Bizi sosial şəbəkələrdən izləyin:
Ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən “Quacquarelli Symonds” (QS) təşkilatı fənn proqramları üzrə ən yaxşı universitetlərin reytinqini açıqlayıb.
UNEC QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqində yeni uğura imza atıb.
Bu haqda Moderator.az -a UNEC-dən məlumat verilib.
Aprelin 10-da QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən, UNEC "İqtisadiyyat, Ekonometrika" üzrə keçən ilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək, dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəlib.
Bundan əlavə, UNEC ilk dəfə "Sosial elmlər və menecment" üzrə dünyanın ən yaxşı 501-550-ci universiteti olub.