ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
Oxunub: 2204
18 Apr 2024 | 11:46
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
Azərbaycan Dövlət Pedaqoji Universitetində “Azərbaycan Respublikasının Prezidenti” adlı elmi-praktiki konfrans və “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı keçirilib.
 
Moderator.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən nəşr edilən və Əfqan Vəliyevin müəllifi olduğu hər iki kitab Qərbi Azərbaycanın maddi-mədəni irsinə həsr olunub.
 
XIX əsrin əvvəllərində regionda siyasi maraqları olan böyük dövlətlərin dəstəyi ilə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay müqaviləsi (1805), Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan (1813), Türkmənçay müqaviləsi (1828), daha sonra isə Türkiyə və İran arasında bağlanan Ədirnə (1829) sülh müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi siyasəti həyata keçirilib. Bölgənin erməniləşdirilməsi siyasətini həyata keçirmək məqsədilə İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan ərazisi olan keçmiş İrəvan xanlığı ərazisində yaradılıb. Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan Azərbaycandan ayrı salınıb.
 
Bütün bunlarla yanaşı, 1905-1907, 1918-1920, 1948-1953, 1959-1979, 1987-1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədi ilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi siyasəti həyata keçirilib. 1988-1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40 928 ailə) 300 000-dən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb. 1987-1991-ci illərdəki deportasiya zamanı azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. 1918-ci ildən başlayaraq 223 qəbiristanlıq, 300-dən çox məscid və alban məbədi, minlərlə maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, bütün toponimlər erməniləşdirilib.
 
Vətən müharibəsində tarixi qələbə xalqımızın müqəddəratı üçün tarixi inkişafın yeni mərhələsi zəminində yeni üfüqlər açdı. Qazanılan qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa təsirli təkan verdi. Bununla yanaşı, qələbə nəticəsində müqəddəratı kənarda saxlanmadan Qərbi Azərbaycan kimi tarixi məsələnin tədqiq və təbliğ edilməsi, həmçinin də əhalinin tarixi torpaqlara sülh yolu ilə qayıdış ideologiyasının hədəf və strategiyaya çevrilməsi istiqamətində tarixi zərurət yarandı.
 
Ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərindən olan Qərbi Azərbaycana sülhlə qayıdışa yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi Əfqan Vəliyevin müəllifliyində institusional bir əsər olan 244 abidənin yer aldığı “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının I cildini 4 iyul 2022-ci ildə keçirdiyi tədbirlə Azərbaycan ictimaiyyətinə təqdim etdi. Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdəki fəaliyyətini davam etdirərək “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” elmi-tədqiqat əsərinin davamı, II cildi olan 144 maddi-mədəni abidədən ibarət “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı əsəri ərsəyə gətirdi. Bununla Sosial Tədqiqatlar Mərkəzi qısa müddət ərzində ölkə rəhbərinin çağırışına əməl etməyə çalışaraq I və II cilddə Qərbi Azərbaycana məxsus haqqında bu günə qədər az məlumat olan və heç tədqiq olunmayan 388 abidəni tədqiq edib dövlətə təqdim etmə imkanına müvəffəq olub.
 
“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib.
 
Tədqiqatda bu günə qədər çox az bilinən 144 tarixi abidə haqqında məlumatı ehtiva edən kitabda müxtəlif qrafalarda verilən informasiya xarakterli materiallar konkret və lakonik şəkildə çatdırılır. Burada abidələrin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat – abidənin təsviri, ölçüləri və tarixi haqqında faktlar öz əksini tapır. Kitabın dəyərini artıran məsələlərdən biri də istifadə edilmiş zəngin ədəbiyyat siyahısıdır. Hər fakt tutarlı istinadlara əsaslanaraq kitabın elmi sanbalını artırır. Abidələr haqqında tarixi və elmi araşdırmaların hələ yetərincə olmadığını nəzərə alsaq, kitab gələcək tədqiqatlara cəlb edilməsi vacib olan məsələlərə yol açmaq kimi təşəbbüs ortaya qoyur.
 
“Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində Qərbi Azərbaycandakı maddi mədəniyyət abidələrimizin böyük bir hissəsi haqqında məlumat əldə etmək imkanı yaradır. Kitabda 144 abidə tədqiq edilərək müvafiq xüsusiyyətlərinə görə təsnifləşdirilib. Burada öz əksini tapan maddi-mədəni abidənin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim/sonrakı toponim), təsnifatı, növü-təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür. Olduqca mühüm tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən tədqiqatın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü - cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan yaradır və məsələnin nə qədər mühüm əhəmiyyətə malik olduğunu daha əyani şəkildə ictimaiyyətə çatdırır.
 
Tədbirdə ilk olaraq çıxış edən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Mahirə Akifqızı bunları deyib:
 
“Mən əminəm ki, yazılan hər bir kitab dəyərlidir. Ermənilər olmayan tarixlərini bizə sırıyıblar. Amma bu gün fərqli vəziyyətdir. Gözümüzün qabağında Qarabağ zəfərimiz var. Bütün bunlar da Ali Baş Komandan, cənab İlham Əliyevin zəfəridir. Prezidentimiz ziyalılarla görüşündə demişdi ki, biz mütləq o torpaqlara qayıdacağıq. Bizim belə tədbirlər olub və bundan sonra da olacaq”.
 
Daha sonra videoçarx nümayiş etdirilib.
 
Tədbir davam edir.
 
 
Daha sonra çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc çox vacib məqamlara toxunub:”Qərbi Azərbaycana qayıdış Zəngəzur dəhlizinin açılmasından asılıdır. Qarabağdan Zəngəzura çəkilən yollar Böyük Qayıdışa xidmət edir.
 
Azərbaycan Pedaqoji Universitetində-100 yaşlı, böyük təhsil və elm ənənələrinə malik olan, bizi aydınlaşdıran müəllimlərimizi və ziyalılarımızı hazırlayan düşüncə məbədində hər birinizi salamlamağı özümüzə borc bilirik. Təddiqat institutları ilə təhsil ocaqlarının vəhdəti Vətən müharibəsində parlq Qələbəmizdən sonra dövlətimzin qarşıya qoyduğu mühüm vəzifələrdən biridir. Ona görə də Sosial Tədqiqatlar Mərkəzinin “Böyük Qayıdış” dövlət proqramı çərçivəsində dəyərli alim Əfqan Vəliyevin “Qərbi Azərbaycanda maddi-mədəni irsimiz” kitablarının Universitetdə müzakirəsi mühüm elmi və ictimai hadisədir. Ötən il təqdimatı olan əsərlərin başlıca qayəsi qərbi azərbaycanlıların yüz illərlə yaratdıqları abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların ruhi və fiziki kimliyini elmin hard diskinə çevirərək gələcək və gənc nəslə çatdırmaqdır.
İki cildlik kitabda və Əfqan Vəliyevin davam etdirdiyi araşdırmalarda Qərbi Azərbaycana məxsus haqqında bu günə qədər az məlumat olan və heç tədqiq olunmayan 388 abidə ictimaiyyətə təqdim olunub.
"Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz" kitabının II cildində Tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib.
 
Kitabda 22 məbəd, 20 qala, 18 qayaüstü təsvirlər/qədim yaşayış məskənləri, 11 Pir/ocaq/ziyarətgah, 11 qəbirüstü abidə, 10 türbə, 9 daşüstü kitabə, 8 məcid, 6 karvansara, 6 körpü, 5 arxeoloji abidə, 4 qəbirüstü heykəl, 4 dini məktəb, 3 günbəz, 3 etnoqrafik arxeoloji abidə, 3 mədrəsə, 1 məhəllə haqqında məlumat verilib.
 
Bir daha təkrarlayaq-Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı ötən 2023-cü ildə-Ulu öndərin 100 illik yubileyində geniş ictimaiyyətə təqdim olunması Heydər Əliyevin bənzərsiz tərcümeyi-halı, keçdiyi şərəfli yol, Sovetlər Birliyinin siyasi olimpinə yüksəlişi və enişi nəinki qərbi, bütün azərbaycanlıların son bir əsrlik taleyi ilə eynidir. Çünki “Böyük Qayıdış” Ulu öndərin ikinci dəfə hakimiyyətə dönüşündən başlayır və Qələbəmizin birinci müəllifi də məhz Odur. Zəfər olmasaydı, yeni ideoloji hədəflər meydana gəlməzdi.
 
Gəlin unutmayaq ki, tarixin saxtalaşdırılması ilə savaş aparan birinci şəxs-birinci xüsusi təyinatlı döyüşçü İlham Əliyev son 20 ildə nəinki Qarabağın, o cümlədən İrəvanın da itirilməsi ilə heç vaxt barışmayıb. Buna görə ölkə rəhbəri ən yüksək ehtirama layiqdir, çünki Birinci şəxs torpaq itkilərinə haqq qazandırarsa, xalqı səfərbər edə bilməz və daha böyük təslimçiliyə hazırlamış olar. İlham Əliyev dünya siyasi tarixinə torpaqları qaytaran Zəfər Komandanı kimi düşdü. Paşinyanın bu yaxınlarda parlament dinləmələrində “tarix bizə təhlükədir”, fikri, yaxud Tavuş vilayətinə gedən Baş nazirin öz vətəndaşlarını 8 kəndin qaytarılmasına şəxsən özü tərəfindən çağırması sabiq erməni rəhbərlərindən fərqli olaraq, hazırki erməni liderinin 44 üstəgəl bir günlük savaşın nəticələrini düzgün qəbul etməsinin ən parlaq göstəricisidr.
 
Lakin onunla eyni bir məkanda digər bir qrup-keçmiş ermənilər də yaşayır. Onlar sanki 26 sentyabra qədərki eranın qalıqları-əsarətdə olan adamlarıdılar. Məsələn, erməni informasiya məkanında “biz də Bakıya minik maşınları ilə qayıdacağıq” tezisləri yayılır, vaxtilə Azərbaycanda yaşayan ermənilərin geri qayıtma haqqını irəli sürən qayıdış icması – “Ermənilərin Girdiman-Şirvan-Naxçıvana qayıdışı” təşkilatını təsis edib. Qurumun iddiasına görə, Girdiman çayı boyunca bütün ərazilər, habelə Şirvan və Naxçıvan da Ermənistan ərazisidir.
 
Qətiyyən təəccüblü deyil ki, Azərbaycanın “Qərbi Azərbaycan” hərəkatına qarşı çıxan ermənilərin Qərb havadarları Ermənistanın Qarabağdan əlavə Şirvan, Girdiman və Naxçıvana iddialar səsləndirməsinə heç bir etiraz səsləndirmirlər. Çünki plan elə Avropa və Amerikdan qaynaqlanır.
 
Əgər tariximizə obyektiv baxsaq, Azərbaycanın mövcud olduğu bütün formasiya və quruluşlarda Heydər və İlham Əliyevə qədər heç bir lider tarixi torpaqlar məsələsinə ya toxunmayıblar, ya da sistemli yanaşma nümayiş etdirə bilməyiblər. Bunu tam məsuliyyətlə deyirik. Açıb baxın, hansı partiya, hərakat rəhbəri dövlətin birinci şəxsi-İlham Əliyev kimi sistemli baxışlarla, cəsarətli proqramlarla tarixə münasibət bəsləyiblər? Heç biri. İnternet resurslarında kiçik bir tədqiqat aparsaq, son 2 əsrdə yarada bilmədiyimiz tarixi torpaqlarımızın reestrinin yalnız indi hazırlandığının və rəsmi qüvvəsini aldığının səbəblərini yaxşı görmək olar.
Əlbəttə, 44 günlük savaşda qazanılan qələbə və nailiyyətlər dövlətimizin yeni milli hədəflərə yönəlmək üçün inşa etdiyi Qarabağdan – Zəngəzura uzanan Böyük Qayıdış yolu bütün tarixi torpaqlarla bağlı şüurlarda çoxəsrlik qan yaddaşını oyatdı.
 
Ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərə yönəlmək, onun ideoloji-siyasi konsepsiyasını və elmi əsaslarını formalaşdırmaq çağırışı xüsusi önəm kəsb edir. Ona görə Sosial Tədqiqatlar Mərkəzinin Qərbi Azərbaycana qayıdış kitabları və eləcə də milli fikri formalaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. Mərkəzin keçirdiyi rəy sorğusunun bir neçə sualı ilə hazırda müzakirə edilən kitabın əsas məqsədlərinə-xalqın tarixi yaddaşını formlaşdırmaq ideyasına xidmət edir. İndi gətirəcəyimiz bir neçə misal dövlət və cəmiyyətimizin gələcək yol xəritəsinin hazırlanmasına işıq salır.
 
