İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?.. -II hissə
Cəmiyyət
Oxunub: 3483
11 May 2024 | 07:01
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?.. -II hissə
"Birincisi, Həzrəti Rəsulullah (s) qətiyyən qadın düşkünü və şəhvət əsiri olmamışdır. Çünki əgər bu xüsusiyyətlər onda olsaydı, bu, gənclik illərində özünü büruzə verərdi. Halbuki, Muhəmməd Peyğəmbər (s) 25 yaşından 50 yaşına kimi keçən 25 il ərzində yalnız bir qadınla yaşamış, ondan başqa qadınla evlənməmişdir..."
 
(Əvvəli burada: )
 
4. Peyğəmbərimizin zaman etibarilə 4-cü izdivacı Ömər ibn Xəttabın qızı Hafsa ilə olmuşdur. Hafsa bundan əvvəl Xuneys adlı şəxsin arvadı idi. Xuneys öldükdən sonra Ömər dul qalmış Hafsanı layiqli bir adama ərə vermək istəyir. Bu məqsədlə o, ən yaxın dostları olan Əbu Bəkrlə Osmana müraciət edir. Lakin hər ikisi etiraz edib Hafsa ilə evlənmək arzusunda olmadıqlarını bildirirlər. Ömər onlardan Peyğəmbərə şikayət edir və Peyğəmbərimiz Öməri sakitləşdirib buyurur: “Sənin qızını Osmandan daha üstün bir adam alacaq”. Sonra Həzrəti Rəsulullah (s) Hafsa ilə özünün evlənmək istədiyini bildirir və beləliklə, 21 yaşlı Hafsa hicrətin 2-ci, yaxud 3-cü ilində “möminlərin anaları” cərgəsinə qoşulur. Peyğəmbərin Hafsa ilə icdivacı da siyasi səbəbə əsaslanırdı (Aişə ilə bağlı vəziyyətdə olduğu kimi)...
 
5. Peyğəmbərimizin beşinci xanımı Zeynəb binti Xuzeymə idi. Hədsiz səxavət və alicənablığına görə ona “Ummu’l-məsakin” (miskinlərin anası) deyirdilər. Zeynəbin əri Abdullah Uhud döyüşündə şəhid olduqdan sonra Peyğəmbərimiz bu alicənab qadını səfalətdən xilas etmək üçün onunla evləndi. Peyğəmbərə ərə getdikdən bir neçə ay sonra Zeynəb binti Xuzeymə vəfat etdi. Peyğəmbərimiz özü onun cənazə namazını qılaraq dəfn etdi.
 
6. Peyğəmbərin bibisi oğlu Əbu Sələmə Uhud döyüşündə aldığı ölümcül yaradan vəfat etdikdən sonra arvadı Ummu Sələmə dörd uşaqla başsız qalmışdı. Ummu Sələmə öz əri ilə iki hicrətdə – Həbəşistana və Mədinəyə hicrətlərdə iştirak etmişdi. Bu qadının bütün qohumları Məkkədə idi. Mədinədə qəriblik şəraitində 4 nəfər yetimi böyütmək Ummu-Sələmənin imkanı xaricində idi. Buna görə də Peyğəmbərimiz onunla evlənərək, uşaqlarına atalıq qayğısı göstərdi. Ummu Sələmə Peyğəmbərin vəfatından sonra 50 ildən artıq yaşamış, həmişə Əhli-beytin (ə) müdafiəsi yolunda öz nüfuz və bacarığından istifadə etmişdir. Onun Həzrəti Əli (ə), Fatimə (ə), İmam Həsən (ə), Hüseyn (ə) və Zeynu’l-abidinlə (ə) mehriban münasibəti tarixdə məşhurdur.
 
7. Həzrəti Rəsulullah (s) bibisi qızı Zeynəb binti Cahşı, öz oğulluğu Zeyd ibn Harisə ilə evləndirmişdi. Lakin Zeynəbin xasiyyətinin pisliyi üzündən bu ailə uğurlıı olmadı. Nəhayət, iş o yerə çatdı ki, Peyğəmbərdən icazə alandan sonra Zeyd Zeynəbə talaq verib boşadı. Bundan sonra Peyğəmbər özü Zeynəblə ailə qurdu. O vaxta qədər müsəlmanlar elə güman edirdilər ki, bir şəxsin oğulluğunun arvadı da ona haramdır. Peyğəmbər öz oğulluğunun keçmiş arvadını almaqla müsəlmanlara əyani surətdə başa saldı ki, yalnız doğma oğlun həyat yoldaşı qaynataya haramdır. Peyğəmbərin bu icdivacı ilə bağlı bəzi kitablarda yazılmış çirkin iftiralar tamamilə uydurmadır. Həmin iftiraya görə, guya Peyğəmbərimiz Zeynəbi çimərkən görüb ona vurulmuş və Zeydi məcbur etmişdir ki, Zeynəbi boşasın. Bu cür “rəvayətlər” Həzrəti Rəsulullahın (s) ünvanına açıq-aşkar təhqir və həyasız böhtandan başqa bir şey deyildir.
 
8. Müsəlmanlar hicrətin 6-cı ilində Bəni-Mustaliq qəbiləsini məğlub etdikdən sonra xeyli qadını əsir götürmüşdülər. Qəbilə başçısının qızı Cuveyriyyə Sabit adlı müsəlmanın kənizi oldu. Cuveyriyyə öz ağası ilə müqavilə bağlamışdı ki, ona hissə-hissə pul ödəyərək, axırda azad olacaq. Bu müqaviləni rəsmiləşdirmək məqsədilə Cuveyriyyə Həzrəti Muhəmməd Peyğəmbərə (ə) müraciət etdi. Peyğəmbərimiz hadisəni bilən kimi müqavilədə nəzərdə tutulmuş məbləği ödəyib Cuveyriyyəni azad etdi və Cuveyriyyə öz razılığı ilə azad qadın kimi onunla ailə qurdu. Bundan sonra müsəlmanlar Bəni-Mustaliqdən olan bütün əsirləri azad etdilər. Onlar Peyğəmbərin həyat yoldaşı ilə həmqəbilə olan şəxsləri əsir saxlamağı və onları qul-qaravaş kimi işlətməyi düzgün hesab etmədilər. Nəticədə, Bəni-Mustaliq qəbiləsi bu alicənablığa cavab olaraq, bütünlükdə İslam dinini qəbul edib, müsəlman oldu. Aişə bu məsələni nəzərdə tutaraq söyləmişdir: “Öz qəbiləsinə Cuveyriyyədən daha çox xeyir verən bir şəxs görməmişəm”.
 
9. İslamın qatı düşməni Əbu Süfyanın qızı Ummu Həbibə öz əri ilə birlikdə müsəlmanlığı qəbul edib Həbəşistana hicrət etmişdi. Həbəşistanda Ummu Həbibənin əri İslamdan dönüb xristianlığı qəbul etdi, lakin Ummu Həbibə dinində möhkəm qalıb ona tabe olmadı. Nəhayət, əri vəfat etdikdən sonra Həzrəti Peyğəmbər vəkil vasitəsilə Həbəşistanda olan Ummu-Həbibənin kəbinini özünə kəsdirdi. Mədinəyə qayıtdıqdan sonra Ummu Həbibə Peyğəmbərimizin xanımlarının sırasına qoşuldu. Bu imanlı qadın bütün qohumluq əlaqələrini yalnız İslama tabe etmiş, hətta doğma atası Əbu Süfyanla belə, çox soyuq davranmışdır.
 
10. Xeybər qalaları fəth olunduqdan sonra oradakı yəhudilərin başçısının qızı Səfiyyə müsəlmanlara əsir düşmüşdü. Səfiyyənin əri Xeybər zadəganlarından idi və döyüşdə öldürülmüşdü. Həzrəti Muhəmməd Peyğəmbər (ə) Səfiyyənin İslam dininə meylini görüb, onu azad etdi. Səfiyyə İslamı qəbul edib müsəlman olduqdan sonra Peyğəmbərimiz onunla evləndi. Bu hərəkət yəhudilərin bir hissəsinin gözündə İslam dininin daha da ucalmasına səbəb oldu.
 
11. Hicrətin 7-ci ilinin sonunda Peyğəmbərimiz daha bir qadınla – Meymunə bint Harislə ailə qurdu. Meymunə Həzrəti Rəsulullahın (s) əmisi Abbasın baldızı idi. Əvvəlki əri öldükdən sonra başsız qalmış Meymunə Peyğəmbərlə ailə qurmaq arzusunda olduğunu bildirdi. Həzrəti Muhəmməd (s) onun xahişini qəbul edib, öz xanımları cərgəsinə qoşdu. Peyğəmbərin kənizlərinə gəlincə, daha geniş yayılmış rəvayətə əsasən, onların sayı 3 nəfər olmuşdur. Bu kənizlərin ən məşhuru Mariyə Misir hökmdarı tərəfindən Peyğəmbərimizə hədiyyə kimi göndərilmişdi. Peyğəmbərlə Mariyənin izdivacından İbrahim adlı bir uşaq dünyaya gəlmiş, lakin hicrətin 10-cu ilində, 18 aylıq ikən vəfat etmişdi...
 
Nəticə
 
Həzrəti Muhəmməd Peyğəmbərin (s) həyat yoldaşları haqqında verdiyimiz məlumatdan aşağıdakı nəticələrə gəlirik:
 
Birincisi, Həzrəti Rəsulullah (s) qətiyyən qadın düşkünü və şəhvət əsiri olmamışdır. Çünki əgər bu xüsusiyyətlər onda olsaydı, bu, gənclik illərində özünü büruzə verərdi. Halbuki, Muhəmməd Peyğəmbər (s) 25 yaşından 50 yaşına kimi keçən 25 il ərzində yalnız bir qadınla yaşamış, ondan başqa qadınla evlənməmişdir. Elə gənc yaşlarında cavan və daha yaraşıqlı qadınlarla evlənmək imkanı olduğu halda, Həzrəti Muhəmmədin (s) özündən yaşca böyük və dul olan Xədıcəni alması bunu göstərır ki, o, gələcək həyat yoldaşını zahiri gözəlllk və cavanlığına görə deyil, iman və əxlaqına görə seçirdi.
 
İkincisi, Peyğəmbərimiz ömrünün son 13 ilində də əlində hakimiyyət və böyük imkan olduğu halda, əxlaqa zidd olan xırdaca bir hərəkətə də yol verməmişdir. Bu dövrdə onun evləndiyi qadınların böyük əksəriyyəti (Aişədən başqa hamısı) dul və uşaqlı olmuşdur. Uşaqlı qadınları alaraq, onların yetim balalarına atalıq qayğısı göstərən bir şəxsin cinsi ləzzətlərə aludə olduğunu söyləmək nə dərəcədə məntiqə uyğundur?
 
Üçüncüsü, Peyğəmbərimizin bütün izdivacları, yuxarıdakı misallardan aydın göründüyü kimi, ya siyasi, ya da sosial səbəblər üzündən baş vermişdir. Peyğəmbər bəzi qadınları almaqla, onların ailəsi və qəbiləsi ilə olan münasibətləri daha da sıxlaşdırmışdır. Bəzi qadınlar isə öz himayədarını itirib dul qaldıqdan və ya cihadda müsəlmanlara əsir düşdükdən sonra Peyğəmbər onların izzət və iffətıni qorumaq, səfillikdən xilas etmək, uşaqlarına qayğı göstərmək məqsədilə onları evinə gətirib özünə məhrəm etmişdir. Zeynəb binti Cahşla bağlı hadisədə isə Peyğəmbərimizin məqsədi, müsəlmanlara İslam şəriətinin incəliklərini göstərmək olmuşdur. Həzrəti Muhəmməd (s) 11 qadını özünə daimi həyat yoldaşı etməklə onlara Peyğəmbər ailəsinin üzvü olmaq, Peyğəmbərin həyat tərzini yaxından görmək və Peyğəmbərin mübarək dilindən yüzlərlə hədis eşidib gələcək nəsillərə çatdırmaq imkanı vermişdir. Peyğəmbərin xanımları Aişə, Ummu Sələmə, Hafsa, Meymunə və başqaları hədis sahəsində etibarlı ravilərdən sayılmışlar. Onlar qadınlara aid şəriət məsələlərini Peyğəmbərdən öyrənib sair müsəlman qadınlara öyrədirdilər. Həzrəti Rəsulullah (s) 11 qadını özünə daimi həyat yoldaşı etməklə, onların özlərini və uşaqlarını aclıqdan və dilənçilikdən xilas etmiş; 11 qadına ömrünün sonuna kimi izzət və şərəflə yaşamaq, müsəlmanlar tərəfindən “ummu’l-muminin” (“möminlərin anası”) kimi tanınmaq imkanı vermişdir. Bu həqiqəti qəbul etməyərək, Peyğəmbərimizin ünvanına böhtan yağdırmaq ən azı insafsızlıqdır...
 
