Bizi sosial şəbəkələrdən izləyin:
Stresli vəziyyətdə tez sakitləşməyin və özünə gəlməyin yeddi yolunu müəyyən edilib.
Moderator.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
İlk növbədə, özünüzü sakitləşdirmək üçün, müddəti 10 saniyədən çox olmayan dərin nəfəslər almalısınız. Bu üsulla bir neçə dəqiqə ərzində özünüzə gələ bilərsiniz. Maksimum effekt ələ etmək üçün nəfəs alarkən gözlərinizi yummalısınız.
İkinci yol özünüzü fiziki fəaliyyətlə yükləməkdir. Məsələn, idman zalına gedin və güc məşqləri edin. Əgər idman zalı üzvlüyünüz yoxdursa, qaçmağa da üstünlük verə bilərsiniz. Bu vəziyyətdə fiziki cəhətdən yorğun, ancaq ruhən rahatlaşacaqsınız.
Tez sakitləşməyin başqa bir yolu əlinizdə anti-stress obyektinin olmasıdır. Məsələn, stresə qarşı oyuncaq ala bilərsiniz..
Sərinlik ağır stresdən sonra sakitləşməyə kömək edir.Üzünüzü kifayət qədər soyuq su ilə yumaq lazımdır. Bədənin soyuğa reaksiyası psixoloji yorğunluğu tez bir zamanda aradan qaldıracaq.
Sakitləşməyin növbəti yolu ev işləri ilə məşğul olmaqdır.Bu prosesdə yuyulma, ütüləmə və ya yemək bişirməklə bağlı bütün neqativləri atacaqsınız. Rəqs də stressi aradan qaldırmağa kömək edə bilər.Sadəcə enerjili musiqini yandırıb mümkün qədər çox ani hərəkətlər etmək lazımdır, bununla da stress aradan qalxacaq.
Son yol, emosiyaları qışqıraraq azad etməkdir. Belə bir emosional partlayışla kimsəni qorxutmamaq üçün bir yastıq ala bilərsiniz. Prosesdən bir neçə dəqiqə sonra özünüzü yüngül hiss edəcəksiniz.