BQXK-nın Xankəndi ofisi Bərdəyə köçürülüb
Cəmiyyət
2874
08 Apr 2024 | 12:46

BQXK-nın Xankəndi ofisi Bərdəyə köçürülüb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
 
O bildirib ki, BQXK-nın həmin əraziləri əhatə edən fəaliyyəti Bərdə ofisindən idarə olunacaq:
 
"Ehtiyacı olan insanlara dəstəyimiz davam etdiriləcək".
 
Qeyd edək ki, bundan əvvəl BQXK-nın ofisi Xankəndidə fəaliyyət göstərirdi.
 
Link kopyalandı!
Son xəbərlər