Mənbə: //islam.az
Oxşar xəbərlər
00:45, Bu gün
Yekaterinburqda müdafiə zavodunda yanğın baş verib
00:33, Bu gün
Rusiya ilə İran ABŞ-da seçkilər zəminində üz-üzə gəlib, Çin nifaq salır
00:23, Bu gün
Məsud Pezeşkian: "İran Fələstin xalqının mübarizəsinə qətiyyətli dəstəyini davam etdirəcək"
00:21, Bu gün
Yüksəkvəzifəli şəxsin avtomobilinin iştirakı ilə baş verən qəzanın TƏFƏRRÜATI
30 Jul 2024 | 23:00
Bu test 5 dəqiqə ərzində infarkt riskini ortaya qoyur
30 Jul 2024 | 22:55
Rusiyadan İsrailin hücumuna dərhal reaksiya...
30 Jul 2024 | 22:48
İsrail Livanın paytaxtına zərbələr endirdi
30 Jul 2024 | 22:40
Bakıda güclü yanğın başladı
30 Jul 2024 | 22:32
Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu
30 Jul 2024 | 22:27
“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi
30 Jul 2024 | 22:18
Avto"Tesla" 2 milyona yaxın avtomobili GERİ ÇAĞIRIR - Ciddi problem aşkarlandı
30 Jul 2024 | 22:10
Kabab üçün hansı ət seçmək lazımdır
30 Jul 2024 | 22:00
Trampın qardaşı oğlu: Əmim Donald dəlidir
30 Jul 2024 | 22:00
"Qarabağ" “Linkoln”i məğlub etdi
30 Jul 2024 | 21:55
Elçin Əmirbəyov: "Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq"
30 Jul 2024 | 21:55
Çempionlar Liqası: "Qarabağ" darmadağınla "Linkoln"a qalib gəldi
30 Jul 2024 | 21:50
Parisdə fransız məşqçi polislərlə davaya görə saxlanılıb
30 Jul 2024 | 21:45
Ermənistan ordusu sərhəddən çəkilir? – MÜHÜM GƏLİŞMƏ
30 Jul 2024 | 21:37
“Bizim qələbəmiz onların xəyallarının üstündən xətt çəkdi”
30 Jul 2024 | 21:25
Məşhur müğənni konserti zamanı səhvən milçək uddu – VİDEO
30 Jul 2024 | 21:18
Hər gün bu qədər çips və ya kraker yeyə bilərsiniz - Sağlamlıq üçün təhlükəsizdir
30 Jul 2024 | 21:02
Kiberdələduzların yeni tələsi: “ƏDV GERİ AL” prosesi ilə bağlı saxta paylaşımlar edilir
30 Jul 2024 | 20:56
Dollar üçün risklər artır: İnvestorlar ən yaxşı aktivi açıqladı
30 Jul 2024 | 20:48
Bu 3 bürc "ÖLÜMSÜZDÜR"
30 Jul 2024 | 20:40
300 min ildir yeyirik: püstənin müsbət və mənfi təsirləri
30 Jul 2024 | 20:31
Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başlayıb
30 Jul 2024 | 20:23
“Bu bayağı mahnılar heç vaxt xalq mahnısı olmayacaq” - Xalq artisti
30 Jul 2024 | 20:15
Böyükşorda günəş enerji qurğusu istismara verildi - FOTO
30 Jul 2024 | 20:11
Azərbaycanda daha bir rəis vəzifəsindən azad edildi - RƏSMİ
30 Jul 2024 | 20:03
Bakıda qadın sirkə turşusu içib öldü
30 Jul 2024 | 19:55
40 saat  okeanda qalan cütlük xilas olundu
30 Jul 2024 | 19:38
Yayda telefonunuzdan EHTİYATLI OLUN
30 Jul 2024 | 19:30
