Aİ komitəsinin sədri:
2504
13 Apr 2024 | 09:10

Aİ komitəsinin sədri: "Minatəmizləmədə Azərbaycanın ən böyük dəstəkçisiyik"

Avropa İttifaqı minatəmizləmə məsələsində Azərbaycanın ən böyük dəstəkçisidir.
 
Bunu Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk sosial şəbəkədə qeyd edib.
 
“Durumu dəyişə biləcəyimizlə fəxr edirəm: minaların təmizlənməsinə gəldikdə, Aİ Azərbaycanın ən böyük dəstəkçisidir. Aİ qadınlardan ibarət minatəmizləmə komandasının hazırlanması ilə qadınların təhlükəsizlikdə oynadığı rolu artırmağa kömək edir”, – sədr bildirib.
Link kopyalandı!
Son xəbərlər