsrində ən böyük sual budur: ”biz nə qədər parlaq nümunələri kütlkəviləşdirə, tirajlaya, onu simvollara çevirə bilmişikdir”dir.
 
Ulu öndər Heydər Əliyev şəxsi nümunəsi ilə örnək ailə obrazı olduğu üçün deyirdi: “Ailə dəyərləri, ənənələri, milli-mənəvi dəyərlərə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”. Məhz həmin ideala sadiq qalaraq, gəncliyi Qələbəyə gətirən prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə yetişən nəsillə öyünərək, andiçmə mərasimində deyir, sitat:” Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar milli ənənələrə, mənəvi dəyərlərə sadiq olsunlar. Kimsə onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlamdır, ənənələr, milli dəyərlər üzərində qurulubdur. Ailə tərbiyəsi hər bir gənc və uşaq üçün əsasdır…Gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın, hər bir ailənin və dövlətin qarşısında durur”.
 
Göründüyü kimi, ölkənin Birinci şəxsi kütləvi qırğın silahlarını, son 2 ildə dünyada 200 milyard dollardan çox artan hərbi xərcləri və sürətlə silahlanmalarını, yaxud beynəlxalq terroru təhlükələr kimi ön yerə qoymur, məhz müqəddəs ailə ocağının xarici hücumlardan hifz edilməsini birinci sırada göstərir. Hörmətli Mehriban xanım Əliyevanın son 20 ildə düşmənlə savaşın bütün səngərlərində Ali Baş Komandanla çiyin-çiyinə olması da Zəfərimizin parlaq qadın obrazıdır. Şəhid ailələri ilə görüşdə övladlarını itirən analara “Birinci sizsiniz” duyğusunun bəxş edilməsi gerçəkdən böyüklükdür, nəciblikdir, fədakarlıqdır.
Ona görə də "dövlətin ailə siyasəti" sosial siyasətin aparıcı sahəsi olmaqla ailəni hər zaman hifz etməyə, onun status və rolunu artırmağa yönəlib.
 
Bəli, XXI əsrin 24-cü ilin qlobal böhranlar, az qala 3-cü dünya müharibəsi kimi xarakterizə olunan beynəlmiləl savaşla xarakterizə olunur. Ona görə “Ailə kiçik dövlətdir - dövlət böyük ailədir”, formulu ənənəvi baxışları dəyişdirir, yəni, hakimiyyətləri, idarəetmə orqanlarını xalqsız, onu təşkil edən fərdlərsiz və kiçik sosial qrup olan ailələrsiz təsəvvür etmək qeyri-mümkündür. Əgər ailələrin nizamı pozulursa, dövlətlər ayaqda qala bilmir. Bu aksiomadır.
 
Hazırda bütün dünyada ənənəvi ailə modeli böhran yaşayır. Onu doğuran səbəblər,  dəyərlərin aşınması, rəqəmsal işğalın və elektron, virtual həyatın canlı aləmi əvəzləməsi hər bir siyasi hakimiyyətin qarşısında mühüm tələb və vəzifələr qoyur.
 
Müasir Azərbaycan cəmiyyətində də ailədaxili münasibətlər, təsəvvür və baxışlar dəyişiklikliyə uğrayır. XXI əsrin əvvəllərinə qədər ailə institutu - patriarxal və ya ənənəvi, uşaq mərkəzli və ya müasir mərhələlərindən keçib, hazırda postmodern, eyni zamanda natamam və nikahdankənar çoxsaylı alternativ ailə-nikah modellərinə doğru yön alıb.
Dəyərlər sisteminin qərbləşməsi, aqressiv təbliği və mədəni hegemonluğuna nail olması üçün hər cür informasiya hücumları baş verir.  Qlobal internet məkanında mənəvi-əxlaqi nihilizmin, sərhədsiz azadlqlıların sürətli təbliği və ifrat ideologiyalı sosial hərəkatlar tüğyan edir. Biz onu antiailə pandemiyası adlandıra bilərik.
Ailənin tarixən formalaşan, cəmiyyətin bütövlüyünü təşkil edən "nikah, cinsi və reproduktiv davranış üçlüyün"ə, yəni ailə modelinin klassik-ənənəvi formasını əvəzləməyə iddialı olan alternativ ailə modellərinin formalaşması- rəngli ailə hərəkatlarının miqyaslı təbliğatı gedir.
 
Bu gün sizə təqdim olunan “Müasir Azərbaycan ailəsi” Analitik Hesabatı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən ailə mövzusunda hazırlanan sayca 3-cü, eyni zamanda, geniş Məlumat bazasına söykənən və 2023-cü ildə keçirilən sorğular əsasında Azərbaycan ailəsinin sosial portretini görməyə imkan verən növbəti araşdırma işidir. Sənədin dövlət və hökumət orqanları, o cümlədən, müxtəlif ictimai instutlarımız üçün də əhəmiyyətli olacağına inanırıq. Hesabatın əsas məqsədi 5 suala cavab verməkdir.
1. Azərbaycan ailəsi özündə həm müasirliyə, həm də milli mədəniyyətə xas ənənələrin vəhdətini özündə ehtiva edir, onların unikal birliyini əks etdirir.
2. Azərbaycanda uşaqlı və nikahı olan cütlük dominant ailə modeli kimi qəbul edilir. 
3.İctimai müzakirələrdə boşanmaların artması, məişət zorakılığı xüsusi vurğulansa da sorğular müasir azərbaycanlı ailəsinin emosional tərəflərə daha çox önəm verdiyini göstərir. 
4. Müasir Azərbaycan insanının valideyn rolu-bir tərəfdən övlada münasibətdə fədakarlıq, digər tərəfdən, fərdi maraqların vurğulanması indiki valideynlərdə əvvəlkilərdən daha çox özünə inamsızlıq, daxili təbəddülatlara sövq edir.
5. Müasir Azərbaycan insanı ailəyə bağlılıq, ailə dəyərlərinə ehtiram hissi ilə seçilir. 
Ümidvarıq ki, bu nəticələr dövlətimizin gündəliyində olan “Azərbaycanın 2025-2050 Ailə Strategiyası"nda nəzərə alınacaqdır. Azərbaycanın “ailə mərkəzli/ailəyə dost” ölkəyə çevrilməsi üçün uşaqlarla bağlı sosial dəstək tədbirləri gücləndiriləcək. Vətən müharibəsi nəticəsində şəhid, əlil və qazı ailələrinin psixoloji problemləri, PTSS-Post Travmatik Stress Sindromu aspektində daha sistemli fəaliyyətlər həyata keçiriləcək. Ailə psixoloqları ilə bərabər, hərbi psixoloq ixtisaslarının ali təhsil proqramlarına daxil edilməsi günümüzün tələbidir.
“Böyük Qayıdış” proqramı çərçivəsində gənc ailələrə dəstək tədbirlərinin həyata keçirilməsi, “Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyi"nin salınmasını arzu edirik. Azad edilmiş torpaqlarımıza gəncliyin nəfəsini, qurub-yaratmaq əzmini və demoqrafik artımı təmin edən siyasətə ehtiyacımız var. Bir sözlə, nümunəvi ailə obrazlarını bütün ictimai və media platormlarında təqdim və təbliğ etmək  Vətəni hərbi səngərdə qorumaq qədər önəmlidir.
Bir daha hər birinizə Sağlam Ailə arzulayırıq!
 