“WhatsApp”dan YENİ FUNKSİYA: istifadəçilərin həyatını asanlaşdıracaq
30 Jul 2024 | 19:23
Bu içki nikotin istəyini aradan qaldırmağa kömək edir
30 Jul 2024 | 19:15
Çin Ermənistanla, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır - Çen
30 Jul 2024 | 19:03
Növbəti tədris ili üçün ən arzuolunan qadağalar, keçirilməsi ən vacib fənn-TƏHLİL
30 Jul 2024 | 18:55
130 nəfər ilan balığından zəhərləndi: 1 nəfər öldü
30 Jul 2024 | 18:50
Mükafat qazanmayan cüdoçu Paris-2024-də evlilik təklifi alıb
30 Jul 2024 | 18:45
Fürsəti əldən vermişik - Marukyan
30 Jul 2024 | 18:38
İsraillə “Hizbullah” arasında genişmiqyaslı savaş mümkündürmü?- Sabiq baş diplomat...
30 Jul 2024 | 18:32
Alimlər yaddaşı yaxşılaşdıran burun spreyi hazırlayıblar
30 Jul 2024 | 18:28
“Google” sürücüsüz taksilərə əlavə 5 milyard dollar sərmayə qoyacaq
30 Jul 2024 | 18:22
Rusiya vətəndaşlığı alanlar bir il orduda xidmət etməli olacaq
30 Jul 2024 | 18:14
“London taksiləri”nin çürüdüyü yerdən FOTOLAR
30 Jul 2024 | 18:08
1 stəkanı ilə bədəndə infeksiya qalmır
30 Jul 2024 | 18:00
Medal qazanan müsəlman ölkələrin SİYAHISI-Azərbaycanın adı siyahıda varmı?
30 Jul 2024 | 17:50
Küləkli hava şəraiti ilə bağlı SARI xəbərdarlıq
30 Jul 2024 | 17:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR
30 Jul 2024 | 17:40
Rusiya Ədliyyə Nazirliyi Alla Puqaçovanı "xarici agent" kimi tanımaq istəyir, lakin...
30 Jul 2024 | 17:34
“Məni qayışla döymüsən” - Ramiz Novruzun qızı atasından danışdı - FOTO
30 Jul 2024 | 17:28
“Tarqovı”da gənc qızdan qəribə hərəkətlər – VİDEO
30 Jul 2024 | 17:22
Akif Nağının Milli Məclis üzvlüyünə namizədliyi təsdiq olundu...-FOTO
30 Jul 2024 | 17:17
Ceyhun Bayramov pakistanlı səfiri qəbul etdi - FOTO
30 Jul 2024 | 17:11
Hava ilə bağlı XƏBƏRDARLIQ -  Avqustun 1-i gündüzdən...
30 Jul 2024 | 17:05
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
30 Jul 2024 | 17:00
Tələbələrin köçürülməsi ilə bağlı YENİ QƏRAR
30 Jul 2024 | 16:55
DSMF “Global Recognition Awards” beynəlxalq müsabiqəsində mükafata laiq görülüb
30 Jul 2024 | 16:49
Ermənistanın sürətlə silahlanmasında ilginc hədəf – Qarabağ üzərindən…
30 Jul 2024 | 16:43
Qəzza bölgəsində epidemiya baş qaldırıb - ÜST dərhal atəşkəs tələb edir
30 Jul 2024 | 16:38
Qərb Venesuelanı itirmək istəmir - Maduro 11 ildən sonra yenə sınaqda - TƏHLİL + FOTO
30 Jul 2024 | 16:32
Azərbaycanda bu taksi şirkəti bağlandı
30 Jul 2024 | 16:26
Sürücülərə BƏD XƏBƏR - Bu maşınlar əlinizdə qala bilər
30 Jul 2024 | 16:19
Universitetlərdə təhsilhaqqı artırılır: Səbəb də odur ki... - Ekspert
30 Jul 2024 | 16:12
Sərnişinlərin NƏZƏRİNƏ! 300-dən çox avtobus bu prospektə daxil olmayacaq
30 Jul 2024 | 16:06
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi - Həbs olundu
30 Jul 2024 | 15:59
"Dünya alovunu söndürmək hələ ki, mümkündür..."
30 Jul 2024 | 15:56
Dünya Universitetləri sıralamasında Azərbaycanın adı niyə yoxdu? -DETALLAR
30 Jul 2024 | 15:51
Bərdədə yaşayan kəlbəcərlilər təbiətin qorunması layihəsinə cəlb edildi - FOTO
30 Jul 2024 | 15:46
TikTok Azərbaycan Əlifbası və Dili Günündə məşhurlarla ədəbi qiraətlər keçirəcək
30 Jul 2024 | 15:39
“Atlant” sahibinin həbsi üçün zərərçəkənlər AYAĞA QALXDI
30 Jul 2024 | 15:33
Hidayətin xanımı tanınmış sima imiş - FOTO
30 Jul 2024 | 15:28
Ermənistan və Türkiyə xüsusi nümayəndələri görüşdü - YENİLƏNİB
30 Jul 2024 | 15:22
“Ermənistan üçüncü müharibəyə hazırlaşır” - Polkovnikdən XƏBƏRDARLIQ
30 Jul 2024 | 15:16
"Mehriban Əliyeva 3 geyimini mənə bağışladı"
30 Jul 2024 | 15:11
Daşınmaz əmlak sektorunda kəskin bahalaşmanın SƏBƏBLƏRİ AÇIQLANDI
30 Jul 2024 | 15:06
Dilənçilərə qarşı əməliyyat: Gündəlik qazancları heyrətə gətirdi - FOTO
30 Jul 2024 | 15:00
"Bayden ABŞ prezidentləri üçün immunitetləri məhdudlaşdırmağı planlaşdırır" - "The Washington Post"
30 Jul 2024 | 14:54
SON DƏQİQƏ! Bakıda TOYLAR TƏXİRƏ SALINIR – Bu tarixdən…
30 Jul 2024 | 14:47
“Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək
30 Jul 2024 | 14:41
Mir Cəlal Paşayevin adını daşıyan məktəbdə QALMAQAL: Direktor müəllimi işdən niyə çıxarıb? – ŞİKAYƏT + FOTOLAR
30 Jul 2024 | 14:34
Şuşaya köçən ailələrə yeni mənzillərinin açarları təqdim olundu
30 Jul 2024 | 14:28
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
30 Jul 2024 | 14:22
Qatardan istifadə edənlərin NƏZƏRİNƏ! - 3-4 avqust tarixlərində... 
30 Jul 2024 | 14:16
Gənc oğlan sevdiyi qıza yuxu dərmanı verdi, cinsi əlaqədə oldu, sonra isə... – TƏFƏRRÜAT
30 Jul 2024 | 14:14
Millət vəkili, yoxsa zillət vəkili?..
30 Jul 2024 | 14:10
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olundu - FOTO
30 Jul 2024 | 14:07
İlham Əliyev “Gənclik”dəki parkda görülən işlərlə tanış oldu - FOTOLAR
30 Jul 2024 | 14:01
Bu 3 bürc sevgilisindən ayrılacaq: Özləri də nə baş verdiyini anlamayacaqlar
30 Jul 2024 | 13:56
Roza Zərgərli: "Kişilər var ki, ona münasibət..."
30 Jul 2024 | 13:50
Əli Əsədov İrana getdi - FOTO
30 Jul 2024 | 13:46
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
30 Jul 2024 | 13:42
Qalibdən ilk paylaşım - FOTO
30 Jul 2024 | 13:39
"Sevgili olsaydıq, heç olmasa birotaqlı ev alardı mənə..."
30 Jul 2024 | 13:33
"Makron İranın yeni prezidenti qarşısında beş tələb irəli sürüb" - "Reuters"
30 Jul 2024 | 13:28
Elnur Məmmədli: “Həmin vaxtdan sonra ilk dəfə ağladım”
30 Jul 2024 | 13:24
Sovet liderinin almanlara əsir düşən oğlu – Xruşov nə onu, nə də ailəsini qoruya bilib
30 Jul 2024 | 13:18
Azərbaycanda Torpaq Məcəlləsi DƏYİŞDİ
30 Jul 2024 | 13:13
Qusarda ata oğlunu güllələdi - YENİLƏNİB
30 Jul 2024 | 13:08
Sabah 35 dərəcə isti olacaq
30 Jul 2024 | 13:03
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
GÜNLÜK
30 Jul 2024 | 06:45
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
30 Jul 2024 | 11:31
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
30 Jul 2024 | 06:25
Ana 4 aylıq oğlunu ağladığı üçün döyərək öldürdü- FOTOLAR 
30 Jul 2024 | 06:19
Sizi aldadacaqlar: Heç vaxt bu iki bürcə etibar etməyin
30 Jul 2024 | 05:49
Zehni qüvvətləndirən meyvə şirələri – SİYAHI
30 Jul 2024 | 11:28
“Evinin yanıdır da, bəlkə elə baltanı ağacı budamaq üçün götürüb?”-Sənətkarın qohumu-ÖZƏL
30 Jul 2024 | 14:28
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
30 Jul 2024 | 13:46
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
30 Jul 2024 | 12:05
“Sevincdən ağladım, Hidayəti gələndə də təbrik edəcəyəm” - İlk Olimpiya çempionu Zemfira Meftahətdinova - ÖZƏL+FOTO
30 Jul 2024 | 10:35
Bakının bağlanan məşhur bazarı açılır
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
29 Jul 2024 | 16:24
60 yaşdan yuxarı insanlar niyə hər gün pivə içməlidir? - ALİMLƏR AÇIQLADI 
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
AYLIQ
30 Jul 2024 | 06:45
Ağıllı insanların doğum tarixlərində bu nömrə var: YOXLAYIN
30 Jul 2024 | 11:31
Hidayət Heydərov kimdir? – Olimpiya çempionumuz haqda DOSYE
30 Jul 2024 | 06:25
Ana 4 aylıq oğlunu ağladığı üçün döyərək öldürdü- FOTOLAR 
30 Jul 2024 | 06:19
Sizi aldadacaqlar: Heç vaxt bu iki bürcə etibar etməyin
30 Jul 2024 | 05:49
Zehni qüvvətləndirən meyvə şirələri – SİYAHI
30 Jul 2024 | 11:28
“Evinin yanıdır da, bəlkə elə baltanı ağacı budamaq üçün götürüb?”-Sənətkarın qohumu-ÖZƏL
30 Jul 2024 | 14:28
Erməni ilə öpüşməyən ilk İran prezidenti Pezeşkian oldu – VİDEO
30 Jul 2024 | 13:46
Ülviyyə Xəlilbəylinin anası ağladı: "Ailə qurandan çox əziyyət çəkmişik" - FOTO/VİDEO
30 Jul 2024 | 12:05
“Sevincdən ağladım, Hidayəti gələndə də təbrik edəcəyəm” - İlk Olimpiya çempionu Zemfira Meftahətdinova - ÖZƏL+FOTO
30 Jul 2024 | 10:35
Bakının bağlanan məşhur bazarı açılır