ABONENTLƏRİN NƏZƏRİNƏ! Ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq
2266
06 Apr 2024 | 18:49

ABONENTLƏRİN NƏZƏRİNƏ! Ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq

"Azəriqaz" İstehsalat Birliyinin informasiya sisteminin proqram təminatında yenilənmə işlərinin keçirilməsi nəzərdə tutulub.
 
Rezonans.az xəbər verir ki, bu səbəbdən İTRON smart kart ödənişi istisna olmaqla, digər ödəniş sistemi 07.04.2024-ci il saat 01:00-dan 07.04.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq. Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (Zenner smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. Müvəqqəti narahatlığa görə üzr istəyirik.
Link kopyalandı!
Son xəbərlər