Qadınlara müjdə:  Su dietası ilə 2 həftəyə 8”“12 kq arıqlamaq olar...
Cəmiyyət
36639
18 Apr 2015 | 17:36

Qadınlara müjdə: Su dietası ilə 2 həftəyə 8”“12 kq arıqlamaq olar...

Artıq kilo almaq qadınların dəhşətinə çevrilib. Bunun qarşısını almaq üçün onlar bir çox yollara əl atırlar. Bəzən müxtəlif dietalar saxlayır, idmanla arıqlamağa çalışırlar. Ancaq bu sahə üzrə dünya mütəxəssisləri də hər zaman dönə-dönə qeyd edirlər ki, dietanın əsasını su təşkil etməlidir. Hansı dieta saxlayırsansa saxla gün ərzində ən azı 2 litr su içməlisən. Ancaq sudan da düzgün şəkildə istifadə etmək məsləhətdir. Aşağıda bəhs edəcəyimiz “su dietası” na düzgün əməl etməklə qadınlar gündəlik qida rasionundan bir sıra ərzaqları çıxmaq şərti ilə iki həftəyə 8 -12 kq arıqlaya bilərlər. Həmin dietanı xanımlarımıza təqdim edirik. 

Hər öynə yeməkdən 20 dəq öncə iki stəkan su içmək lazımdır. Sonra rahat şəkildə səhər yeməyinizi yeyə bilərsiniz. Yeməkdən sonra isə heç bir maye qəbul etmək olmaz. Yeməkdən iki saat sonra istədiyiniz şəkildə çay və ya qəhvə içə bilərsiniz. Ancaq nəzərinizə çatdıraq ki, bu zaman şirniyyatdan istifadə etmək olmaz. 
Bu qayda hər öyün üçün nəzərdə tutulur. 

Link kopyalandı!
Son xəbərlər