Gəlin onları birlikdə izləyək. Vətəndaşlarımız arasında aparılan rəy soğrusunun nəticələri dövlət siyasətinin daha da zənginləşdiliməsinə xidmət edir.
Birinci sual ondan ibarət olub ki, Zəngəzur, İrəvan və Göyçənin (yəni, Qərbi Azərbaycanın) tarixi haqqında məlumatlılıq səviyyəsi necədir?
 
• Keçirilən ictimai rəy sorğusunun nəticəsinə əsasən, sorğuda iştirak edən respondentlərin 13.4%-i Zəngəzur, İrəvan və Göyçənin (yəni Qərbi Azərbaycanın) tarixi haqqında çox məlumatlı olduğunu, 58.8% respondent əsasən məlumatlı olduğunu bildirib.
 
• Sorğuda iştirak edən respondentlərin 6.4%-i əsasən məlumatlı olmadığını, 21.4%-i isə heç məlumatlı olmadığını qeyd edib
 
Zəngəzur, İrəvan və Göyçəni tarixi Azərbaycan torpaqları kimi görməsinə münasibət
 
• Sorğuda iştirak edənlərin 96.2%-i Zəngəzur, İrəvan və Göyçəni tarixi Azərbaycan torpaqları kimi gördüyünü ifadə edib.
 
• Respondentlərin 3%-i Zəngəzur, İrəvan və Göyçəni tarixi Azərbaycan torpaqları kimi görmədiyini qeyd edib.
 
• 0,8% respondent isə ünvanlanan suala cavab verməkdə çətinlik çəkib.
 
• Bu onu deməyə əsas verir ki, ümumilikdə əhalinin mütləq əksəriyyəti 96,2%-i Zəngəzur, İrəvan və Göyçəni tarixi Azərbaycan torpaqları kimi görür. Sorğu nəticəsi, illər və nəsil dəyişməsi faktorlarının tarixə və tarixi torpaqlara olan münasibəti dəyişdirmədiyini göstərir.
 
Qərbi Azərbaycana qayıdış siyasəti ilə bağlı ölkədəki müzakirələrin izlənilməsinə münasibətin öyrənilməsi
 
• Sorğuda iştirak edən respondentlərin 82,2%-i Qərbi Azərbaycana qayıdış siyasəti ilə bağlı ölkədəki müzakirələri izlədiyini, 17,3%-i isə izləmədiyini ifadə edib.
Qərbi Azərbaycana qayıdışın hansı müddət ərzində reallaşacağına dair vətəndaş rəyi
 
• Sualına respondentlərin 58,1%-i Qərbi Azərbaycana qayıdışın yaxın beş il ərzində reallaşacağını güman etdiyini,
 
• Fikri soruşulan 19,9% sorğu iştirakçısı beş-on il ərzində reallaşacağını güman etdiyini,
 
• Respondentlərin 9,0%-i on ildən uzaq müddətdə reallaşacağını güman etdiyini bildirib.
 
• 12,9% respondent isə Qərbi Azərbaycana qayıdışın hansı müddət ərzində reallaşacağını güman edirsiniz sualına, cavab verməkdə çətinlik çəkdiyini qeyd edib.
 
Vətəndaşlar Qərbi Azərbaycana qayıdış siyasətinin hansı formada aparılmasını dəstəkləyir
 
• Sualına respondentlərin 73,8%-i qayıdış siyasətini tərəflər arasında münasibətlərin bərpası, dialoq və sülh yolu ilə aparılmasını dəstəklədiyini bildirib.
 
• Respondentlərin 9,9%-i qayıdış siyasətini beynəlxalq hüquqi prinsiplər və diplomatik təzyiq yolu ilə aparılmasını dəstəkləyib.
 
• Fikir bildirənlərin 15,7% sorğu iştirakçısı qayıdış siyasətinin hərbi güc və məcbur etmə yolu ilə aparılmasını dəstəklədiyini ifadə edib.
 
• Respondentlərin 0,7%-i Qərbi Azərbaycana qayıdış siyasətinin hansı formada aparılmasını dəstəkləyirsiniz? sualına cavab verməkdə çətinlik çəkib.
 
Qərbi Azərbaycana qayıdışın reallaşması, Zəngəzur dəhlizinin açılmasından asıllığı
 
• Respondentlərin 76,9%-i Qərbi Azərbaycana qayıdış üçün Zəngəzur dəhlizinin açılmasını şərt hesab edir.
 
• 18,8% sorğu iştirakçısına görə, Qərbi Azərbaycana qayıdış Zəngəzur dəhlizi açılmadan da mümkün ola bilər.
 
• Rəyi alınanların 4,3%-i isə cavab verməkdə çətinlik çəkirəm cavabını verib
 
Qərbi Azərbaycana qayıdış siyasətinin uğurlu təqdimatının vacib istiqamətləri
 
• Respondentlərin 61,1%-i Qərbi Azərbaycana qayıdış siyasətinin uğurlu təqdimatı baxımından tarixi yaddaşın bərpasını,
 
• 56,3%-i təhsil və maarifləndirməni,
 
• 32,4%-i dini və mədəni dəyərlərin təbliğini,
 
• 22,3%-i vətəndaş cəmiyyətlərinin fəaliyyətini,
 
• 18,4%-i media təbliğatını vacib hesab edib.
 
• 2,5% sorğu iştirakçısı suala cavab verməkdə çətinlik çəkib.
 
Qərbi Azərbaycana milli-mənəvi bağlılığın səviyyəsi
 
• Respondentlərin 29,8%-i Qərbi Azərbaycana milli-mənəvi mənada çox bağlı bağlıyam,
 
• Sorğu iştirakçılarının 37,7%-i əsasən bağlıyam,
 
• Rəyi alınanların 6,2%-i əsasən bağlı deyiləm,
 
• Respondentlərin 25,8%-i isə heç bağlı deyiləm cavabını verib.
 
Qərbi Azərbaycana getmək imkanı olanların ən çox görmək istədiyi yerlər
 
• Qərbi Azərbaycana getmək imkanının olsaydı ən çox haraları görmək istərdiniz? sualına respondentlərin,
 
• 29,2%-i İrəvan şəhəri,
 
• 28,3%-i Göy məscid,
 
• 57,9%-i Göyçə mahalı,
 
• 37,5%-i Göyçə gölü,
 
• 43,9%-i Zəngəzur mahalı,
 
• 40,6%-i dini abidələr,
 
• 29,6%-i tarixi qəbiristanlıqlar cavabını verib
 
• Suala respondentlərin 3,9%-i digər,
• 1,1%-i isə cavab verməkdə çətinlik çəkirəm variantını seçib.
 
Qərbi Azərbaycanın daha çox zəngin olduğu tarixi maddi-mədəni irs nümunələri
 
• Sorğu nəticəsinə görə respondentlər Qərbi Azərbaycanı tarixi maddi-mədəni irs nümunələri baxımından daha çox,
 
• 57,5%-i məscidləri,
 
• 24,2%-i alban məbədləri,
 
• 30,0% pir və ziyarətgahları,
 
• 22,3% türbələri,
 
• 30,2%-i qalaları,
 
• 19,1%-i sarayları ilə zəngin olduğunu düşünür
 
• 10,7%-i isə suala cavab verməkdə çətinlik çəkirəm cavabını verib
 
Göründüyü kimi, aparılan dövlət siyasəti, yazılan kitablar öz bəhrəsini verir. Biz bir daha bütün elmi ictimaiyyəti və gənc nəsli yeni milli idealların formalaşmasına cəlb etməklə Zəfərimizin möhkəmlənməsinə nail olacağıq, onu irəliyə aparacağıq. Biz Böyük Qayıdışdan Böyük Dönüşə-Qarabağa,Torpağa, Bölgələrə, Köklərimizə, Dəyərlərimizə, milli varlığımıza dönüşə inanırıq.“Böyük Dönüş” çoxsərlik köçdən və məğlubiyyətdən xilas olan bir millətin yeni strateji yoludur. Yol bütün millətlər və dinlər üçün müqəddəsdir!
 
Yolumuz uğurlu olsun".
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO