Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
Cəmiyyət
3347
25 Apr 2024 | 14:43

Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO

Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Avşarlar küçəsinin sakinləri ərazidə qanunsuz elektrik xətlərinin çəkildiyini iddia edirlər.
 
Sakinlərin sözlərinə görə, “Azərişıq” tərəfindən küçədə çəkilən yeraltı elektrik xətləri normativlərə uyğun deyil.
 
“Görülən işin sənədlərini bizə göstərsinlər. Xətləri səhər və gecə saatlarında çəkirlər. Yüksəkgərginlikli elektrik xətləri ilə su boruları eyni yerdə ola bilər?!” - deyə şikayətçi narazılıq bildirib.
 
“Azərişıq” ASC-nin əməkdaşı isə Baku TV-yə bildirib ki, xətlərin çəkilməsinə elektrik enerjisi ilə təmin olunmayan sakinlərin müraciəti əsasında başlanılıb və görülən işlər qanun çərçivəsində həyata keçirilir.
 
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər