Kardioloq aşağı təzyiqin normadan yuxarı olmasının 5 səbəbini açıqlayıb
Cəmiyyət
20180
10 Apr 2024 | 23:47

Kardioloq aşağı təzyiqin normadan yuxarı olmasının 5 səbəbini açıqlayıb

"Sistolik və diastolik təzyiq nədir və onların arasında normada nə qədər fərq olmalıdır?.."
 
"Əgər müayinələr zamanı daxili orqanlarda əhəmiyyətli dəyişikliklər aşkar edilməzsə, o zaman  aşağı təzyiqin yüksəlməsinin səbəbini düzgün olmayan həyat tərzində axtarmaq lazımdır..."
 
"Hətta pis yuxu belə aşağı təzyiqin yüksəlməsinə səbəb ola bilər".
 
Moderator.az xəbər verir ki, bu barədə "Ynet" nəşri yazıb.
 
Tonometrlə arterial təzyiqin ölçülməsi zamanı göstərici iki rəqəmdən ibarətdir. Nümunə üçün 120/90 mm c.s. götürək. 
 
Birinci 120 rəqəmi sistolik təzyiqdir, buna adətən yuxarı, yaxud ürək təzyiqi deyilir. Bu rəqəmə görə ürəyin yığılması zamanı qanın maksimal təzyiqini bilmək olar, "Doktor Piter" deyir.
 
İkinci 90 rəqəmi məhz diastolik və ya aşağı təzyiq adlanır. Bu, ürəyin tam boşalması məqamında arterial təzyiqin minimal ölçüsünü göstərir.
 
Nədən aşağı təzyiq yüksəlir?
 
Həkim-kardioloq Anna Koreneviç izah edir ki, ürəyin boşalması nə qədər pis olarsa, aşağı təzyiq bir o qədər yüksələcək, buna uyğun olaraq qan axınına daha az qan daxil olur.
 
Anna Koreneviç kardioloq, kardiopsixoloq, tibb elmləri namizədidir.
 
- Ürəyin boşalması (diastola) pozulanda, ürək lazım olduğundan daha az istirahət edir. Diastolik təzyiq normadan nə qədər yüksək olarsa, ürəyin qan vurması bir o qədər pis olacaq. Bütün orqanizm kifayət qədər qida və oksigen ala bilmir. Ürək çox işləyir, az istirahət edir, üstəgəl ürək əzələsinin özü kifayət qədər qidalanmır, - Anna Koreneviç özünün "Teleqram-kanal"ında yazıb.
 
Aşağı təzyiqi 90 mm c.s.-dan davamlı olaraq yüksək olduqda həkimlər "təcrid edilən diastolik arterial hipertoniya" diaqnozu qoya bilər. Bu halda yuxarı və aşağı təzyiq arasında fərq 30 mm və daha aşağı azala bilər. Normada isə bu fərq 30-50 vahid arasında olmalıdır.
 
Kardioloq təcrid edilən diastolik arterial hipertoniyanın 5 mümkün səbəbini açıqlayıb:
 
- tonometrin nazaslığı və ya təzyiqin ölçülməsinin düzgün olmayan texnikası;
 
- ürək çatışmazlığı (xroniki ürək çatışmazlığı), bu zaman insanı zəiflik, yorğunluq, ayaqlarında şişkinlik və təngnəfəslik narahat edir;
 
- taxiaritmiya və ya taxikardiya;
 
- ürək qapaqlarının patologiyası, adətən aorta qapağının stenozu (yığılması);
 
- böyrək arteriyalarının patologiyası.
 
Səbəbini dəqiqləşdirmək üçün həkim EKQ, EXO-kardioqrafiya, böyrək arteriyalarının USM, böyrək və böyrəküstü vəzilərin USM müayinəsini təyin edə bilər.
 
Əgər müayinələr zamanı heç nə aşkar edilməzsə...
 
Anna Koreneviçin sözlərinə görə, belə hal tez-tez olur.
 
Əgər aparılan müayinələr zamanı daxili orqanlarda əhəmiyyətli dəyişikliklər aşkar edilməyibsə, aşağı təzyiqin yüksəlməsinin səbəbi düzgün olmayan həyat tərzində gizlənə bilər:
 
- aşağı fiziki aktivlik;
 
- zərərli vərdişlər;
 
- yuxunun pozulması;
 
- tez-tez baş verən stres.
 
Səbəbkarı aşkar etmək və
həyat tərzində korrektələr etmək qalır.
 
Hansı təzyiq normal hesab edilməlidir?
 
- Böyüklərdə arterial təzyiqin normal ölçüləri 100/60- 135/80 mm c.s. təşkil edir, bunu Rusiya Federal Tibbi-Bioloji Agentliyininn həkim-kardioloqu Yekaterina Rudenko deyir.
 
Normal təzyiqin göstəricilərinin daha geniş diapazonunu Anna Koreneviç açıqlayır:
 
- Bəli, 120/80 mm c.s. əksəriyyət sağlam insanların təzyiqidir. Lakin elələri var ki, 90/60 mm c.s. da normal hesab edilir. 130-135/ 90 mm c.s  da norma ola bilər. Lakin sakit halda 140/90 mm c.s. təzyiq daima yüksək olarsa, o zaman ilkin hipertoniya haqqında danışmaq olar və ciddi profilaktika ilə məşğul olmaq gərəkdir. Ona görə də norma sistolik təzyiqin 90-135, diastlolik təzyiqin 60-90 mm c.s. arasında dəyişməsidir.
Link kopyalandı!
Son xəbərlər