 
 
 
Oxşar xəbərlər
20:12, Bu gün
Rusiya bir gündə iki bombardmançı təyyarəsini itirib
20:00, Bu gün
Rusiya NATO-ya meydan oxuyur - TƏFƏRRÜATLAR
19:53, Bu gün
Qarpızla necə həm arıqlayıb, həm də xərçəngdən qorunaq?
19:45, Bu gün
FHN əməkdaşı faciəli şəkildə ÖLDÜ
19:38, Bu gün
Ən bahalı evlər hardadır: -Bakı, Tiflis, yoxsa İrəvanda?
19:30, Bu gün
Başına bit düşdü, dərman isə əcəli oldu
19:23, Bu gün
Mətanətin əziyyət verən  xəstəliyi
19:15, Bu gün
Azərbaycanda vəzifəli şəxs faciəli şəkildə öldü - FOTO
19:07, Bu gün
Ağadadaşın mahnısı davadan sonra TRENDƏ DÜŞDÜ - VİDEO
19:01, Bu gün
Ayaq qoxularını dərhal yox edən ən asan və TƏBİİ ÜSUL
18:56, Bu gün
Yeni ÖLÜMCÜL VİRUS
18:50, Bu gün
Gəlin qayınanasını  baltaladı
18:43, Bu gün
Azərbaycanlılar getdikcə daha çox içirlər - Səbəbləri açıqlandı
18:36, Bu gün
Binəqədidə Hindistan küçələrini xatırladan mənzərə
18:34, Bu gün
Vüsalənin intiharında yeni DETALLAR: Xəyanətdə adı hallanan qadın İŞ ADAMIDIR
18:31, Bu gün
Pəncərəni açıb yatmaq bədənə necə təsir edir?
18:23, Bu gün
“Üçüncü Dünya Müharibəsinə yaxınıq” — Tramp
18:16, Bu gün
Böyük qardaşını öldürüb, anasını yaraladı
18:08, Bu gün
Asılılıq yaradan 17 qida maddəsi - Özünüzü qoruyun
18:00, Bu gün
“Rəqabətə görə çörəyin içinə tük də qoyurlar” - Ekspertdən ağlasığmaz sözlər
17:59, Bu gün
Keşiş Baqrat Kərkiyə də gedib çıxdı...-“Tezliklə bura da təhvil veriləcək!..-VİDEO
17:58, Bu gün
"Deyirdim, bizim evdə nə vaxtsa "kartoşka" qızardılacaq?" - VİDEO
17:51, Bu gün
Neftçalada məktəb binasında YANĞIN
17:45, Bu gün
Bakı Təşəbbüs Qrupu “Paris-2024”lə bağlı bəyanat yaydı
17:43, Bu gün
Dünən Olimpiya Oyunlarının açılışında olan səhnələr "Woke ağıl virusu" idi, yoxsa müxtəlifliyə dəstək və hörmət?”
17:32, Bu gün
"Atəşkəs olarsa, ərazimizin 25 faizi Rusiyanın nəzarətində qalacaq" - Ukraynanın Türkiyədəki səfiri
17:24, Bu gün
Qurban Yetirmişlidən zəlzələ iddialarına SƏRT REAKSİYA : “Mən fala baxmıram”
17:17, Bu gün
COP29 Azərbaycan Əməliyyat Şirkəti genişmiqyaslı təlim proqramı keçirdi - FOTO
17:10, Bu gün
Almaniyadakı Göy məscid niyə bağlandı? - VİDEO
17:03, Bu gün
Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə - FOTOLAR
16:55, Bu gün
Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü
16:53, Bu gün
Türk Generalı Ermənistanla sülhdən danışdı - PROQNOZ NƏDİR?
16:48, Bu gün
Fransada yüksəksürətli qatarların üçdə biri xəttə çıxmayıb
16:41, Bu gün
Balabəy Ağayev Olimpiada ilə erkən vidalaşdı
16:34, Bu gün
Oğlu və həyat yoldaşı Brilliantı izləməyə gəldi - FOTO
16:27, Bu gün
Hindistanın baş naziri Moskvada Putinlə görüşdən sonra Kiyevə yollanacaq
16:20, Bu gün
Bu tarixdə Bakıda 10 günlük karantin olacaq?
16:12, Bu gün
Şəkidə 4 tondan artıq çətənə kolu məhv edildi
16:05, Bu gün
Sel bir kəndin yolunu uçurdu, giriş-çıxış bağlandı - FOTO
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
GÜNLÜK
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?