Bizi sosial şəbəkələrdən izləyin:
“Bülbül prospektində yerə çəkilən nişanlanma xətti ilə bağlı olan uyğunsuzluq aradan qaldırılıb”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib.
Fotonu təqdim edirik:

12:33
“Bülbül prospektində yerə çəkilən nişanlanma xətti ilə bağlı olan uyğunsuzluq aradan qaldırılacaq”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib.
“Əraziyə əməkdaşlarımız tərəfindən baxış keçiriləcək və nişanlanma xətti ilə bağlı olan uyğunsuzluq aradan qaldırılacaq” - deyə T. Orucov qeyd edib.
12:10
Bakı şəhərində, Bülbül prospektində yerə çəkilən yol nişanı sürücülərin çaşqınlığına səbəb olur.
Bununla bağlı Oxu.Az-a sürücülər bildiriblər. Qeyd olunub ki, ərazidə həm kənar sol zolaqda, həm də orta zolaqda çəkilən 4.1.5 yol nişanı hərəkətin düzünə və sola dönməsinə icazə verir.
Bu isə sürücülərdə çaşqınlıq yaradır və hər an qəzaya səbəb ola bilər. Belə ki, nişanın tələbinə əsasən, ikinci (sağ) zolaqdan sola dönmə edən avtomobil kənar sol zolaqla düzünə hərəkət etmək istəyən avtomobillə toqquşa bilər.
Videonu təqdim edirik:
