Hacı Şahinin ələ keçirilən kanalı ilə bağlı SON MƏLUMAT 
Cəmiyyət
2456
15 Apr 2024 | 14:33

Hacı Şahinin ələ keçirilən kanalı ilə bağlı SON MƏLUMAT 

"Mütəxəssislər Hacı Şahin Həsənlinin "Youtube" kanalının geri qaytarılması istiqamətində iş aparırlar, səhifənin nə zaman qaytarılacağına dair konkret bir söz deyilmir. Biz də nəticəni gözləyirik".
 
Bu barədə Teleqraf.com-a Hacı Şahin Həsənlinin köməkçisi olmuş Qədir Sadatxanov deyib.
 
Onun sözlərinə görə, mütəxəssislər səhifə qaytarılanda videoların bərpa olunacağını bildiriblər:
 
"Hələkik hücumun konkret haradan olduğu barədə məlumat verilməyib".
 
Link kopyalandı!
Son xəbərlər