Bizi sosial şəbəkələrdən izləyin:
“Sabahın alimləri” XIII Respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri müsabiqədə xüsusi fərqləniblər. Onlardan X sinif şagirdləri Nihad Həşimov və Onur Əlləzov fizika və astronomiya üzrə II, X sinif şagirdləri Bəxtiyar Əmiraslanov, İlyas Muxtarov, IX sinif şagirdi Cabir Abbasov kimya, X sinif şagirdi Fuad Hüseynov isə biologiya istiqaməti üzrə III yerə layiq görülüblər.